Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rəsmi səhifəsi

Səhifəmizdə Ədliyyə Nazirliyinin xidməti fəaliyyəti ilə bağlı materiallar, o cümlədən maarifləndirici mövzularla tanış ola bilərsiniz.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar ...
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkum valideynlərlə onların uşaqlarının görüşü təşkil olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Strateji Planlaşdırma və Monitorinq Şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov və Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Ramin Əsgərov çıxış edərək uşaqları bayram münasibətilə təbrik ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycanda uşaqların hüquqlarının qorunması və onların hərtərəfli inkişafı daim diqqət mərkəzində saxlanılır. Bildirilib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət uşaq siyasəti bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bayram proqramı çərçivəsində uşaqlar üçün kloun şousu təqdim olunub, müxtəlif əyləncəli oyunlar təşkil edilib, musiqi nömrələri səsləndirilib. Tədbirin əsas iştirakçıları olan uşaqlar xoş və unudulmaz anlar yaşayıblar.
Sonda uşaqlara bayram hədiyyələri təqdim olunub.
Tədbirin keçirilməsində əsas məqsəd məhkum valideynlərlə uşaqlar arasında ailə bağlarının möhkəmləndirilməsi, uşaqlara bayram sevinci yaşadılması və onların mənəvi-psixoloji dəstəklənməsinə töhfə vermək olub.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.Bu gün uşaqların hüquqlarının qorunmasının, onların rifahının təmin edil...
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Bu gün uşaqların hüquqlarının qorunmasının, onların rifahının təmin edilməsinin və sağlam gələcəyinin formalaşdırılmasının vacibliyini bir daha xatırladır.

Bütün uşaqları bu əlamətdar gün münasibətilə təbrik edir, onlara xoşbəxt gələcək arzulayırıq.

28 May – Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edir, ölkəmizə davamlı tərəqqi arzulayırıq!Müstəqilliyimiz əbədi...
28/05/2026

28 May – Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edir, ölkəmizə davamlı tərəqqi arzulayırıq!

Müstəqilliyimiz əbədi və sarsılmaz olsun!

Xalqımızı Qurban bayramı münasibətilə təbrik edirik.Bu müqəddəs bayram hər bir ocağa ruzi, sevinc və firavanlıq gətirsin...
27/05/2026

Xalqımızı Qurban bayramı münasibətilə təbrik edirik.

Bu müqəddəs bayram hər bir ocağa ruzi, sevinc və firavanlıq gətirsin.

Qurban bayramınız mübarək olsun!

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qrafikə uyğun olaraq, vətəndaşlara qeyri-iş gü...
26/05/2026

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qrafikə uyğun olaraq, vətəndaşlara qeyri-iş günlərində də ədliyyə xidmətləri göstəriləcəkdir.
Bu çərçivədə Naxçıvan “ASAN xidmət” mərkəzində yerləşən Qeydiyyat şöbəsi və Notariat ofisi 30-31 may tarixlərində saat 09:00-dan 16:00-dək fəaliyyət göstərəcək.
Muxtar respublikada fəaliyyət göstərən digər notariat ofisləri isə aşağıdakı növbəli iş qrafikinə uyğun olaraq fəaliyyət göstərəcəklər:
Babək rayon Notariat Ofisi – 29 may tarixində saat 10:00-dan 13:00-dək;
Şərur rayon 2 saylı Notariat Ofisi – 29-30 may tarixlərində saat 10:00-dan 13:00-dək;
Culfa rayon Notariat Ofisi – 27 may tarixində saat 10:00-dan 13:00-dək;
Şahbuz rayon Notariat Ofisi – 29 may tarixində saat 10:00-dan 13:00-dək;
Kəngərli rayon Notariat Ofisi – 29 may tarixində saat 10:00-dan 13:00-dək.
Vətəndaşlar göstərilən tarixlərdə müvafiq notariat ofislərinə müraciət edə bilərlər.

“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Naxçıvan Muxtar Respublikasında tikinti sahəsində qanunvericiliyin tələbləri v...
26/05/2026

“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Naxçıvan Muxtar Respublikasında tikinti sahəsində qanunvericiliyin tələbləri və qanunsuz tikililərin qarşısının alınması mövzusuna həsr olunmuş növbəti maarifləndirici tədbir Naxçıvan şəhər Əliabad qəsəbəsində keçirilib. Tədbir Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Naxçıvan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə əvvəlcə keçirilən belə maarifləndirici görüşlərin əhəmiyyəti vurğulanıb. Daha sonra çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı Sabit Abdullazadə və Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarəti İdarəsinin əməkdaşı Həbib Kərimov tikinti işləri zamanı normativ-hüquqi aktların tələblərinə əməl olunmasının vacibliyindən, qanunsuz tikililərin qarşısının alınmasının əhəmiyyətindən, həmçinin tikililərin hüquqi statusunun müəyyənləşdirilməsi və bu sahədə tətbiq olunan prosedurlar barədə geniş məlumat veriblər.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin tikinti-texniki eksperti Həsən Babayev isə çıxışında tikinti sahəsində ekspertiza prosesləri, qanunsuz tikililərin aşkar olunması və bunun hüquqi nəticələri haqqında danışıb.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Texniki peşə təhsili səviyyəsi üzrə təhsil alan tələbələr üçün əyani təlim keçirilib. Təlim zamanı tələbələr APF Tikinti...
26/05/2026

