Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz Milli mədəniyyətimizin, folklorumuzun, milli adət-ənələrimizin yaşadılması ilə bağlı ke

Noyabrın 5-də A. Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin bi...
05/11/2025

Noyabrın 5-də A. Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “44 günlük zəfər tariximiz” adlı tədbir keçirilib.
Bir neçə şəhid ailəsinin də iştirak etdiyi tədbiri Kitabxananın direktoru Ruzi Süleymanov açaraq qeyd edib ki, 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna minnətdarıq.
Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov “Zəfər günümüz: şəhid əmanəti ” mövzusunda çıxış edərək bildirib ki, bu gün biz böyük qürur hissi ilə Zəfər Günümüzü qeyd edirik. Bu gün xalqımızın birliyinin, igidliyinin, inamının və Vətən sevgisinin təntənəsidir. Biz bu gün azad nəfəs alırıqsa, bu qəhrəman şəhidlərimizin, qazilərimizin sayəsindədir. Bu səbəbdən Zəfər Günümüz şəhidlərin bizə əmanətidir. Biz bu əmanətə sahib çıxmalı, milli dəyərlərimizi qorumalı, Vətənimizin tərəqqisi naminə əlimizdən gələni əsirgəməməliyik. Şəhidlərimizin ruhuna ən böyük hədiyyə gələcək nəslə bütün sahələrdə inkişaf etmiş güclü Azərbaycan əmanət etməkdir!
Şəhid ailələri çıxış edərək bildiriblər ki, bu böyük zəfər qətiyyətli siyasi iradə və əzmin nəticəsində qəhrəman igidlərimizin canı-qanı bahasına əldə edilib. Bu qələbədə mənfur düşmənə qarşı inanılmaz şücaətlə vuruşan, öz həyatını qurban edən şəhidlərimizin qəhrəmanlığı əvəzsizdir. 44 günlük Vətən savaşın ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizin qanı yerdə qalmadı.
Sonra Kitabxananın oxucuları Vətənimizə və şəhidlərimizə həsr olunmuş şeirlər qiraət ediblər. Sonda videoslayta və sərgiyə baxış olub.

Filosof-şair Hüseyn Cavidin xatirəsi ev-muzeyində anılıbOktyabrın 22-də Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və Hüseyn ...
22/10/2025

Filosof-şair Hüseyn Cavidin xatirəsi ev-muzeyində anılıb
Oktyabrın 22-də Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və Hüseyn Cavidin Ev-Muzeyi və Xatirə Kompleksinin təşkilatçılığı ilə dahi filosof-şair Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev-muzeyində tədbir keçirilib. Görkəmli söz sənətkarının anadan olmasının 143-cü ildönümü münasibətilə keçirilən tədbiri giriş sözü ilə Kompleksin direktoru Tünzalə Dilanova açaraq bildirib ki, ev-muzeyi ümummilli lider Heydər Əliyevin böyük sənətkarın anadan olmasının 100 illiyi münasibətilə 21 iyul 1981-ci il tarixdə qəbul etdiyi qərara əsasən yaradılıb. 2015-ci ildə Cavidlər ailəsinin uyuduğu məqbərə də muzey ərazisinə daxil edilərək bura “Hüseyn Cavidin Ev-Muzeyi və Xatirə Kompleksi” adlandırılıb. Muzey fondunda 10 mindən çox eksponat toplanmışdır. Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində şairin avtoqrafı olan əsərləri, tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları və s. var.
“Üfüqlərə sığmayan əbədi ruh” adlı tədbirdə Mərkəzin direktoru Səyyar Məmmədovun “İrfan ədəbiyyatımızın sonuncu Ustadı”, Kompleksin bələdçisi Fəridə Musayevanın “Mənim tanrım gözəllikdir, sevgidir” və Mərkəzin metodisti Türkay Məmmədlinin “Əsirlikdə azadlıq, sözdə ucalıq” mövzularında çıxışları olub. Bildirilib ki, Hüseyn Cavid irfan şairi Nəsimi kimi yaşadığı zamana, mühitə sığmırdı. Onunla toplum arasında yerlə göy qədər fərq vardı. O, yerdəkilərin qurtuluşu üçün çalışan göy adamı idi. Onun əsərləri, qəhrəmanları bunu göstərir.
Vurğulanıb ki, bəşəri ideyaları ilə dünyaya sığmayan Hüseyn Cavid şeriyyəti, dramatizmi, fəlsəfi görüşləri, bütün insanları düşündürə biləcək əsərləri ilə irfan şairi olaraq tanınmışdır.
Sonda tədbir iştirakçıları dahi şairin ev-muzeyinə ekskursiya ediblər.

