Babək rayon Q.Abbasov adına Payız kənd tam orta məktəbi

Babək rayon Q.Abbasov adına Payız kənd tam orta məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Babək rayon Q.Abbasov adına Payız kənd tam orta məktəbi, Government Organization, payız, Nakhchivan.

27 may 2024-cü il tarixdə Babək rayon Q.Abbasov adına Payız kənd tam orta məktəbdə Müstəqillik günü ilə bağlı tədbir keç...
28/05/2024

27 may 2024-cü il tarixdə Babək rayon Q.Abbasov adına Payız kənd tam orta məktəbdə Müstəqillik günü ilə bağlı tədbir keçirildi.Tədbirdə məktəbin direktoru və tarix müəllimi çıxış edərək müstəqilliyin qazanılması və onun əhəmiyyəti ilə bağlı geniş məlumat verdilər .

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı qub...
29/03/2024

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.
1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur.
Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.
İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir.
Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır.
Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin martın 11-də ölkəmizə dövlət səfəri çərçivəsində keçirilən görüşlər, imzala...
15/03/2024

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin martın 11-də ölkəmizə dövlət səfəri çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər onu göstərir ki, Qazaxıstan və Azərbaycan arasında münasibətlər bütün sahələrdə uğurla inkişaf edir. İki ölkə arasında təhsil, sahəsində əməkdaşlıq prioritet məsələlərdəndir.
İki ölkə arasında imzalanan protokola əsasən, tərəflər hər il bakalavriat proqramları üzrə 3 nəfər, magistratura proqramları üzrə 5 nəfər, doktorantura proqramları üzrə 2 nəfər, əsas (baza ali) tibb təhsili və rezidentura proqramları üzrə 2 nəfər üçün tələbə mübadiləsi həyata keçirməyi planlaşdırır.
Qazaxıstan tərəfi informasiya və kommunikasiya texnologiyaları, mühəndislik, emal və tikinti sənayesi üzrə 5 nəfər, kənd təsərrüfatı və bioresurslar, incəsənət və humanitar elmlər, sosial elmlər, jurnalistika və informasiya, biznes, idarəetmə və hüquq üzrə 5 nəfər, səhiyyə və sosial təminat (tibb) ixtisasları üzrə 2 nəfərin təhsilini təşkil etməyi üzərinə götürür. Azərbaycan tərəfi isə texniki və texnoloji ixtisaslar üzrə 3 nəfər, humanitar və sosial ixtisaslar üzrə 3 nəfər, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə 3 nəfər, təbiət ixtisasları üzrə 1 nəfər, əsas (baza ali) tibb təhsili və rezidentura ixtisasları üzrə 2 nəfərin təhsilini təşkil edəcək. Protokol çərçivəsində tərəflər tələbələrin Azərbaycanın ali təhsil müəssisələrinin və Qazaxıstanın ali (və ya) ali təhsildən sonrakı təhsil müəssisələrinin yataqxanalarında yerləşdirilməsi üçün mümkün səyləri göstərəcək.
Mərasim zamanı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev ilə Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek “3 aprel 2017-ci il tarixli Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol”u imzalayıblar.

Müasir dövrdə dünyada diqqət edilən əsas məqamlardan biri də tərəfdaşlıqda etibarlılıqdır. Bu baxımdan Azərbaycan müsbət...
13/03/2024

