Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

01/06/2026

Uşaqların təhlükəsizliyi — ən güclü şifrəmizdirNaxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi t...
31/05/2026

Uşaqların təhlükəsizliyi — ən güclü şifrəmizdir

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ordubad şəhər tam orta internat məktəbində “Rəqəmsal Gələcək Uşaqlarla Başlayır” adlı sosial layihə həyata keçirilib.

Layihənin əsas məqsədi uşaqların gələcək inkişafına töhfə vermək, eyni zamanda rəqəmsal dünyada təhlükəsiz və məsuliyyətli davranmalarına dəstək olmaqdır.

Tədbir çərçivəsində 13–17 yaş qrupu uşaqlar üçün “Rəqəmsal dünyada uşaqların davranışı” mövzusunda interaktiv təlim keçirilib. Uşaqlara internet təhlükəsizliyi, sosial şəbəkələrdən düzgün istifadə və rəqəmsal mühitdə davranış qaydaları barədə məlumat verilib və sertifikatlar təqdim edilib.

Həmçinin, layihə çərçivəsində Nazirliyin əməkdaşları və “Rəqəmsal” könüllülər tərəfindən uşaqlar üçün üz boyama guşəsi, müxtəlif əyləncə və fəaliyyət zonaları təşkil olunub. Uşaqlar gün ərzində musiqili əyləncələr, komanda yarışları, estafet oyunları və interaktiv fəaliyyətlərdə iştirak edərək yaradıcı və sosial bacarıqlarını nümayiş etdiriblər.

Tədbirin sonunda hər bir uşağa onun adına hazırlanmış, üzərində layihənin şüarı əks olunan fərdi sertifikatlar və müxtəlif hədiyyələr təqdim olunub.

28 May - Azərbaycanın Müstəqillik Günü
27/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

Qurban bayramı münasibətilə xalqımızı təbrik edir, süfrələrə bol ruzi-bərəkət arzulayırıq!
27/05/2026

Qurban bayramı münasibətilə xalqımızı təbrik edir, süfrələrə bol ruzi-bərəkət arzulayırıq!

Bayram günlərində əhalinin  ,  , o cümlədən   və rabitə xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçü...
26/05/2026

Bayram günlərində əhalinin , , o cümlədən və rabitə xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Komandamızı təbrik edirik!Naxçıvan Muxtar Respublikasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönü...
23/05/2026

Komandamızı təbrik edirik!

Naxçıvan Muxtar Respublikasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Heydər Əliyev Kuboku” uğrunda futzal turniri davam edir.

Yarış çərçivəsində keçirilən növbəti oyunda Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Rabitəçi” komandası Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin komandasını 8:1 hesabı ilə məğlub edib. Həmkarlarımızı təbrik edir, növbəti oyunlarda uğurlar arzulayırıq!

“Rəqəmsal” könüllülər “Ağıllı Şəhər və Ağıllı Kənd” startap festivalında fəallıqları ilə seçiliblər“Şəhərsalma və Memarl...
23/05/2026

“Rəqəmsal” könüllülər “Ağıllı Şəhər və Ağıllı Kənd” startap festivalında fəallıqları ilə seçiliblər

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən “Ağıllı Şəhər və Ağıllı Kənd” startap festivalında “Rəqəmsal” könüllülər aktiv iştirak ediblər.

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən festivalda 29 könüllü tədbirin işində fəallıq göstərib.

Könüllülər festival müddətində təşkilati proseslərə dəstək verib, iştirakçıların yönləndirilməsi, təqdimatların və layihə nümayişlərinin keçirilməsi zamanı yaxından iştirak ediblər.

Qeyd edək ki, “Rəqəmsal” könüllülər bu ilin aprel ayından etibarən könüllülük proqramı çərçivəsində fəaliyyət göstərirlər. Könüllülər nazirliyin və tabeli qurumların müxtəlif layihələrində iştirak edir, praktiki bilik və bacarıqlarını artırırlar.

