Naftalan Şəhər İcra Hakimiyyəti

Naftalan Şəhər İcra Hakimiyyəti Hökumət təşkilatı

Naftalanda sağlamlıq turizminin inkişaf perspektivləri müzakirə olunubDövlət Turizm Agentliyinin təşkilatçılığı, Naftala...
03/06/2026

Naftalanda sağlamlıq turizminin inkişaf perspektivləri müzakirə olunub

Dövlət Turizm Agentliyinin təşkilatçılığı, Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 2–3 iyun 2026-cı il tarixlərində Naftalan şəhərində Sağlamlıq Turizmi üzrə İşçi Qrupun növbəti iclası keçirilib.
İşçi qrupun gündəliyinə uyğun olaraq tədbir çərçivəsində ilk olaraq Naftalan şəhərində fəaliyyət göstərən sağlamlıq turizmi müəssisələrinə sahə səfəri təşkil olunub. İştirakçılar Naftalan Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub, şəhərdə turistlərin məlumatlandırılması istiqamətində həyata keçirilən işlər barədə məlumat əldə ediblər.
Səfər çərçivəsində Naftalan neft quyularına infotur təşkil olunub, iştirakçılar unikal müalicəvi xüsusiyyətlərə malik Naftalan neftinin hasilatı prosesi ilə yerində tanış olublar.
Daha sonra Naftalan şəhərində fəaliyyət göstərən sağlamlıq turizmi müəssisələrinə infotur keçirilib. İştirakçılara müəssisələrin fəaliyyəti, müalicə və reabilitasiya xidmətləri, wellness və SPA imkanları, eləcə də yerləşdirmə infrastrukturu barədə ətraflı məlumat təqdim olunub.
Növbəti gün keçirilən geniş tərkibli iclasda sağlamlıq turizminin inkişafı istiqamətində aktual məsələlər müzakirə edilib.
Dövlət Turizm Agentliyinin məsul əməkdaşı Rüstəm Mehtizadə çıxış edərək bildirib ki, Naftalanın sağlamlıq turizmi potensialının inkişafı daim dövlətin diqqət mərkəzində saxlanılır. Bu diqqətin bariz nümunələrindən biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 sentyabr 2024-cü il tarixli “Naftalan neftinin sağlamlıq turizmində rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamıdır.
İclas zamanı Naftalan şəhərində sağlamlıq turizminin mövcud vəziyyəti və inkişaf perspektivləri, sanatoriya-kurort müəssisələrinin fəaliyyəti, xidmət keyfiyyətinin artırılması, insan resurslarının inkişafı və kadr hazırlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb, eləcə də Naftalan şəhərində fəaliyyət göstərən hotel, sanatoriya və müalicə-sağlamlıq müəssisələrinin rəhbərləri sağlamlıq turizminin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi, kadr hazırlığı və gələcək əməkdaşlıq imkanları ilə bağlı təkliflərini səsləndiriblər.
Bununla yanaşı təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi, sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən tibb personalı üçün təlim proqramlarının təşkili və gələcək əməkdaşlıq istiqamətlərindən danışılıb.
Yekunda sağlamlıq turizminin inkişafı, insan resurslarının gücləndirilməsi və qurumlararası koordinasiyanın artırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi barədə razılıq əldə olunub.
Həmçinin proqrama uyğun olaraq Naftalanda yerləşən sanatoriya-kurort müəssislərində çalışan orta və üst səviyyəli menecerlər üçün “Uğurlu karyera və müştəri məmnuniyyəti” mövzusunda təlim təşkil olunub.

Növbəti vətəndaş qəbulu keçirilibNaftalan Şəhər İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib. Qəbulda vətəndaşl...
03/06/2026

Növbəti vətəndaş qəbulu keçirilib

Naftalan Şəhər İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib. Qəbulda vətəndaşların müxtəlif mövzularda müraciətləri və irəli sürdükləri təkliflər dinlənilib. Sakinlərin müraciətlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verilib, müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.
Vətəndaşlar göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bakı Enerji Həftəsi: Qlobal enerji dialoqunun mühüm platforması2026-cı il iyunun 1-də regionun aparıcı sənaye tədbiri ol...
02/06/2026

