Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəsmi səhifəsi

İnstagram: https://www.instagram.com/naxcivan_gencler_idman_idaresi?igsh=bHAwYm50ODZoajJy

1 İyun - Uşaqların Beynəlxalq Müdafəsi Günü 🌟
01/06/2026

1 İyun - Uşaqların Beynəlxalq Müdafəsi Günü 🌟

“Şahin” hərbi-idman oyununda Naxçıvanı təmsil edəcək komanda bəlli olub Əlahiddə Ümumqoşun Ordunun N hərbi hissəsində üm...
26/05/2026

“Şahin” hərbi-idman oyununda Naxçıvanı təmsil edəcək komanda bəlli olub

Əlahiddə Ümumqoşun Ordunun N hərbi hissəsində ümumtəhsil məktəblərinin şagirdləri arasında XXIX “Şahin” hərbi-idman oyununun Naxçıvan Muxtar Respublikası üzrə final mərhələsi keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil, Fövqəladə Hallar nazirlikləri, Əlahiddə Ümumqoşun Ordu birgə təşkilatçılığı ilə keçirilən yarışda ilk (şəhər və rayonlar üzrə) mərhələnin qalibləri olmaqla, 8 komanda iştirak edib.

Təşkilatçı qurumların nümayəndələri çıxış edərək layihənin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar. Qeyd olunub ki, gənc nəslin milli və vətənpərvərlik ruhunda tərbiyə olunması, onların mənəvi-psixoloii və hərbi-fiziki hazırlığının gücləndirilməsi, eyni zamanda şanlı Zəfər tariximizin geniş təbliğidir.

Yarış iştirakçıları sıra hazırlığı, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı, çadırın qurulması, fiziki hazırlıq, intellektual müsabiqə, avtomatın sökülməsi və yığılması, darağa patronların doldurulması və boşaldılması mərhələlərində bacarıqlarını nümayiş etdiriblər. Hər mərhələ üzrə 10 ballıq sistem üzrə qiymətləndirmə aparılıb və nəticələr qayda pozuntuları da nəzərə alınmaqla, ümumi şəkildə hesablanıb.

Nəticələrə əsasən ən yüksək göstərici Naxçıvan şəhər komandasına məxsus olub. Bununla da komanda muxtar respublika birincisi kimi ölkə üzrə final mərhələsində iştirak etmək hüququ qazanıb. Ordubad və Şərur rayonlarını təmsil edən heyətlər yarışı müvafiq ardıcıllıqla ikinci, üçüncü sıralarda tamamlayıblar.

Qeyd edək ki, ölkəmizin bütün şəhər və rayonlarından ümumilikdə 23 mindən çox məktəblini əhatə edən “Şahin” hərbi-idman oyununun ölkə üzrə final mərhələsi iyun ayında 2026-cı ilin “Gənclər Paytaxtı” Goranboyda reallaşacaq.

Yeniyetmələr arasında şahmat üzrə tempo turnir keçirilib. ♟🗓️ 25 may 2026-cı il tarixində Şahmat Mərkəzində 28 May-Müstə...
25/05/2026

Yeniyetmələr arasında şahmat üzrə tempo turnir keçirilib. ♟

🗓️ 25 may 2026-cı il tarixində Şahmat Mərkəzində 28 May-Müstəqillik günü münasibətilə yeniyetmələr arasında şahmat üzrə tempo turniri keçirilib.

🏆 Nəticələr:

🔹 Ümumi xal hesabında;
🥇 I yer –Qənbərov Yusif
🥈 II yer – Axundzadə Asim
🥉 III yer –Quliyev Fərəməz

🔹 8 yaşlılarda;
🥇 I yer – Qənbərov Yaqub
🥈 II yer – Behbudlu Tuncay
🥉 III yer – Cəfərli Ayla

🔹 10 yaşlılarda;
🥇 I yer – Rza Məhəmməd
🥈 II yer –İbrahimli Tunar
🥉 III yer –Mehdiyev Hüseyn

🔹 12 yaşlılarda;
🥇 I yer – Məmmədov Həsən
🥈 II yer –Cəfərli Bəxtiyar
🥉 III yer –Əliyeva Zəhra

🔹 14 yaşlılarda;
🥇 I yer – Seyidov Mirməcid
🥈 II yer –Hüseynli Səməd
🥉 III yer – Ələkbərli Ələkbər

🔹 Qızlar arasında;
🥇 I yer – Quluzadə Dəniz
🥈 II yer –Şükürlü Fidan
🥉 III yer – Həsənova Xatirə

Yer tutan şahmatçılar təşkilatçıların diplomları, l yerin qalibi isə kubokla təltif olunub.
📌 Turnir Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.

