Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

29/05/2026
28 May - Milli qürur günümüzdür!Müsəlman Şərqində ilk parlamentli demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyət...
28/05/2026

28 May - Milli qürur günümüzdür!

Müsəlman Şərqində ilk parlamentli demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür.

28-May Azərbaycanın Müstəqillik Günü
27/05/2026

28-May Azərbaycanın Müstəqillik Günü

QURBAN BAYRAMINIZ MÜBARƏK !
27/05/2026

QURBAN BAYRAMINIZ MÜBARƏK !

Naxçıvan şəhərində Qurban bayramı ilə əlaqədar xüsusi kəsim və satış məntəqələri təşkil olunacaq2026-cı il mayın 27-28-d...
26/05/2026

Naxçıvan şəhərində Qurban bayramı ilə əlaqədar xüsusi kəsim və satış məntəqələri təşkil olunacaq

2026-cı il mayın 27-28-də qeyd olunacaq Qurban bayramı günlərində Naxçıvan şəhərində qurbanlıq heyvanların sanitariya-gigiyena tələblərinə uyğun şəraitdə kəsimi və satışı üçün xüsusi məntəqələr fəaliyyət göstərəcək.

Belə ki, Naxçıvan şəhərinin Əliabad qəsəbəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 17 may 2024-cü il tarixli, müvafiq nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş "Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları"nın tələblərinə uyğun olaraq "Naxçıvan Heyvan Bazarı 1" MMC adı altında müasir tipli heyvan bazarı fəaliyyətə başlayıb.

Həmin bazarda qurbanlıq heyvanların həm satışı, həm də kəsimi həyata keçiriləcək.

Eyni zamanda, Naxçıvan şəhərinin Çənlibel məhəlləsində - Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin yaxınlığında qurbanlıq heyvanların kəsimi məqsədilə müasir tipli səyyar çadır məntəqəsi quraşdırılıb. Çadırın yaxınlığında heyvanların diri halda satışının təşkili də nəzərdə tutulur.

Qeyd edək ki, təşkil olunan məntəqələrdə baytarlıq-sanitariya norma və qaydalarına əməl olunmasına ciddi nəzarət həyata keçiriləcək, müəyyən edilmiş məntəqələrdən kənar ərazilərdə heyvan kəsimi isə qadağandır.

Yaşıllıqlara aqrotexniki qulluq göstərilibNaxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumlarının...
23/05/2026

Yaşıllıqlara aqrotexniki qulluq göstərilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumlarının əməkdaşlarının iştirakı ilə növbəti iməcilik təşkil olunub.İməcilik çərçivəsində yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, ərazilərdə təmizlik və abadlıq işləri həyata keçirilib.

Ordubad rayonunda ipəkçiliyin inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində kümxanalara baxış keçirilib...
21/05/2026

Ordubad rayonunda ipəkçiliyin inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində kümxanalara baxış keçirilib.

Baxış zamanı kənd təsərrüfatı naziri Rafail Quliyev və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli kümçülərlə görüşərək baramaqurdlarının saxlanma şəraiti, yemlənməsi və inkişaf vəziyyəti ilə maraqlanıblar.

Bildirilib ki, rayonda ipəkçiliyin inkişaf etdirilməsi məqsədilə kümçülərə mütəmadi dəstək göstərilir, bu sahəyə marağın artırılması istiqamətində tədbirlər davam etdirilir.

Naxçıvanda heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə tədbirlər davam etdirilirBelə ki, süni mayalanma i...
21/05/2026

Naxçıvanda heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə tədbirlər davam etdirilir

Belə ki, süni mayalanma işinin genişləndirilməsi və səmərəliliyinin artırılması üçün cari ilin may ayının 2-də Süni Mayalanma Mərkəzinə simmental cinsinə aid 3 baş törədici buğa gətirilib.

Simmental cinsindən alınan balaların Naxçıvanın iqlim şəraitinə uyğunlaşması, yüksək məhsuldarlıq göstəricilərinə malik olması, irsi əlamətlərin qüsursuz şəkildə nəsildən-nəslə ötürülməsi, eləcə də heyvandarlıqla məşğul olan sahibkarların artan tələbi nəzərə alınaraq törədici heyvanların mərkəzə gətirilməsi məqsədəuyğun hesab olunub.

Görülən tədbirlərin əsas məqsədi muxtar respublika əhalisinin ət və süd məhsullarına olan tələbatını yerli istehsal hesabına ödəmək, idxaldan asılılığın aradan qaldırılmasına nail olmaq və heyvandarlığın inkişafını daha da sürətləndirməkdir.

Kənd təsərrüfatı məhsulu istehsalı üzrə müsbət dinamika müşahidə olunur.2026-cı ilin yanvar-aprel aylarında kənd təsərrü...
20/05/2026

Kənd təsərrüfatı məhsulu istehsalı üzrə müsbət dinamika müşahidə olunur.

2026-cı ilin yanvar-aprel aylarında kənd təsərrüfatı məhsulu istehsalının həcmi 63,4 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artım deməkdir. Bu göstəricinin 4,4 milyon manatı bitkiçilik, 59,0 milyon manatı isə heyvandarlıq sahəsinin payına düşmüşdür

Address

Xətai Məhəlləsi
Nakhchivan
AZ7000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994365450247

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

Share