Azərbaycan Respublikasının DİN Naxçıvan MR Daxili İşlər Nazirliyi

Azərbaycan Respublikasının DİN Naxçıvan MR Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasının DİN
Naxçıvan MR DİN-nin rəsmi səhifəsinə xoş gəlmisiniz.

01/06/2026

🚨 💻 KMBİ onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib

⚠️ Vətəndaşları bir daha qeyri-qanuni kazino və qumar oyunlarında iştirak etməməyə çağırırıq. Yaddan çıxarmaq olmaz ki, yalnız qanunsuz kazino oyunların təşkili yox, həmin oyunlarda iştirak da hüquqi məsuliyyət yaradır.

01/06/2026

Şəhid övladlarının iştirakı ilə “Yol Polisimizlə bir gün” adlı tədbir keçirilib

Bakı Şəhər İdarəsinin təşəbbüsü və “YAŞAT” Fondunun dəstəyi ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar şəhid övladları üçün ekskursiya və maarifləndirici görüş təşkil edilib.

Uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinin təbliği məqsədilə həyata keçirilən görüş çərçivəsində tədbir iştirakçıları Bakı Şəhər BPİ DYP İdarəsinin və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin inzibati binalarına ekskursiya ediblər.

Məktəblilərə yol-patrul xidməti inspektorlarının xidməti fəaliyyəti, yol hərəkət iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkəti üçün görülən tədbirlər, eləcə də inzibati hüquqpozmalar barədə nəzəri məlumatlar verilib, xüsusi texniki vasitələr nümayiş olunub.

Bununla yanaşı şagirdlərə nəqliyyatın intellektual idarə edilməsi sistemi, yol hərəkətinin tənzimlənməsi və müasir texnologiyaların tətbiqi haqqında ətraflı məlumatlar verilib. Məktəblilər real vaxt rejimində yollardakı vəziyyətin necə izlənildiyini və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunan innovativ həlləri maraqla izləyiblər.

Sonda tədbir iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Uşaqlar hər bir cəmiyyətin ən dəyərli sərvəti, gələcəyimizin ümididir.1 İyu...
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Uşaqlar hər bir cəmiyyətin ən dəyərli sərvəti, gələcəyimizin ümididir.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə başda şəhid övladları olmaqla bütün uşaqları ürəkdən təbrik edir, onlara sağlam, təhlükəsiz və xoşbəxt ömür arzulayırıq!

01/06/2026

Hər zaman hazır... ✊

Daimi təlimlər və peşəkar hazırlıq sayəsində şəxsi heyət qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarını yüksək məsuliyyət və peşəkarlıqla yerinə yetirməyə hazırdır.

01/06/2026

🚛 Ölkəyə külli miqdarda narkotik vasitə gətirən TIR sürücüsü saxlanıldı ⤵️

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı 1️⃣9️⃣ kiloqram narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

28 May - Müstəqillik Günü 🇦🇿
28/05/2026

28 May - Müstəqillik Günü 🇦🇿


28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

28/05/2026

Polis əməkdaşları arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan əlbəyaxa döyüş və silahsız özünümüdafiə üzrə respublika çempionatına yekun vurulub. 🇦🇿 🥋 🏆

Yarışda müxtəlif rayon və şəhər polis orqanlarının əməkdaşlarından ibarət 1️⃣4️⃣ komanda iştirak edib.

Yarışın yekun nəticələrinə əsasən DİN Əlahiddə Çevik Polis Alayı birinci 🥇 yerə layiq görülüb. Bakı şəhər Baş Polis İdarəsinin komandası ikinci 🥈 , Zəngilan Rayon Polis Şöbəsinin komandası isə üçüncü 🥉 yeri tutub.

28/05/2026

🚨 Astarada narkotik əməliyyatı - daha 4️⃣5️⃣ kiloqram "zəhər" dövriyyədən çıxarıldı

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Astara rayonu ərazisində keçirilən növbəti əməliyyat zamanı qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda narkotik vasitə gətirməyə cəhd edən şəxslər ifşa olunub.

✅ Onlardan tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 45 kiloqram marixuana, eləcə də 650 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb.

Davam edirik!

28/05/2026

📍 Biləsuvarda paraplan uçuş aparatı vasitəsilə 47 kiloqram marixuana və tiryək, eləcə də 10104 ədəd psixotrop tərkibli həbi qaçaqmalçılıq yolu ilə ölkəyə gətirən şəxslər polis əməkdaşlarının keçirdikləri əməliyyatla saxlanılıb.

Address

Nizami Gəncəvi
Nakhchivan
7000

Telephone

+994365455446

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikasının DİN Naxçıvan MR Daxili İşlər Nazirliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikasının DİN Naxçıvan MR Daxili İşlər Nazirliyi:

Share