“Mədəni-kütləvi tədbirlərin təşkilinə dair tələblər” mövzusunda seminar-müşavirə keçirilibAvqustun 7-də Mədəniyyət üzrə ...
07/08/2025

“Mədəni-kütləvi tədbirlərin təşkilinə dair tələblər” mövzusunda seminar-müşavirə keçirilib

Avqustun 7-də Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və Şərur Rayon Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şərur Rayon Mədəniyyət Sarayında keçirilən tədbiri giriş sözü ilə Mərkəzin şöbə müdiri Məhəmməd Məmmədov açıb. Bildirilib ki, klub müəssisələrinin fəaliyyət istiqamətlərindən biri də əlamətdar və tarixi günlərə, eləcə də mədəni irsimizin təbliğinə həsr olunmuş mədəni-kütləvi tədbirlərin keçirilməsindən ibarətdir. Belə tədbirlərin keçirilməsində əsas məqsəd xalqımızın mədəni irsini təbliğ etmək, tarixi və əlamətdar günlər haqqında sakinlərdə təsəvvür və yaddaş formalaşdırmaq olmalıdır. Xüsusilə gənc nəsil məhz belə tədbirlər sayəsində tariximizi, milli mədəniyyətimzi öyrənir, eləcə də tarixi şəxsiyyətlərimizi və mədəniyyət xadimlərimizi tanıyırlar. Bu mənada, yaşayış məntəqələrindəki klub müəssisələrində mədəni-kütləvi tədbirlərin təşkili böyük əhəmiyyət kəsb etməkdədir. Vurğulanıb ki, belə tədbirlərdə yeniyetmə və gənclərin iştirakı arzuolunandır.
Seminar-müşavirədə Mərəkəzin şöbə müdirləri Zəminə Gülməmmədovanın “Keçirilməsi nəzərdə tutulan mədəni-kütləvi tədbirlərin sənədləşdirilməsi işi haqqında” və Şərəf Quliyevanın “Mədəni-kütləvi təşkilatçının vəzifə funksiyaları və mədəni-kütləvi tədbirlərin təşkili metodikası” mövzularında çıxışları olub.
Çıxışlarda bildirilib ki, mədəni-kütləvi tədbirlərin təşkili zamanı klub müəssisəsinin məsul şəxs və ya şəxsləri tərəfindən müvafiq qaydada sənədləşdirmə işinin aparılması vacibdir. Bu həmin klub müəssisəsi əməkdaşlarının öz işlərinə məsuliyyətini artırır, tədbirlərin davamlı və ardıcıl xarakter alması ilə nəticələnir.
Vurğulanıb ki, mədəni-kütləvi tədbirlərin keçirilməsində klub müəssisələri əməkdaşları yaşayış məntəqəsində fəaliyyət göstərən digər qurumların əməkdaşlarını da cəlb etməklə tədbirin əhəmiyyətini və rolunu daha da artırmış olarlar. Belə ki, yaşayış məntəqəsindəki tam orta məktəbin müəllimlərnin müvafiq mövzularda çıxışı, şübhəsiz ki, sakinlər tərəfindən maraqla qarşlanacaqdır.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, müzakirələr aparılıb.

