Lerik rayonu Elçin Mirişov adına Haftonu kənd ümumi orta ümumtəhsil məktəbi

  • Home
  • Azerbaijan
  • Lerik
  • Lerik rayonu Elçin Mirişov adına Haftonu kənd ümumi orta ümumtəhsil məktəbi

Lerik rayonu Elçin Mirişov adına Haftonu kənd ümumi orta ümumtəhsil məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lerik rayonu Elçin Mirişov adına Haftonu kənd ümumi orta ümumtəhsil məktəbi, Public School, Azərbaycan Respublikası Lerik rayonu Haftonu kəndi, Lerik.

15/06/2026

TARİXİ QARDAŞLIĞIN VƏ RUH BİRLİYİNİN ŞUŞA ZİRVƏSİ

2021-ci il iyunun 15-də ulu əcdadlarımızın bizə miras qoyduğu “Bir millət, iki dövlət” fəlsəfəsi Şuşa Bəyannaməsinin imzalanması ilə özünün ən ali hüquqi, siyasi və mənəvi zirvəsinə ucaldı. Bu sənəd sadəcə iki qardaş dövlətin geostrateji maraqlarının təminatı deyil; o, yüzilliklər boyu eyni kökdən bəhrələnən, eyni dildə danışan və eyni amala xidmət edən böyük bir millətin ortaq gələcək manifestidir.
Azərbaycan dili və ədəbiyyatı müəllimi olaraq mən bu tarixi sənədə həm də fundamental bir mədəniyyət, dil və maarifçilik hadisəsi kimi baxıram. Şuşa Bəyannaməsi bizim ədəbi-bədii təfəkkürümüzün, dil birliyimizin və zəngin irsimizin gələcək nəsillərə daha mükəmməl, sistemli şəkildə ötürülməsi üçün sarsılmaz zəmin yaradır. Bu müqavilə Əhməd Cavadın, Məhəmməd Əmin Yurdaulun, Məhəmmədhüseyn Şəhriyarın və Bəxtiyar Vahabzadənin ruhlarının şad olduğu, Türk dünyasının ədəbi və mənəvi sərhədlərinin bütövləşdiyi müqəddəs andır.
Şuşa kimi bir məkanda — Qarabağın mədəniyyət beşiyində, xarıbülbülün vətənində bu sənədin imzalanması bəşəriyyətə verilən rəmzi və qətiyyətli bir mesajdır: Biz buradayıq, birlikdəyik və əbədiyyən var olacağıq!Bəyannamədə təhsil, mədəniyyət, ortaq tarixin fundamental şəkildə öyrənilməsi və dil əlaqələrinin strateji səviyyədə gücləndirilməsi ilə bağlı əks olunan müddəalar biz pedaqoqların çiyinlərinə böyük bir tarixi məsuliyyət qoyur. Bu gün sinif otaqlarında şagirdlərimizə ana dilimizin sarsılmaz qüdrətini, Nizaminin, Füzulinin, Yunus İmrənin bəşəri humanist ideyalarını aşılayarkən, biz həm də bu sənədin ideoloji sütunlarını yaşatmış oluruq. Şuşa Bəyannaməsi gənc nəslə milli kimlik şüurunu, Türk dünyasının vahid coğrafi, mədəni və mənəvi məkan olduğunu dərk etdirmək üçün ən mükəmməl, canlı və əyani dərslikdir.

Nəticə olaraq vurğulamaq istəyirəm ki, 15 iyun xalqımızın milli yaddaşına təkcə Dövlət Müstəqilliyini xilas edən Milli Qurtuluş Günü kimi deyil, həm də Türk birliyinin Şuşa zəfəri kimi həkk olundu. Bu bəyannamə hər birimiz üçün tükənməz milli qürur mənbəyidir. Biz pedaqoqların, maarif fədailərinin ali vəzifəsi isə bu sənədin ehtiva etdiyi qardaşlıq, birlik və müttəfiqlik ruhunu gələcək nəsillərin qəlbinə və şüuruna silinməz hərflərlə, əbədi olaraq həkk etməkdir.