Müasir dövrdə dünyada diqqət edilən əsas məqamlardan biri də tərəfdaşlıqda etibarlılıqdır. Bu baxımdan Azərbaycan müsbət mənada fərqlənir. Azərbaycan və Albaniya iki dost ölkədir. Ölkələrimiz müxtəlif sahələrdə fəal əməkdaşlıq edir və olduqca fəal siyasi dialoqumuz var. Prezident İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycan etibarlı tərəfdaş olduğunu bütün dünyaya sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Hər iki ölkə bir-birini beynəlxalq təsisatlarda dəstəkləyir. Ölkələrimiz enerji təhlükəsizliyi məsələlərində fəal əməkdaşlıq edir. Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP heyətinin üzvü qismində vacib rol oynamaqda davam edir.
Martın 1-də Bakıda, “Gülüstan” sarayında keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları da buna sübutdur. Yəni bu iclaslar, orada səslənən fikirlər həm Azərbaycanın etibarlı tərəfdaş olduğunu bir daha sübut edir, həm də qarşıya qoyduğumuz planları bundan sonra da uğurla reallaşdıracağımıza əminlik ifadə edir. Cənub Qaz Dəhlizi sadəcə bir enerji layihəsi deyil. Dövlət başçısının da bəyan etdiyi kimi, Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir, bu layihə həqiqətən də uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Çünki Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı. Enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir.
Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı enerji təhlükəsizliyi məsələləri həmişə müzakirə olunub.
Azərbaycan qazı yeni mənbədir. Bu gün Avrasiyadakı geosiyasi vəziyyət gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib.

"Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları...
11/03/2024

"Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür" –
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev.
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb.
“Xocalıya Ədalət” kampaniyası. “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir.
Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

“Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı s...
06/03/2024

“Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” –
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törətdi. Dinc əhaliyə amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyi hələ də məlum deyil. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Xocalı soyqırımına hüquqi-siyasi qiyməti ilk dəfə Ümummilli Lider Heydər Əliyev verib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Ümummilli Lider 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi Fərman imzalayıb. Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub. Ulu Öndər 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" növbəti Fərman imzalayıb. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması hər zaman Prezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətləri sırasındadır. Bu dəhşətli soyqırımının dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da müstəsna xidmətləri var. Fondun "Xocalıya ədalət!" kampaniyasının sistemli fəaliyyətinin nəticəsidir ki, dünyanın 17 ölkəsi, ABŞ-ın 24 ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qərar və qətnamələr qəbul ediblər. "Xocalıya ədalət!" kampaniyasının məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı haqqında məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası Azərbaycanın inamlı tərəfdaşlığının göstəricisidir.1 mart tarixində Cənub Qaz Dəhlizi ...
06/03/2024