2 Avqust Milli Kino Günü ilə bağlı tədbir keçirilibAvqustun 1-də Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və Naxçıvan Dövlə...
01/08/2025

2 Avqust Milli Kino Günü ilə bağlı tədbir keçirilib
Avqustun 1-də Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və Naxçıvan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə Mərkəzin Xalq yaradıcılığı şöbəsinin müdiri Məhəmməd Məmmədov açaraq bildirib ki, tarix 28 dekabr 1895-ci ili göstərərkən Fransada ilk dəfə hərəkətli görüntülərin lentə alınmasına başlandı. Bu addım, əslində, bəşəriyyətin yaddaşı üçün inqilabi bir başlanğıc idi. O gündən bəri film sadəcə görüntü deyil, insan ruhunun, tarixinin, sevgisinin, acısının və ümidinin pərdəyə köçmüş halıdır.
Sonra Mərkəzin Xalq yaradıcılığı şöbəsinin metodisti Bənövşə Afətli "Bir kadrla başlanan ədəbiyyat" mövzulu çıxışı ilə Azərbaycan kinosunun böyük bir yaddaşın məhsulu olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan filmlərində bir xalqın müqaviməti, sevdası, incə yumoru və səssiz fəryadı var.
Sonda "Həyat, deyəsən, gözəldir" filmi nümayiş olunub.

Avqustun 1-də Azərbaycan Dili və Əlifbası Günü münasibətilə "Əlifbamız - ana dilimizin nəfəsi, xalqımızın səsi" adlı  tə...
01/08/2025

Avqustun 1-də Azərbaycan Dili və Əlifbası Günü münasibətilə "Əlifbamız - ana dilimizin nəfəsi, xalqımızın səsi" adlı tədbir keçirilib.
Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyi ilə birgə keçirilən tədbiri Mərkəzin böyük elmi işçisi Aytəkin Əliyeva giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan dili xalqımızın milli-mənəvi kimliyinin formalaşmasında və qorunmasında mühüm rol oynayır. Qürur qaynağımız olan ana dilimiz milli varlığımızı müəyyən edən başlıca amillərdəndir və dövlət atributlarımız kimi əzizdir, müqəddəsdir.
Tədbirdə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru dosent Elxan Məmmədovun “Vətənpərvərlik formulu: ədəbiyyat, mədəniyyət və mənəviyyat üçbucağında dil" və Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimovanın “Ana dili hər bir xalqın milli kimliyidir” mövzularında çıxışları olub.
Bildirilib ki, Azərbaycan dili xalqımızın milli kimliyinin, mədəni irsinin daşıyıcısıdır və onu qorumaq hər bir vətəndaşın borcudur.
Tədbirin sonunda görkəmli yazıçı Cəlil Məmmədquluzadənin ev muzeyinin ekspozisiyasına baxış olub.

“Mədəni-kütləvi tədbirlərin təşkilinə dair tələblər” mövzusunda seminar-müşavirə keçirilibİyulun 30-da Mədəniyyət üzrə E...
30/07/2025

