Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin səhifəsi

Naxçıvandan olan musiqiçilər İçərişəhərdə "Qarabağ Mədəniyyət Xəritəsi - Hər Rayonun Öz Səsi" festivalında iştirak edibl...
31/05/2026

Naxçıvandan olan musiqiçilər İçərişəhərdə "Qarabağ Mədəniyyət Xəritəsi - Hər Rayonun Öz Səsi" festivalında iştirak ediblər.
Festival çərçivəsində Naxçıvan Dövlət Uşaq Filarmoniyasının üzvləri və "Buta Naxçıvan" ansamblının kollektivi musiqi nömrələri səsləndirib, müxtəlif rəqs nümunələri təqdim ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Qeyd-Sosial Maarifləndirmə"İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan festivalın əsas məqsədi Qarabağın zəngin mədəni irsinin tanıdılması, milli-mənəvi dəyərlərimizin təbliği, eləcə də bölgənin mədəni potensialının geniş ictimaiyyətə təqdim olunmasıdır.

“Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində mühüm yer tutur” mövzusunda tədbir keçirilibMəmməd Səid O...
28/05/2026

“Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində mühüm yer tutur” mövzusunda tədbir keçirilib

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 28 May – Müstəqillik Günü münasibətilə Naxçıvan şəhər İcra Hakimiyyəti və Qaraçuq kənd klubunun birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində mühüm yer tutur” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, 28 May Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. 108 il bundan əvvəl - 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin, xalqımızın həyatına böyük tarixi hadisə kimi daxil oldu. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Qısa müddət ərzində 200-dən çox qanun qəbul edildi.
Naxçıvan şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Orxan Məhərrəmov “28 May – Müstəqillik Günüdür”, Qaraçuq kənd klubunun direktoru Yasəmən Əliyeva “İstiqlal yolunun başlanğıcı”, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova “Şərqin ilk demokratik respublikası” və Qaraçuq kənd kitabxana filialının kitabxanaçısı Sənəm Bağırova “Tariximizin şanlı səhifəsi” adlı mövzularla çıxış edərək bildiriblər ki, 28 May – Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparıb. 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilk salnaməsini müstəsna dərəcədə zənginləşdirib. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə XI Qızıl Ordu tərəfindən süquta uğrasa da, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan xalqı öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir, müstəqil Azərbaycan dövləti quruldu və inkişaf yoluna qədəm qoydu.
Tədbirin sonunda "28 May Müstəqillik Günü" adlı sərgiyə baxış keçirilib.

28 May - Azərbaycanın Müstəqillik Günü
27/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında 27 ildən artıq fəaliyyət göstərən, gənc yaşlarından etibarən 100-dən art...
27/05/2026

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında 27 ildən artıq fəaliyyət göstərən, gənc yaşlarından etibarən 100-dən artıq yaddaqalan obraza həyat verən, Azərbaycan Respublikası Prezidentinin mükafatçısı, peşəkar aktrisa Ulduz Süleymanova vəfat edib.

Ulduz Süleymanova uzun illər səhnədə yaratdığı dolğun və rəngarəng obrazlarla tamaşaçıların sevgisini qazanıb, teatr sənətinin inkişafına öz dəyərli töhfələrini verib. Onun səhnə mədəniyyəti, sənətə olan bağlılığı və peşəkarlığı həmkarları və yetişən gənc aktyorlar üçün hər zaman örnək olub.

Sənətkarın əziz xatirəsi onu tanıyanların və teatr ictimaiyyətinin qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin.

Hörmətli həmvətənlər!Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı mün...
26/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

ƏCƏMİ ORNAMENTLƏRİ İPƏKDƏ YENİDƏN CANLANDI — MÖMİNƏ XATUN TÜRBƏSİ ƏTRAFINDA “YELƏNİ” KƏLAĞAYI KOLLEKSİYASI TƏQDİM OLUNDU...
26/05/2026