Lerik rayonu Elçin Mirişov adına Haftonu kənd ümumi orta ümumtəhsil məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Tural Məmmədov

15 İyun - Milli Qurtuluş Günü!    Bu gün Azərbaycan xalqının müstəqillik tarixinə qızıl hərflərlə yazılmış, dövlətimizin...
15/06/2026

15 İyun - Milli Qurtuluş Günü!
Bu gün Azərbaycan xalqının müstəqillik tarixinə qızıl hərflərlə yazılmış, dövlətimizin varlığını və gələcəyini xilas edən möhtəşəm bir tarixin – Milli Qurtuluş Gününün 33-cü ildönümünü böyük qürur və fərəh hissi ilə qeyd edirik.15 İyun 1993-cü il sadəcə təqvimdə adi bir gün deyil; bu tarix müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan, daxili xaos və parçalanma girdabına yuvarlanan bir ölkənin yenidən doğulduğu gündür. Xalqımızın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev öz müdrik siyasəti, polad iradəsi və sarsılmaz cəsarəti ilə Azərbaycanı məhv olmaqdan xilas etdi. Ulu Öndər dövlətçiliyimizin əsaslarını yenidən quraraq, ölkədə daxili sabitliyi, iqtisadi inkişafı və beynəlxalq nüfuzu təmin etdi. Qurtuluş fəlsəfəsi bizə müstəqilliyimizi qorumağı və onu əbədi etməyi öyrətdi.Bu gün qurtuluş idealı daha uca zirvələrdə dalğalanır. Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan tarixi Zəfər Qurtuluş Gününün ən böyük mənasıdır. Bu gün biz Milli Qurtuluş Gününü ərazi bütövlüyünü tam bərpa etmiş, suverenliyi hər bir qarış torpağında təmin olunmuş qalib bir xalq kimi qeyd edirik. Şuşada, Xankəndidə, Xocalıda dalğalanan üçrəngli bayrağımız bu qurtuluşun bəxş etdiyi ən ali xoşbəxtlikdir.Bir təhsil ocağı olaraq bizim ən böyük vəzifəmiz bu şanlı tarixi, qurtuluş məfkurəsini gələcək nəsillərə aşılamaqdır. Məktəbimizdə yetişən hər bir gənc dahi rəhbər Heydər Əliyevin dövlətçilik irsinə sadiq, vətənpərvər, elmli və milli dəyərlərinə bağlı bir vətəndaş kimi formalaşır. Biz gələcəyimizin təminatı olan şagirdlərimizlə qürur duyur, onlara müstəqil Azərbaycanın adını hər zaman uca tutmağı tövsiyə edirik.Bu müqəddəs bayram münasibətilə başda xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyev olmaqla, canı bahasına bu torpağı bizə Vətən edən bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi minnətdarlıqla yad edirik.Milli Qurtuluş Günümüz mübarək olsun! Müstəqilliyimiz əbədi, dövlətimiz sarsılmaz, gələcəyimiz parlaq olsun!
Lerik rayonu Elçin Mirişov adına Haftonu kənd ümumi orta ümumtəhsil məktəbin direktoru Lətif Bəbirov

Möhtəşəm bir tədris ilinin uğurlu yekunu!  12 iyun 2026-cı il tarixində Lerik rayonu Elçin Mirişov adına Haftonu kənd üm...
13/06/2026

