Masallı Rayon İcra Hakimiyyəti

Masallı Rayon İcra Hakimiyyəti Masallı

Masallıda “Sahibkarlığa yeni dəstək alətləri və mövcud mexanizmlərin genişləndirilməsi” mövzusunda tədbir17 sentyabr 202...
17/09/2026

Masallıda “Sahibkarlığa yeni dəstək alətləri və mövcud mexanizmlərin genişləndirilməsi” mövzusunda tədbir

17 sentyabr 2026-cı il tarixdə Masallı rayon İcra Hakimiyyətinin inzibati binasında Masallı rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Lənkəran-Astara regional bölməsinin birgə təşkilatçılığı ilə “Sahibkarlığa yeni dəstək alətləri və mövcud mexanizmlərin genişləndirilməsi” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri Masallı rayon İcra Hakimiyyəti başçının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Adəm Məhərrəmov açaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 may 2026-cı il tarixdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Sərəncam imzalanmışdır.
Sərəncamın icrası ilə əlaqədar Masallı rayonunda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair İş Planı hazırlanaraq təsdiq edilmişdir.
Rayon üzrə investisya qoyuluşu 500 min manatdan çox 18 və 500 min manatdan az 28 olmaqla, ümumilikdə 46 sahibkarlıq subyekti Dövlət Proqramının icrasına qoşulmuşdur.
Sahibkarlığın inkişafının dəstəklənməsi, ixrac imkanlarının genişləndirilməsi, maliyyə resurslarına çıxışın asanlaşdırılması və investisiya layihələrinin təşviqi məqsədilə yeni dəstək mexanizmləri müəyyən edilib.
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev Masallı rayonunda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrində tətbiq ediləcək yeni subsidiya və dövlət dəstəyi mexanizmləri barədə məlumat vermiş və bildirmişdir ki, yeni qərarlara əsasən müasir suvarma sistemlərindən istifadə edən fermerlər üçün bir sıra əkin subsidiyalarının məbləği artırılır. Əlavə olaraq qeyd olunub ki, yeni subsidiya və dövlət dəstəyi mexanizmlərinin tətbiqi Masallı rayonunda kənd təsərrüfatı istehsalının genişləndirilməsi, müasir texnologiyaların tətbiqi, emal sahələrinin inkişafı və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması baxımından mühüm imkanlar yaradır.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Lənkəran-Astara regional bölməsinin rəisi Elvin Nəhmətov “Sahibkarlığa yeni dəstək alətləri və mövcud mexanizmlərin genişləndirilməsi” mövzusunda təqdimatı tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Təqdimatda:
İxrac fəaliyyətinə dəstək: Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının xarici bazarlara ixracı zamanı yaranan daşıma xərclərinin 70%-dək hissəsinin dövlət tərəfindən qarşılanması nəzərdə tutulur. Həmçinin Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların ölkənin digər ərazilərinə daşınması üzrə xərclərin 70%-i dəstək məbləği kimi sahibkara geri ödəniləcək. Mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçıların gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi kompensasiya ediləcək.
Güzəştli maliyyələşmə: Sahibkarlar üçün 5%-lə güzəştli kreditlər, eləcə də 9%-dək faiz dərəcəsi ilə avadanlıq kreditləri təqdim edilir. Kreditlər üzrə hesablanmış illik faizin 50%-nin dövlət tərəfindən subsidiyalaşdırılması nəzərdə tutulur. Girov imkanları kifayət etməyən sahibkarlar üçün kreditin əsas borcuna dövlət zəmanəti verilməsi də mümkündür.
Elektrik şəbəkəsinə qoşulma: Sənaye və kənd təsərrüfatı daxil olmaqla 23 fəaliyyət sahəsində çalışan sahibkarların elektrik şəbəkəsinə qoşulma haqqının 50%-nin dövlət büdcəsindən subsidiya kimi ödənilməsi nəzərdə tutulur. Mexanizmin 2027–2030-cu illərdə tətbiqi planlaşdırılır.
Strateji investisiya layihələri: Ölkənin uzunmüddətli inkişaf prioritetlərinə uyğun, yüksək investisiya tutumuna və sosial-iqtisadi nəticələrə malik layihələrin “sürətli keçid” mexanizmi əsasında seçilməsi nəzərdə tutulur. Mexanizm aidiyyəti dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə və layihələrin icra müddətinin qısaldılmasına xidmət edəcək.
Yeni dəstək alətləri sahibkarların maliyyə imkanlarının artırılmasına, ixracın stimullaşdırılmasına, investisiya fəaliyyətinin genişləndirilməsinə və regionlarda sahibkarlığın inkişafına yönəlib.
Tədbir sahibkar və fermerlərin sualları, eləcə də diskusiya ilə yekunlaşmışdır.