Naxçıvanda keçirilən Startap Festivalında Naxçıvanın tarixi və mədəniyyətini əks etdirən poçt markaları nümayiş olunubNa...
23/05/2026

Naxçıvanda keçirilən Startap Festivalında Naxçıvanın tarixi və mədəniyyətini əks etdirən poçt markaları nümayiş olunub

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı əsasında keçirilən “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan “Ağıllı şəhər və Ağıllı kənd” Startap Festivalında Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi tərəfindən hazırlanmış poçt markalarının nümayişi də təşkil olunub. Nümayiş etdirilən markalar Naxçıvan Muxtar Respublikasının memarlıq abidələrini, milli-mədəni dəyərlərini, təbiətini, tarixi irsini və müxtəlif inkişaf istiqamətlərini əks etdirməklə onların tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Naxçıvanda keçirilən “Ağıllı Şəhər və Ağıllı Kənd” Startap Festivalı WUF13-ə töhfədirNaxçıvan Muxtar Respublikasının rəq...
22/05/2026

Naxçıvanda keçirilən “Ağıllı Şəhər və Ağıllı Kənd” Startap Festivalı WUF13-ə töhfədir

Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən “Ağıllı Şəhər və Ağıllı Kənd” startap festivalında mediaya açıqlama verib.

O bildirib ki, Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən festival uğurla davam edir.

Azər Məmmədrəhimov qeyd edib ki, festival çərçivəsində universitetin, Təhsil Nazirliyinin, məktəblərin, STEAM mərkəzinin və fərdi startapçıların hazırladığı müxtəlif layihələr nümayiş olunur.
Onun sözlərinə görə, təqdim edilən layihələrin əsas istiqamətini “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarına uyğun innovativ həllər təşkil edir. Layihələr arasında ağıllı avtobus dayanacaqları, marşrutların izlənməsi sistemləri, kənd təsərrüfatında torpaq analizləri, susuzluğun müəyyənləşdirilməsi, müasir suvarma sistemləri, müşahidə və monitorinq həlləri yer alır.

Festivalda həmçinin yol infrastrukturuna dair layihələr, xüsusilə yol kəsişmələrinə nəzarət sistemləri iştirakçıların diqqətini cəlb edib.
Nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov vurğulayıb ki, festivalın bu tarixdə keçirilməsi xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2026-cı il ölkədə “Şəhərsalma və Memarlıq İli” elan olunub. Eyni zamanda, 17–22 may tarixlərində Azərbaycanda WUF13 – Ümumdünya Şəhərsalma Forumu keçirilir.

Azər Məmmədrəhimov əlavə edib ki, “Ağıllı Şəhər və Ağıllı Kənd” Startap Festivalının məhz 22 may tarixində təşkili WUF13 çərçivəsində keçirilən tədbirlərə Naxçıvanın töhfəsi kimi qiymətləndirilir.

Naxçıvanda “Ağıllı şəhər və Ağıllı kənd” Startap Festivalı keçirilibMayın 22-də Naxçıvan Muxtar Respublikası Rəqəmsal İn...
22/05/2026