Cənub Qaz Dəhlizi Məşvərət Şurası Azərbaycanın inamlı tərəfdaşlığının göstəricisidir.
1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün 10-cu ildönümündə Cənub Qaz Dəhlizi Məşvərət Şurası tarixində indiyə qədərki ən böyük iclası keçirilib, bu iclasda 23 ölkə iştirak etdi. Bu bizə bir çox mesajlar verir. İkinci ildir ki, Azərbaycan yaşıl enerji sahəsində fəaliyyət göstərir. Bu gün, bu qədər sayda ölkə və beynəlxalq şirkətlərin iştirakı bizi sevindirir. Azərbaycanda Prezident İlham Əliyev sayəsində bu sahə ciddi inkişaf edir. Azərbaycan və Albaniya əməkdaşlığı bu gün yüksələn sürətlə davam edir. Hər iki ölkə beynəlxalq təsisatlarda bir-birini dəstəkləyir. Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində mühüm rol oynayıb. Bu gün Avroasiya üçün Azərbaycan qazı yeni mənbədir. Belə ki, Şahdənizdən sonra ikinci nəhəng qaz ehtiyatlarının – “Abşeron” qaz kondensat yatağında təbii qazın kommersiya hasilatı gerçəkləşdi. Abşeron layihəsinin ilk fazası artıq təsdiq edilib. Orada illik hasilatın 1.5 milyard kubmetr həcmində olması proqnozlaşdırılır. Birləşmiş Ərəb Əmirliklərini təmsil edən ADNOC şirkəti Abşeron layihəsinin səhmdarı oldu. Bu isə beynəlxalq əməkdaşlığa öz töhfəsini verəcəkdir. Gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatı yeni mənbə kimi mühüm əhəmiyyətə malik olacaqdır. Ümid yatağının ikinci fazasının işlənilməsi ilə buradan 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə əldə etmək olar. Bununla yanaşı, Azərbaycan yaşıl enerjiyə keçid mərhələsindədir. 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Lakin heç kim dana bilməz ki, yaxın gələcəkdə qazıntı yanacağı olmadan dünya inkişaf edə bilməz. Etiraf etmək lazımdır ki, Avropada Azərbaycoan qazına böyük tələbat var. Bir çox Avropa ölkəsi bunula bağlı ölkəmizə müraciət edib. Bu il ölkəmizdə əlamətdar hadisələr gerçəkləşəcək. Ölkəmiz COP29-a sahiblik edəcək. Bu böyük tədbirin Azərbaycanda təşkil edilməsi qərarı, beynəlxalq birliyin ölkəmizə dərin hörmətinin əlamətidir.
Qeyd edək ki, görüş çərçivəsində Azərbaycanın xüsusilə dəniz küləyinin inkişaf etdirilməsi geniş şəkildə müzakirə edilib və bu istiqamətdə müqavilələr imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin...
06/03/2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibə verib.
Cənub Qaz Dəhlizinin reallaşması bir çoxlarının fərqli arzu və düşüncələrinin üstündən xətt çəkdi. Çünki layihələnin reallaşması üçün beynəlxalq müstəvidə əməkdaşlığa ehtiyac var idi. Biz ölkələr və şirkətlər arasında bu əməkdaşlığı qurduq. Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil.
COP 29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. İqlim dəyişikliyinin fəsadları - çaylarımızda suyun azalması, dağlarımızda qarın azalması, Xəzər dənizində suyun səviyyəsinin azalması bizə təhdid yaradan amillərdir. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik. Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialımız 157 giqavat təşkil edir. Artıq mühüm yolu qət etməyə başlamışıq. Ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq. Azərbaycan neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardı. Neft və qaza malik ölkələr günahlandırılmamalıdır, qazıntı yanacağına sahib olmaq onların günahı deyil. Görülən işə gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verilməlidir. Nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə enib.

Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael H...
06/03/2024

Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən ötən il Berlin səfərini xatırlatmış, Almaniya kansleri ilə görüşündə əlaqələrimizin geniş gündəliyinə daxil olan məsələlərinin, o cümlədən iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu diqqətə çatdırmışdı. Ümumilikdə, Almaniya Fransadan fərqli olaraq Azərbaycan - Ermənistan münasibətlərində neytrallıq nümayiş etdirir. Fransanın qızışdırıcı mövqeyinə baxmayaraq, obyektiv ölkələr beynəlxalq hüquq normalarının Azərbaycanın tərəfində olduğunu bilirlər. Azərbaycan öz ərazisini və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Azərbaycan sülh prosesinə sadiqdir. Biz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik. Əslində, biz sülh yolu ilə həllin 5 əsas prinsipini işləyib hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik. Cənab Prezidentin dediyi kimi, biz, əgər sülh istəmiriksə niyə bunların hamısını hazırlamışıq?!
Bu gün Azərbaycan inkişaf edən ölkədir. Bu inkişafı gözü götürməyən dairələr tərəfindən ölkəmiz haqqında bilərəkdən mənfi təəssüratlar yaradılır. Əgər bir il ərzində Azərbaycan nümayəndə heyyətinin hüquqları bərpa olunmasa Azərbaycan tərəfi Avropa Şurasından tamamilə çıxmaq məsələsinə baxacağı şübhə doğurmur. Ermənistana havadarlıq edən dairələr bilməlidir ki, Azərbaycan müstəqilliyini əldə etdiyi vaxtda onların təcavüzünə və işğalçılıq siyasətinə məruz qaldı. Müstəqilliyin bərpasından cəmi 4 ay sonra ermənilər Xocalı soyqırımı törətdilər. Yüzlərlə şəhər və kəndlərimizi işğal etdilər. Otuz illik bir dövrdə isə özünü beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadı. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Hazırda Rusiya hansı prosesin baş verdiyini yaxşı anlayır və yeni reallıqlarla barışıb. ABŞ və Fransa da bu şəkildə mövqe nümayiş etdirməlidirlər. Əks halda, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr qəbul etməlidir ki, bu gün Cənubi Qafqazın aparıcı ölkəsi - iqtisadiyyatı, ordusu, beynəlxalq münasibətləri geniş olan Azərbaycanla birgə işləmək ən alternativ yoldur.

