Naxçıvan Şəhər İcra Hakimiyyəti

Naxçıvan Şəhər İcra Hakimiyyəti Naxçıvan Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasında respublika tabeli şəhər, Naxçıvan Muxtar Respublikasının inzibati mərkəzi.

Naxçıvan şəhəri Naxçıvan düzündə, Naxçıvançayın sahilində yerləşir. Paytaxt Bakıdan 536 km məsafədədir. Ərazisi 191.57 km.kv, əhalisi 95.608 nəfərdir (01.01.2022). İri sənaye, elm və mədəniyyət mərkəzləri, tarixi abidələri, Beynəlxalq Hava Limanı var, mühüm dəmiryolu və avtomobil nəqliyyatı qovşağında yerləşir. Naxçıvan şəhərində 1 qəsəbə (Əliabad), 5 kənd (Qaraçuq, Qaraxanbəyli, Tumbul, Bulqan və Hacıniyyət) vardır.

Ətraf mühitin mühafizəsi məqsədilə Naxçıvan şəhərində aksiya keçirilib5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü m...
05/06/2026

Ətraf mühitin mühafizəsi məqsədilə Naxçıvan şəhərində aksiya keçirilib

5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində təmizlik aksiyası keçirilib.
Aksiyanın keçirilməsində əsas məqsəd ətraf mühitin qorunmasına diqqətin artırılması, şəhərin ekoloji vəziyyətinin daha da yaxşılaşdırılması, əhalidə təmizlik və ekoloji məsuliyyət mədəniyyətinin formalaşdırılması, xüsusilə gənclər arasında təbiətə qayğıkeş münasibətin təşviq olunması olub.
Aksiya çərçivəsində iştirakçılar Naxçıvan–Sədərək magistral yolunun ətrafında təmizlik işləri apararaq tullantıları toplayıb, ərazini tullantılardan təmizləyiblər. Eyni zamanda, ətraf mühitin mühafizəsinin əhəmiyyəti barədə maarifləndirici söhbətlər aparılıb.
Tədbir zamanı vurğulanıb ki, təmiz və sağlam ətraf mühitin qorunması hər bir vətəndaşın üzərinə düşən mühüm vəzifədir. Bu istiqamətdə həyata keçirilən tədbirlər ekoloji şüurun formalaşmasına, təbiətə həssas münasibətin gücləndirilməsinə və gələcək nəsillər üçün sağlam mühitin qorunmasına xidmət edir.

Azərbaycanın regionda ilk dəfə olaraq Ümumdünya Ətraf Mühit Günü ilə bağlı qlobal tədbirə ev sahibliyi etməsi mühüm hadi...
05/06/2026

Azərbaycanın regionda ilk dəfə olaraq Ümumdünya Ətraf Mühit Günü ilə bağlı qlobal tədbirə ev sahibliyi etməsi mühüm hadisədir. Bu, Azərbaycanın beynəlxalq səviyyədə ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmənin artırılması sahəsində fəal roluna və planetimizi qorumaq naminə kollektiv səylərə verdiyi töhfəsinə yüksək qiymətin göstəricisidir.

https://president.az/az/articles/view/72693

5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi GünüdürƏtraf mühitin qorunması hər birimizin üzərinə düşən mühüm vəzifədir. ...
05/06/2026

5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür

Ətraf mühitin qorunması hər birimizin üzərinə düşən mühüm vəzifədir. Təmiz hava, saf su, yaşıl təbiət və sağlam gələcək yalnız təbiətə qarşı məsuliyyətli münasibət nəticəsində mümkündür.
5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə hər kəsi ətraf mühitin mühafizəsinə töhfə verməyə, təbii sərvətlərdən səmərəli istifadə etməyə, yaşıllıqların artırılmasına və ətrafın təmiz saxlanılmasına çağırırıq.
Unutmayaq ki, təbiəti qorumaq gələcəyimizi qorumaq deməkdir.

🌱🌎♻️

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında minifutbol üzrə Avropa çempionatının qal...
05/06/2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandası ilə bağlı paylaşım edilib.

"2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir.
Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram.

🇦🇿Yaşasın Azərbaycan!"

Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq İyunun 5-də Naxçıvan...
04/06/2026

Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq

İyunun 5-də Naxçıvan şəhərində “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.
Bununla əlaqədar olaraq, 110/35/10 kV-luq Naxçıvan yarımstansiyasından çıxan 10 kV-luq 5 və 18 nömrəli hava elektrik xətlərində enerji verilişi müvəqqəti dayandırılacaq.
Məqsəd yenidənqurma işləri çərçivəsində mövcud yerüstü elektrik xətlərinin yeraltı kabel xətləri ilə əvəz edilməsi, eləcə də vətəndaşların yaşayış evlərinin yaxınlığından keçən və mühafizə zonasına düşən xətlərin təhlükəsizliyinin təmin olunmasıdır.
Bu səbəbdən Heydər Əliyev prospektində, Vüqar Qasımov və Afiyəddin Cəlilov küçələrində iyunun 5-də saat 13:00-dan 15:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığının artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.

Naxçıvan şəhərində “Şəhərsalma və tikinti sahəsində dövlət nəzarəti və qanunvericiliyin tələbləri” mövzusunda tədbir keç...
04/06/2026

Naxçıvan şəhərində “Şəhərsalma və tikinti sahəsində dövlət nəzarəti və qanunvericiliyin tələbləri” mövzusunda tədbir keçirilib

04 iyun 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyətində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və tikinti sahəsində dövlət nəzarəti və qanunvericiliyin tələbləri” mövzusunda tədbir keçirilib.
Tədbir Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq-tikinti məsələləri, şəhər təsərrüfatı və mədəni irsin qorunması sektorunun müdiri-şöbə müdirinin müavini (baş memar) Qalib Abbasov şəhərsalma və tikinti sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasının, eləcə də dövlət nəzarətinin əhəmiyyətindən bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Həbib Kərimov, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Şəfəq Cəfərova, Prokurorluğun əməkdaşı, kiçik ədliyyə müşaviri Jalə İbrahimova və Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının müdiri Ruslan Ələkbərov mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.
Çıxışlarda şəhərsalma və tikinti fəaliyyətinə dövlət nəzarəti, təhlükəsizlik qaydaları, əmək mühafizəsi tədbirləri və qanunvericiliyin tələblərinin icrası ilə bağlı məsələlər diqqətə çatdırılıb.
Qeyd edək ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən yerli icra hakimiyyətlərinin baş memarları da iştirak ediblər. Görüş zamanı memarlıq və şəhərsalma sahəsində həyata keçirilən tədbirlər, mövcud vəziyyət və perspektiv istiqamətlər müzakirə olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Vətəndaşların səyyar qəbulu keçirilib03 iyun 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müa...
03/06/2026

Vətəndaşların səyyar qəbulu keçirilib

03 iyun 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Əhməd Vəliyev 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsində yaşayan vətəndaşlarla səyyar qəbul keçirib.
Qəbul Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Əhməd Vəliyev çıxışında Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaş müraciətlərinin operativ şəkildə araşdırılmasının prioritet olduğunu vurğulayıb.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, həlli mümkün olan məsələlərlə bağlı tapşırıqlar verilib, vaxt tələb edən müraciətlər nəzarətə götürülüb. İcra hakimiyyətinin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara yönləndirilməsi üçün qeydiyyata alınıb.
Sakinlər müraciətlərinə göstərilən diqqətə və əvvəlki səyyar qəbullarda qaldırılan problemlərin həllinə görə təşəkkür ediblər.
Qeyd edək ki, qəbulda icra hakimiyyətinin əməkdaşları, tabelikdə olan qurumların rəhbərləri və vətəndaşlar iştirak ediblər.

02/06/2026

Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında təşkil olunan “Uşaqların Rəngli Dünyası–2026” festivalından maraqlı anlar

Naxçıvan şəhərində keçirilən “Uşaqların Rəngli Dünyası-2026” festivalında istedadlı uşaqlar təltif edilib
02/06/2026

Naxçıvan şəhərində keçirilən “Uşaqların Rəngli Dünyası-2026” festivalında istedadlı uşaqlar təltif edilib

Address

H. Əliyev Prospekti 66
Nakhchivan
AZ7000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan Şəhər İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share