Ağdam rayonu 47 nömrəli tam orta məktəb

Ağdam   rayonu   47   nömrəli   tam   orta    məktəb Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ağdam rayonu 47 nömrəli tam orta məktəb, Public School, Heydər Əliyev prospekti 534, Mingechaur.

24/10/2025

Azərbaycan Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən , respublika üzrə məktəblərin optimallaşması proqramına uyğun olaraq, Ağdam rayonu 47 nömrəli tam orta məktəb ləğv edilərək , Ağdam rayonu 52 nömrəli tam orta məktəbə birləşdirilmişdir.
Bu ildən etibarən, məktəbin adı dəyişdirilərək, Mingəçevir şəhər 22 nömrəli tam orta məktəb kimi fəaliyyətini davam etdirir.Məktəb bundan sonra Mingəçevir şəhər Təhsil Sektorunun tabeliyinə verilmişdir.
Ağdam rayonu 47 nömrəli tam orta məktəb ləğv edildiyinə görə, məktəbin Feysbuk səhifəsi öz fəaliyyətini dayandırır.

Bu gün Ağdam rayonu 47 nömrəli tam orta məktəbdə  IX  sinif şagirdlərinə Ümumi Orta Təhsil Haqqında Attestatların təqdim...
02/07/2025

Bu gün Ağdam rayonu 47 nömrəli tam orta məktəbdə IX sinif şagirdlərinə Ümumi Orta Təhsil Haqqında Attestatların təqdimetmə mərasimi keçirilmişdir. Mərasimdə məktəbin direktor əvəzi Tahir Nağıyev, məktəbin təşkilatçısı Məhsəti Əliyeva və IX sinfin sinif rəhbəri Zəminə Abbasova iştirak etmişlər. Tahir müəllim mərasimdə çıxış edərək, Attestatları şagirdlərə təqdim etmiş və onlara gələcək həyatlarında uğurlar arzulamışdır. Zəminə xanım illərdir əmək verdiyi sevimli şagirdlərinə xoşbəxt tale arzuladı.
Şagirdlərdən Qasımov Elmir Elnur oğlu məktəb təəssüratlarını danışmış, öz müəllimlərinə minnətdarlığını bildirmişdir.Yeri gəlmişkən, Qasımov Elmir imtahanlardan 274,6 bal toplamış, məktəbi Fərqlənmə Attestatı ilə bitirmişdir. Bu il IX sinfi 18 şagird bitirmişdir.
Kədərli olsa da, qeyd edək ki, bu ilki doqquzuncular məktəblə tam vidalaşırlar.Belə ki, məktəblərin optimallaşma proqramına uyğun olaraq , bu ildən məktəbimizdə X sinfə şagird qəbulu dayandırılır. Ona görə də bu ilki doqquzuncular başqa məktəblərin X sinfinə qəbul ediləcəkdir.
Əlvida , doqquzuncular! Sizə uğurlar!

Bu günlərdə   Ağdam  rayonu  47  nömrəli  tam  orta məktəbin  coğrafiya  müəllimi  Ağayeva   Aminə  müəllimlərin sertifi...
01/07/2025

Bu günlərdə Ağdam rayonu 47 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Ağayeva Aminə müəllimlərin sertifikatlaşdırılması imtahanında 52 bal toplayaraq, məktəb kollektivini sevindirmişdir. Aminə xanım qayğıkeş, səmimi bir müəllim kimi "hamının sevimlisi" olmuşdur.
Aminə xanımı bu yüksək nəticə münasibəti ilə təbrik edir, cansağlığı, gələcək pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzu edirik.