Masallı Rayon İcra Hakimiyyəti başçsının 17.09.2026-cı il tarixdə növbəti  vətəndaş qəbulu keçirilmişdir.17 sentyabr 202...
17/09/2026

Masallı Rayon İcra Hakimiyyəti başçsının 17.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.

17 sentyabr 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tərəfindən vətəndaşların növbəti qəbulu keçirilib.
Qəbul zamanı rayonun müxtəlif yaşayış məntəqələrindən olan vətəndaşlar iştirak edərək onları narahat edən məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Görüş zamanı vətəndaşlar əsasən sosial-məişət məsələləri, məşğulluq və digər mövzular üzrə müraciətlər ediblər.
Rayon rəhbəri hər bir müraciəti diqqətlə dinləyərək qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması və həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Bir sıra müraciətlər yerindəcə həll olunub, əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə müvafiq struktur bölmələrinə göstərişlər verilib və icrası nəzarətə götürülmüşdür.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vətəndaş qəbulunu yekunlaşdıraraq keçirilən görüşlərin dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etmiş, vətəndaş müraciətlərinin operativ və şəffaf şəkildə araşdırılmasının daim diqqət mərkəzində saxlanıldığını vurğulamışdır.

Rayon rəhbəri Mahmudavar ərazisində şəhid məzarlarını ziyarət etdi 16.09.2026Masallı Rayon İcra Hakimiyyətinin başçısı t...
16/09/2026

Rayon rəhbəri Mahmudavar ərazisində şəhid məzarlarını ziyarət etdi 16.09.2026

Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayon ərazisində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühüm addımlar atılır.
Bütün qeyd olunanlara nümunə olaraq, 16 sentyabr 2026-cı il tarixdə Masallı rayonunun Mahmudavar ərazisinin Molalan kəndində keçirilmiş vətəndaş qəbulundan sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Başçının birinci müavini Tohid Hüseynov, aparatın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, ərazi nümayəndəsi, bələdiyyə sədri, şəhid ailələri, din xadimləri, media nümayəndələri və vətəndaşların iştirakı ilə şəhidlərin məzarları ziyarət edilmiş, qəbirüstü abidələri önünə tər gül dəstələri düzülərək şəhidlərin ruhu ehtiramla yad edilmişdir.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Rayon rəhbəri 16 sentyabr 2026-cı il tarixdə Mahmudavar ərazisinin Molalan kəndində səyyar qəbul keçirib16 sentyabr 2026...
16/09/2026

Rayon rəhbəri 16 sentyabr 2026-cı il tarixdə Mahmudavar ərazisinin Molalan kəndində səyyar qəbul keçirib

16 sentyabr 2026-cı il tarixdə Mahmudavar ərazisinin Molalan kəndində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açaraq ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.
Səyyar görüş zamanı rayon rəhbəri ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə məlumat vermiş və əlavə olaraq bildirmişdir ki, vətəndaş müraciətlərinin yerində dinlənilməsi və operativ həlli dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynayır.
Görüşdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Famil Cəfərov bildirmişdir ki, ərazidə keçirilmiş əvvəlki qəbul zamanı 6 vətəndaş tərəfindən 7 məsələ qaldırılmış, həmin məsələlərdən 3-ü müsbət həll edilmiş, 2 məsələ ilə bağlı işlərin davam etdirildiyi və 2 məsələ ilə bağlı isə vətəndaşlara qanunvericiliyin tələblərinə uyğun izahat verilmişdir.
Qəbulda sakinlər tərəfindən əsasən əhalini narahat edən sosial və şəxsi xarakter daşıyan məsələlərlə bağlı müraciətlər edilmiş, məsul əməkdaşlar tərəfindən rayon rəhbərinin tapşırığı əsasında müraciətlər qeydə alınmış və müraciətlərlə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Rayon rəhbəri çıxışında bildirib ki, yaşayış məntəqələrinin sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tədbirlər mərhələli şəkildə davam etdiriləcək. O, sakinləri fəallığa çağıraraq, hər bir müraciətin diqqətlə araşdırılacağını və səlahiyyətləri daxilində həll ediləcəyini vurğulayıb.
Səyyar görüş şəhər sakinləri tərəfindən razılıqla qarşılanıb və vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Masallı rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər ediblərAzərbaycanda ak...
16/09/2026

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər ediblər

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfər ediblər.

Səfərin məqsədi diplomatik korpus nümayəndələrini Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri, müasir infrastruktur layihələri, eləcə də regionun tarixi və mədəni irsi ilə yerində tanış etmək olub.

