31/05/2026
ℹ️ Məktəblilərimiz Respublika Fənn Müsabiqələrinin və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının final mərhələsində iştirak ediblər
📢 Final mərhələsində Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadası üzrə iştirakçılara 25 qapalı tipli sual, Fənn Müsabiqələri üzrə isə açıq və yarımqapalı tipli suallar təqdim olunub.
🔗 Qeyd edək ki, VI və VII sinif şagirdlərinin iştirak etdiyi fənn müsabiqələrinin keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağının artırılmasından ibarətdir.
✅ ️Lütfi Zadə adına məntiq olimpiadası isə V sinif şagirdləri arasında keçirilir. Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə riyazi məntiqlə yanaşı məntiqi təfəkkür, yaradıcılıq, diqqət, hafizə, analiz, müqayisə, planlama və təhlil kimi bacarıqlarının inkişafına müsbət təsir göstərməkdir.
✨ ️Final mərhələsində iştirak edən bütün şagirdlərə uğurlar arzulayırıq.