Bu gün respublikamızın bütün ümumi təhsil məktəblərində  "Son zəng" tədbiri keçirilmişdir.  Azərbaycan Respublikası Elm ...
14/06/2025

Bu gün respublikamızın bütün ümumi təhsil məktəblərində "Son zəng" tədbiri keçirilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmr və təlimatlarına uyğun olaraq , bu il məktəblərdə bu tədbir tam yeni formatda keçirilmişdir.Tədbir çox sadə , əlavə xərclərə ehtiyac olmadan tərtib edilmişdir. Tədbir əsasən, I, IX və XI siniflərdə oxuyan şagirdlərin və valideynlərin iştirakı ilə keçirilmişdir. Ağdam rayonu 47 nömrəli tam orta məktəbin direktor əvəzi Tahir Nağıyev tədbiri açıq elan etmişdir.Əvvəl Dövlət Himni səsləndirilmişdir. Sonra şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Məktəbimizin şagirdləri müxtəlif musiqi nömrələri ilə çıxış etmişlər. Məktəbimizin müəllim və valideynlərindən bir neçəsi şagirdləri bu əziz gün münasibəti ilə təbrik etmiş, onlara gələcək müstəqil həyatlarında uğurlar arzulamışlar.Şagirdlər 11 il onların savadlı böyüməsi üçün əziyyət çəkmiş müəllimlərə minnətdarlıqlarını bildirmişlər.
"Son zəng" çalınır , şagirdlər göz yaşları içində bir-biriylə, müəllimlərlə vidalaşırlar. Uğurlar, əziz məzunlar! Biz sizdən xoş soraqlı xəbərlər gözləyirik!

Azərbaycan xalqının ən qədim, gözəl, milli bayramları arasında Novruz bayramının xüsusi yeri var. Novruz bayramı dedikdə...
19/03/2025

Azərbaycan xalqının ən qədim, gözəl, milli bayramları arasında Novruz bayramının xüsusi yeri var. Novruz bayramı dedikdə, hamının üzündə təbəssüm yaranır, yadına uşaq vaxtı qohum-qonşuların evinə papaq atması, yumurta döyüşdürməsi, çərşənbə tonqalları üstündən tullanması düşür.O qayğısız, maraqlı günlər bir lent kimi gözləri önündən keçir, xəyalən özünü həmin günlərdə hiss edir.
Ağdam rayonu 47 nömrəli tam orta məktəbdə Novruz şənliyində məktəbin direktor əvəzi Tahir Nağıyev çıxış edərək, tədbir iştirakçılarına şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. Sonra Tahir müəllim şagirdlərə bu bayramın tarixi haqqında qısa məlumat verdi..
Şagirdlər bir-birindən gözəl, şən musiqi nömrələri göstərdilər. Hiss olunurdu ki, onlar tədbirə həvəslə hazırlaşıblar.Sözsüz ki, Məhsəti, Nailə , Ceyran, Solmaz , Zəminə,Sücayət və Roza müəllimələrin bu hazırlıqda zəhməti böyük olmuşdur. Tədbirin ərsəyə gəlməsində Roza müəllimənin xidməti əvəzsizdir..Belə ki, o, tədbirin maraqlı ssenarisini yazmış, tədbirə lazım olan səhnə aksessuarların yerli-yerində olmasına çalışmışdır. Şagirdlər şənlikboyu yumurta döyüşdürdülər, tonqal ətrafında "Yallı" getdilər, papaq atdılar, "Kim güclüdür?" idman yarışlarında iştirak etdilər.
Kosa və Keçəlsiz Novruz bayramını təsəvvür etmək olar? Tədbirdə onlar xüsusi fəallıq göstərib , baməzə zarafatlarıyla hamıda şən əhval-ruhiyyə yaratdılar. .Tahir müəllim Kosaya qalib gələrək, onun yumurtasını öz yumurtasıyla sındırdı. Və bu da uşaqlarda xoş təəssürat yaratdı.
Xədicə İsmayıllının gözəl rəqsi şənlik iştirakçılarına xoş dəqiqələr yaşatdı.
Məktəbdə Novruz şənlikləri bitdi. Ancaq məhəllədə, qəsəbədə, evlərdə şənlik yeni başlayır. Bir azdan tonqal üstündən tullanmaq, evlərə papaq atmaq, qapı pusmaq və s. başlayacaq.
Novruz bayramınız mübarək!!!!!

