Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman

Martın 15-i Dünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür. İnsan hüquqları spektrində əsas hüquqlardan biri istehlakçı...
15/03/2026

Martın 15-i Dünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür. İnsan hüquqları spektrində əsas hüquqlardan biri istehlakçıların hüquqlarıdır. İstehlakçıların Hüquqlarının Müdafiəsi Günü 1983-cü il martın 15-dən beynəlxalq səviyyədə qeyd olunur.

Ombudsman aparatının əməkdaşı stolüstü tennis yarışında fərqlənibMartın 13-də Naxçıvan Muxtar Respublikasında fəaliyyət ...
13/03/2026

Ombudsman aparatının əməkdaşı stolüstü tennis yarışında fərqlənib

Martın 13-də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş stolüstü tennis birinciliyi keçirilib. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışda 26 iştirakçı qələbə uğrunda mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Elçin Ağayev stolüstü tennis üzrə keçirilən birincilikdə uğurla çıxış edərək III yerə layiq görülüb.
Yarışın yekununda ilk üç yerin sahiblərinə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplom, medal və hədiyyələr təqdim olunub.

“Ali təhsil müəssisələrində insan hüquqları” mövzusunda açıq mühazirə keçirilibNaxçıvan Muxtar Respublikasının İnsan Hüq...
11/03/2026

“Ali təhsil müəssisələrində insan hüquqları” mövzusunda açıq mühazirə keçirilib

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə hüquqi maarifləndirici açıq mühazirə həyata keçirilib.
Tədbirdə Ombudsman aparatının əməkdaşları, institutun müəllim və tələbə heyəti, həmçinin media nümayəndələri iştirak edib.
Naxçıvan Müəllimlər İnstitutunun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov tədbiri giriş sözü ilə açaraq, Ombudsman aparatı ilə birgə keçirilən tədbirlərin tələbələrdə hüquq düşüncəsi və mədəniyyətinin formalaşmasına, həmçinin məlumatlılıq səviyyəsinin artırılmasına töhfə verdiyini vurğulayıb.
Sonra Ombudsmanın əməkdaşları Samir Tarverdiyev “Ali təhsil müəssisələrində insan hüquqları”, Nuranə Kərimova isə “Ombudsmanın fəaliyyət istiqamətləri: müasir çağırışlar və insan hüquqlarına əsaslanan tərəfdaşlıq” mövzusunda çıxış ediblər.
Çıxışlarda ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar, o cümlədən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verilib. Ali təhsil müəssisələrində hüquqi şüurun formalaşdırılması, insan hüquqları üzrə beynəlxalq və milli prinsiplər, həmçinin təhsil sistemində insan hüquqlarının qorunması və təşviqi sahəsində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri diqqətə çatdırılıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

08/03/2026

Ombudsman tərəfindən Șəkərabad kənd məktəbində monitorinq aparılıbOmbudsman Günay Rzayeva tərəfindən İran ərazisindən pi...
06/03/2026

Ombudsman tərəfindən Șəkərabad kənd məktəbində monitorinq aparılıb

Ombudsman Günay Rzayeva tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirilmiş hücum nəticəsində Babək rayonunun Şəkərabad kəndində məktəbə yaxın ərazinin hədəfə alınması faktı ilə bağlı BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının müddəaları baxımından ușaq hüquqlarının monitorinqi həyata keçirilib.
Monitorinq çərçivəsində Ombudsman məktəbin müəllim kollektivi və aidiyyəti şəxslərlə görüş keçirərək hadisənin uşaqların həyat, təhlükəsizlik və təhsil hüquqlarına mümkün təsiri ilə bağlı məlumatlar toplayıb və hüquqi qiymətləndirmə aparıb.
Eyni zamanda məktəbin şagirdləri ilə görüş keçirilərək baş vermiş hadisə nəticəsində uşaqlarda yarana biləcək narahatlıq və gərginliyin aradan qaldırılması məqsədilə Ombudsman Aparatı tərəfindən psixoloji dəstək tədbirləri həyata keçirilib.
Monitorinq zamanı əldə olunan məlumatlar sənədləşdirilərək hadisənin uşaqların hüquqları baxımından yaratdığı risklər qiymətləndirilib və bu istiqamətdə məktəbin rəhbər və pedoqoji kollektivinə tövsiyələr verilib.

06/03/2026

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) reaksiyası

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) reaksiyasıNaxçıvan Muxtar Respublikasına...
05/03/2026

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) reaksiyası

Naxçıvan Muxtar Respublikasına İran ərazisindən 5 mart 2026-cı il tarixdə həyata keçirilmiș pilotsuz uçuş aparatı hücumları, xüsusilə Naxçıvan Beynəlxalq Hava Limanı ərazisinin və Şəkərabad kəndində məktəbə yaxın ərazinin hədəf alınması mülki əhalinin, o cümlədən uşaqların təhlükəsizliyi baxımından kəskin șəkildə pislənilir.
Mülki obyektlərin və təhsil müəssisələrinin yaxınlığında baş verən belə hücumlar beynəlxalq humanitar hüququn fundamental prinsiplərinin – xüsusilə mülki şəxslərin qorunması prinsipinin kobud şəkildə pozulmasıdır.

04/03/2026

Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib

Xocalı faciəsi qurbanının ailəsi ziyarət edilib.Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsma...
26/02/2026

Xocalı faciəsi qurbanının ailəsi ziyarət edilib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar olaraq Ordubad şəhərində anadan olmuş Xocalı faciəsi qurbanı Mətanət Sadiq qızı Ağalarovanın ailəsini ziyarət ediblər.
Görüş zamanı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş qətliamın bəşəriyyətə qarşı ağır cinayətlərdən biri olduğu vurğulanıb, faciə nəticəsində 613 nəfərin qətlə yetirildiyi, 1275 nəfərin girov götürüldüyü diqqətə çatdırılıb.
Qeyd olunub ki, Xocalıda tökülən qan yerdə qalmayıb. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Xocalı şəhəri tam nəzarətə götürülüb.
Sonda vurğulanıb ki, Xocalı sakinlərinin hüquqlarının tam bərpası, onların doğma yurdlarına qayıdışının təmin edilməsi, eləcə də şəhid ailələri və müharibə nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin sosial təminatının möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

26/02/2026

Naxçıvanda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

26/02/2026

Hocalı Şehitleri TBMM'de Anıldı! - Haber Global

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının ...
26/02/2026

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edilmiş, Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı soyqırım həyata keçirilmişdir.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.


Address

Nakhchivan

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman:

Share