Neftçalanın millət vəkili - Tənzilə Rüstəmxanlı

Neftçalanın millət vəkili - Tənzilə Rüstəmxanlı Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Neftçalanın millət vəkili - Tənzilə Rüstəmxanlı, Government Organization, Neftçala.

70 saylı Neftçala seçki dairəsindən millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri

Millət vəkili Tənzilə Rüstəmxanlı Neftçalanın 120 -dən artıq sakininə - şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələ...
20/03/2025

Millət vəkili Tənzilə Rüstəmxanlı Neftçalanın 120 -dən artıq sakininə - şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə bayram sovqatı, ərzaq səbəti göndərib

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Neftçalanın 120 -dən artıq sakininə - şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə bayram sovqatı, ərzaq səbəti göndərib.Bakupost.az xəbər verir ki, millət vəkilinin nüma

Azərbaycan Respulikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı avtoqəza nəticəsində ağır beyin əməliyyatı keçirən ...
06/01/2025

Azərbaycan Respulikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı avtoqəza nəticəsində ağır beyin əməliyyatı keçirən və uzun müddət komada qalan 2009-cu il тəvəllüdlü Aqil Nəcəfovu xəstəxanada ziyarət edib.

Millət vəkili yeniyetmənin hazırkı vəziyyəti ilə maraqlanıb, tezliklə sağlamlığına qovuşub təhsilinə davam etməsini arzulayaraq, valideynlərinə onun vəziyyətini daim nəzarətdə saxlayacağını bildirib.

Qeyd edək ki, yeniyetmə Neftçala rayonunun Xolqarabucaq kəndində avtomobil vurması nəticəsində ağır qəzaya düşüb. Qəza nəticəsində 10-cu sinif şagirdi ağır kəllə-beyin travması alıb.

Bakı şəhərində ağır beyin əməliyyatı keçirən 15 yaşlı məktəbli 1 ay komada qalıb və hazırda Neftçala rayon xəstəxanasında müalicəsi davam edir.

Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı Neftçala rayonu Yuxarı Qaramanlı sakinləri ilə görüşüb.Rayonun Yuxarı Qara...
13/12/2024

Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı Neftçala rayonu Yuxarı Qaramanlı sakinləri ilə görüşüb.

Rayonun Yuxarı Qaramanlı kəndində baş tutan görüşdə vətəndaşlar tərəfindən işsizlik, təhsil və səhiyyə problemlərinin həlli, qaz, su o cümlədən pensiya və əlillik təyinatı ilə bağlı məsələlər qabardılıb.

Millət vəkili şəhid ailələrinə və qazilərə xüsusi diqqət ayırıb, onların qayğıları, üzləşdiyi problemlərlə maraqlanıb, hər birini ayrı-ayrılıqda dinləyərək müvafiq tədbirlərin görülməsi üçün qeydlər aparılıb.

Digər seçicilərin də hər birinin arzu və istəkləri, eyni zamanda qaldırdıqları sosial problemlər, vətəndaşların təklif və tələbləri millət vəkili Tənzilə Rüstəmxanlı tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara ünvanlanmasına tapşırıqlar verilib.

Görüş iştirakçıları artıq həllini tapmış məsələlər və göstərilmiş yardımlarla bağlı deputat Tənzilə Rüstəmxanlıya dərin təşəkkürlərini ifadə ediblər.

Görüşdə həmçinin Neftçala RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vasif Əliyev də iştirak edib. O da öz növbəsində qeyd olunan məsələ və problemlərə münasibətini bildirib, tədbir görülməsi üçün müvafiq qeydlər aparıb.

🔗

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı qardaş Türkiyənin Kartal bələdiyyəsinin sədri Gökh...
03/12/2024

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı qardaş Türkiyənin Kartal bələdiyyəsinin sədri Gökhan Yüksel ilə görüşüb.

Millət vəkili Tənzilə Rüstəmxanlı qeyd edib ki, bu cür işgüzar görüşlərin Türkiyə və Azərbaycan arasında yalnız siyasi əlaqələrin deyil, eyni zamanda, mədəni və sosial sahələrdə də əməkdaşlığın inkişafına böyük töhfə verir, iki qardaş ölkənin ortaq hədəfləri istiqamətində sıx əməkdaşlıq etməsinə şərait yaradır.

Səmimi görüşə görə təşəkkür edən Gökhan Yüksel Tənzilə Rüstəmxanlını VII çağırış Azərbaycan Milli Məclisinin deputatı seçilməsi münasibətilə təbrik edib.

Bələdiyyə sədri qeyd edib ki, Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti arasında müştərək layihələrin reallaşdırılması, səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması hər iki qardaş dövlətin birliyinin bariz nümunəsidir.

Bu gün “Neftçala” futbol klubunun idarə heyəti Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı ilə görüşüb. Görüş zamanı klu...
01/12/2024

Bu gün “Neftçala” futbol klubunun idarə heyəti Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı ilə görüşüb.

Görüş zamanı klubun məşqçi heyəti və üzvləri adından millət vəkilini doğum günü münasibəti ilə təbrik edib, ona klubun 10 nömrəli formasını hədiyyə ediblər.

Tənzilə Rüstəmxanlı xoş təbrikə və anlamlı hədiyyəyə görə klubun idarə heyətinə, komanda üzvlərinə və bütün azarkeşlərinə təşəkkürünü bildirib.