16/03/2025
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin müvafiq əmrinə əsasən, bütün ümumi təhsil məktəblərində 4-10...
10/03/2025

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin müvafiq əmrinə əsasən, bütün ümumi təhsil məktəblərində 4-10 mart 2025-ci il tarixlərində idman həftəsi keçirilmişdir. Tədbirlərin keçirilməsində məqsəd şagirdlərin idmana marağının artırılması, sağlam həyat tərzinin təbliği, bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsinin təşkili olmuşdur.
Ağdam 47 nömrəli tam orta məktəbin şagirdləri tədbirdə bu və digər şəkildə iştirak etmişlər. IX sinif şagirdləri turnikdə müxtəlif idman hərəkətləri, qol güləşi və s.hərəkətlər nümayiş etdirmişlər.
Məktəbimizin bir neçə idmançısı iştirak etdikləri respublika. zona və rayon yarışlarında öz şıxışlarından , qazandıqları uğurlardan, mükafatlardan danışmışlar.
IV sinif şagirdləri idmana həsr edilmiş rəsm sərgisində öz bacarıqlarını göstərmişlər.
İdman həftəsi şagirdlər tərəfindən maraqla qarşılanmışdır.

        https://www.facebook.com/share/p/1KUV3uDaBh/
05/03/2025

https://www.facebook.com/share/p/1KUV3uDaBh/

Milli Müdafiə Universiteti xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulu elan edir

Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti cari ilin 30 may tarixinədək Heydər Əliyev adına Hərbi İnstituta, Hərbi Tibb Fakültəsinə, Bakı və Naxçıvan Hərbi Kolleclərinə, Heydər Əliyev adına və Cəmşid Naxçıvanski adına Hərbi Liseylərinə elektron sənəd qəbulu elan edir.

İlk dəfə olaraq, Milli Müdafiə Universiteti tərəfindən qəbul prosesi elektron qaydada həyata keçirilir. Ölkə üzrə əhatəliliyi özündə əks etdirən bu yenilik əlçatanlığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yaradılıb.

Azərbaycan Respublikasının vətəndaşları istənilən bölgədən mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindən müraciət etməklə seçdiyi təhsil müəssisəsinə aid sənəd qəbulu portalına keçid edərək, müvafiq portaldakı “Sənədlər” hissəsindən proseslə bağlı məlumatları əldə edə bilər.

Tibbi müayinələrin keçirilməsi 01 aprel – 30 iyun, seçimlərin aparılması isə 01 iyul – 31 avqust tarixlərində nəzərdə tutulur.

Vətəndaşları maraqlandıran suallarla bağlı Milli Müdafiə Universitetinin çağrı mərkəzi – *0811 (iş günlərində saat 09:00-dan 17:30-dək) və [email protected] elektron poçt ünvanı fəaliyyət göstərir.

Fəxr edəcəyin gələcəyi seç!


Xəbər verdiyimiz kimi , Xocalı soyqırımı münasibəti ilə Ağdam rayonu 47 nömrəli tam orta məktəbin bir qrup müəllimi Xoca...
27/02/2025

Xəbər verdiyimiz kimi , Xocalı soyqırımı münasibəti ilə Ağdam rayonu 47 nömrəli tam orta məktəbin bir qrup müəllimi Xocalı şəhərində olmuş, şəhid məzarlarını ziyarət etmişlər.Bu gün, 26 fevralda isə məktəbimizdə başqa bir tədbirlə bu qanlı günü bir daha xatırlamışlar.
Matəm tədbirini məktəbin direktor əvəzi Tahir Nağıyev açaraq, Xocalı faciəsindən , erməni silahlı dəstələrinin vəhşiliyindən, Rusiya 366-cı alayının onlara köməyi haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.
Sonra şagirdlər hazırladıqları ədəbi-bədii kompozisiyanı göstərmişlər., Şəhidlərə həsr olunmuş şeirlər , musiq nömrələri, mahnılar tədbir iştirakçılarına duyğusal dəqiqələr yaşatdı.
Allah şəhidlərimizə rəhmət eləsin! Xocalı bizimdir!

