Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi PHŞ

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi PHŞ Devlet kurumu

01/06/2026

Naxçıvan avtobus parkında asfalt örtüyü yenilənir

"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" tərəfindən Naxçıvan avtobus parkının ərazisində təmir-bərpa işləri həyata keçirilir.

Aparılan işlər çərçivəsində deformasiyaya uğramış köhnə asfalt-beton örtüyü frezlənərək ərazidən kənarlaşdırılır. Daha sonra səthin hamarlanması və hərəkətin əlverişli vəziyyətə gətirilməsi məqsədilə yeni asfalt-beton örtüyünün verilməsi işləri icra olunur.

Görülən tədbirlər nəticəsində avtobus parkının ərazisində nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkəti təmin olunacaqdır.

Təmir-bərpa işlərinin qısa müddət ərzində başa çatdırılması nəzərdə tutulur.

YAXŞI YOL…

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”
publik hüquqi şəxsin mətbuat xidməti

28/05/2026

“Naxçıvan-Ordubad” magistral avtomobil yolunda asfaltlanma işləri aparılır

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən “Naxçıvan-Ordubad” magistral avtomobil yolunda aparılan cari təmir işləri mərhələli şəkildə davam etdirilir.

İcra olunan tədbirlər çərçivəsində əvvəlcədən deformasiyaya uğramış hissələrdə köhnə asfalt-beton örtüyü frezlənərək ərazidən kənarlaşdırılıb, hazırda isə yolun müəyyən hissələrinə yeni asfalt örtüyünün verilməsi işləri həyata keçirilir.

Təmir-bərpa işlərinin əsas məqsədi hərəkətin rahatlığını və təhlükəsizliyini daha da artırmaq, yolun istismar vəziyyətini yaxşılaşdırmaqdan ibarətdir.

YAXŞI YOL…

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”
publik hüquqi şəxsin mətbuat xidməti

27/05/2026
25/05/2026

Avtomobil yolunda cari təmir işləri icra olunur

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Naxçıvan-Ordubad” magistral avtomobil yolu istiqamətində cari təmir işləri icra olunur.

Tərtib olunmuş qrafikə uyğun olaraq həyata keçirilən tədbirlər çərçivəsində, yolların müəyyən hissələrində deformasiyaya uğramış köhnə asfalt-beton örtüyü texnika vasitəsilə frezlənərək ərazidən kənarlaşdırılır.

Görülən təmir-bərpa işləri nəticəsində yolun hərəkət hissəsindəki mövcud problemlər tam aradan qaldırılır, nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkəti təmin edilir.

İşlərin tez bir zamanda yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

YAXŞI YOL…

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”
publik hüquqi şəxsin mətbuat xidməti

22/05/2026

15.5 km-lik yolun asfaltlanmasına başlanılıb

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə ümumi uzunluğu 15.5 km olan Naxçıvan şəhəri Qaraçuq inzibati ərazi dairəsi avtomobil yollarının asfaltlanmasına başlanılıb.

Hazırda yolun 300 metrlik hissəsinə birinci qat asfalt örtüyü verilib və bu istiqamətdə işlər davam etdirilir.

Qeyd edək ki, təmirə ehtiyacı olan küçə və məhəllələr “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nin nəzarəti altında mərhələli şəkildə bərpa olunur.

YAXŞI YOL…

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”
publik hüquqi şəxsin mətbuat xidməti

Mayın 10-da, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Naxçıvan Avtomobil Yolları Dö...
10/05/2026

Mayın 10-da, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi Naxçıvan şəhərinin Baş meydanında əzəmətlə ucalan Ulu Öndərin abidəsini ziyarət edib.

Abidə önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.

NAYDA Kəngərli rayonunda vətəndaş qəbulu keçiribQəbuldan əvvəl “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüqu...
06/05/2026

NAYDA Kəngərli rayonunda vətəndaş qəbulu keçirib

Qəbuldan əvvəl “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini, sədr vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Nihad Qurbanov və Kəngərli rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra Kəngərli rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda Kəngərli rayonu və ətraf kəndlərdən olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.

Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və digər məsələlərlə bağlı olub.

Hər bir vətəndaşın müraciəti dinlənilərək Agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

YAXŞI YOL...

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”
publik hüquqi şəxsin mətbuat xidməti

24/04/2026

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” uzunluğu 94.2 km olan Culfa şəhərdaxili, Culfa rayonunun Kırna-Dizə-Gal-Şurud, Babək rayonunun Qahab, Naxışnərgiz, Nəcəfalıdizə-Nəhəcir kənddaxili avtomobil yollarının əsaslı təmiri üzrə ümumi dəyəri 18,6 milyon manat təşkil edən açıq tender elan edib

📢“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini, sədr vəzifəsinin səlah...
24/04/2026

📢“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini, sədr vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Nihad Qurbanov Kəngərli rayonunda vətəndaşları qəbul edəcək.

🏢Qəbula gələcək vətəndaşlardan şəxsiyyət vəsiqələrini özləri ilə gətirmələri xahiş olunur.

Address

Nakhchivan

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi PHŞ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share