Səfər çərçivəsində diplomatik nümayəndələr Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri ilə tanış olub, şəhər və kəndlərin yenidən qurulması, müasir yol-nəqliyyat infrastrukturunun yaradılması, yaşayış məntəqələrinin dayanıqlı inkişafının təmin edilməsi istiqamətində görülən işlər barədə məlumatlandırılıblar.

Diplomatlara, həmçinin regionun zəngin tarixi-mədəni irsi, işğal dövründə dağıntılara məruz qalmış tarixi, dini və mədəni abidələrin vəziyyəti və onların bərpası istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.

Səfər iştirakçıları Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin miqyası ilə tanış olmaq, regionun inkişaf perspektivlərini və burada formalaşdırılan yeni iqtisadi və sosial imkanları yerində müşahidə etmək imkanı əldə ediblər.

Azərbaycanın regionlarına diplomatik korpus nümayəndələrinin tanışlıq səfərləri ölkənin müxtəlif bölgələri, onların tarixi, coğrafiyası, mədəniyyəti və iqtisadi potensialı barədə birbaşa məlumat əldə etmək baxımından əhəmiyyət daşıyır.

Səfər çərçivəsində keçirilən görüşlər və təqdimatlar zamanı Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın sosial-iqtisadi inkişafında artan rolu, regionda yaradılan müasir infrastruktur və gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri onların regionda gedən proseslərlə yaxından tanış olmalarına və əldə olunan nəticələri yerində görmələrinə imkan yaradıb.

Rayon rəhbəri Köhnə Alvadı kəndində şəhid ailəsi üçün inşa olunan evə gedən işlərə baxış keçiribMasallı Rayon İcra Hakim...
15/09/2026

Rayon rəhbəri Köhnə Alvadı kəndində şəhid ailəsi üçün inşa olunan evə gedən işlərə baxış keçirib

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində şəhid Zöhrab Həsənovun valideynləri üçün Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına inşa edilən evdə aparılan təmir işləri ilə yerində tanış olub.
Rayon rəhbərinə evdə görülən təmir işləri, işlərin hazırkı vəziyyəti və qarşıda duran məsələlər barədə ətraflı məlumat verilib.
Araz Əhmədov görülən işlərin gedişatını nəzərdən keçirərək təmir prosesini yüksək qiymətləndirib. Rayon İcra Hakimiyyətinin başçısı işlərin keyfiyyətlə, müəyyən olunmuş tələblərə və müvafiq standartlara uyğun şəkildə davam etdirilməsi və vaxtında yekunlaşdırılması ilə bağlı aidiyyəti şəxslərə tövsiyə və tapşırıqlarını verib.
Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların qayğı və problemlərinin diqqətdə saxlanılması dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi Masallı Rayon İcra Hakimiyyətinin də fəaliyyətində daim xüsusi diqqət mərkəzində saxlanılır.
Görüş zamanı qarşıda duran işlərin operativ şəkildə həyata keçirilməsi və evin şəhid Zöhrab Həsənovun valideynlərinin istifadəsinə təqdim olunması üçün bütün zəruri tədbirlərin görülməsi diqqətə çatdırılıb.

Rayon rəhbəri şəhid Ramil Zərbiyevin ailəsini ziyarət edibMasallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun...
15/09/2026

Rayon rəhbəri şəhid Ramil Zərbiyevin ailəsini ziyarət edib

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun Qodman kəndində şəhid Ramil Zərbiyevin yataq xəstəsi olan anasını ziyarət edib.
Ziyarət zamanı rayon rəhbəri şəhid anasının səhhəti ilə yaxından maraqlanıb, onun müalicə və müayinəsinin təşkili ilə bağlı vəziyyəti diqqətdə saxlayıb. Şəhid ailələrinin, xüsusilə də şəhid valideynlərinin sosial-məişət qayğılarının həlli və onların daim diqqət və qayğı ilə əhatə olunması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb.
Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına şəhid valideynləri üçün inşa olunan evdə aparılan təmir işləri ilə tanışlıq olub.
Rayon İcra Hakimiyyətinin başçısı görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb, təmir prosesinin keyfiyyətlə və müəyyən edilmiş tələblərə uyğun şəkildə başa çatdırılması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tövsiyə və tapşırıqlarını verib.
Şəhid ailələrinə göstərilən diqqət və qayğı bundan sonra da Masallı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsas istiqamətlərindən biri olacaq.

