Mingəçevir Gənclər evi

Mingəçevir Gənclər evi Asudə vaxtınızı bizə etibar edin, çünki biz sizin üçün çalışırıq. Mərkəzlərdə yerinə yetirilən proqramlar üçün vahid standartlar hazırlanmaqdadır. tədbirlər.

“Gənclər evləri” – 14-29 yaş arasında olan gəncləri cəlb edən, onların təhsil almaları və asudə vaxtlarının səmərəli keçirilməsi üçün rahat şərait yaradan, onların digər ehtiyaclarını ödəyən, öz siyasətlərinə, proqramlarına və müvafiq atributlarına malik olan gənclərin dostluq mərkəzləridir. Gənclər, tələbatlarını və gözlədiklərinə müvafiq olaraq həyat vərdişlərini və asudə vaxtlarının keçirilməsi

üzrə istəklərini ödəməkdən ötrü informasiya və xidmətləri almaq üçün bu mərkəzlərə gəlirlər. Proqramlar gənclərin iştirakı ilə tərtib edilir, onların təlabatlarını əks etdirir və gənclərin bilavasitə iştirakı ilə həyata keçirilir. Proqramlar ölkənin gənc vətənpərvərlərinin formalaşmasına yönəldiləcəkdir. Həmin anlayışın əsas komponentlərinə cəmiyyətin inkişafına öz töhvəsini vermək bacarığına malik olan, özünə inamlı şəxsiyyətlərin formalaşdırması daxildir. Gənclər mərkəzlərinin təklif etdikləri bütün xidmətlər sağlamlıq imkanları məhdud olan bütün gənclər üçün əlverişlidir. Gender bərabərliyi məsələləri bütün gənclər mərkəzləri bazasında işlərin planlaşdırılmasında və həyata keçirilməsində nəzərə alınır. Gənclər mərkəzləri bazasında görülən işlərdən əlavə məktəblərdə, poliklinikalarda və gənclərin daha çox getdikləri yerlərdə (outreach) aktiv iş aparılmalıdır. Gənclər mərkəzinin təklif etmədiyi xidmətlər üçün (gənclər üçün tibbi xidmətlər və s.) Gənclər mərkəzləri istiqamətləndirici bənddir. Gənclər mərkəzlərinin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclərin özlərini bir şəxs kimi müəyyən etməsi və özünü reallaşdırılması, həmçinin, müvafiq rayonun ərazisində dövlətin gənclər siyasətinin reallaşdırılmasında gənclər və idman idarəsinin fəaliyyətinə yardım göstərilməsindən ibarətdir. Gənclər mərkəzlərinin qarşısında duran vəzifələr aşağıdılardır:

1) gənclərin tələbatlarına və gözlədiklərinə müvafiq olan informasiya və xidmətlərin təqdim edilməsi;

2) respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatında gənclərin aktiv iştirakının təmin edilməsi;

3) gənclərin təşəbbüslərini, gənclərin könüllülük hərəkatı və gənclərin özünü idarəsinin dəstəklənməsi;

4) uğur qazanan azərbaycanlı gənc obrazının formalaşdırılması və irəli çəkilməsi. Gənclər mərkəzlərinin fəaliyyət növləri:

1) qeyri-formal təhsil fəaliyyəti;

2) könüllülük hərəkatı;

3) sağlam həyat tərzi;

4) informasiya-məsləhət fəaliyyəti;

5) asudə vaxtın təşkili;

6) gənclərin layihələrinin və proqramlarının inkişafı;

7) digərləri. Gənclər mərkəzləri yaşı 14-dən 18-dək olan yeniyetmələr və yaşı 29-a qədər olan gənclər ilə iş qurur. Müəssisənin fəaliyyətinə daxildir: nəzəri və praktiki tədris məşğələləri, kütləvi-müsabiqə, konsert və asudə vaxt tədbirləri, onlara hazırlıq, öyrənənlər üçün yarışlar, treninqlər, ekskursiyalar, yürüşlər, müxtəlif təşkilatlara gəzintilər və s. Gənclər mərkəzə gələrkən onun avadanlıqlarından, inventarlarından, materiallarından istifadə edirlər.

