Naftalan şəhəri üzrə gənclər və idman sektoru

Naftalan şəhəri üzrə gənclər və idman sektoru Gəncə−Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Naftalan şəhəri üzrə gənclər və idman sektoru

🥊 🥈Naftalan UGİM-in yetirməsi kadetlər arasında zona birinciliyinin final mərhələsində gümüş medal qazanıb21-26 may 2026...
27/05/2026

🥊 🥈Naftalan UGİM-in yetirməsi kadetlər arasında zona birinciliyinin final mərhələsində gümüş medal qazanıb

21-26 may 2026-cı il tarixlərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Boks Federasiyasının birgə təşkilatçılığı ilə Şamaxı Olimpiya Mərkəzində boks idman növü üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi keçirilib.

57 komandanın 159 boksçusu 18 çəki dərəcəsi üzrə mübarizəapardığı yarışda 50 kq çəki dərəcəsində Naftalan UGİM-in yetirməsi Mehdiyev Əli Rasim oğlu 🥈gümüş medal qazanıb.

İdmançımızı və məşqçi-müəllimi Elvin Quliyevi uğurları münasibətilə təbrik edir gələcək yarışarda uğurlar arzulayırıq.

birkimibirlikdə

♟️Naftalanda “28 May – Müstəqillik Günü”nə həsr edilmiş şahmat turniri başa çatıbGəncə-Daşkəsən Regional Gənclər və İdma...
26/05/2026

♟️Naftalanda “28 May – Müstəqillik Günü”nə həsr edilmiş şahmat turniri başa çatıb

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Naftalan şəhəri üzrə gənclər və idman sektorunun tədbirlər planına uyğun olaraq “28 May – Müstəqillik Günü”nə həsr edilmiş şahmat turniri başa çatıb. “28 May – Müstəqillik Günü”nün qeyd edilməsi və istedadlı şahmatçıların aşkar edilməsi məqsədilə təşkil edilən turnirdə Naftalan UGİM-in şahmat bölməsinin 2011-2013, 2014-2015, 2016-2017, 2018-2019-cu il təvəllüdlü yetirmələri iştirak edib.

19-26 may 2026-cı il tarixlərdə keçirilən turnirdə hər qrup üzrə qaliblər Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal və qiymətli hədiyyələr ilə təltif olunublar.

🇦🇿Naftalanda “İstiqlalımızın təntənəsi” adlı tədbir keçirilibGəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Naftala...
26/05/2026

🇦🇿Naftalanda “İstiqlalımızın təntənəsi” adlı tədbir keçirilib

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Naftalan şəhəri üzrə gənclər və idman sektorunun, şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “28 May- Müstəqillik günü”nə həsr edilmiş “İstiqlalımızın təntənəsi” adlı tədbir keçirilib.

Çıxışlar zamanı Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti, dövlətçilik ənənələrinin formalaşmasındakı rolu, müasir Azərbaycanın siyasi inkişafına təsiri və milli-mənəvi dəyərlərin qorunması məsələlərindən bəhs olunub. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün daha da güclü və qüdrətli dövlətə çevrilib, ölkəmizin müstəqilliyi və suverenliyi tam təmin edilib.

Tədbirin sonunda “28 May – Müstəqillik Günü”nə həsr olunmuş sənədli film nümayiş etdirilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

🏀Naftalanda “28 May – Müstəqillik Günü”nə həsr edilmiş 3x3 basketbol turniri keçirilibGəncə-Daşkəsən Regional Gənclər və...
26/05/2026

🏀Naftalanda “28 May – Müstəqillik Günü”nə həsr edilmiş 3x3 basketbol turniri keçirilib

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Naftalan şəhəri üzrə gənclər və idman sektorunun tədbirlər planına uyğun olaraq ümumtəhsil məktəblərinin komandaları arasında 3x3 basketbol üzrə turnir keçirilib. “28 May – Müstəqillik Günü”nün qeyd edilməsi, uşaqlar arasında dostluq, yoldaşlıq əlaqələrinin gücləndirilməsi və istedadlı idmançıların aşkar edilməsi məqsədilə təşkil edilən yarışda 5-ci sinif oğlan və qızlardan ibarət komandalar iştirak edib.

Qarşılıqlı hörmət şəraitində keçirilən yarışda oğlan və qızlardan ibarət komandalar arasında İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin komandaları 1-ci yeri, S.Vurğun adına 2 nömrəli tam orta məktəbin komandaları 2-ci yeri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbin oğlanlardan ibarətə komandası isə 3-cü yeri qazanıb.