Bakı Enerji Həftəsi: Qlobal enerji dialoqunun mühüm platforması

2026-cı il iyunun 1-də regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən Bakı Enerji Həftəsi fəaliyyətə başladı. Təşkil edildiyi illər ərzində Bakı Enerji Həftəsi həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşaraq, qlobal tədbirlər təqvimində mühüm və gözlənilən hadisələrdən biri olub.
Malik olduğu zəngin təbii resurslardan səmərəli və məqsədyönlü şəkildə istifadə edən Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu mühüm enerji layihələri vasitəsilə ölkələr və xalqlar arasında etibarlı əməkdaşlıq körpüləri yaradır. Enerji sahəsində həyata keçirilən irimiqyaslı beynəlxalq layihələr ölkəmizin regional və qlobal əhəmiyyətini daha da artırmaqla yanaşı, Azərbaycanın etibarlı tərəfdaş və məsuliyyətli dövlət kimi nüfuzunu gündən-günə möhkəmləndirir. Xüsusilə enerji resurslarının şaxələndirilmiş marşrutlarla dünya bazarlarına çatdırılması, yeni əməkdaşlıq platformalarının formalaşdırılması və enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atılan addımlar Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi davamlı və əhəmiyyətli töhfələrin bariz nümunəsidir. Bununla yanaşı, ölkəmiz ənənəvi enerji mənbələri ilə bərabər, bərpa olunan enerji sahəsində də genişmiqyaslı layihələr həyata keçirərək qlobal enerji keçidinə və dayanıqlı inkişafa mühüm dəstək göstərir.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulan və 1994-cü ildən etibarən mütəmadi şəkildə təşkil olunan Beynəlxalq Neft və Qaz sərgiləri ölkəmizin enerji sahəsində əldə etdiyi nailiyyətlərin dünya ictimaiyyətinə təqdim edilməsində mühüm platformaya çevrilib. Bu nüfuzlu tədbirlər Azərbaycanın zəngin enerji potensialının, həyata keçirdiyi strateji layihələrin və beynəlxalq enerji əməkdaşlığına verdiyi töhfələrin nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bakı Enerji Həftəsinin açılış mərasimində Dövlət başçısı İlham Əliyevin iştirakı bir daha tədbirin yüksək beynəlxalq statusunu və əhəmiyyətini nümayiş etdirir. Bakı Enerji Həftəsi artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır.
Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edib: "Rəsmi açılış mərasimindəki çıxışında "Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu" söyləyən Prezident İlham Əliyev onu da əlavə edib ki, zaman keçdikcə o, dəyişdi və daha da böyüdü, indi çoxsaylı tədbirlərin və çox gözəl mərasimlərin keçirildiyi Bakı Enerji Həftəsi adlanır. Prezident İlham Əliyev bu məqamı da xüsusi qeyd etdi ki, dünya qazıntı yanacağı olmadan yaşaya bilməz. Hamımız planeti xilas etmək üçün daha yaxşı bir iqlimə sahib olmaq istəyirik. Hamımız daha yaxşı bir mühitdə yaşamaq istəyirik. Amma bu gün biz çox praqmatik olmalı və realizmə əsaslanmalı, gələcəyimizi enerji təhlükəsizliyi ilə əlaqədar planlaşdırmalı, həmçinin bərpaolunan enerji mənbələrinə investisiya qoymalıyıq. Günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizindən geniş bəhs edən Prezident İlham Əliyev vurğuladı ki, bu gün bu layihə sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir. Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Keçən il Bakı Enerji Həftəsində Azərbaycan qazını 12 ölkənin aldığı qeyd edilirdisə, bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Ölkələrin sayının artacağını əminliklə söyləyən Prezident İlham Əliyev vurğuladı ki, boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq. Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəl biz investorları cəlb edirdik. İndi isə öz investisyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək".
Bakı Enerji Həftəsində iştirakçı sayının ildən-ilə artması onun hökumətləri, qlobal şirkətləri və enerji ekspertlərini bir araya gətirən regionun ən nüfuzlu enerji platformalarından biri olduğunu təsdiqləyir.
Azərbaycan hər zaman malik olduğu enerji resursları, coğrafi mövqeyi ilə dünyanın diqqətində olub. Öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək xalqımızın ən böyük arzusu idi. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın bugünkü və gələcək inkişafının əsası qoyuldu. Dövlət başçısı İlham Əliyev çıxışında da qeyd etdi ki, Azərbaycanın enerji inkişafı 1994-cü ildə başladı. Əgər 1994-cü ilə nəzər salsaq, keçmişdə Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik. Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bir milyon qaçqın var idi və həmin vaxt, bu, ola bilsin, adam başına düşən ən yüksək qaçqın sayı idi. Bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini, hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr oldu.
Azərbaycanın düşünülmüş və uzaqgörən enerji siyasəti ölkəmizin bu sahədə əldə etdiyi uğurların davamlılığını təmin edir. Hər il keçirilən Bakı Enerji Həftəsi beynəlxalq əməkdaşlığın genişlənməsinə, yeni tərəfdaşlıqların qurulmasına və qarşılıqlı faydalı əlaqələrin inkişafına mühüm töhfə verir. Tədbir çərçivəsində imzalanan sənədlər enerji sahəsində əməkdaşlığın coğrafiyasını daha da genişləndirir, yeni imkanlar yaradır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Bakı Enerji Həftəsi çərçivəsində aparılan müzakirələr, keçirilən görüşlər, irəli sürülən təşəbbüslər və müəyyənləşdirilən perspektiv istiqamətlər iştirakçı ölkələr və şirkətlər üçün mühüm nəticələr vəd edir.