ƏCƏMİ ORNAMENTLƏRİ İPƏKDƏ YENİDƏN CANLANDI — MÖMİNƏ XATUN TÜRBƏSİ ƏTRAFINDA “YELƏNİ” KƏLAĞAYI KOLLEKSİYASI TƏQDİM OLUNDU
Qədim Naxçıvanın əsrlərə meydan oxuyan memarlıq incisi — Möminə Xatun Türbəsinin yerləşdiyi Əcəmi seyrəngahı növbəti dəfə yaddaqalan mədəniyyət hadisəsinə şahidlik edib. “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Möminə Xatun Türbəsi və Açıq Səma Altında Muzey Kompleksinin qarşısında təqdim olunan kolleksiyada Əcəmi Naxçıvani yaradıcılığından, Möminə Xatun Türbəsinin tarixi ornamentləri və simvolikasından ilhamlanaraq hazırlanan kəlağayı kompozisiyaları da yer alıb.Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə keçirilən tədbirdə qeyd olunub ki, “Yeləni” kolleksiyası təkcə moda və ya dekorativ sənət nümunəsi deyil, daş yaddaşın ipək üzərində yenidən canlandırılması, milli memarlıq irsinin müasir sənət dili ilə ifadəsidir. Kolleksiyada yer alan kompozisiyalardan birində Möminə Xatun Türbəsinin ornamentləri, həndəsi kompozisiyaları və Əcəmi memarlıq məktəbinin estetik fəlsəfəsi xüsusi sənət həlli ilə əks olunub. Bu kolleksiya keçmişlə gələcək arasında görünməz körpü yaradır, milli ruhu və mədəni yaddaşı yenidən yaşadır.Mərasimdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Xanım İbrahimova çıxış edərək milli-mədəni irsin qorunması istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb, belə yaradıcı təşəbbüslərin qədim sənət ənənələrinin yaşadılmasına xidmət etdiyini qeyd edib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması, həmçinin böyük memar Əcəmi Naxçıvaninin 900 illik yubileyinin qeyd edilməsi təqdimata xüsusi rəmzi məna qazandırır. Möminə Xatun Türbəsində aparılan bərpa və konservasiya işlərinin də milli memarlıq irsinin qorunmasına dövlət səviyyəsində göstərilən diqqətin bariz nümunəsi olduğunu bildirib.
Ardı: nculture.gov.az saytında

28 May – Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilib      Cəmşid Naxçıvanski Muzeyində 28 May – Müstəqillik Günü və A...
26/05/2026

28 May – Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilib

Cəmşid Naxçıvanski Muzeyində 28 May – Müstəqillik Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 108-ci ildönümü münasibətilə “Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik məfkurəsidir” adlı tədbir keçirilib.
Tədbiri muzeyin direktoru Abasət Nuriyev açaraq bildirib ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində mühüm mərhələ olmaqla yanaşı, bütün Şərqdə ilk parlamentli demokratik respublika kimi tarixə düşüb. Qeyd olunub ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, AXC demokratik idarəçilik, insan hüquqları, milli ordu quruculuğu və təhsil sahəsində mühüm addımlar atıb.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanovun “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət konsepsiyasında Naxçıvan” və Muzeyin baş elmi işçisi Səyyar Məmmədovun “Cümhuriyyətimiz və onun Azərbaycan tarixindəki izi” mövzularında çıxışları olub. Çıxışlarda bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli maraqlarını əsas tutaraq müstəqil dövlətçilik ənənələrinin formalaşmasına böyük rol oynayıb.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Milli Dram Teatrının aktyorlarının təqdimatında Azərbaycan və Vətənpərvərlik mövzularında şeirlər bədii qiraət olunub.
Sonda muzeyin ekspozisiyasına baxış olub.

Nehrəm Qəsəbə Uşaq Musiqi Məktəbinin 45 illik yubileyi qeyd olunubNaxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin t...
23/05/2026

Nehrəm Qəsəbə Uşaq Musiqi Məktəbinin 45 illik yubileyi qeyd olunub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nehrəm Qəsəbə Uşaq Musiqi Məktəbinin yaradılmasının 45 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirlib.

Sonra məktəbin kollektivinin ifasında rəngarəng musiqi nömrələri - “Şirin dil” və “Yaşa Odlar yurdum”, “Həsrətimdən”, “Qərənfil”, “Məhəbbət çırağı” və “Bayramımızda”, “Gənclik rəqsi”, “Naxçıvan təranəsi” əsərləri, eləcə də “Dəşti təsnifi”, “Ovşarı” ritmik muğamı səsləndirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov çıxış edərək məktəbin keçdiyi inkişaf yolundan, musiqi təhsilinin inkişafında oynadığı roldan və əldə etdiyi nailiyyətlərdən bəhs edib. Qeyd olunub ki, məktəb ötən illər ərzində çoxsaylı istedadlı musiqiçilərin yetişməsində mühüm rol oynayıb, müxtəlif müsabiqə və festivallarda uğurlar qazanaraq regionun mədəni həyatında özünəməxsus yer tutub.
Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova Nehrəm Qəsəbə Uşaq Musiqi Məktəbinin 45 illik yubileyi münasibətilə təbriklərini bildirib.

Sonda Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı məktəbin kollektivinə təqdim olunub.