“Mədəni-kütləvi tədbirlərin təşkilinə dair tələblər” mövzusunda seminar-müşavirə keçirilib
İyulun 30-da Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin birgə təşkilatçılığı ilə Şahbuz Rayon Mədəniyyət Sarayında keçirilən tədbiri giriş sözü ilə Mərkəzin şöbə müdiri Məhəmməd Məmmədov açıb. Bildirilib ki, klub müəssisələrinin fəaliyyət istiqamətlərindən biri də əlamətdar və tarixi günlərə, eləcə də mədəni irsimizin təbliğinə həsr olunmuş mədəni-kütləvi tədbirlərin keçirilməsindən ibarətdir. Belə tədbirlərin keçirilməsində əsas məqsəd xalqımızın mədəni irsini təbliğ etmək, tarixi və əlamətdar günlər haqqında sakinlərdə təsəvvür və yaddaş formalaşdırmaq olmalıdır. Xüsusilə gənc nəsil məhz belə tədbirlər sayəsində tariximizi, milli mədəniyyətimzi öyrənir, eləcə də tarixi şəxsiyyətlərimizi və mədəniyyət xadimlərimizi tanıyırlar. Bu mənada, yaşayış məntəqələrindəki klub müəssisələrində mədəni-kütləvi tədbirlərin təşkili böyük əhəmiyyət kəsb etməkdədir. Vurğulanıb ki, belə tədbirlərdə yeniyetmə və gənclərin iştirakı arzuolunandır.
Seminar-müşavirədə Mərəkəzin şöbə müdirləri Zəminə Gülməmmədovanın “Keçirilməsi nəzərdə tutulan mədəni-kütləvi tədbirlərin sənədləşdirilməsi işi haqqında” və Şərəf Quliyevanın “Mədəni-kütləvi təşkilatçının vəzifə funksiyaları və mədəni-kütləvi tədbirlərin təşkili metodikası” mövzularında çıxışları olub.
Çıxışlarda bildirilib ki, mədəni-kütləvi tədbirlərin təşkili zamanı klub müəssisəsinin məsul şəxs və ya şəxsləri tərəfindən müvafiq qaydada sənədləşdirmə işinin aparılması vacibdir. Bu həmin klub müəssisəsi əməkdaşlarının öz işlərinə məsuliyyətini artırır, tədbirlərin davamlı və ardıcıl xarakter alması ilə nəticələnir.
Vurğulanıb ki, mədəni-kütləvi tədbirlərin keçirilməsində klub müəssisələri əməkdaşları yaşayış məntəqəsində fəaliyyət göstərən digər qurumların əməkdaşlarını da cəlb etməklə tədbirin əhəmiyyətini və rolunu daha da artırmış olarlar. Belə ki, yaşayış məntəqəsindəki tam orta məktəbin müəllimlərnin müvafiq mövzularda çıxışı, şübhəsiz ki, sakinlər tərəfindən maraqla qarşlanacaqdır.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, müzakirələr aparılıb

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində mətbuat konfransı keçirilibNaxçıvan Muxtar respublikasının Mədəniyy...
08/07/2025

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində mətbuat konfransı keçirilib
Naxçıvan Muxtar respublikasının Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov Nazirlik tərəfindən “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə bağlı görülmüş işlər, qarşıda duran məsələlər barədə ətraflı məlumat verib, media nümayəndələrinin suallarını cavablandırıb.
Nazir müavini qeyd edib ki, Ölkə Prezidenti cənab İlham Əliyev 21 fevral 2024-cü il tarixdə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncamın icrası üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 iyun tarixli Qərarı ilə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonası” və “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisinin xüsusi rejimi” təsdiq edilmişdir. Qoruğun ərazisi 240.06 ha, mühafizə zonası 11.81 ha olmaqla ümumilikdə 251.87 ha ərazini əhatə edir. Qoruq ərazisində 1-i dünay, 1- ölkə, 218-i yerli əhəmiyyətli olmaqla ümumilikdə 220 daşınmaz tarix və memarlıq abidəsi mövcuddur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 12 mart tarixli Qərarı ilə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi təsdiq edilmişdir.
Nazir müavini vurğulayıb ki, Qoruğun ərazisində tarix-mədəniyyət abidələrinin bərpa-konservasiyası istiqamətində işlər aparılır. Qoruğun inzibati binası üçün nəzərədə tutulan “Ərbabın iş yeri” tarixi binanın və Sərşəhər meydanında yerləşən Sərşəhər Məscidinin bərpası ilə bağlı layihələndirmə işləri aparılmış, hazırda Mədrəsə binasının bərpası ilə bağlı layihələndirmə işləri və “Ərbabın iş yeri” tarixi binanın bərpası istiqamətində satınalmalar keçirilir.