Millət vəkili qeyd edib ki, rayonumuzun fəxri olan komanda üzvlərinə möhkəm can sağlığı və peşəkar futbol karyeralarında uğurlar arzu edirəm. Əminəm ki, komandamız yaxın bir zamanda ölkəmizin sayılan-seçilən komandalarından biri olacaq.

Qeyd edək ki, “Neftçala” futbol klubu Azərbaycan futbol tarixində ard-arda 2 dəfə I divizion cempionu olan yeganə klub olub. Həmçinin Azərbaycan futbol tarixində bir turnirdə 83 qol vuraraq indiyə kimi bir sezon ərzində ən çox qol vuran komanda olaraq tarixə düşüb.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı  növbəti dəfə Neftçala seçiciləri ilə görüşüb.Görü...
30/11/2024

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı növbəti dəfə Neftçala seçiciləri ilə görüşüb.

Görüşdə vətəndaşlar tərəfindən işsizlik, təhsil və səhiyyə problemlərinin həlli, qaz, su o cümlədən pensiya və əlillik təyinatı ilə bağlı məsələlər qabardılıb.

Millət vəkili şəhid ailələrinə və qazilərə xüsusi diqqət ayırıb, onların qayğıları, üzləşdiyi problemlərlə maraqlanıb, hər birini ayrı-ayrılıqda dinləyərək müvafiq tədbirlərin görülməsi üçün qeydlər aparılıb.

Digər seçicilərin də hər birinin arzu və istəkləri, eyni zamanda qaldırdıqları sosial problemlər, vətəndaşların təklif və tələbləri millət vəkili Tənzilə Rüstəmxanlı tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara ünvanlanmasına tapşırıqlar verilib.

Görüş iştirakçıları artıq həllini tapmış məsələlər və göstərilmiş yardımlarla bağlı deputat Tənzilə Rüstəmxanlıya dərin təşəkkürlərini ifadə ediblər.

Görüşdə həmçinin Neftçala RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vasif Əliyev də iştirak edib. O da öz növbəsində qeyd olunan məsələ və problemlərə münasibətini bildirib, tədbir görülməsi üçün müvafiq qeydlər aparıb.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı Neftçala rayonu Qaçaqkənd, Xanməmmədli, Ramazanlı ...
09/11/2024

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı Neftçala rayonu Qaçaqkənd, Xanməmmədli, Ramazanlı və Qazaqbərə kəndlərindən olan seçiciləri ilə görüşüb.

Görüşdə vətəndaşlar tərəfindən işsizlik, təhsil və səhiyyə problemləri, aqrar sahənin inkişafı, aqroparkların yaradılması və rəqabət mühitinin olması, kənd təsərrufatında istifadə olunan texnikanın çatışmamazlığı və qiymətlərin həddən artıq yüksək olması ilə bağlı narazılıq, yaşayış məntəqələrində ödəniş terminallarının və bankomatlarının olmamasıı ilə bağlı məsələlər qabardılıb.

Millət vəkili vətəndaşların qayğıları, üzləşdiyi problemlərlə maraqlanıb, hər birini ayrı-ayrılıqda dinləyərək müvafiq tədbirlərin görülməsi üçün qeydlər aparılıb və qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara ünvanlanmasına tapşırıqlar verilib.

Görüş iştirakçıları artıq həllini tapmış məsələlər və göstərilmiş yardımlarla bağlı deputat Tənzilə Rüstəmxanlıya dərin təşəkkürlərini ifadə ediblər.

Görüşdə həmçinin Neftçala RİH-in məsul əməkdaşı Esmira Məmmədzadə və Neftçala Rayon İcra Hakimiyyəti başçısının Qaçaqkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağasəf Süleymanov da iştirak edib. Onlar da öz növbəsində qeyd olunan məsələ və problemlərə münasibətini bildirib, tədbir görülməsi üçün müvafiq qeydlər aparıb.

Qeyd edək ki, millət vəkili Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü hər ay keçiriləcək.

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı...
09/11/2024

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur.

Dövlət Bayrağı Günü münasibətilə bütün xalqımıza səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.
Müstəqil dövlətimizin və suverenliyimizin rəmzi olan üçrəngli şanlı bayrağımız daim zirvələrdə dalğalansın!

Neftçala rayonunda “Zəfər Günü” qeyd olunub.2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla b...
08/11/2024

Neftçala rayonunda “Zəfər Günü” qeyd olunub.

2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən müharibəsindəki qələbəmizin dördüncü ilinin tamam olması ilə əlaqədar olaraq Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığıla silsilə tədbirlər keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, RİH-in məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq- mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların məsul şəxsləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyəti və qonaqlar iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan əzəmətli heykəli və Şəhidlər Xatirə Kompleksi ziyarət olunub, önünə gül dəstələri düzülüb və ehtiramla yad olunublar.

Azərbaycan Respublikasın Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il Sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfərimizin dördüncü ilinə həsr olunan ağacəkmə askiyası keçirilib.

Ağacəkmə aksiyasında 100-dən çox müxtəlif növ ağaclar əkilib və onlara aqrotexniki qulluq göstərilib.

🇦🇿

Address

Neftçala

Telephone

+994702207322

Website

Alerts

Be the first to know and let us send you an email when Neftçalanın millət vəkili - Tənzilə Rüstəmxanlı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share