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Naftalan...
01/06/2026

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Naftalan şəhər V.Namazov adına Körpələr evi-Uşaq bağçası və Naftalan şəhər 2 nömrəli Körpələr evi-uşaq bağçasında tədbir təşkil olunub.
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Kəmalə Hüseynova və məsul əməkdaşlar iştirak edib. Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
ŞİH başçısının müavini çıxış edərək bildirib ki, ölkəmizdə uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.
Digər natiqlər 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edərək, onlara cansağlığı, sağlam həyat, gözəl təhsil və xoşbəxt gələcək arzulayıblar.
Tədbir uşaqların ifasında şən mahnılar, rəqslər ilə davam etdirilib.

Qurban bayramı münasibəti ilə bayram sovqatı paylanılıbDünya müsəlmanlarının mənəvi birlik və həmrəylik bayramı olan müq...
27/05/2026

Qurban bayramı münasibəti ilə bayram sovqatı paylanılıb

Dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik bayramı olan müqəddəs Qurban bayramı münasibəti ilə Naftalanda şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə Qurban payı paylanılıb.

“Xalq” qəzetində “Naftalanın turizm potensialı ilə bağlı” məqalə dərc edilib
26/05/2026

“Xalq” qəzetində “Naftalanın turizm potensialı ilə bağlı” məqalə dərc edilib

Kənd təsərrüfatında yeni hədəflər və strateji yanaşmaÖlkəmizdə bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatının inkişafı...
26/05/2026