Azərbaycan   Respublikasının   Prezidenti  İlham   Əliyevin    Xocalı  Soyqırımı    münasibətiylə      PAYLAŞIMI
26/02/2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı Soyqırımı münasibətiylə PAYLAŞIMI

25/02/2025

Qarlı, gözəl Xocalıya kədərli səfər...... Bu günlərdə Ağdam rayonu 47 nömrəli tam orta məktəbin direktor əvəzi Tahir Nağıyevin rəhbərliyi ilə bir qrup müəllim Xocalı şəhərində şəhidlərimizin məzarını ziyarət etmiş, şəhid məzarlarına gül-çiçək dəstələri düzmüşlər.1992-ci il 26 fevrala keçən gecə qaniçən erməni silahlı dəstələri Xocalı şəhərinə hücum etmiş, yüzlərlə insanı vəhşicəsinə öldürmüşlər.Uşaqlar, qocalar, qadınlar bu qətliamın , soyqırımın qurbanı olmuşlar.
Ermənilərin bu vəhşiliyi unudulmamış, bu gün də xalqımız tərəfindən xatırlanır.
Qisas qiyamətə qalmadı. Qəhrəman ordumuz öz qisasını almış, Xocalını işğaldan azad etmişdir.Artıq Xocalı şəhərində Azərbaycan bayrağı dalğalanır və yenidən tikilmiş bu gözəl şəhərdə xocalılar yaşayırlar. Məktəbin müəllimləri Xocalı təəssüratını həyəcanla hamıyla bölüşürlər.
Qəhrəman Azərbaycan Ordusuna eşq olsun! Ali Baş Komandana eşq olsun! Allah bütün Xocalı şəhidlərinə rəhmət eləsin! Xocalı Azərbaycandır!!

                     1990-cı  il yanvarın  19-dan 20-sinə  keçən      gecə Azərbaycanın  paytaxtı  Bakı  şəhərində    ke...
18/01/2025

1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Azərbaycanın paytaxtı Bakı şəhərində keçmiş sovet ordusunun qoşun birləşmələri tərəfindən dinc əhaliyə qarşı silah işlədilmiş, yüzlərlə insan qətlə yetirilmişdir. Azərbaycan xalqının azadlıq ruhunu qırmağa yönldilmiş bu aksiya xalqı daha əzmkar etmiş , tezliklə müstəqil dövlət qurmaq yolunda mübarizəyə səsləmişdir.
20 Yanvar Matəm Günü kimi, tarixə düşmüşdür.Hər il olduğu kimi, bu il də bu qanlı gün xalqımız tərəfindən qürurla xatırlanır, gələcək nəsillərə əmanət kimi ötürülür.
Ağdam rayonu 47 nömrəli tam orta məktəbin şəhid məzunu Şahmar Seyidovun guşəsi önündə bu münasibətlə matəm tədbiri keçirilmişdir. Məktəbin təşkilatçısı Məhsəti Əliyeva və UB rəhbəri Nailə Əliyevanın təşkilatçılığı ilə keçirilmiş bu tədbirin ərsəyə gəlməsində məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri Roza Rüstəmova və Vüsalə Mustafayevanın yaxından köməyi olmuşdur. 20 yanvara həsr olunmuş ədəbi-bədii kompozisiyada şagirdlər şəhidlərimizə , Vətənə həsr olunmuş şeirlər səsləndirmişlər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!!

Address

Heydər Əliyev Prospekti 534
Mingechaur
4510

Telephone

+994518084350

Website

Alerts

Be the first to know and let us send you an email when Ağdam rayonu 47 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ağdam rayonu 47 nömrəli tam orta məktəb:

Share

Category