Mingəçevir 1 saylı Mediasiya Təşkilatı

Mingəçevir 1 saylı Mediasiya Təşkilatı Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mingəçevir 1 saylı Mediasiya Təşkilatı, Social service, Mingəçevir şəh, Səməd Vurğun 19, Mingechaurges.

20/03/2026

Ramazan bayramınız mübarək!

13/03/2026
06.03.2026-сı il tarixində Mingəçevir Dövlət Universitetinin, Təhsildə sosial-psixoloji xidmət və sosial iş ixtisasların...
06/03/2026

06.03.2026-сı il tarixində Mingəçevir Dövlət Universitetinin, Təhsildə sosial-psixoloji xidmət və sosial iş ixtisaslarının tələbələri Gülnar Məmmədovanın rəhbərliyi ilə "Münaqişələrin İdarəedilməsində mediasiya bacarıqları" mövzusunda təşkil edilmiş görüşdə Mingəçevir 1 saylı mediasiya təşkilatının qonağı olublar. Təşkilatın mediatorları Elnur Həsənzadə və Lalə Pirməmmədova mövzu ilə bağlı öz bilik və təcrübələrini bölüşüb, iştirakçıların suallarını cavablandırıblar.

25/02/2026

26 Fevral - Xocalı Soyqırımı Günü

24/02/2026

27 fevral saat 11:00-da “LIBRAFF”ın “Park Akademiya” filialında Orxan Mahmudovun “Mediasiya 100 sual/100 cavab” kitabının təqdimatı və imza saatı keçiriləcək. 📖
Maraqlanan hər kəsi dəvət edirik.

📍Ünvan: Hüseyn Cavid pr. 100 (“Elmlər Akademiyası” metrosunun əsas girişi ilə üzbəüz)

20/02/2026

📌 “Rəqəmsal dövrdə süni intellekt və mediasiya” adlı kitab nəşr olunub

Azərbaycanda süni intellektin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda süni intellekt texnologiyalarının insan hüquqları, etik prinsiplər, şəffaflıq və hüquqi təhlükəsizlik tələbləri nəzərə alınmaqla tətbiqi əsas məqsədlərdən biri kimi müəyyən edilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman və Azərbaycan Respublikası Mediasiya Şurasının dəstəyi ilə Ankara Medipol Universiteti Hüquq fakültəsinin professoru Ergin Ergülün “Rəqəmsal dövrdə süni intellekt və mediasiya” adlı kitabı nəşr olunub.

Kitabda süni intellektin hüquqi əsasları, onun mediasiyada tətbiq imkanları, diqqət edilməli risklər, etik çərçivə və hüquqi infrastruktur məsələləri geniş şəkildə şərh edilir. Rəqəmsal mühitdə süni intellektin tətbiqi sahəsində elmi-praktiki vəsait olan bu nəşr hüquqşünaslar, mediatorlar, dövlət qurumlarının nümayəndələri, elm adamları, tədqiqatçılar və bu sahəyə maraq göstərən geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi çərçivəsində informasiya texnologiyalarının inkişafı və süni intellektin insan hüquqlarına təsiri məsələləri sistemli şəkildə izlənilir və təhlil olunur. Eyni zamanda, gələcəkdə süni intellektin tətbiqinin Ombudsmana ünvanlanan müraciətlərin effektiv idarə olunması, məlumatların analizi və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm imkan kimi qiymətləndirilir.

12/02/2026

“Nə olursa-olsun, evlən.
Yaxşı bir həyat yoldaşı tapsan — xoşbəxt olarsan, pisinə düşsən — filosof olarsan.”
~ Sokrat

⚖️ Mediasiya ilə anlaşmaq mümkündür!
📍Ünvan: Şüvəlan, Ayna Sultanova küçəsi 32, Nardanşah restoranı ilə üzbəüz
📞 Bizimlə əlaqə: +994 50 871 19 81

-

12/02/2026

Address

Mingəçevir şəh, Səməd Vurğun 19
Mingechaurges
AZ4506

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994552540310

Website

Alerts

Be the first to know and let us send you an email when Mingəçevir 1 saylı Mediasiya Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mingəçevir 1 saylı Mediasiya Təşkilatı:

Share

Category