İyulun 8-də Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları Kəngərli Rayon Mədəniyyət Şöbəsinin tabeliyindəki Mədəniyy...
08/07/2025

İyulun 8-də Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları Kəngərli Rayon Mədəniyyət Şöbəsinin tabeliyindəki Mədəniyyət Sarayında, Qarabağlar, Qabıllı, Şahtaxtı, Böyükdüz Kənd Mədəniyyət evlərində və Yurdçu Kənd Klubunda olub, dərnək fəaliyyətinin təşkili və mədəni-kütləvi tədbirlərin keçirilməsi işi ilə bağlı klub müəssisəsi əməkdaşlarına əməli köməkliklər göstəriblər.
Əməli köməklik zamanı klub müəssisələrində dərnək və folklor qruplarının yaradılması və dərnək fəaliyyətinin təşkili, eləcə də əlamətdar və tarixi günlərlə bağlı mədəni-kütləvi tədbirlərin keçirilməsi zamanı sənədləşmə işinin aparılması ilə əlaqədar müvafiq tövsiyələr verilib.

“Mədəni-kütləvi tədbirlərin təşkilinə dair tələblər” mövzusunda seminar-müşavirə keçirilibİyunun 24-də Mədəniyyət üzrə E...
25/06/2025

“Mədəni-kütləvi tədbirlərin təşkilinə dair tələblər” mövzusunda seminar-müşavirə keçirilib
İyunun 24-də Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və Ordibad Rayon Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ordubad Rayon Mədəniyyət Sarayında keçirilən tədbiri giriş sözü ilə Mərkəzin direktoru Səyyar Məmmədov açıb. Bildirilib ki, klub müəssisələrinin fəaliyyət istiqamətlərindən biri də əlamətdar və tarixi günlərə, eləcə də mədəni irsimizin təbliğinə həsr olunmuş mədəni-kütləvi tədbirlərin keçirilməsindən ibarətdir. Belə tədbirlərin keçirilməsində əsas məqsəd xalqımızın mədəni irsini təbliğ etmək, tarixi və əlamətdar günlər haqqında sakinlərdə təsəvvür və yaddaş formalaşdırmaq olmalıdır. Xüsusilə gənc nəsil məhz belə tədbirlər sayəsində tariximizi, milli mədəniyyətimzi öyrənir, eləcə də tarixi şəxsiyyətlərimizi və mədəniyyət xadimlərimizi tanıyırlar. Bu mənada, yaşayış məntəqələrindəki klub müəssisələrində mədəni-kütləvi tədbirlərin təşkili böyük əhəmiyyət kəsb etməkdədir. Vurğulanıb ki, belə tədbirlərdə yeniyetmə və gənclərin iştirakı arzuolunandır.
Seminar-müşavirədə Mərəkəzin Mədəni-kütləvi tədbirlərin təşkili metodikası şöbəsinin müdirləri Zəminə Gülməmmədovanın “Keçirilməsi nəzərdə tutulan mədəni-kütləvi tədbirlərin sənədləşdirilməsi işi haqqında” və Şərəf Quliyevanın “Mədəni-kütləvi təşkilatçının vəzifə funksiyaları və mədəni-kütləvi tədbirlərin təşkili metodikası” mövzularında çıxışları olub.
Çıxışlarda bildirilib ki, mədəni-kütləvi tədbirlərin təşkili zamanı klub müəssisəsinin məsul şəxs və ya şəxsləri tərəfindən müvafiq qaydada sənədləşdirmə işinin aparılması vacibdir. Bu, həmin klub müəssisəsi əməkdaşlarının öz işlərinə məsuliyyətini artırır, həm də tədbirlərin davamlı və ardıcıl xarakter alması ilə nəticələnir.
Vurğulanıb ki, mədəni-kütləvi tədbirlərin keçirilməsində klub müəssisələri əməkdaşları yaşayış məntəqəsində fəaliyyət göstərən digər qurumların əməkdaşlarını da cəlb etməklə tədbirin əhəmiyyətini və rolunu daha da artırmış olarlar. Belə ki, yaşayış məntəqəsindəki tam orta məktəbin müəllimlərnin müvafiq mövzularda çıxışı, şübhəsiz ki. sakinlər tərəfindən maraqla qarşlanacaqdır.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, müzakirələr aparılıb.

