21/09/2026
🚀Texnologiya və innovasiyaya marağın varsa, real layihələrdə iştirak edib öz bacarıqlarını nümayiş etdirmək istəyirsənsə – bu proqram sənin üçündür! 🔧
⚡ Kimlər müraciət edə bilər?
21-35 yaş arası gənclər;
Təhsil, İT, Mühəndislik və ya texniki fənlər üzrə ali təhsili olanlar;
STEAM metodologiyasına, proqramlaşdırmaya və ya robototexnikaya marağı olanlar;
Məsuliyyətli, təşəbbüskar və komandada işləməyi sevənlər.
💡 Proqram sizə nə qazandıracaq?
Müasir STEAM avadanlıqları ilə praktiki iş təcrübəsi;
Təlim və dərslərdə aktiv iştirak və assistentlik imkanı;
Öz STEAM layihənizi hazırlayıb təqdim etmək şansı;
Yekunda rəsmi Sertifikat.
📍Təcrübə proqramının keçiriləcəyi STEAM mərkəzləri:
Sabirabad, Qax, Gəncə, Bərdə, Zaqatala, Şəmkir, Mingəçevir, Şirvan, Ağdaş, Lənkəran, İsmayıllı, Quba, Tovuz, Şuşa
⏳ Müraciət üçün son tarix: 30.09.2026
📩 Müraciət qaydası: CV-nizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
⚠️ Qeyd: Məktubun mövzu (subject) hissəsində müraciət etdiyiniz mərkəzin adını mütləq qeyd etməlisiniz (Məsələn: "Şirvan STEAM Mərkəzi - Təcrübə proqramı").