Texniki peşə təhsili səviyyəsi üzrə təhsil alan tələbələr üçün əyani təlim keçirilib. Təlim zamanı tələbələr APF Tikinti Məhdud Məsuliyyətli Cəmiyyətində təcrübəyə cəlb olunublar. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki eksperti Həsən Babayev tərəfindən tələbələrə ekspertiza fəaliyyətinin əsas istiqamətləri, iş prosesi və müasir metodlar barədə məlumat verilib, praktiki nümunələr əsasında izahlar təqdim olunub.
Qeyd edək ki, keçirilən təlim tələbələrin nəzəri biliklərini praktik mühitdə möhkəmləndirmələrinə və gələcək peşə fəaliyyətlərinə daha hazırlıqlı olmalarına töhfə verir.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Ordubad rayon Qeydiyyat şöbəsinin rəisi, 1-ci dərəcəli ədliyyə qulluqç...
26/05/2026

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Ordubad rayon Qeydiyyat şöbəsinin rəisi, 1-ci dərəcəli ədliyyə qulluqçusu Səriyyə Hüseynovanın "Hər həyat bir adla başlayır" adlı məqaləsi "Naxçıvan xəbərləri" saytında işıq üzü görüb.

Ətraflı: https://naxcivanxeberleri.az/bloq/her-heyat-bir-adla-baslayir-81598

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli...
21/05/2026

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməsi təxirə salınmış şəxslərin sosial adaptasiyası, reabilitasiyası, məşğulluğunun təmin olunması və cəmiyyətə reinteqrasiyası istiqamətində tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Həsən Abbasov açaraq bu kateqoriyadan olan şəxslərin cəmiyyətə uyğunlaşmasının və onların sosial müdafiəsinin gücləndirilməsinin vacibliyindən danışıb.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və probasiya xidmətinin Probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Yunis Məmmədov çıxış edib. O bildirib ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq probasiya nəzarəti tətbiq edilmiş şəxslərin sosial adaptasiyası və reabilitasiyası istiqamətində tədbirlər davam etdirilir. Qeyd olunub ki, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməsi təxirə salınmış şəxslərin yenidən cəmiyyətə inteqrasiyası, onların təkrar hüquqpozmalara yol verməməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq işlər həyata keçirilir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin sədr müavini Heydər Quliyev isə yaxın müddət ərzində bu kateqoriyaya aid olan 80 nəfərin məşğulluq fəaliyyəti ilə təmin olunduğunu vurğulayıb. Bildirilib ki, məşğulluq tədbirlərinin genişləndirilməsi və bu şəxslərin əmək bazarına inteqrasiyasının gücləndirilməsi istiqamətində işlər davam etdirilir.
Sonda probasiya nəzarətində olan şəxslər fərdi qaydada qəbul edilmiş, müraciətləri qeydiyyata alınaraq fərdi iş aparılmışdır.

🚀 Ədliyyə Nazirliyinin bir sıra xidmətləri artıq mygov-da sizin ixtiyarınızdadır.📂 Rəqəmsal dövlət xidmətlərinin vahid m...
15/05/2026

🚀 Ədliyyə Nazirliyinin bir sıra xidmətləri artıq mygov-da sizin ixtiyarınızdadır.

📂 Rəqəmsal dövlət xidmətlərinin vahid məkandan təqdim edilməsi çərçivəsində Ədliyyə Nazirliyinin daha bir neçə xidməti mygov-a inteqrasiya edilib.

Artıq müxtəlif platformalara keçid etmədən, birbaşa mygov üzərindən sənədlərin rəqəmsal tərcüməsi üçün müraciət edə, statusu izləyə və nəticəni onlayn əldə edə bilərsiniz.

✍️ Övladlarınızın ölkədən kənara səfərləri üçün lazım olan razılıq ərizələrini artıq rəqəmsal razılıq funksiyası ilə video verifikasiya vasitəsilə formalaşdırmaq mümkündür.

📃 Eyni zamanda, icra işləriniz barədə məlumatları və müvafiq sənədləri PDF formatında sürətli şəkildə yükləyərək işlərinizi daha rahat idarə edə bilərsiniz.

✨ Bu yeniliklər dövlət xidmətlərinə çıxışınızı daha da rahatlaşdırır və vaxtınıza qənaət etməyinizə şərait yaradır. Siz də bütün rəqəmsal xidmətlərdən faydalanmaq üçün mygov-u yeniləməyi unutmayın.

Address

İslam Səfərli Küçəsi 1
Nakhchivan
AZ7000

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00

Telephone

+994365445470

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share