“Tarixə yazılan imza – Milli Qurtuluş Günü” adlı tədbir keçirilibİyunun 13-də Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və K...
13/06/2025

“Tarixə yazılan imza – Milli Qurtuluş Günü” adlı tədbir keçirilib

İyunun 13-də Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və Kərimbəyli Kənd Mədəniyyət Evinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Tarixə yazılan imza – Milli Qurtuluş Günü” adlı tədbir keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi sükutla yad edilib.
Kənd Mədəniyyət Evində keçirilən tədbiri giriş sözü ilə açan Mərkəzin şöbə müdiri Məhəmməd Məmmədov bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulmuşdur. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Azərbaycan xalqı dahi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevi hakimiyyətə dəvət etməklə Azərbaycanın bugünkü uğurlarının bünövrəsini yaratdı. Bu reallıq inkaredilməzdir ki, dövlətimizin düzgün təmələ əsaslanan siyasəti nəticəsində arxada qalan il əvvəlki ildən daha böyük uğurlarla zəngin olur.
Tədbirdə Mərkəzin metodisti Bənövşə Afətlinin “Naxçıvandan doğan Günəş”, Kərimbəyli kənd tam orta məktəbin müəlliməsi Gülü Hacıyevanın "Azərbaycanın müstəqillik və dövlətçilik amalları", Kənd Mədəniyyət Evinin direktoru Stella Babayevanın "Azərbaycan dövlətinin müstəqilliyi əbədidir” mövzularında çıxıları olub. Bildirilib ki, 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da, ölkədə sabitlik yarandı, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır.
Tədbirin bədii hissəsində Kənd Mədəniyyət Evinin “Bədii qiraət” dərnəyinin üzvləri Milli qurtuluş Gününə və ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər qiraət ediblər.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi “Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Vətənpərvərlik mah...
05/06/2025

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi “Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Vətənpərvərlik mahnıları (marşları) ifaçılığı müsabiqəsi” ELAN EDİR

Müsabiqənin keçirilməsində əsas məqsəd “Konstitusiya və Suverenlik İli" çərçivəsində milli mədəniyyətin və incəsənətin, vətənpərvərlik hissləri aşılayan mahnıların təbliği, ifaçılıq üzrə istedadlı şəxslərin aşkara çıxarılması, peşəkar ifaçıların istedadlarının təbliğ edilməsi və aşkara çıxarılmış ifaçıların yaradıcılıq potensialının düzgün istiqamətləndirilməsidir.

Müsabiqədə iştirak etmək istəyənlər doldurulmuş ərizə-anketini 05 iyun 2025-ci il tarixdən 1 oktyabr 2025-ci il tarixədək Nazirliyin Mədəniyyət, mədəni irs, incəsənət və təhsil müəssisələri ilə iş şöbəsinə təqdim etməli və ya [email protected] elektron poçtuna göndərməlidir. Şəxsiyyət vəsiqəsinin surəti anketə əlavə olunmalıdır.

MÜSABİQƏNİN ŞƏRTLƏRİ:
- Müsabiqə iki yaş qrupu (12-19 yaş və 20 yaşdan yuxarı) üzrə 1 turdan ibarət olmaqla, 2025-ci ilin noyabr ayında Naxçıvan şəhərində keçiriləcəkdir.
- Müsabiqədə yaş qruplarına uyğun olaraq istedadı olan hər kəs iştirak edə bilər.
- Müsabiqədə ifa edilən mahnı (marş) Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət və vətənpərvərlik mövzusunda olmalıdır.
- Müsabiqədə hər bir iştirakçı 2 mahnı ifa etməlidir.
- Müsabiqədə ifalar canlı olmalıdır. Müşayiət canlı və ya minuslardan ibarət ola bilər. Müşayiəti iştirakçının özü təmin etməlidir.
- Müsabiqədə təhsil tələbi yoxdur.
- Müsabiqədə hər yaş qrupu üzrə bir I, bir II, bir III yer və həvəsləndirici yerlər müəyyən edilir.
Müsabiqə qalibləri Nazirliyin diplomları və aşağıdakı qaydada
hər iki yaş qrupu üzrə birinci yer – 500 AZN
hər iki yaş qrupu üzrə ikinci yer – 300 AZN
hər iki yaş qrupu üzrə üçüncü yer – 200 AZN pul mükafatı, fərqlənənlər Nazirliyin fəxri fərmanları ilə təltif ediləcəkdir.