🎓✨ Məzun Könüllülər Konserti ✨🎓Bu gün səhnə sizin üçündür! Birlikdə keçirdiyimiz unudulmaz günlərin, qazandığımız dostlu...
05/06/2026

🎓✨ Məzun Könüllülər Konserti ✨🎓
Bu gün səhnə sizin üçündür! Birlikdə keçirdiyimiz unudulmaz günlərin, qazandığımız dostluqların və əldə etdiyimiz uğurların sevincini paylaşmaq üçün toplaşmışıq.
Əziz məzun könüllülər, göstərdiyiniz fəallığa, əzmə və Gənclər Evinə verdiyiniz töhfələrə görə sizə təşəkkür edirik. Qarşıda sizi yeni hədəflər, yeni uğurlar və parlaq gələcək gözləyir.
Bu konsert sizin əməyinizə, xatirələrinizə və gələcəyə atdığınız yeni addımlara həsr olunur.
🌟 Məzuniyyətiniz mübarək! Yolunuz hər zaman uğurlarla işıqlansın! 🌟

📍İyunun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mərkəzi Aran regional bölməsi və Mingəçevir Gənclər Evin...
04/06/2026

📍İyunun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mərkəzi Aran regional bölməsi və Mingəçevir Gənclər Evinin birgə təşkilatçılığı ilə Mingəçevir Gənclər Evində “Gənclərlə dini maarifləndirmə işinin təşkili” mövzusunda seminar keçirilmişdir.
Seminarda DQİDK-nin Mərkəzi Aran regional bölməsinin müdir müavini Əzim Rəfiyev və aparıcı məsləhətçi Valeh Rəşidov iştirak etmişlər. Tədbir çərçivəsində gənclərə dini radikalizmin yaranma səbəbləri, onunla mübarizə üsulları, gənclərin risk qrupları və xüsusiyyətləri, böhran nöqtələrində buraxılan səhvlər və effektiv həll yolları barədə geniş məlumat verilmişdir.
Eyni zamanda, radikalizmin hədəfləri və bu prosesdə ən çox zərər görən qruplar haqqında maarifləndirici təqdimatlar keçirilmiş, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

🧠✨ “Stress və Emosiyaların İdarə Olunması” təlimi uğurla başa çatdı!Mingəçevir Gənclər Evində keçirilən təlimdə iştirakç...
04/06/2026

🧠✨ “Stress və Emosiyaların İdarə Olunması” təlimi uğurla başa çatdı!
Mingəçevir Gənclər Evində keçirilən təlimdə iştirakçılar stressin səbəbləri, təsirləri və emosiyaların düzgün idarə olunması yolları ilə tanış oldular. İnteraktiv müzakirələr və praktik nümunələr vasitəsilə psixoloji dayanıqlılığın artırılması və düzgün qərarvermə bacarıqları inkişaf etdirildi.
Təlimçi Elşən İsmayılovun təqdimatı gənclər tərəfindən böyük maraqla qarşılandı.
🌱 Emosional sağlamlıq uğurlu və balanslı həyatın əsas açarıdır.
📍 İştirak edən hər kəsə təşəkkür edir, yenidən görüşməyi arzulayırıq!

🌈 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan “Dünyamızın Rəngləri” adlı tədbir uşaqların se...
01/06/2026

🌈 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan “Dünyamızın Rəngləri” adlı tədbir uşaqların sevinc dolu anları ilə yadda qaldı 💙
Tədbir zamanı balacalar üçün maraqlı və əyləncəli oyunlar keçirildi, müxtəlif hədiyyələr təqdim olundu və onların üzündə təbəssüm yaratmaq üçün unudulmaz anlar yaşandı ✨
Uşaqların gülüşü dünyamızın ən gözəl rəngidir 🌍🧸

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları Mingəçevir Gənclər Evi adından ürəkdən təbrik e...
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları Mingəçevir Gənclər Evi adından ürəkdən təbrik edirik 🎈
Uşaqlar hər bir cəmiyyətin sevinc mənbəyi, gələcəyin qurucularıdır 🌟 Onların xoşbəxt, sağlam və qayğısız böyüməsi ən böyük arzumuzdur 🤍
Bu əlamətdar gün münasibətilə hər bir uşağa sevinc dolu günlər, parlaq gələcək və bol-bol gülüş arzulayırıq 😊🎉

28 May — bir millətin azadlıq eşqinin, dövlətçilik iradəsinin tarixə qovuşduğu müqəddəs gündür.Məhəmməd Əmin Rəsulzadəni...
28/05/2026

28 May — bir millətin azadlıq eşqinin, dövlətçilik iradəsinin tarixə qovuşduğu müqəddəs gündür.
Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” çağırışı ilə başlanan bu şərəfli yol, Ulu Öndərin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışı ilə daha da möhkəmləndi. Bu gün Azərbaycan müstəqil, güclü və dünyada söz sahibi olan bir dövlət kimi öz layiqli yerini tutub.
28 May — Müstəqillik Günümüz mübarək! 🇦🇿

Əziz izləyicilərimiz!Sizi 28 May – Respublika Günü münasibətilə Mingəçevir Gənclər Evi adından səmimi qəlbdən təbrik edi...
28/05/2026

Əziz izləyicilərimiz!