Kənd təsərrüfatında yeni hədəflər və strateji yanaşma

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatının inkişafına da daim xüsusi diqqət və qayğı göstərilir. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, kənd yerlərində məşğulluğun artırılması və fermerlərin rifahının yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi, subsidiyaların verilməsi, aqrar sahəyə dövlət dəstəyinin genişləndirilməsi, suvarma və infrastruktur layihələrinin həyata keçirilməsi, həmçinin məhsuldarlığın artırılmasına yönəlmiş tədbirlər ardıcıl şəkildə davam etdirilir. Görülən işlər nəticəsində kənd təsərrüfatı ölkə iqtisadiyyatının dayanıqlı inkişafına, ixrac potensialının güclənməsinə və kənd əhalisinin həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfə verir.
Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər Azərbaycanın aqrar siyasətinin yeni mərhələdə qarşıya qoyduğu strateji hədəfləri və inkişaf prioritetlərini aydın şəkildə ortaya qoyur. Çıxışın əsas məğzi ondan ibarət idi ki, kənd təsərrüfatı yalnız iqtisadi sahə deyil, eyni zamanda ərzaq təhlükəsizliyi, regionların inkişafı, məşğulluğun təmin olunması və ölkənin qeyri-neft sektorunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyan strateji istiqamətdir.
Dövlət başçısı çıxışında vurğuladı ki, hələ 2004-cü ildən həyata keçirilən regional inkişaf proqramlarının əsas istiqamətlərindən biri məhz kənd təsərrüfatının inkişafı olmuşdur. Bu yanaşma nəticəsində ölkədə kənd yollarının yenilənməsi, elektrik təminatının yaxşılaşdırılması, su anbarlarının tikilməsi, suvarma sistemlərinin genişləndirilməsi və aqrar infrastrukturun gücləndirilməsi istiqamətində mühüm nəticələr əldə edilmişdir. Bu isə kənd təsərrüfatının sistemli və davamlı inkişafına şərait yaratmışdır.
Müşavirədə diqqət çəkən əsas məqamlardan biri aqrar sahəyə dövlət dəstəyinin davamlı xarakter daşıması idi. Dövlət başçısı çıxışında subsidiyaların, güzəştli kreditlərin, fermerlərin maarifləndirilməsi, sığorta mexanizmlərinin genişləndirilməsi və müasir idarəetmə yanaşmalarının tətbiqinin əhəmiyyətini xüsusi qeyd etdi. Prezident İlham Əliyev müşavirədə vurğulayıb ki, “Kənd təsərrüfatının inkişafı üçün subsidiyaların böyük əhəmiyyəti var. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir” Burada da təkmilləşmə üçün imkanların mövcudluğunu və bunun edilməli olduğunu vurğulayan dövlətimizin başçısı bildirib ki, “Müxtəlif güzəştlər verilir, o cümlədən gübrə, yanacaq güzəştləri. Deyə bilərəm ki, bu da dünyada nadir sayda olan ölkələrdə tətbiq edilir”. Bu yanaşma göstərir ki, məqsəd yalnız məhsul istehsalını artırmaq deyil, həm də rəqabətqabiliyyətli, yüksək əlavə dəyər yaradan və dayanıqlı kənd təsərrüfatı modelinin formalaşdırılmasıdır.
Çıxışın mühüm istiqamətlərindən biri də su ehtiyatlarının səmərəli idarə olunması məsələsi oldu. İqlim dəyişiklikləri və su resurslarından rasional istifadə çağırışları fonunda aqrar sektorun gələcək inkişafının su təminatı ilə birbaşa bağlı olduğu vurğulandı. Bu baxımdan yeni su anbarlarının yaradılması, suvarma şəbəkələrinin təkmilləşdirilməsi və resurslardan daha effektiv istifadə məsələləri prioritet kimi təqdim edildi.
Müşavirədə təqdim olunan inkişaf perspektivləri aqrar sahədə yeni transformasiya mərhələsinin başlandığını göstərir. Əsas məqsəd resurslardan səmərəli istifadə, müasir texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması və rəqabətqabiliyyətli kənd təsərrüfatının formalaşdırılmasıdır. Bu transformasiyanın əsas istiqamətləri resurs səmərəliliyi, yüksək əlavə dəyərli istehsal, bazar inteqrasiyası, texnologiya və innovasiya əsaslı inkişaf modelinə keçid kimi müəyyənləşdirilib. Bu yanaşma kənd təsərrüfatının ənənəvi istehsal sahəsindən daha müasir, rəqəmsallaşmış və ixracyönümlü sektora çevrilməsinə xidmət edir.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ölkədə aqrar sektorun dayanıqlı və müasir əsaslarla inkişafını hədəfləyən strateji əhəmiyyətli sənəddir.
Ümumilikdə, müşavirədə səsləndirilən fikirlər onu göstərir ki, ölkədə kənd təsərrüfatının inkişafı uzunmüddətli dövlət strategiyasının mühüm hissəsi olaraq qalır və qarşıdakı dövrdə əsas məqsəd aqrar sahədə dayanıqlı artım, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, fermerlərin rifahının yüksəldilməsi və regionların iqtisadi potensialının daha səmərəli reallaşdırılmasıdır.

