Kəlbəcər rayon 114 nömrəli tam orta məktəb

Kəlbəcər rayon 114 nömrəli tam orta məktəb Kəlbəcər rayon 114 nömrəli ümumi orta ümumtəhsil məktəbi

06/05/2026
“Erkən nikaha yox, narkomaniyaya yox!” – Kəlbəcər rayon 114 nömrəli ümumi orta ümumtəhsil məktəbdə keçirilən tədbir məkt...
27/04/2026

“Erkən nikaha yox, narkomaniyaya yox!” – Kəlbəcər rayon 114 nömrəli ümumi orta ümumtəhsil məktəbdə keçirilən tədbir məktəbin illik fəaliyyət planına uyğun olaraq təşkil olunub. Tədbirdə sosial pedaqoq Sevil Abdullayeva, psixoloq Məhəmməd Quluyev və Uşaq Birliyi Təşkilatı rəhbəri Səkinə Qasımova iştirak edib və şagirdlərə sağlam həyat tərzi və təhlükəsiz gələcək mövzusunda maarifləndirici tövsiyələr verilib.

Azərbaycanlılara qarşı törədilmiş soyqırımından 108 il ötür. 🥀Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli...
31/03/2026

Azərbaycanlılara qarşı törədilmiş soyqırımından 108 il ötür. 🥀

Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanına əsasən, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edirik.

🌸 Baharın gəlişi ilə  gözəl bir gün...18.03.20226-cı il tarixində Kəlbəcər rayon 114 nömrəli ümumi orta ümumtəhsil məktə...
18/03/2026

🌸 Baharın gəlişi ilə gözəl bir gün...
18.03.20226-cı il tarixində Kəlbəcər rayon 114 nömrəli ümumi orta ümumtəhsil məktəbinin şagirdləri, Uşaq Birliyi Təşkilatı rəhbəri Qasımova Səkinə müəllimənin təşkilatçılığı ilə Mingəçevir Dövlət Dram Teatrında bayram ab-havalı tamaşada iştirak etdilər. 🎭
Şagirdlərimiz səhnədə nümayiş olunan “Baharın şirin nəfəsi” adlı "Baharbura" tamaşasını böyük maraq və sevinc hissi ilə izlədilər.
Bu cür mədəni tədbirlər şagirdlərin dünyagörüşünün formalaşmasında, estetik zövqünün inkişafında mühüm rol oynayır.
Əziz şagirdlərimizə xoş anlar yaşadan və bu gözəl günü təşkil edən Səkinə müəlliməyə təşəkkür edirik. 🌿

Torpaq çərşənbəsi yurdumuza gözəl günlər, süfrələrinizə bol ruzi-bərəkət gətirsin! 🌱
17/03/2026

Torpaq çərşənbəsi yurdumuza gözəl günlər, süfrələrinizə bol ruzi-bərəkət gətirsin! 🌱

16.03.2026-cı il tarixində Kəlbəcər rayonu 114 nömrəli ümumi orta ümumtəhsil məktəbində pedaqoji şuranın növbəti iclası ...
16/03/2026

16.03.2026-cı il tarixində Kəlbəcər rayonu 114 nömrəli ümumi orta ümumtəhsil məktəbində pedaqoji şuranın növbəti iclası keçirilmişdir.
İclas zamanı şagirdlərin dərsə davamiyyət vəziyyəti, davamiyyəti zəif olan şagirdlərlə bağlı görüləcək tədbirlər, buraxılış imtahanlarına buraxılma məsələləri, məktəbdaxili qiymətləndirmələrin təşkili, sinif jurnallarında aşkar olunan nöqsanlar, müəllimlər arasında etik münasibətlər və əmək intizamı ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Eyni zamanda məktəb ərazisində etik davranış qaydalarına riayət olunması, məktəb mühitinin sağlam və təhlükəsiz saxlanılması ilə bağlı müəllim və əməkdaşlara müvafiq tapşırıqlar verilmişdir.
İclasın sonunda qəbul olunan qərarların icrası ilə bağlı müvafiq göstərişlər verilmişdir.

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə  əlaqədar 02 -07 mart  2026-cı il  tarixlərində  bütün  ümumi təhsil müəssisə...
11/03/2026

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar 02 -07 mart 2026-cı il tarixlərində bütün ümumi təhsil müəssisələrində idman həftəsi
Məqsəd şagirdlərdə idmana marağı artırmaq ,sağlam həyat tərzini təşviq etmək və fiziki inkişafı dəstəkləməkdir.

26.02.2026-cı il tarixdə Kəlbəcər rayon 114 nömrəli ümumi orta ümumtəhsil məktəbində Xocalı soyqırımının 34-cü il dönümü...
26/02/2026

26.02.2026-cı il tarixdə Kəlbəcər rayon 114 nömrəli ümumi orta ümumtəhsil məktəbində Xocalı soyqırımının 34-cü il dönümünə həsr olunmuş tədbir keçirildi. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər Xocalı soyqırımına aid şeirlər söylədilər. Allah Şəhidlərimizə rəhmət eləsin!

Gənclər Günü münasibətilə məktəbimizin gənc və fəal müəllimləri məktəb direktoru Elçin Nurməmmədov  tərəfindən fəxri fər...
02/02/2026

Gənclər Günü münasibətilə məktəbimizin gənc və fəal müəllimləri məktəb direktoru Elçin Nurməmmədov tərəfindən fəxri fərmanla təltif olundu. Gənclik — yenilik, enerji və gələcəyə inam deməkdir. Uğurlarınız davamlı olsun! 🇦🇿✨

🕯️ 20 Yanvar – xalqımızın azadlıq və ləyaqət tarixidir.19.01.2026-cl il tarixində Məktəb kollektivi  və bir qrup  şagird...
20/01/2026

🕯️ 20 Yanvar – xalqımızın azadlıq və ləyaqət tarixidir.
19.01.2026-cl il tarixində Məktəb kollektivi və bir qrup şagirdlər ilə Mingəçevir şəhərində 20 Yanvar şəhidlərinin əziz xatirəsini dərin ehtiramla yad etdilər.
Tədbirdə çıxış edən Tədris işləri üzrə direktor müavini Nəbi Həsənov və Uşaq Birliyi Təşkilatı Rəhbəri Səkinə Qasımova 20 Yanvar hadisələrinin tarixi əhəmiyyətindən, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyindən bəhs etmişlər.
Şəhidlərimizin ruhu qarşısında baş əyirik.

12 yanvar tarixində məktəbimizin 9-cu sinif şagirdləri üçün buraxılış fənni  üzrə monitorinq imtahanı keçirilmişdir. Mon...
12/01/2026

12 yanvar tarixində məktəbimizin 9-cu sinif şagirdləri üçün buraxılış fənni üzrə monitorinq imtahanı keçirilmişdir. Monitorinq imtahanının keçirilməsində əsas məqsəd şagirdlərin buraxılış imtahanlarına hazırlıq səviyyəsinin müəyyənləşdirilməsi, mövcud bilik və bacarıqlarının qiymətləndirilməsi olmuşdur. İmtahan zamanı şagirdlərə riyaziyyat fənni üzrə test tapşırıqları təqdim edilmiş, proses şəffaf və qaydalara uyğun şəkildə təşkil olunmuşdur.

Address

Bağ Massivi
Mingächevir

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Kəlbəcər rayon 114 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category