Ümumdünya Futbol gününə həsr olunmuş  minifutbol birinciliyi keçirilib  ⚽️🏆🗓️ 25 may 2026-cı il tarixində Naxçıvan Şəhər...
25/05/2026

Ümumdünya Futbol gününə həsr olunmuş minifutbol birinciliyi keçirilib ⚽️🏆

🗓️ 25 may 2026-cı il tarixində Naxçıvan Şəhər Uşaq-gənclər idman məktəbinin minifutbol meydançasında Ümumdünya Futbol gününə həsr olunmuş Naxçıvan şəhər tam orta məktəblərinin oğlan komandaları arasında minifutbol birinciliyi keçirilib.

🔹 Yarışın əsas məqsədi Ümumdünya Futbol gününün qeyd edilməsi, yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması və onların sağlam ruhda formalaşmasına töhfə vermək olub.

📌Naxçıvan Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən birinciliyin yekununa əsasən,
🥇 yer - 7 nömrəli tam orta məktəbin komandası;
🥈 yer - 12 nömrəli tam orta məktəbin komandası;
🥉yer - 5 nömrəli tam orta məktəbin komandası.
Sonda yer tutan komanda və komanda üzvləri təşkilatçıların diplom və hədiyyələri ilə təltif olunub.

28 May-Müstəqillik Gününə həsr olunmuş gənclər arasında "Nə? Harada? Nə zaman?" İntellektual Oyunu üzrə “Mühitdə İntelle...
23/05/2026

28 May-Müstəqillik Gününə həsr olunmuş gənclər arasında "Nə? Harada? Nə zaman?" İntellektual Oyunu üzrə “Mühitdə İntellektual Dalğa” adlı turnir keçirilib.

🗓️23 may 2026-cı il tarixində Şahmat Mərkəzində baş tutan oyunda 17 komanda üzrə 102 nəfər gənc iştirak edərək həm bilik, həm də zəka bacarıqlarını nümayiş etdirib.

🏆 Yarışın nəticələri:
🥇 I yer – “Prime United” komandası;
🥈 II yer – “Novxanı” komandası;
🥉 III yer – “Difai” komandası;

📌İntellektual Oyun Naxçıvan Şəhər İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin təşkilatçılığı, “Paradoks” İntellektual Oyunlar Klubunun dəstəyi ilə təşkil olunmuşdur.
Qalib komandalar diplom, kubok və hədiyyələrlə təltif edilib.

Naxçıvandan 🇦🇿 olan idman hakimi Avropa çempionatında 🌟Bolqarıstanın Samokov şəhərində güləş üzrə növbəti 15 və 17 yaşad...
22/05/2026

Naxçıvandan 🇦🇿 olan idman hakimi Avropa çempionatında 🌟

Bolqarıstanın Samokov şəhərində güləş üzrə növbəti 15 və 17 yaşadək güləşçilərin Avropa çempionatı keçirilir. Yarışda ölkəmizi hər 3 güləş növü üzrə millimizin üzvləri təmsil edir.

U15 Avropa çempionatında beynəlxalq dərəcəli hakimlərimiz Sevinc Yusibova və Samil Fəttayevlə yanaşı, Naxçıvan Şəhər Uşaq-Gənclər və İdman Məktəbinin müəllimi, milli kateqoriyalı Nihad Muradov da ədaləti qoruyanlar sırasındadır.

Qeyd edək ki, karyerasında ilk dəfə belə bir nüfuzlu turnirdə iştirak şansı qazanan Nihad Muradov 6 ilə yaxındır ki, milli kateqoriyalı hakim kimi fəaliyyət göstərir, Azərbaycan çempionatları və birinciliklərinin görüşlərində ədalət təmsilçisi kimi çıxış edir.

“Gənc İstedadların Dram Dünyası” adlı teatr müsabiqəsinin Naxçıvan şəhər mərhələsinin qalibləri məlum olub.🗓️19 may 2026...
21/05/2026

“Gənc İstedadların Dram Dünyası” adlı teatr müsabiqəsinin Naxçıvan şəhər mərhələsinin qalibləri məlum olub.

🗓️19 may 2026-cı il tarixində start verilən Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Gənc İstedadların Dram Dünyası” adlı teatr müsabiqəsinin Naxçıvan şəhər mərhələsinə 21 may 2026-cı il tarixində yekun vurulub.
📌 Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə 14 komanda üzrə ümumilikdə 210 məktəbli iştirak edib.
🔹 Nəticələr:
I yer – 12 nömrəli tam orta məktəbin komandası
II yer – 7 nömrəli tam orta məktəbin komandası
III yer –8 nömrəli tam orta məktəbin komandası
Sonda yer tutan komanda və komanda üzvləri təşkilatçıların diplomları ilə təltif edilib.
📍Qeyd edək ki, Naxçıvan şəhər mərhələsinin qalibi olan 12 nömrəli tam orta məktəbin komandası 3 iyunda keçiriləcək Muxtar Respublika mərhələsində Naxçıvan şəhərini təmsil edəcəkdir.