Türkiyəli qonaqlar Naftalanda olublarTürkiyənin Gənclər və İdman Nazirliyinin Sakarya vilayətinin Gənclik Mərkəzinin müd...
25/05/2026

Türkiyəli qonaqlar Naftalanda olublar

Türkiyənin Gənclər və İdman Nazirliyinin Sakarya vilayətinin Gənclik Mərkəzinin müdiri Ercan Gündoğdunun rəhbərlik etdiyi nümayəndə heyəti Naftalan şəhərində “Garabag Resort & SPA” hotelini ziyarət ediblər. Qonaqlar şəhərin turizm və sağlamlıq imkanları ilə yaxından tanış olublar.
70-dən çox xəstəliyin müalicəsində istifadə edilən və dünyada müalicəvi xüsusiyyətlərinə görə tanınan unikal Naftalan nefti ilə bağlı qonaqlara ətraflı məlumat verilib. Vurğulanıb ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində artıq Naftalan beynəlxalq turizm mərkəzinə çevrilib.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında gənclər siyasəti, idman, sağlam həyat tərzi və turizm sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, iki qardaş ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkili çəkdirilib.

Şəhid Elyəddin Cəfərovun xatirəsi anılıbVətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Cəfərov E...
24/05/2026

Şəhid Elyəddin Cəfərovun xatirəsi anılıb

Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Cəfərov Elyəddin Zöhrab oğlunun xatirəsi doğum günündə ehtiramla anılıb. Şəhidin məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Anım tədbirində ŞİH başçısının müavini və məsul şəxslər iştirak edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Cəfərov Elyəddin Zöhrab oğlu (ölümündən sonra) III dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Cəsur döyüşçü", “Vətən Uğrunda”, "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Cümhuriyyətdən Müstəqil Azərbaycana uzanan yolŞərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaradan Azərb...
22/05/2026

