20/12/2023
Dekabrın 20-də Naxçıvan KOBİM-in təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində sahibkarlar üçün Taleh Həsənzadə tərəfindən " Daxili audit " adlı təlim keçirilib.
24 nəfər KOB subyektinin iştirak etdiyi təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən maliyyə hesabatlarının hazırlayıb, təqdim etmək bacarığı , mühasibat sahəsində yazıların tərtibi və təqdim edilməsi və onların beynəlxalq standartlara uyğunlaşdırılması üzrə bir sıra məlumatlar verilib .
Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Təlimin sonunda həmçinin iştirakçıların hər birinə təlimdə iştirak etdiyi üçün sertifikat da təqdim edilib .
📍Naxçıvan şəhəri, Nəsrəddin Tusi küçəsi 19
📱(+994)51 618 66 95