Möhtəşəm bir tədris ilinin uğurlu yekunu!
12 iyun 2026-cı il tarixində Lerik rayonu Elçin Mirişov adına Haftonu kənd ümumi orta ümumtəhsil məktəbinin həyətində 2025/2026-cı tədris ilinin başa çatması münasibətilə təntənəli və duyğulu bir tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Lətif Bəbirov ilk olaraq tədbir iştirakçılarını salamladı. Ardınca vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edildi.Direktor çıxışında il ərzində qazanılan uğurlardan, görülən böyük işlərdən danışaraq şagirdlərin elm yolundakı nailiyyətlərini yüksək qiymətləndirdi. Məktəb rəhbərliyi hər zaman təhsilin keyfiyyətini, şagirdlərin təhlükəsizliyini və hüquqlarının qorunmasını daim diqqət mərkəzində saxlayır. Direktor Lətif Bəbirovun rəhbərliyi ilə hər bir müəllimə göstərilən diqqət və qayğı məktəbdə böyük bir ailə mühiti yaradıb. Bu stimullaşdırıcı mühitin nəticəsidir ki, sinif rəhbərlərinin təqdimatı ilə ili əla qiymətlərlə başa vuran şagirdlər Diplomlarla, elm dünyasına ilk addımlarını atan sevimli 1-ci sinif şagirdləri isə ilk uğurlarının rəmzi olan Uğur Sertifikatları ilə təltif olundular.Builki tədbirin ən qürurverici və təsirli məqamlarından biri də fədakar müəllim əməyinə verilən yüksək dəyər oldu. Müddətli əmək müqaviləsi ilə məktəbdə çalışan, lakin qısa zamanda hamının sevgisini qazanan ibtidai sinif müəllimi Nicat Manafov 4-cü sinif şagirdlərinə çəkdiyi böyük zəhmətə və fədakar əməyinə görə direktor Lətif Bəbirov tərəfindən Fəxri Fərmanla təltif edildi. Müəllim əməyinə verilən bu ali qiymət məktəbin hər bir üzvünü qürurlandırdı.Məktəb rəhbərliyi və kollektivi olaraq, başda əziz şagirdlərimiz olmaqla hamını tədris ilinin uğurla bitməsi münasibətilə ürəkdən təbrik edir, onlara gələcək həyatlarında, təhsillərində sonsuz uğurlar və mənalı yay tətili arzulayırıq! Uğurlarımız daimi, yolumuz açıq olsun!

Gələcəyə Atılan Uğurlu Addımlar Lerik rayonu Elçin Mirişov adına Haftonu kənd ümumi orta ümumtəhsil məktəbində tərtib ed...
04/06/2026

Gələcəyə Atılan Uğurlu Addımlar

Lerik rayonu Elçin Mirişov adına Haftonu kənd ümumi orta ümumtəhsil məktəbində tərtib edilmiş keçiriləcək tarixlərə görə planlaşdırılmiş və II yarımil üzrə Böyük Summativ Qiymətləndirməyə (BSQ) 04.06.2026-cı il tarixində rəsmən start verildi!

Məktəbin direktoru Lətif Bəbirovun birbaşa diqqəti və Uşaq Birliyi Təşkilatı Rəhbəri Balas Qubadovun yüksək təşkilatçılığı ilə imtahanlar tam şəffaf, obyektiv və yüksək nizam-intizam şəraitində keçirilir.

Hər bir imtahan sadəcə bir qiymətləndirmə deyil, şagirdlərimizin bir il boyu çəkdikləri zəhmətin, qazandıqları biliklərin gələcəyə açılan qapısıdır. Bu prosesdə uşaqlarımızın gözlərindəki o sonsuz öyrənmək eşqi və həvəsi bizə ən böyük qürurdur! İnanırıq ki, Elçin Mirişov adına ümumi orta ümumtəhsil məktəbin hər bir yetirməsi bu sınaqdan da başıuca və yüksək nəticələrlə çıxacaq.Məktəb rəhbərliyinə bu nizamlı mühiti yaratdıqları üçün dərin təşəkkürümüzü bildirir, bütün şagirdlərimizə zehin açıqlığı və böyük uğurlar arzulayırıq!
Gələcəyimiz sizinlə daha parlaq olacaq, əziz şagirdlər!