Masallının rayon rəhbəri Boradigah qəsəbəsində misgərlik sexindəMasallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov r...
15/09/2026

Masallının rayon rəhbəri Boradigah qəsəbəsində misgərlik sexində

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun Boradigah qəsəbəsində fəaliyyət göstərən misgərlik sexində olub.
Rayon rəhbəri sexdə hazırlanmış müxtəlif mis əşya və qablarla tanış olub, misgər Taleh Ağayevin əl işlərinə baxış keçirib. Burada qədim sənətkarlıq ənənələrinin qorunması və inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Araz Əhmədov misgərlik sənətinin Azərbaycan xalqının qədim sənətkarlıq ənənələrindən biri olduğunu diqqətə çatdıraraq, bu sənət növünün yaşadılmasının, onun incəliklərinin gənc nəslə öyrədilməsinin və gələcək nəsillərə ötürülməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Rayon rəhbəri misgər Taleh Ağayevə qədim sənəti yaşatdığı, milli sənətkarlıq ənənələrini qoruyub saxladığı və öz əl işləri ilə bu sahənin inkişafına töhfə verdiyi üçün təşəkkürünü bildirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, misgərlik Azərbaycanın qədim sənətkarlıq sahələrindən biri olmaqla, xalqımızın zəngin milli-mədəni irsinin mühüm nümunələrindəndir. Misgərlik nümunələri özünəməxsus sənətkarlıq xüsusiyyətləri, hazırlanma texnikası və estetik görünüşü ilə xalq yaradıcılığında xüsusi yer tutur. Bu sənətin qorunaraq yaşadılması milli-mədəni irsimizin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Masallıda “Bilik Günü” qeyd olunub-15.09.202615 sentyabr – “Bilik Günü” münasibətilə Masallı Rayon İcra Hakimiyyətinin b...
15/09/2026

Masallıda “Bilik Günü” qeyd olunub-15.09.2026

15 sentyabr – “Bilik Günü” münasibətilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, aparatın böyük məsləhətçisi - Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Zamin Məmmədov və Masallı Rayon Təhsil sektorunun müdiri Elman Rzayev Masallı şəhərində yerləşən Dəfinə məktəb-liseyində olublar.
Rayon rəhbəri məktəb-liseyin kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.
Araz Əhmədov məktəbdə yaradılmış şəraitlə tanış olub, təhsil müəssisəsinin müəllim və şagird kollektivi ilə görüşüb. Görüş zamanı ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli və savadlı yetişdirilməsinin əhəmiyyətindən danışılıb.
Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, müasir dövrdə bilik və təhsil cəmiyyətin inkişafının əsas amillərindən biridir. Şagirdlərin keyfiyyətli təhsil alması, onların milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və savadlı gənclər kimi yetişməsi qarşıda duran əsas vəzifələrdəndir.
Tədbirdə müəllimlərin əməyi yüksək qiymətləndirilib, onların gələcək fəaliyyətlərinə uğurlar arzulanıb. Şagirdlərə isə yeni tədris ilində yüksək nailiyyətlər, möhkəm can sağlığı və bol uğurlar dilənib.
Sonda məktəb-liseyin müəllim və şagird kollektivi ilə xatirə fotosu çəkdirilib.

Sentyabrın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının XI konfransı keçirilib.Əvvəlcə konfrans işti...
14/09/2026

Sentyabrın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının XI konfransı keçirilib.
Əvvəlcə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Masallı şəhərində ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev hesabat məruzəsi ilə çıxış edib. O, hesabat dövründə təşkilat tərəfindən həyata keçirilən işlər, rayonda keçirilən ictimai-siyasi tədbirlər və partiya üzvlərinin ictimai proseslərdə fəal iştirakı barədə məlumat verib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətdən, sosial-iqtisadi inkişafdan, genişmiqyaslı islahatlardan və sosial layihələrdən danışıb. Qeyd edib ki, son illərdə görülən işlər ölkənin hərtərəfli inkişafına, əhalinin sosial rifahının yüksəldilməsinə və regionların inkişafına mühüm töhfələr verib.
Milli Məclisin deputatı Məşhur Məmmədov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Əli Axundov və digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm rolundan, partiyanın dövlətçilik maraqlarına və xalqın iradəsinə əsaslanan fəaliyyətindən bəhs ediblər.
Konfransda Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri, şəhid anası Mehriban Sultanova, Masallı Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatının sədri Seymur Nuriyev, Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı filialının sədri Nahid Rəhimov, Mahmudavar ərazi partiya təşkilatının sədri Kinəxanım Əliyeva da çıxış ediblər.
Çıxışlarda Azərbaycanın müstəqillik dövründə qazandığı mühüm nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının rolundan bəhs olunub.
Konfransda YAP Masallı rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Address

Azərbaycan Respublikası
Masallı
ŞƏHƏRQARABAĞKÜÇƏSI20

Alerts

Be the first to know and let us send you an email when Masallı Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Masallı Rayon İcra Hakimiyyəti:

Shortcuts

Share