Babək rayon Payız kənd Q.Abbasov adına tam orta məktəbdə Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı tədbir keçirildi v...
26/02/2024

Babək rayon Payız kənd Q.Abbasov adına tam orta məktəbdə Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı tədbir keçirildi və tədbirdə soyqırımının baş verməsi, nəticələri haqqında geniş məlumatlar verildi , şəhid Hümbətov İmaməddin Muxtar oğlunun məzarı ziyarət olundu.

Fevral ayının 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfərə gedib. Səfərdə bir sıra sə...
20/02/2024

Fevral ayının 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfərə gedib. Səfərdə bir sıra sənədlər imzalanıb.
Türkiyə bu gün öz ordusu və iqtisadi inkişafı ilə bölgəmizdə, ümumilikdə dünyada söz sahibinə çevrilib. Qardaş ölkənin Azərbaycana qarşı dəstək mövqeyi, sıx iqtisadi münasibətləri bütün türk dünyasının diqqət mərkəzindədir. İkinci Qarabağ müharibəsi dövründə qardaş ölkənin daim Azərbaycanın yanında olduğu, sülh yolu ilə həll olunmayan tarixi məsələnin savaş meydanında cəmi 44 gün ərzində həll edildiyi müharibə dövründəki qəti dəstəyi bir daha ortaq köklərə sahib olan xalqlarımızın birgə dostluq ənənələrinə necə sadiq olduğunun göstəricisi idi. Azərbaycan seçkilər ərəfəsində, təəssüf ki, bəzi haqsızlıqlara məruz qaldı. Türkiyə tərəfi Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin bu il keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması ilə bağlı qəbul edilən qərarlara öz etirazını bildirdi. Türkiyənin Azərbaycan ilə əməkdaşlığı Ulu Öndər Heydər Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” şüarı əsasında yüksələn xətlə inkişaf edir. İki ölkə arasında ümumi ticarət dövriyyəsi keçən il ilk dəfə 7,5 milyard dollar səviyyəsinə çatdı. İki ölkənin nəqliyyat və enerji sahələrindəki potensialının inkişaf etməsinin nəticəsi Bakı-Tbilisi-Qars dəmir yolu xətti bunun ən konkret nümunələrindəndir. Bu xətdən ən yüksək səmərə götürmək üçün bərpa işləri sürətlə başa çatdırılmaqdadır.
Cənubi Qafqazda sülh və sabitliyə dair atılan addımlar görüşün əsas mövzularından idi.
Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan və Türkiyə birlikdə çiyin-çiyinə fəaliyyət göstərir. Ümumilikdə qardaş ölkə ilə imzalanan Anlaşma Memorandumu, Vergi və baytarlıq haqqında imzalanmış sazişlər gələcək inkişaf perspektivlərini daha da inkişaf etdirəcəkdir. Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib. Qarabağda işğalın başa çatması ilə bölgəmizdə daimi sülh üçün tarixi imkan pəncərəsi açılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki nitqindən: "Biz elə bir gənc nəsil yetişdirmə...
15/02/2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki nitqindən: "Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır."

Address

Payız
Nakhchivan

Telephone

+994506653582

Website

Alerts

Be the first to know and let us send you an email when Babək rayon Q.Abbasov adına Payız kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share