Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan Filialı

Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan Filialı Filial Naxçıvan şəhər Cəlil Məmmədquluzadə küçəsi 15 ünvanında fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Gənclər Fondu gənclər və gənclər təşkilatları üçün inkişaf, innovasiya və sosial təşəbbüslər ...
22/05/2026

Azərbaycan Respublikasının Gənclər Fondu gənclər və gənclər təşkilatları üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edir!

🎯Müsabiqənin məqsədi dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq gənclərin və gənclər təşkilatlarının potensialının inkişaf etdirilməsi, onların sosial, iqtisadi, mədəni və ictimai həyatda fəal iştirakının təşviqi, innovativ və ictimai faydalı təşəbbüslərinin dəstəklənməsi, həmçinin milli-mənəvi dəyərlərə sadiq, yaradıcı, vətənpərvər və sosial məsuliyyətli gənclərin formalaşmasına töhfə verməkdir.

Müsabiqə aşağıdakı istiqamətləri əhatə edir:
🔹Milli kimlik, vətənpərvərlik və dəyər əsaslı inkişaf;
🔹️Gənclərin inkişafı və insan kapitalının gücləndirilməsi;
🔹️Sosial inklüzivlik və bərabər imkanların təşviqi;
🔹️Rəqəmsal gələcək, innovasiya və süni intellekt;
🔹️Yaradıcı sənaye və mədəni innovasiyalar;
🔹️Regionlarda gənclərin iştirakçılığı və ictimai fəallıq;
🔹️Dayanıqlı inkişaf və gənclərin ekoloji məsuliyyəti.

Qrantların maksimum məbləğləri:
👤 Gənclərin (fiziki şəxslərin) fərdi layihələri üzrə – 5 000 AZN;
👥 Gənclər təşkilatlarının yerli layihələri üzrə – 10 000 AZN;
🌍 Gənclər təşkilatlarının beynəlxalq layihələri üzrə – 15 000 AZN.

Müsabiqənin müddəti:
• Başlanma tarixi: 22 may 2026-cı il
• Son müraciət tarixi: 22 iyun 2026-cı il saat 18:00

📌Qrant müsabiqəsi haqqında ətraflı məlumat: https://youthfoundation.az/192976/

Azərbaycan Respublikasının Gənclər Fondu və Naxçıvan Dövlət Universitetinin dəstəyi, ATGTİ-nin təşkilatçılığı ilə Azərba...
06/05/2026

Azərbaycan Respublikasının Gənclər Fondu və Naxçıvan Dövlət Universitetinin dəstəyi, ATGTİ-nin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Nakhchivan Global Youth Forum 2026” beynəlxalq forumu həyata keçiriləcək.

Forum çərçivəsində Naxçıvan Muxtar Respublikasında təhsil alan yerli və xarici tələbələrin iştirakı nəzərdə tutulur. Forumda məşğulluq, gənclər siyasəti və süni intellekt kimi aktual mövzular üzrə panel müzakirələri təşkil olunacaq.

Layihənin əsas məqsədi gənclərin bilik və bacarıqlarının artırılması, onların müasir qlobal çağırışlara uyğun hazırlanması, beynəlxalq təcrübə mübadiləsinin təşkili, innovativ yanaşmanın təşviqi və gənclər arasında şəbəkələşmənin gücləndirilməsidir.

📍Məkan: Naxçıvan Dövlət Texniki Kolleci
📅 Tarix: 7 may 2026-cı il

Naxçıvanda Gənclər Fondunun qrant müsabiqəsinin qalibi Asiman Cabbarovanın “Suveren Zəka Oyunları” adlı layihəsi icra ol...
01/04/2026

Naxçıvanda Gənclər Fondunun qrant müsabiqəsinin qalibi Asiman Cabbarovanın “Suveren Zəka Oyunları” adlı layihəsi icra olunub.

Azərbaycan Respublikası Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqənin qal...
06/03/2026

Azərbaycan Respublikası Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqənin qalibi Bahar Mehrəliyevanın “Zəfər Hekayələri” adlı layihəsinin icrası başa çatıb.

Prezident İlham Əliyev “2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncam imzalayıb.Elm, təh...
30/01/2026

Prezident İlham Əliyev “2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncam imzalayıb.

Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib:

- Ağadadaşov Sərxan Əbülfət oğlu
- Ağayev Şahmar Zöhrab oğlu
- Həsənova Elmina Qəhrəman qızı
- Həsənova Leyla Elçin qızı
- İsmayıllı Aynur Telman qızı
- İsmayılov Mahmud Azər oğlu
- Leysanova Hacıyeva Gülbağda Seyfəl qızı
- Məmmədova Lamiyə Famil qızı
- Novruzov Səməd Əbülqasım oğlu
- Tağızadə Mahir Tahir oğlu.

Mükafat alan gəncləri təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik!

Azərbaycan Respublikası Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqənin qal...
30/01/2026

Azərbaycan Respublikası Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqənin qalibi Gülçin Əfəndizadənin “Liderin izi, Millətin qüruru” adlı layihəsinin icrası başa çatıb.

Azərbaycan Respublikası Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqənin qal...
29/12/2025

Azərbaycan Respublikası Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqənin qalibi Aysel Əliyevanın “Üfüqdə Vətən” adlı layihəsi icra olunub.

Azərbaycan Respublikası Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqənin qal...
26/12/2025

Azərbaycan Respublikası Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqənin qalibi Bahar Mehrəliyevanın “Zəfər Hekayələri” adlı layihəsinin icrasına başlanılıb.

Azərbaycan Respublikası Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqənin qal...
18/12/2025

Azərbaycan Respublikası Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqənin qalibi Gülçin Əfəndizadənin Naxçıvan Müəllimlər İnstitutunda “Liderin izi, Millətin qüruru” adlı layihəsinin icrasına başlanılıb.

Naxçıvanda fəaliyyət göstərən könüllülər “Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində Quba Olimpiya İdman Kompleksi...
18/12/2025

Naxçıvanda fəaliyyət göstərən könüllülər “Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində Quba Olimpiya İdman Kompleksində baş tutan “Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi”ndə iştirak ediblər🤩👍

Address

Cəlil Məmmədquluzadə Küçəsi, 15
Nakhchivan
AZ7000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 13:00

Telephone

+994365508427

Website

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan Filialı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan Filialı:

Share