Sizi 28 May – Respublika Günü münasibətilə Mingəçevir Gənclər Evi adından səmimi qəlbdən təbrik edirik!🇦🇿
Bu əlamətdar gün 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımızın tarixində yeni bir səhifə açmış, müstəqillik, azadlıq və dövlətçilik ənənələrimizin təməlini qoymuşdur. Bu gün biz həmin şərəfli irsi qürurla yaşadır və gələcəyə inamla addımlayırıq.
Qoy müstəqil Azərbaycanımız daim güclənsin, gənclərimiz vətənə layiq vətəndaşlar kimi inkişaf etsin, ölkəmiz sülh və tərəqqi yolunda uğurla irəliləsin!
Hər birinizə möhkəm cansağlığı, uğurlar və firavan həyat arzulayırıq.

Bayramınız mübarək! 🇦🇿✨

Mingəçevir Gənclər Evində gənclərin iştirakı ilə “İntellekt turniri” adlı maraqlı və dinamik intellektual yarış təşkil o...
27/05/2026

Mingəçevir Gənclər Evində gənclərin iştirakı ilə “İntellekt turniri” adlı maraqlı və dinamik intellektual yarış təşkil olundu 🧠
Yarış zamanı iştirakçılar məntiqi düşüncə , çevik qərarvermə və komanda işi 🤝 bacarıqlarını yüksək səviyyədə nümayiş etdirdilər. Tədbirdə tarix , coğrafiya , elm , mədəniyyət və gündəlik bilikləri əhatə edən maraqlı və əyləncəli suallar səsləndirildi.
İştirakçılar arasında sağlam rəqabət 🏆 və yüksək motivasiya 💪 müşahidə olundu. Yarış boyunca gənclər həm biliklərini sınadılar, həm də xoş və yaddaqalan vaxt keçirdilər 😊
Bu cür tədbirlərin əsas məqsədi gənclərin intellektual inkişafına dəstək olmaq 📚, onların dünyagörüşünü genişləndirmək və komanda ruhunu gücləndirməkdir 🤗

Sizi müqəddəs Qurban Bayramı münasibətilə Mingəçevir Gənclər Evi adından ürəkdən təbrik edirik. Bu əziz bayramın hər bir...
27/05/2026

Sizi müqəddəs Qurban Bayramı münasibətilə Mingəçevir Gənclər Evi adından ürəkdən təbrik edirik. Bu əziz bayramın hər birinizə sevinc, ruzi-bərəkət, sağlamlıq və xoşbəxtlik gətirməsini arzulayırıq.
Qurban Bayramı paylaşmağın, mərhəmətin və birlik ruhunun ən gözəl təcəssümüdür. Qoy bu bayram münasibətilə qəlblərimiz daha da yaxınlaşsın, sevgi və qayğı hissləri hər evə nur saçsın.
Uca Allah etdiyiniz duaları və kəsdiyiniz qurbanları qəbul etsin!

Bayramınız mübarək! 🌙✨

📌 Mingəçevir Gənclər Evi tərəfindən “Yumşaq Bacarıqlar – Uğurun Gizli Gücü” mövzusunda təlim keçirilib. Təlim zamanı gən...
26/05/2026

📌 Mingəçevir Gənclər Evi tərəfindən “Yumşaq Bacarıqlar – Uğurun Gizli Gücü” mövzusunda təlim keçirilib. Təlim zamanı gənclərlə insanlararası münasibət qurmaq bacarığı, effektiv ünsiyyət, problemlərin həlli və emosiyaların idarə olunması mövzularında geniş müzakirələr aparılıb.
✨ İştirakçılar müxtəlif fikir mübadilələri edərək öz bacarıqlarını inkişaf etdirmək üçün faydalı məlumatlar əldə ediblər. Təlim interaktiv və maraqlı atmosferdə keçib.

Address

Müşfiq Mirzəyev Adına Dostluq Parkı
Mingächevir

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

(024) 274 28 56

Website

Alerts

Be the first to know and let us send you an email when Mingəçevir Gənclər evi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mingəçevir Gənclər evi:

Share