Naxçıvan MR Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti

Naxçıvan MR Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Naxçıvan MR Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Government Organization, Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə 44, AZ 7000, Nakhchivan.

30/03/2024
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin t...
28/03/2024

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublika Prokrorluğunun, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin aidiyyəti əməkdaşları ilə “Dövlət satınalmaları haqqında” Qanunun tətbiqi mövzusunda görüş keçirilmişdir. Görüşdə qanunvericiliyin tələblərinə dair ətraflı məlumat verilmiş, mövzu ətrafinda fikir mübadiləsi aparılmış və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

21/03/2024

19/03/2024

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi mövzusunda maarifləndirmə tədbirlərinin keçirilməsinə başlanılmışdır


“Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nə uyğun olaraq dövlət satınalmaları zamanı dövlət vəsaitindən səmərəIi və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarınınşəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında həyata keçirilməsi məqsədilə muxtar respublikada fəaliyyət göstərən satınalan təşkilatların müvafiq əməkdaşlarının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi mövzusunda maarifləndirilməsi istiqamətində tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır.
​Bu görüşlər mütəmadi olaraq təşkil ediləcək və növbəli olaraq muxtar respublikada fəaliyyət göstərən satınalan təşkilatların satınalma komissiyalarının üzvləri və satınalma mütəxəsisləri dəvət ediləcəkdir.
Məqsədimiz satınalmaların qanunvericiliyin tələblərinə uyğun formada təşkil edilməsini, Qanunun əsas prinsiplərindən olan rəqabətli mühitin və təchizatçılar üçün bərabər imkanların yaradılmasında yaxından iştirak etmək, eyni zamanda dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi üçün qanunvericiliyin tətbiqi mövzusunda maarifləndirilməni təmin etməkdir.
Sözügedən maarifləndirmə tədbirləri çərçivəsində mövcud qanunvericiliyin tələbləri izah ediləcək, satınalma prosedurları ilə bağlı suallar cavablandırılacaq və dövlət satınalmalarının vahid internet portalı ilə əlaqəli məlumatlar veriləcəkdir.

15 mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi GünüdürMuxtar Respublikada istehlakçıların hüquqlarının dövlət müd...
15/03/2024

15 mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür
Muxtar Respublikada istehlakçıların hüquqlarının dövlət müdafiəsi qarşıya qoyulmuş mühüm vəzifələrdən biridir.

Hər il martın 15-i Dünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü kimi qeyd edilir. Ümumdünya İstehlakçılar İttifaqı dünyada istehlakçıların hüquqlarını qorumaqla məşğuldur. Hər bir ölkədə olduğu kimi Azərbaycanda da "İstehlakçıların hüquqlarının qorunması haqqında Qanun" qəbul olunmuşdur. Bu qanunla vətəndaşların istehlakçılıq hüququ qorunur, eyni zamanda ticarət təşkilatlarının və xidmətlə məşğul olan sistemin hüquq və vəzifələri müəyyənləşdirilir.
Bu qanuna əsasən istehlakçı şəxsi tələbatını ödəmək məqsədilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Bu Qanun Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər mühit yaradılması məqsədilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və alıcı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını və mexanizmini müəyyənləşdirir.
İstehlakçıların hüquq və mənafelərinin qorunması sahəsində görülən mühüm tədbirlərin əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Məhz bu sahə üzrə hüquqi bazanın ardıcıl formalaşdırılması nəticəsində hazırda ölkəmizdə bütün sahələrdə keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi tədbirlər görülür. İstehlakçıların aldıqları malların keyfiyyətinə və təhlükəsizliyinə zəmanət verilməsi, onların miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun məlumat əldə etməsi üzrə hüquqları qanunvericiliklə tənzimlənir.
Naxçıvan Muxtar Respublikasında da istehlakçıların hüquqlarının qorunması iqtisadi siyasətin əsas prioritet istiqamətlərindəndir. İstehlakçıların hüquqlarının müdafiəsini nəzərdə tutan ayrı-ayrı Dövlət proqramlarının, qanunların, qərar və qaydaların muxtar respublikanın aidiyyəti orqanları tərəfindən icrası daim diqqət mərkəzində saxlanılır.
Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi strategiyanın davamı olaraq muxtar respublikada görülən işlər istehlakçıların hüquqlarının qorunmasına, əhalinin tələbatının daha keyfiyyətli məhsullarla ödənilməsinə hərtərəfli şərait yaratmışdır. Muxtar respublikada sahibkarlığın inkişafına yönəldilən tədbirlər məşğulluğun təmin olunmasına və sosial rifaha birbaşa təsir edir. Bütün bunlar, nəticə etibarilə, istehlakçıların təhlükəsiz və keyfiyyətli məhsullarla təmin olunmasına şərait yaradan vacib amillərdəndir. Ona görə ki, yerli istehsalın təşkili bir tərəfdən xaricə valyuta axınının qarşısını alaraq idxaldan asılılığı aradan qaldırırsa, digər tərəfdən məhsulun istehlakçılara daha münasib qiymətlərlə çatdırılmasına imkan yaradır, eyni zamanda mənşəyi məlum olmayan, ekoloji cəhətdən o qədər də təmiz hesab edilməyən məhsulların bazarlara yol açmasının qarşısını alır. Bu da muxtar respublikada daxili bazarın, həmçinin istehlakçıların hüquqlarının qorunması deməkdir.
Dövlət xidməti tərəfindən ötən il yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlılığı, təsərrüfat subyektlərinin istehsal-xidmət şəraiti, məhsul göstəricilərinin texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğunluğuna nəzarət diqqətdə saxlanılmış, ümumilikdə, məhsul nümunələrinin 918 halda, o cümlədən qida məhsullarının 917 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin olunmuşdur.
Rəqabətin qorunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində Dövlət Xidmətinə 3 müraciət daxil olmuş və baxılması üçün aiddiyyəti üzrə göndərilmişdir.
Ticаrət, хidmət və istеhsаl sahələrində fəaliyyət göstərən sаhibkаrlаrа rəqаbətqаbiliyyətli məhsul istеhsаlı və yеrli məhsullаrın sаtışınа üstünlük vеrilməsi istiqаmətində davamlı olaraq mеtоdiki tövsiyələr verilir.
İstehlakçılar ona göstərilən xidmətin keyfiyyətli olmasında maraqlıdır ki, bu da onun keyfiyyət hüququdur. İnsanlar aldıqları məhsulların ekoloji və gigiyenik cəhətdən sağlamlıqları üçün heç bir təhlükə törətmədiyinə əmin olmalıdırlar. Hər birimiz istehlakçı kimi öz hüquqlarımızı yaxşı bilməli və bu işə öz töhfəmizi verməliyik.

13/03/2024

İqtisadiyyat naziri Mikayıl Cabbarov Xorvatiyanın və davamlı naziri Damir Habijan ilə görüşüb.

05/03/2024

Address

Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə 44, AZ 7000
Nakhchivan
AZ7000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994365504922

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan MR Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Naxçıvan MR Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti:

Share