“Gənc İstedadların Dram Dünyası” adlı teatr müsabiqəsinin Naxçıvan şəhər mərhələsinə start verilib.🗓️19 may 2026-cı il t...
19/05/2026

“Gənc İstedadların Dram Dünyası” adlı teatr müsabiqəsinin Naxçıvan şəhər mərhələsinə start verilib.

🗓️19 may 2026-cı il tarixində Naxçıvan Dövlət Uşaq Teatrında Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Gənc İstedadların Dram Dünyası” adlı teatr müsabiqəsinin Naxçıvan şəhər mərhələsinə start verilib.
📌 Çıxış edənlər müsabiqənin qaydaları haqqında geniş məlumat veriblər.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə ümumilikdə 14 komanda iştirak edir. İlk mərhələdə 6 tam orta məktəbin komandasının tamaşası izlənilib və münsiflər heyəti tərəfindən müvafiq balla qiymətləndirilib.
📍Qeyd edək ki, Naxçıvan şəhər mərhələsinin qalibi olan komanda 3 iyunda keçiriləcək Muxtar Respublika mərhələsində Naxçıvan şəhərini təmsil edəcəkdir.

Naxçıvanlı 🇦🇿 idmançı dünya kubokunun sahibi olub 🏆Türkiyənin 🇹🇷 Antalya şəhərində “Turkish Open WAKO World Cup” kikboks...
18/05/2026

Naxçıvanlı 🇦🇿 idmançı dünya kubokunun sahibi olub 🏆

Türkiyənin 🇹🇷 Antalya şəhərində “Turkish Open WAKO World Cup” kikboksinq turniri keçirilib. On birinci dəfə təşkil olunan ənənəvi dünya kuboku yarışında 43 ölkədən 97 klub və 3000-ə yaxın idmançı iştirak edib. 12-17 may tarixlərini əhatə edən yarışda Azərbaycan yığma komandası da təmsil olunub.

Yığmanın heyətində Naxçıvanda fəaliyyət göstərən “Ləvənt Bulut” döyüş klubundan baş məşqçi Etibar Qəribov və idmançılar Uğur Əliyevlə, Nurlan Rzayev də olub. Hər iki idmançı mükafatçılar sırasına düşməklə ölkəmizin aktivinə medallar əlavə etdiriblər. 🥇🥉

Gənclər arasında K1 stili üzrə 71 kq çəki dərəcəsində çıxış edən Uğur Əliyev mübarizəyə ¼ finaldan qoşulub. İki türkiyəli rəqibini üstələyərək finala vəsiqə qazanan idmançımız həlledici görüşdə Almaniya təmsilçisi Filipp Slabçenkonu da məğlub edərək qızıl medala və kuboka sahib çıxıb. Nurlan Rzayev isə uşaqların yarışında “point fighting” növündə bürünc medalçı olub.

Cüdo üzrə Naxçıvan şəhər birinciliyinin qalibləri məlum olub.🥋🗓️16 may 2026-cı il tarixdə “Zərərli vərdişlərə yox deyək,...
16/05/2026

Cüdo üzrə Naxçıvan şəhər birinciliyinin qalibləri məlum olub.🥋

🗓️16 may 2026-cı il tarixdə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında Naxçıvan Şəhər Uşaq-gənclər idman məktəbində kiçikyaşlı yeniyetmələr (2015-2017-ci illər) arasında cüdo üzrə birincilik təşkil olunub.

🔹 Yarışın əsas məqsədi yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, gənc idmançıların sağlam ruhda formalaşmasına töhfə vermək olub.
Birincilik 15 çəki dərəcəsi üzrə keçirilib.
🥇 Qaliblər:
24 kq- İsmayılov Tunar
25 kq- Mirzəyev Ayxan
26 kq - Yaqublu Həmzə
27 kq- Qarayev Uğur
30 kq – Rəhimli Ayaz
34 kq – Abdinov Ayxan
38 kq – Mehdili Mehdi
42 kq – Gözəlov Şahin
50 kq – Əliyev Amal
+55 kq – Qibləliyev Ayxan
Qızlar:
26 kq - Əlizadə Aylin
38 kq- Fatimə Allahveriyeva
40 kq – Bağırova Ləman
46 kq – Novruzova Mələk
57 kq- Əliyeva Yasəmən
✨ Yarış Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Uşaq-gənclər idman məktəbinin birgə təşkilatçılığı ilə keçirilib. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar təşkilatçıların diplomları ilə mükafatlandırılıb.

Address

İstiqlal 112
Nakhchivan

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994365459775

Website

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi:

Share