Babək rayon Mədəniyyət şöbəsi Gənclər Birliyi

Babək rayon Mədəniyyət şöbəsi Gənclər Birliyi Gencler teşkilatı
SƏDR: Kənan Feyzullayev
Müavin:

Babək Rayon Tarix – Diyarşünaslıq Muzeyində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” devizi ilə “Gənclər gələcəyi...
01/02/2018

Babək Rayon Tarix – Diyarşünaslıq Muzeyində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” devizi ilə “Gənclər gələcəyimizdir” adlı tədbir keçirilib
Yanvar ayının 31 – də Babək Rayon Tarix – Diyarşünaslıq Muzeyi, Babək Rayon Mədəniyyət və Turizm Şöbəsi Gənclər Birliyi və Babək Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə muzeyin direktoru Arzu Qasımov açaraq qeyd etmişdir ki, Naxçıvan şəhəri 2018 – ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olmuşdur və Azərbaycanın bu qədim yurd yeri Naxçıvan islam mədəniyyəti nümunələri ilə zəngindir. Tarixən Naxçıvan böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır. Həmçinin muzeyin direktoru gənclərə göstərilən diqqət və qayğıdan söz açaraq qeyd edib ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu gənclər siyasəti bu gün ölkə prezidenti tərəfindən uğurla davam etdirilir. Vurğulanıb ki, müstəqil ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da gənc nəsil hərtərəfli qayğı ilə əhatə edilib.
“Azərbaycan gənclər siyasətinin uğurları” mövzusunda çıxış edən Babək Rayon Mədəniyyət və Turizm Şöbəsi Gənclər Birliyinin Sədri Kənan Feyzullayev bildirib ki, dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Qeyd olunub ki, Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən biri kimi diqqətə alınır. Bu sahədə aparılan konkret fəaliyyətin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə aktiv iştirak edirlər. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb.
Tədbir Babək Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Aytəkin Süleymanovanın “Gənclər bizim sabahımızdır” mövzusunda çıxışı ilə davam edib. A.Süleymanova qeyd edib ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır.
Sonda Babək Rayon Mədəniyyət və Turizm Şöbəsi Gənclər Birliyinin ansamblının musiqi nömrələri dinlənilib.

27/09/2017
02 fevral "Gənclər günü" münasibətilə keçirilən tədbirdə fəal iştirak etdikləri üçün Ansamblın bütün üzvləri diplomla tə...
11/02/2017

02 fevral "Gənclər günü" münasibətilə keçirilən tədbirdə fəal iştirak etdikləri üçün Ansamblın bütün üzvləri diplomla təltif olunub.

02 fevral "Gənclər günü" münasibətilə keçirilən tədbirdə fəal iştirak etdikləri üçün Ansamblın bütün üzvləri diplomla tə...
11/02/2017

02 fevral "Gənclər günü" münasibətilə keçirilən tədbirdə fəal iştirak etdikləri üçün Ansamblın bütün üzvləri diplomla təltif olunub.Diplomu Filarmoniyanın direktoru və bədii rəhbərləri şagirdlərə təqdim ediblər.

11/02/2017

Address

Naxçıvan şəhər Babək Rayonu
Nakhchivan

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 13:00
Sunday 09:00 - 17:00

Telephone

+994708211618

Website

Alerts

Be the first to know and let us send you an email when Babək rayon Mədəniyyət şöbəsi Gənclər Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Babək rayon Mədəniyyət şöbəsi Gənclər Birliyi:

Share