Naxçıvanda “Ağıllı şəhər və Ağıllı kənd” Startap Festivalı keçirilib

Mayın 22-də Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı əsasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Ağıllı şəhər və Ağıllı kənd” Startap Festivalı keçirilib. Festival dövlət qurumlarını, texnologiya şirkətlərini, innovasiya ekosistemi nümayəndələrini və startapları bir platformada bir araya gətirib.
Tədbirin əsas məqsədi ağıllı şəhər və ağıllı kənd həllərinin təşviqi, rəqəmsal transformasiya istiqamətində innovativ layihələrin təqdimatı və regionda texnologiya ekosisteminin inkişafına dəstək göstərməkdir.
Festivalın rəsmi açılışda çıxış edən Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Azər Məmmədrəhimov bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi şəhərsalma, memarlıq və müasir texnologiyaların inkişafına verilən xüsusi önəmin göstəricisidir. Nazir müavini qeyd edib ki, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri, süni intellekt texnologiyalarının tətbiqi və rəqəmsal xidmətlərin genişləndirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Həmçinin vurğulayıb ki, Bakıda keçirilən WUF13 — Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın dayanıqlı şəhərsalma və rəqəmsal inkişaf sahəsində beynəlxalq nüfuzunun artdığını göstərir.
Bildirilib ki, festival çərçivəsində ümumilikdə 60 startap komandası, 151 iştirakçı, 5 münsif, 9 panelist və 26 mentor iştirak edir. Təqdim olunan layihələr gənclərin texnologiyanın yalnız istifadəçisi deyil, həm də gələcəyin həllərini formalaşdıran yaradıcı qüvvə olduğunu nümayiş etdirir.
Sonra festivalda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edəərk bildirib ki, müasir dövrdə universitetlər yalnız təhsil müəssisəsi deyil, həm də innovasiya və texnologiyaların formalaşdığı mühüm inkişaf mərkəzləridir. O qeyd edib ki, universitetdə tələbələrin yaradıcı və innovativ potensialının inkişafına xüsusi diqqət göstərilir və tələbələrin festivalda innovativ və perspektivli startap layihələri ilə təmsil olunması sevindirici haldır. Rektor vurğulayıb ki, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları dayanıqlı inkişafın və həyat keyfiyyətinin yüksəldilməsinin əsas istiqamətlərindən biridir.
Festivalda çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov qeyd edib ki, müasir dövrdə bilik, texnologiya və innovasiya dövlətlərin inkişafını müəyyən edən əsas amillərə çevrilib. Nazir vurğulayıb ki, “ağıllı şəhər” və “ağıllı kənd” yanaşmaları artıq gələcəyin deyil, bugünün reallığıdır və gənclərin innovativ ideyaları ölkənin gələcək inkişafında mühüm rol oynayacaq. Nazir bildirib ki, Naxçıvanda STEAM təhsilinin inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir və festivalda 29 təhsil müəssisəsinin şagirdləri innovativ layihələrlə iştirak edirlər.
Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini qeyd edib ki, müasir şəhərsalma siyasətində innovativ texnologiyaların və rəqəmsal həllərin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Ağıllı şəhər” və ağıllı kənd konsepsiyaları dayanıqlı şəhər mühitinin formalaşdırılması, təhlükəsiz və müasir yaşayış infrastrukturunun yaradılması baxımından mühüm rol oynayır.
Çıxışda vurğulanıb ki, gənclərin innovativ təşəbbüsləri və texnologiya əsaslı layihələri gələcəyin şəhərsalma modelinin formalaşmasına töhfə verir. Həmçinin festivalda təqdim olunan startap layihələrinin şəhərsalma, ekoloji dayanıqlılıq və rəqəmsal idarəetmə sahələrində yeni imkanlar yaratdığı diqqətə çatdırılıb.
Festival çərçivəsində startap layihələri, süni intellekt həlləri, yaşıl texnologiyalar, robototexnika, IoT və avtomatlaşdırma sistemlərinin nümayiş olunduğu innovasiya sərgisi, eləcə də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin STEAM Mərkəzinin xüsusi stendi və ilk dəfə olaraq Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi tərəfindən hazırlanmış poçt markaları nümayiş etdirilib.
Proqrama əsasən üç panel müzakirəsi keçirilib. Sessiyalarda “Ağıllı şəhər idarəetməsi, rəqəmsal təhsil, innovasiya və gələcəyin texnologiyaları”, “Smart kənd, su resursları və yaşıl enerji həlləri”, eləcə də “İnnovativ şəhər infrastrukturu və ictimai idarəetmənin gələcəyi” mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Festival çərçivəsində təqdim olunan layihələr müstəqil ekspertlər tərəfindən qiymətləndirilib və qaliblər müəyyən olunub. Tədbirin sonunda münsiflər heyətinə, panel iştirakçılarına və media nümayəndələrinə təşəkkürnamələr, layihə iştirakçılarına sertifikatlar, qalib komandalara isə diplom və pul mükafatları təqdim edilib.
Qiymətləndirmənin nəticələrinə əsasən I yerə “Sigma” komandası layiq görülüb. II yerin qalibi “Loğman” komandası olub. III və IV yerləri isə müvafiq olaraq STEAM Tədris Mərkəzi və Ərəzin kənd tam orta məktəbinin komandaları tutublar.

Address

Atatürk Küçəsi 1
Nakhchivan
7000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994365451212

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

Share