Qalib komandalar Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar ilə təltif olunublar.

“Səhər İdmanı” layihəsi bu gün Naftalan şəhər İ. Nəsimi adına 1 nömrəli tam orta məktəbdə təşkil olunub.
26/05/2026

“Səhər İdmanı” layihəsi bu gün Naftalan şəhər İ. Nəsimi adına 1 nömrəli tam orta məktəbdə təşkil olunub.

25/05/2026

Gəncədə “Meydandan Arenaya” layihəsinə start verilib

“Səhər idmanı” layihəsi bu gün Naftalan şəhəri Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbində təşkil edil...
25/05/2026

“Səhər idmanı” layihəsi bu gün Naftalan şəhəri Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbində təşkil edilib.

🇦🇿 🇹🇷 Türkiyə Cümhuriyyətinin Sakarya vilayətinin Gənclər və İdman İdarəsinin nümayəndə heyəti tanışlıq səfəri çərçivəsi...
25/05/2026

🇦🇿 🇹🇷 Türkiyə Cümhuriyyətinin Sakarya vilayətinin Gənclər və İdman İdarəsinin nümayəndə heyəti tanışlıq səfəri çərçivəsində Naftalan şəhərinə səfər edib

Səfər zamanı nümayəndə heyəti Naftalanın məşhur “Qarabağ” otelində bir sıra görüşlər keçirərək bölgənin turizm, sağlamlıq və idman imkanları ilə yaxından tanış olub.
Görüşlər zamanı Naftalanın dünyada tanınan müalicəvi nefti, sağlamlıq turizmi potensialı və bölgədə həyata keçirilən müasir reabilitasiya xidmətləri barədə geniş məlumat verilib. Qonaqlara bildirilib ki, Naftalan uzun illərdir sağlamlıq turizmi sahəsində Azərbaycanın ən önəmli mərkəzlərindən biri hesab olunur və hər il müxtəlif ölkələrdən minlərlə insan burada müalicə alır.

Nümayəndə heyəti “Qarabağ” otelində yaradılmış müasir şərait, sağlamlıq proqramları, fizioterapiya və reabilitasiya xidmətləri ilə də tanış olub. Görüş zamanı Azərbaycan və Türkiyə arasında gənclər siyasəti, idman, sağlam həyat tərzi və turizm sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Səmimi atmosferdə keçən görüşdə iki qardaş ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Qardaşlıq GənclərVəİdman Sakarya NaftalanNefti Azerbaijan Türkiye Dostluq Əməkdaşlıq

🥋🥉Naftalanlı cüdoçu Liqa yarışında bürünc medal qazanıb Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin nəzdində fəa...
21/05/2026

🥋🥉Naftalanlı cüdoçu Liqa yarışında bürünc medal qazanıb

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Naftalan şəhər UGİM-in cüdo bölməsinin yetirməsi Rəhimli Fəridə Liqa yarışında uğurla çıxış edib. Belə ki, 20 may 2026-cı il tarixdə start götürən cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının II turunda iştirak edən təmsilçimiz 40 kq çəki dərəcəsində bürünc medal qazanıb.

İdmançımızı və məşçi-müəllim Fuad Əliyevi təbrik edir, yeni-yeni qələbələr arzulayırıq.

Naftalanda “28 May – Müstəqillik Günü”nə həsr edilmiş şahmat turnirinə start verilib.  ♟️Gəncə-Daşkəsən Regional Gənclər...
19/05/2026

Naftalanda “28 May – Müstəqillik Günü”nə həsr edilmiş şahmat turnirinə start verilib.

♟️Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Naftalan şəhəri üzrə gənclər və idman sektorunun tədbirlər planına uyğun olaraq “28 May – Müstəqillik Günü”nə həsr edilmiş şahmat turnirinə start verilib. “28 May – Müstəqillik Günü”nün qeyd edilməsi və istedadlı şahmatçıların aşkar edilməsi məqsədilə təşkil edilən turnirdə Naftalan UGİM-in şahmat bölməsinin 2011-2013, 2014-2015, 2016-2017, 2018-2019-cu il təvəllüdlü yetirmələri iştirak edir.

19-26 may 2026-cı il tarixlərdə keçiriləcək turnirdə hər qrup üzrə qaliblər Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar ilə təltif olunacaqlar.

Address

Naftalan Ş. Qurbanov Küç1
Naftalan
AZ4600

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994223522300

Alerts

Be the first to know and let us send you an email when Naftalan şəhəri üzrə gənclər və idman sektoru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Naftalan şəhəri üzrə gənclər və idman sektoru:

Share