Neftçala rayon 4 saylı şəhər kitabxanası

Neftçala rayon 4 saylı şəhər kitabxanası Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Neftçala rayon 4 saylı şəhər kitabxanası, Library, Neftçala.

29/06/2024
29/06/2024
30/05/2024

Veteran dünyası «Bankə qəhrəmanları» adlı tədbir keçirilmişdir 29.05.2024 Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi Neftçala rayon Mərkəzi Kitabxana Sistemi binasında “Bankə Qəhrəmanları” adlı toplantı keçirilmişdir. Tədbirin rəsmi hissəsini Ulu Öndər Heydər ....

15/05/2024

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borqa məktub göndərərək, ATƏT-i Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışına dəstək verməyə çağırmışdır.

Məktubda Ermənistandan azərbaycanlıların qovulması, onların mədəni irsinin, məscidlərinin, qəbristanlıqlarının və digər müqəddəs yerlərinin dağıdılması barədə məlumat verilir. İdarə Heyətinin sədri məktubunda Qərbi Azərbaycan İcmasının fəaliyyətinin əsas məqsədinin Ermənistandan qovulmuş azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmalarını təmin etmək olduğunu vurğulamışdır. Məktubda İcmanın beynəlxalq hüquqa, o cümlədən, dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşdığı, qayıdış məsələsi ilə bağlı Ermənstanla dialoqa hazır olduğu bildirilir və təəssüf ki, Ermənistanın dialoqdan boyun qaçırdığı qeyd edilir.

Ə.Ələkbərli həmçinin ATƏT-in tədbirlərində Qərbi Azərbaycan İcmasının iştirakına Ermənistanın əngəl törətməyə çalışması faktlarını diqqətə çatdırmış və ATƏT-i Ermənistanın ifadə azadlığı və vətəndaş cəmiyyətinin fəaliyyətinə qarşı olan bu cəhdlərini pisləməyə çağırmışdır.

Məktubun əsli İcmanın nəzdində fəaliyyət göstərən “Qərbi Azərbaycan Televiziyası” kanalının müxbiri tərəfindən 14 may 2024-cü ildə ATƏT-in fəaliyyətdə olan sədrinin Bakıda keçirdiyi mətbuat konfransı vaxtı ona təqdim edilmişdir.

14/05/2024

Avropa Parlamentinin üzvü Xaviyer Nart Qərbi Azərbaycan İcmasında İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və İcmanın sözçüsü Ülviyyə Zülfiqar ilə görüşüb.

Görüşdə İcma sədri İspaniyalı qonağa Qərbi Azərbaycanlıların ötən 200 il ərzində üzləşdiyi soyqırımıları və deportasiyalar barədə məlumat verib, dağıdılan maddi-mədəni irsimizdən bəhs edib.Ə.Ələkbərli Avropa Parlamentində Azərbaycana qarşı qərəz və ayrı-seçkiliyin regionda sabitliyə mənfi təsir etdiyini qeyd edib. Parlamentariyə bildirilib ki, soydaşlarımız sonuncu 1987-1991-ci illər deportasiyası zamanı zorla öz evlərini tərk etməyə məcbur ediliblər. Bu gün onların niyyəti sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz ata-baba yurdlarına qayıtmaqdır.

Xaviyer Nart öz növbəsində Qərbi Azərbaycanlıların yaşadıqları bəlaları tarixi faciə adlandıraraq həqiqətlərimiz barədə daha çox məlumat istəməklə öyrəndiklərini Avropalı həmkarlarına çatdıracağını bildirdi.

Qonağa Qərbi Azərbaycan İcmasının bir neçə dildə nəşr edilmiş Qayıdış Konsepsiyası da təqdim olundu.

11/05/2024

Address

Neftçala
4700

Website

Alerts

Be the first to know and let us send you an email when Neftçala rayon 4 saylı şəhər kitabxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category