14/06/2023
12 iyun 2023-cü il tarixdə Xəzər kənd tam orta məktəbində, məktəb direkoru A.Əsədovun rəhbərliyi və məktəbin tarix müəllimi E. Mənəfovun təşkilatçılığı ilə Şəhid ailələri ilə şagirdlərin ümumi görüşü keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, daha sonra Şəhidlərimizin Əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra söz Şəhid ailələrinə verilmişdir. Şagirdlər Şəhidlərimizə aid çıxışlarla tədbirmizi davam etdirmişlər.