Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi 🇦🇿Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin rəsmi "facebook" səhifəsi

28 May - Azərbaycanın Müstəqillik Günü
27/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

Mərhəmət, paylaşma və birlik rəmzi olan Qurban bayramı münasibətilə hər birinizi təbrik edirik. Bayramınız mübarək!
26/05/2026

Mərhəmət, paylaşma və birlik rəmzi olan Qurban bayramı münasibətilə hər birinizi təbrik edirik.

Bayramınız mübarək!

Naxçıvan Muxtar Respublikasında peşəkar mühasib sertifikatı (PMS) üzrə əməkdaş və sertifikat sayına görə ilk 5 qurum
25/05/2026

Naxçıvan Muxtar Respublikasında peşəkar mühasib sertifikatı (PMS) üzrə əməkdaş və sertifikat sayına görə ilk 5 qurum

Dövlət qulluqçularının etik davranış qaydalarına dair maarifləndirici tədbir keçirilibMay ayının 22-də Naxçıvan Muxtar R...
22/05/2026

Dövlət qulluqçularının etik davranış qaydalarına dair maarifləndirici tədbir keçirilib

May ayının 22-də Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir Nazirliyin 2026-cı ilin I yarımili üzrə təsdiq olunmuş Fəaliyyət Planına uyğun olaraq təşkil edilib və məqsəd dövlət qulluqçularının etik davranış, antikorrupsiya standartları və şəffaf idarəetmə üzrə bilik və bacarıqlarının artırılması olub.

Tədbiri giriş sözü ilə Nazirlik Aparatının Daxili nəzarət və audit sektorunun əməkdaşı Aynur Məmmədova açaraq mövzunun əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, etik davranış qaydalarına riayət olunması sağlam iş mühitinin formalaşması, qarşılıqlı hörmət və etimadın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Daha sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi Aparatının rəhbəri, etik davranış üzrə müvəkkil Nurlan Hacıyev çıxış edib. O, dövlət qulluğunda etik davranış prinsiplərinin peşəkarlıq, şəffaflıq, vətəndaş məmnunluğu və dövlət qulluğunun nüfuzunun qorunması baxımından vacibliyini vurğulayıb.

Çıxışda “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblər, etik davranış üzrə müvəkkilin fəaliyyət istiqamətləri, eləcə də etik qaydaların pozulmasının intizam məsuliyyəti yarada biləcəyi diqqətə çatdırılıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, dövlət qulluqçularının xidməti fəaliyyətində dürüstlük, məsuliyyət, obyektivlik, şəffaflıq və vətəndaşlara hörmət prinsiplərinə əməl etməsinin vacibliyi qeyd olunub.

18/05/2026

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində "e-müqavilə" altsistemi üzrə təlimlər keçirilib - VİDEO

Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında artıq 100 nəfərdən çox əməkdaş peşəkar mühasib sertifikatına (PMS) m...
15/05/2026

Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında artıq 100 nəfərdən çox əməkdaş peşəkar mühasib sertifikatına (PMS) malikdir

Maliyyə sahəsində peşəkar kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməkdədir. Hazırda Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında 100 nəfərdən çox əməkdaş peşəkar mühasib sertifikatına (PMS) malikdir.

Dövlət orqanlarında çalışan əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi tərəfindən təşkil olunan peşəkar mühasib sertifikatı (PMS) proqramı üzrə uzunmüddətli təlimlər, müvafiq istiqamətdə keçirilən sınaq imtahanları və maarifləndirici tədbirlər bu nailiyyətlərin əldə olunmasında mühüm rol oynayır.

Nazirlik tərəfindən mütəmadi olaraq təşkil edilən təlimlər dövlət idarəetmə sistemində maliyyə intizamının gücləndirilməsi, şəffaflığın artırılması və hesabatlığın təmin olunması baxımından mühasibat uçotunun beynəlxalq standartlara uyğun təşkilinə, həmçinin peşəkar kadrların formalaşdırılmasına töhfə verir.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin davam etdirilməsi dövlət maliyyə idarəçiliyinin daha da təkmilləşdirilməsinə xidmət edir.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər ...
13/05/2026

Azərbaycan Respublikası Prezidentinin “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərmanından irəli gələn tapşırıqların icrası, həmçinin mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin bağlanılmasının elektron qaydada həyata keçirilməsinin təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikasının dövlət orqanları üçün təlimlərə start verilib.

Mayın 13-də başlayan təlimlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin inzibati binasında keçirilir. Təlimlərin açılışında Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Elvin Əlimərdanov çıxış edərək həyata keçirilən yeniliklərin dövlət satınalmalarının daha şəffaf, operativ və səmərəli təşkilinə mühüm töhfə verəcəyini bildirib, təlimlərin əhəmiyyətini diqqətə çatdırıb.

Üç gün davam edəcək təlimlərdə dövlət orqanlarının satınalma prosesində iştirak edən əməkdaşları iştirak edirlər.

Təlim zamanı “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminə (RDMİS) daxil olan “e-müqavilə” altsisteminin tətbiqi, dövlət satınalmaları üzrə müqavilələrin elektron qaydada hazırlanması, bağlanılması və göndərilməsi mexanizmləri barədə ətraflı məlumat verilir, iştirakçıların sualları cavablandırılır.

Qeyd edək ki, qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin bağlanılması və göndərilməsi “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “e-müqavilə” altsistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Bu yanaşma müqavilə, uçot və ödəniş proseslərinin vahid platformada idarə olunmasını təmin etməklə dövlət vəsaitlərinin daha şəffaf və operativ izlənilməsinə imkan yaradacaqdır.

Anadan olmasının 103-cü ildönümündə Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib10 may tarixində Naxçıvan Muxtar Respub...
10/05/2026

Anadan olmasının 103-cü ildönümündə Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

10 may tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin kollektivi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə onun Naxçıvan şəhərində ucaldılmış abidəsini ziyarət edib.

Ziyarət zamanı Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub, abidəsinin önünə tər güllər düzülüb.

Daha sonra Heydər Əliyev Muzeyi ziyarət edilib. Muzeydə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxış keçirilib, onun Azərbaycan dövlətçiliyinə verdiyi tarixi töhfələr bir daha böyük ehtiramla xatırlanıb.

10 May - müasir Azərbaycanın qurucusu, müstəqil Azərbaycanın inkişaf yolunun müəyyənləşdirilməsində müstəsna xidmətlər g...
09/05/2026

10 May - müasir Azərbaycanın qurucusu, müstəqil Azərbaycanın inkişaf yolunun müəyyənləşdirilməsində müstəsna xidmətlər göstərmiş dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Address

21 Cəlil Məmmədquluzadə
Nakhchivan
7003

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994365503333

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi:

Share