Naxçıvan MR Həmkarlar İttifaqları Şurası

Naxçıvan MR Həmkarlar İttifaqları Şurası Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Naxçıvan MR Həmkarlar İttifaqları Şurası, Public & Government Service, Nakhchivan.

28 May - Azərbaycanın Müstəqillik Günü!
27/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü!

Dünya müsəlmanlarının mənəvi birlik və mərhəmət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə hər birinizi təbrik edir...
26/05/2026

Dünya müsəlmanlarının mənəvi birlik və mərhəmət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə hər birinizi təbrik edirik. Bu mübarək bayramın Sizə möhkəm cansağlığı, bol ruzi-bərəkət gətirməsini diləyirik.

Qurban bayramınız mübarək!

Bakıda “İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti” mövzusunda konfrans keçirilibBakıda Azərbaycan Həmka...
13/05/2026

Bakıda “İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti” mövzusunda konfrans keçirilib
Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzi (TMHİM), Beynəlxalq Əmək Təşkilatı (BƏT) İşçilərin Fəaliyyəti Bürosunun (BƏT-ACTRAV) birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti” mövzusunda konfrans keçirilib.
Tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət və ictimai təşkilatların təmsilçiləri, Azərbaycan və Türkmənistan həmkarlar ittifaqlarının, BƏT-in və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin nümayəndələri iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev konfransın əhəmiyyətini qeyd edib, qlobal iqlim dəyişmələri və onun fəsadlarından, Azərbaycanın iqlim dəyişmələri siyasətindən söz açıb, “yaşıl keçid” və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların artırılması, su ehtiyatlarındanvə dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. “Yaşıl keçid” prosesində işçilərin yeni bacarıqlarının formalaşdırılması və məşğulluq imkanlarının artırılması xüsusi önəm daşıyır. Həmkarlar ittifaqlarının bu prosesdə fəal iştirakı inklüziv, ədalətli və şəffaf yanaşmaların təmin edilməsi baxımından vacibdir.

Ətraflı: www.nmrhis.az saytında

Mayın 10-da Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının kollektivi müasir, müstəqil Azərbaycanın banisi...
10/05/2026

Mayın 10-da Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının kollektivi müasir, müstəqil Azərbaycanın banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Naxçıvan şəhərinin baş meydanında ucaldılmış abidəsini ziyarət edib.
Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub, abidə önünə gül dəstələri düzülüb.

Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətimizin banisi və görkəmli siyasi xadimi Heydər Əliyevin anad...
09/05/2026

Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətimizin banisi və görkəmli siyasi xadimi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri, zəngin siyasi irsi, milli dövlətçilik ideyaları və Azərbaycan naminə həyata keçirdiyi böyük xidmətlər daim dərin ehtiramla xatırlanır.

Əziz xatirəsini böyük hörmət və minnətdarlıq hissi ilə anırıq.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr o...
08/05/2026

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib
Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib.
Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, media mənsubları, həmkarlar ittifaqlarının çoxsaylı üzvləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Ulu Öndərin zəngin və mənalı həyat yolunu, müasir Azərbaycanın inkişafı naminə misilsiz xidmətlərini əks etdirən film nümayiş olunub.
Tədbirdə xalqımızı ağır sınaqlardan çıxaran, ölkəni dərin ictimai-siyasi və iqtisadi böhran vəziyyətindən xilas edən, müasir Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyevin ölkəmizin davamlı inkişaf və tərəqqi yolunun möhkəm təməlini formalaşdırdığı, bu siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.
Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda bütün sahələr dinamik inkişaf edir, ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənir, nüfuzu ildən-ilə artır. Dövlət başçısının rəhbərliyi ilə qazanılan mühüm nailiyyətlər ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının, milli həmrəyliyin, güclü siyasi iradənin və qüdrətli dövlətçilik ənənələrinin parlaq təzahürüdür. Bu uğurların təməlində isə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası və milli dövlətçilik ideyaları dayanır.
Tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin sosial-iqtisadi inkişafına, milli-mənəvi dəyərlərin qorunması və təbliğinə verdiyi mühüm töhfələr xüsusi qeyd olunub, Ümummilli Liderin zəngin irsinin öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasında Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin əhəmiyyətindən danışılıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Səməd Vurğun adına Sağlamlıq Mərkəzində“Təhlükəsiz əmək səmə...
28/04/2026

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Səməd Vurğun adına Sağlamlıq Mərkəzində
“Təhlükəsiz əmək səmərəli fəaliyyətin əsasıdır” mövzusunda konfrans təşkil edilib.

Bu gün Ümumdünya Əməyin Mühafizəsi Günüdür.Beynəlxalq Əmək Təşkilatının təşəbbüsünə uyğun olaraq, işçilərin sağlam və tə...
28/04/2026

Bu gün Ümumdünya Əməyin Mühafizəsi Günüdür.

Beynəlxalq Əmək Təşkilatının təşəbbüsünə uyğun olaraq, işçilərin sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsinə ictimai diqqətin artırılması məqsədilə 2003-cü ildən etibarən 28 aprel tarixi Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd edilir.

Bu əlamətdar gün münasibətilə bütün əməkçilərə fəaliyyətlərində uğurlar, təhlükəsiz və sağlam əmək şəraiti arzulayırıq.

Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Zərifə Əziz qızı Əliyevanın anadan olma...
28/04/2026

Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 103 ili tamam olur.

Əbədiyaşar alimin əziz xatirəsi daim ehtiramla yad edilir, işıqlı və nurlu əməlləri bu gün də minnətdarlıqla xatırlanır.

24/04/2026

Sanatoriya-kurort yollayışları kimlərə şamil olunur?

Address

Nakhchivan

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994365453128

Website

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan MR Həmkarlar İttifaqları Şurası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Naxçıvan MR Həmkarlar İttifaqları Şurası:

Share