Cümhuriyyətdən Müstəqil Azərbaycana uzanan yol

Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaradan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də istiqlaliyyətini elan etməklə xalqımızın azadlıq iradəsini, milli dövlətçilik ənənələrini və müstəqil yaşamaq əzmini bütün dünyaya nümayiş etdirmişdir. Azərbaycan xalqı həmin tarixi gündə özünün və bütövlükdə Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlament idarəetmə prinsiplərinə əsaslanan respublikasını quraraq dövlətçilik tarixində yeni mərhələnin əsasını qoymuşdur. Qısa fəaliyyət dövrünə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti xalq hakimiyyəti, qanunun aliliyi, vətəndaş hüquq və azadlıqlarının təmin olunması, milli suverenlik və demokratik idarəçilik sahəsində mühüm ənənələr formalaşdıraraq müasir müstəqil Azərbaycan dövlətinin ideoloji və siyasi təməllərini yaratmışdır.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycanın dövlət müstəqilliyi bütün dünyaya bəyan edilmiş, xalqımızın əsrlər boyu formalaşmış zəngin dövlətçilik ənənələri yeni siyasi mərhələdə öz tarixi davamını tapmışdır. Bu tarixi addım sonrakı dövrlərdə müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı üçün möhkəm siyasi və ideoloji təməl rolunu oynadı.
Bu qısa, lakin tarixi dövrdə Azərbaycanın ilk parlamenti və hökuməti yaradılmış, dövlət atributları təsis edilmiş, milli dövlət quruculuğu istiqamətində vacib addımlar atılmış, dövlət bayrağı qəbul olunmuş, milli ordu yaradılmışdır. Eyni zamanda, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması və milli maraqların diplomatik müstəvidə müdafiəsi istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilmişdir.
XX əsrin sonlarında dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan qarşısında duran əsas vəzifə əldə olunmuş suverenliyi qorumaq, dövlətçiliyi möhkəmləndirmək və ölkəni parçalanma təhlükəsindən çıxarmaq idi. Müstəqilliyin qazanılması tarixi nailiyyət olsa da, onun qorunub saxlanılması daha böyük siyasi iradə, uzaqgörənlik və qətiyyət tələb edirdi.
Belə mürəkkəb və taleyüklü bir şəraitdə xalqın təkidli çağırışı ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətçilik məsuliyyətini öz üzərinə götürərək Azərbaycanın müstəqilliyini və milli birliyini qorumaq istiqamətində qətiyyətli addımlar atdı. Onun siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi və uzaqgörən rəhbərliyi nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, dövlət institutları gücləndirildi, qanunçuluğun təmin edilməsi və milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində mühüm islahatlar həyata keçirildi.
1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı müasir Azərbaycan dövlətçiliyinin hüquqi və siyasi əsaslarını müəyyən edən mühüm tarixi sənəd kimi ölkəmizin müstəqillik tarixində xüsusi yer tutur. Sənəddə 1918-ci il mayın 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsinə istinad edilərək Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi olduğu rəsmən təsdiqlənmişdir.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyi tarixində yeni inkişaf mərhələsinin əsası qoyulmuş, ölkəmiz mürəkkəb daxili və xarici çağırışları uğurla dəf edərək davamlı tərəqqi yoluna qədəm qoymuşdur. Müstəqilliyinin ilk illərində ciddi siyasi və iqtisadi çətinliklərlə üzləşən Azərbaycan məhz Ulu Öndərin uzaqgörən siyasəti, qətiyyətli idarəçilik modeli və milli maraqlara əsaslanan strateji kursu nəticəsində sabitlik və inkişaf mərhələsinə keçmişdir.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Azərbaycanın qısa müddətdə öz imkanlarını səfərbər edən, müstəqil siyasət yürüdən, beynəlxalq nüfuzu artan və dünya birliyində layiqli yer tutan müasir dövlətə çevrilməsinə möhkəm zəmin yaratmışdır.
Milli dövlətçilik ənənələrinin qorunması, zənginləşdirilməsi və müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri Azərbaycan tarixində xüsusi yer tutur. Onun həyata keçirdiyi məqsədyönlü dövlətçilik siyasəti ölkəmizdə milli özünüdərkin möhkəmlənməsinə, dövlətçilik ideyalarının daha da güclənməsinə və xalqın tarixi köklərinə bağlılığının bərpa olunmasına mühüm töhfə vermişdir.
Azərbaycanın milli dövlətçilik rəmzlərinin bərpası və müstəqillik ideyalarının gücləndirilməsi istiqamətində tarixi əhəmiyyət daşıyan addımlardan biri üçrəngli dövlət bayrağının yenidən rəsmi status qazanması olmuşdur. Bu baxımdan, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmiş və ilk dəfə rəsmi qaydada ucaldılmışdır. Bu təşəbbüs Azərbaycanın gələcək dövlət müstəqilliyinə aparan yolun ideoloji və siyasi əsaslarının formalaşmasına mühüm təkan verdi. Ulu Öndər Heydər Əliyevin bu tarixi qərarı onun xalqına, milli dəyərlərə və Azərbaycan dövlətçiliyinin gələcəyinə sarsılmaz bağlılığını nümayiş etdirməklə yanaşı, müstəqil dövlət quruculuğu istiqamətində atılmış ən mühüm addımlardan biri kimi tarixə yazıldı.
Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsinin yaşadılması və milli dövlətçilik ənənələrinin gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addımlardan biri İstiqlal Bəyannaməsi abidəsinin ucaldılması olmuşdur. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileylərinin keçirilməsi ilə bağlı qəbul edilən qərarlar, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı”-nın təsis olunması milli yaddaşın möhkəmləndirilməsi, istiqlal irsinin təbliği və dövlətçilik ənənələrinə sadiqliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Xalqımızın azadlıq arzusu, milli birlik ruhu və müstəqil dövlət qurmaq əzmi əsasında formalaşan bu tarixi irs Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xətti və bu gün uğurla davam etdirilən siyasət nəticəsində daha da möhkəmlənmişdir. Azərbaycanın keçdiyi inkişaf yolu göstərir ki, istiqlal ideyalarına sədaqət, milli dəyərlərin qorunması və güclü dövlət quruculuğu gələcək nəsillər üçün etibarlı təməl olmaqla yanaşı, ölkəmizin suverenliyinin, tərəqqisinin və beynəlxalq nüfuzunun davamlı təminatıdır.

Address

Naftalan şəhəri, Heydər Əliyev Prospekti 77
Naftalan
AZE4600

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994223523188

Alerts

Be the first to know and let us send you an email when Naftalan Şəhər İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Naftalan Şəhər İcra Hakimiyyəti:

Share