Müsabiqə qaydaları barədə ətraflı məlumat və ərizə anket nümunəsi ilə Nazirliyin nculture.gov.az saytında tanış ola bilərsiniz.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət və incəsənət xadimləri Prezidentə təşəkkür məktubu ünvanlayıbNaxçıvan Muxtar ...
04/06/2025

Naxçıvan Muxtar Respublikasının mədəniyyət və incəsənət xadimləri Prezidentə təşəkkür məktubu ünvanlayıb

Naxçıvan Muxtar Respublikasının mədəniyyət və incəsənət xadimləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” imzaladığı Sərəncama görə təşəkkür məktubu ünvanlayıb.

Məktubda deyilir:
Möhtərəm cənab Prezident,
“Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” imzaladığınız Sərəncam biz – mədəniyyət işçilərini bir daha qürurlandırdı. Bu mühüm qərar, xalqımızın zəngin mədəni irsinə, tarixinə və əcdadlarımızın əməyi ilə formalaşmış memarlıq abidələrinə göstərdiyiniz sonsuz sevginizin, diqqət və qayğınızın daha bir bariz nümunəsidir.
Biz bu gün keçmişə baxanda Ümummilli liderimiz Heydər Əliyevin gördüyü işlərin, bu günə və gələcəyə baxanda isə həmin siyasi xəttin uğurla Sizin tərəfinizdən həyata keçirilməsinin şahidi oluruq. Son illərdə xüsusən də, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, mədəni irs nümunələrimizin – məscidlərin, ev-muzeylərin, memarlıq abidələrinin bərpası, memorial komplekslərin yaradılması bu uğurların əyani sübutudur.
Qədim və zəngin tarixi ilə seçilən Naxçıvan diyarı, Ümummilli liderin sözləri ilə desək, "Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır". Bu kiçik ərazidə mövcud olan çoxsaylı tarix-memarlıq abidələri – qalalar, körpülər, türbələr, məscidlər və digər tikililər xalqımızın bu torpaqlarda əsrlər boyu yaşayıb yaratdığını bir daha sübut edir. Bu abidələr içərisində Möminə xatun türbəsi öz möhtəşəmliyi, zərifliyi və incə gözəlliyi ilə seçilərək Əcəmi Naxçıvani memarlıq məktəbinin ən parlaq nümunəsinə çevrilmiş, artıq əsrlərdir ki, Naxçıvanın simvolu olaraq yaşamaqdadır.
Türbənin təbii və antropogen təsirlərə məruz qalması, onun görkəmində yaranan qüsurlar hər bir azərbaycanlı kimi bizləri ciddi narahat edirdi. Sizin təşəbbüsünüzlə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində türbədə bərpa və konservasiya işlərinə başlanılması, eləcə də bu istiqamətdə imzaladığınız son Sərəncam Möminə xatun türbəsinin qorunması və gələcək nəsillərə olduğu kimi çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Möhtərəm cənab Prezident!
Sizə cansağlığı, ölkəmizin və xalqımızın rifahı naminə həyata keçirdiyiniz genişmiqyaslı işlərdə davamlı uğurlar və yeni nailiyyətlər arzulayırıq. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan mədəniyyəti daha da inkişaf edəcək və dünya miqyasında layiqli yerini möhkəmləndirəcək.
Hörmətlə,
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və incəsənət xadimləri.

Address

Naxçıvan şəhəri Heydər Əliyev Pr. 1
Nakhchivan
7000

Website

Alerts

Be the first to know and let us send you an email when Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share