Masallı rayon Heydər Əliyev Mərkəzi

Masallı rayon Heydər Əliyev Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Masallı rayon Heydər Əliyev Mərkəzi, Government Organization, Masallı.

03/06/2026
03/06/2026

Mədəniyyət naziri Adil Kərimli Şuşada vətəndaşları qəbul edəcək.

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2026-cı il iyunun 19-da Şuşa şəhərindən olan vətəndaşların qəbulu keçiriləcəkdir. Qəbulun keçirilmə saatı və məkan barədə əlavə məlumat veriləcəkdir.

📍Vətəndaşlar 2026-cı il iyunun 15-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

📢 ELANMasallı rayon Heydər Əliyev Mərkəzi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı Rayon Komitəsinin Qadınla...
03/06/2026

📢 ELAN

Masallı rayon Heydər Əliyev Mərkəzi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı Rayon Komitəsinin Qadınlarla İş Komitəsinin birgə təşkilatçılığı ilə mədəniyyət və təhsil sahəsində çalışan xanımlar üçün “İnsan hüquqları və bərabərlik” mövzusunda təlim keçiriləcəkdir.

Təlim zamanı Təlimçi, mentor Orxan Əliyev insan hüquqları, gender bərabərliyi, qadınların cəmiyyətdə rolu və hüquqlarının müdafiəsi ilə bağlı mövzular ətrafında müzakirələr aparacaq və iştirakçıların suallarını cavablandıracaqdır.

Mədəniyyət və təhsil sahəsində çalışan bütün xanımları təlimdə iştirak etməyə dəvət edirik.

📅 Tarix: 4 iyun 2026-cı il
🕒 Saat: 11:00
📍 Məkan: Masallı rayon Heydər Əliyev Mərkəzi

İyunun 2 -də 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Masallı rayon ümumtəhsil  məktəbi şagirdləri üçün...
02/06/2026

İyunun 2 -də 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Masallı rayon ümumtəhsil məktəbi şagirdləri üçün Masallı rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib.

Ekskursiya zamanı şagirdlər Mərkəzdə nümayiş etdirilən eksponatlar, fotoşəkillər və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən materiallarla yaxından tanış olublar. Onlara Azərbaycanın müasir dövlətçilik tarixində Heydər Əliyevin xidmətləri barədə ətraflı məlumat verilib.

Ekskursiya çərçivəsində uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə Mərkəzin kinozalında cizgi filmi nümayiş olunub. Şagirdlər cizgi filmini maraqla izləyərək xoş və əyləncəli vaxt keçiriblər.

02/06/2026
02/06/2026

Address

Masallı

Website

Alerts

Be the first to know and let us send you an email when Masallı rayon Heydər Əliyev Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share