Bəhruz Kəngərli Muzeyinin yaradılmasının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Tədbiri giriş sözü ilə Bəhruz...
23/05/2026

Bəhruz Kəngərli Muzeyinin yaradılmasının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Tədbiri giriş sözü ilə Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli açaraq muzeylərin xalqın tarixi yaddaşının qorunmasında və mədəni irsin təbliğində böyük əhəmiyyətindən danışıb, müstəqil dövlətimiz tərəfindən mədəniyyət sahəsinə, xüsusilə də muzeyə göstərilən diqqət və qayğıdan bəhs edib. Qeyd edib ki, Bəhruz Kəngərli Muzeyi fəaliyyət göstərdiyi illər ərzində zəngin mədəni irsimizin qorunması və təbliği yönündə mühüm işlər görmüş, görkəmli Azərbaycan rəssamı Bəhruz bəy Kəngərlinin həyat və yaradıcılığının öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında səmərəli fəaliyyət göstərmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək, Bəhruz Kəngərlinin Azərbaycan təsviri sənətində özünəməxsus yer tutduğunu, onun yaradıcılığının gənc rəssamlar üçün sənət məktəbi, adını daşıyan muzeyin isə yeni nəslin estetik dünyagörüşünün formalaşmasına təsir edən sənət ocağı olduğunu vurğulayıb. Rəssamın əsərlərində yaşayan tarixi hadisələrin, insan talelərinin sənətkarlıqla təsvirindən və rəssamın yaradıcılığının təbliğindən danışıb, realist boyakarın gənc rəssamların yaradıcılığına təsirinin əhəmiyyətindən bəhs edib.
Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının müdiri, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyeva, Lətif Kərimov adına Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova çıxışlarında muzeyin yalnız rəssamın bədii irsini yaşadan məkan deyil, həm də yaradıcı insanların fikir mübadiləsi apardığı mədəniyyət obyekti olduğunu qeyd ediblər.
Bəhruz Kəngərli Muzeyinin baş fond mühafizəçisi Zümrüd Əhmədova “Sənət və tarixin ünvanı – Bəhruz Kəngərli Muzeyi” mövzusunda çıxış edərək, məsuliyyət və diqqət tələb edən bu sahənin inkişafı üçün sistemli şəkildə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Tədbirin sonunda Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov və tanınmış rəssam Qəhrəman Tağıyev muzey kollektivini yubiley münasibətilə təbrik ediblər.

Bəhruz Kəngərli Muzeyində “Mədəni irsin qorunmasında və təbliğində muzeylərin rolu” mövzusunda növbəti  seminar-treninq ...
23/05/2026

Bəhruz Kəngərli Muzeyində “Mədəni irsin qorunmasında və təbliğində muzeylərin rolu” mövzusunda növbəti seminar-treninq keçirilib

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Aparatının baş məsləhətçisi Qumral Əsədova açaraq muzeylərin mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Daha sonra Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. O, çıxışında Azərbaycanda muzey işinin tarixi inkişaf mərhələlərindən bəhs edərək XIX əsrin ikinci yarısından başlayaraq ölkədə muzeylərin formalaşdığını, 1896-cı ildə Nehrəm kənd məktəbində yaradılan tarix-diyarşünaslıq muzeyinin bu sahədə ilkin nümunələrdən olduğunu qeyd edib.

Səbinə Əlincəli 1919-cu ildə əsası qoyulan və sonradan Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərən, hazırda isə Milli Azərbaycan Tarixi Muzeyi adlanan mədəniyyət müəssisəsinin ölkə muzeyçilik tarixində xüsusi yer tutduğunu vurğulayıb. O, həmçinin XX əsrin 70-ci illərindən etibarən muzey şəbəkəsinin genişləndiyini, xüsusilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə regionlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasında müxtəlif tipli muzeylərinin yaradıldığını diqqətə çatdırıb.

Çıxışda hazırda ölkədə 240-dan çox muzeyin fəaliyyət göstərdiyi, o cümlədən işğaldan azad olunmuş ərazilərdə də muzeylərin bərpası istiqamətində işlərin aparıldığı qeyd olunub. Həmçinin Şuşada Milli Xalça Muzeyinin filialının uzun fasilədən sonra yenidən fəaliyyətə başlaması mühüm mədəni hadisə kimi qiymətləndirilib.

Məruzəçi muzeylərin yalnız eksponatların qorunduğu məkan deyil, həm də maarifləndirici və elmi mərkəzlər olduğunu bildirib. O qeyd edib ki, muzeylər xalqın tarixini, mədəniyyətini və milli kimliyini yaşadan mühüm institutlardır.

Sonra tədbir iştirakçılarının mövzu ilə sualları cavablandırılıb və muzeyin ekispozisiyasına baxış olub.

Address

Nakhchivan

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share