Nadir genetik xəstəliklərə fərqli baxış: Lerikdə inklüziv cəmiyyət naminə mühüm addımSəhiyyə Nazirliyi ilə Elm və Təhsil...
04/06/2026

Nadir genetik xəstəliklərə fərqli baxış: Lerikdə inklüziv cəmiyyət naminə mühüm addım

Səhiyyə Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin sıx əməkdaşlığı çərçivəsində, 4 iyun 2026-cı il tarixində Lerik rayonunun ağuşunda yerləşən Elçin Mirişov adına Haftonu kənd ümumi orta ümumtəhsil məktəbində "İxtioz və bullyoz epidermoliz xəstəliklərinə dair maarifləndirmə" mövzusunda məktəbdə seminar təşkil olunub.

Məktəb direktoru Lətif Bəbirovun başçılığı, fədakar pedaqoji kollektiv və gələcəyimiz olan şagirdlərin iştirakı ilə reallaşan tədbir, cəmiyyətdə xüsusi qayğıya ehtiyacı olan fərdlərə qarşı sosial həssaslığın artırılmasına xidmət edib. Tədbirdə xalq arasında "kəpənək uşaqlar" kimi tanınan bu kövrək qəlbi və bədəni olan insanların qarşılaşdığı tibbi və sosial çətinliklər geniş müzakirə olunub. Bildirilib ki, bu xəstəlik tamamilə qeyri-yoluxucudur, lakin bu diaqnozla yaşayan fərdlərin cəmiyyətə inteqrasiyası, məktəb mühitində travmalardan qorunması hər birimizin mənəvi borcudur.
Məruzəçii cəmiyyətdəki stereotipləri qırmağın, diskriminasiyaya son qoymağın və hər bir fərd üçün bərabərhüquqlu, empatik mühit yaratmağın ali humanitar missiya olduğunu diqqətə çatdırıblar. İnteraktiv sual-cavab sessiyaları ilə zənginləşən seminar iştirakçıların böyük marağına səbəb olub, mövzu ətrafında məhsuldar elmi-praktik dialoqla yekunlaşıb.

Maariflənmək və hüquqlarımızı bilmək güclü gələcəyin təməlidir!Məktəbimizdə elan olunmuş "İnsan hüquqları aylığı" çərçiv...
04/06/2026

Maariflənmək və hüquqlarımızı bilmək güclü gələcəyin təməlidir!

Məktəbimizdə elan olunmuş "İnsan hüquqları aylığı" çərçivəsində şagird və müəllim heyətimiz üçün 04 .06.2026-ci il tarixində olduqca maraqlı və yüksək səviyyəli maarifləndirici tədbir keçirildi.Tədbirdə məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Qədir Qubadov və Tarix-coğrafiya müəllimi Vüsalə Baxışova çıxış edərək insan hüquq və azadlıqlarının qorunması, bu sahədəki milli və beynəlxalq qanunvericilik barədə mükəmməl mövzularla auditoriya qarşısında çıxış etdilər.Gənclərimizin hüquqi şüurunun inkişafına böyük töhfə verən bu dəyərli və peşəkar çıxışlara, həmçinin göstərdikləri yüksək hazırlığa görə hörmətli Qədir müəllimə və Vüsalə müəlliməyə məktəb rəhbərliyi və kollektivi adından dərin təşəkkürümüzü bildiririk!Hüquqlarını bilən və müdafiə edən sağlam bir nəsil yetişdirmək üçün işimizə eyni coşqu ilə davam edirik!

Prezident İlham Əliyevin 2026-cı il    1 iyun tarixində Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı barədə Xə...
02/06/2026

Prezident İlham Əliyevin 2026-cı il 1 iyun tarixində Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı barədə

Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu. Vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan “Bakı Enerji Həftəsi” adlanır. Dünyanın ən iri qaz yataqlarına aid “Şahdəniz” müqaviləsi dəqiqliklə 30 il əvvəl, 1996-cı ilin iyununda imzalanıb. Beləliklə, sayı artan ölkələrin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycanın müasir qaz hasilatında yeni səhifə açıldı. Bu tədbirin əhəmiyyəti, həmçinin ABŞ Prezidenti Donald Trampın nəzakətli məktubunda əks olunub. Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir.Mən nəzakətli məktubuna görə Prezident Trampa çox minnətdaram və həmçinin tədbirə məktub göndərmiş Türkiyə Prezidenti Ərdoğana və Birləşmiş Krallığın Baş naziri Starmerə təşəkkürümü bildirirəm.Enerji məsələsini yenidən normal məcraya qaytardığına görə Prezident Trampa daha bir təşəkkür düşür. Hamımız bilirik ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə sıxışdırılırdılar.
Dünya faydalı qazıntı olmadan yaşaya bilməz.Prezident Tramp bu trendi dəyişdi və bu, həqiqətən böyük bir hadisə oldu, çünki hamımız bilirik ki, hətta bəzi iri neft şirkətləri dırnaqarası müasir trendə uyğun olmaq xatirinə öz adlarını dəyişirdilər. Lakin reallıq tamamilə fərqlidir. Dünya faydalı qazıntı olmadan yaşaya bilməz. Hamımız daha yaxşı iqlimi, planetin qorunmasını istəyirik. Lakin bu gün biz praqmatik olmalıyıq, enerji təhlükəsizliyi və həmçinin bərpaolunan enerjiyə sərmayə yatırmaqla yanaşı, öz gələcəyimizi planlaşdırmalıyıq. Düşünürəm, irəliyə doğru aparan yol belədir.Hesab edirəm ki, hazırda qlobal enerji səhnəsində baş verən hallar ABŞ Prezidentinin çox müdrik və praqmatik siyasəti sayəsində ərsəyə gəlmişdir. Hamımız ona bir daha minnətdarıq. Ölkələr neft və qazın mövcud olmasına görə günahlandırılmalı deyil, çünki neft və qaz digər adi əmtəə kimidir. Hər bir ölkə torpağının təkində və ya dənizinin dibində olanı öz inkişafı üçün istifadə edir. Öz müstəqilliyinin əvvəlində Azərbaycanda məhz belə hal idi. Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu. Beləliklə, ölkələr neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir. Diqqət yetirilməlidir ki, öz ölkəsinin inkişafı, xalqının daha yaxşı yaşayış şəraitinin təminatı, yaşıl gündəlik məsələlərinə enerjinin istehsalından əldə edilən vəsaitləri onlar necə sərmayə kimi yatırırlar. Düşünürəm ki, Azərbaycan çox bariz nümunədir. Bütün bunlar göstərir ki, ölkənizi beynəlxalq sərmayələrə açıq edəndə, milli maraqlara əsaslanan müdrik siyasət aparanda siz uğur qazanırsınız.
Azərbaycanın enerji inkişafı 1994-cü ildə başladı. Əgər 1994-cü ilə nəzər salsaq, keçmişdə Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik. Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bir milyon qaçqın var idi və həmin vaxt, bu, ola bilsin, adam başına düşən ən yüksək qaçqın sayı idi. Bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini idxal edirdik. Biz hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr oldu.Əgər bu gün biz Azərbaycana nəzər salsaq həmin transformasiyaya gəldikdə, bu sərvətlərdən necə istifadə etdiyimizə, onun yenidən sosial infrastruktura, təhsilə, səhiyyəyə, enerji sahəsinin inkişafına yatırdığımıza əsasən deyə bilərik ki, ölkələr necə inkişaf etməlidir və bu yol 1990-cı illərin əvvəlində üzləşdiyimiz eyni problemlərdən müəyyən dərəcədə əziyyət çəkən ölkələr üçün örnək olmalıdır. Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Biz xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Başlanğıcda biz borc götürmək məcburiyyətində idik, lakin sonra strategiyamız borc götürməyi dayandırmaq və borcları ödəmək oldu ki, biz istənilən beynəlxalq maliyyə institutundan asılı olmayaq. Bu gün bizim xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur.
30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq. Biz cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub etdik və kapitulyasiya aktını imzalamağa məcbur etdik. Əlbəttə ki, müharibədə qələbə dedikdə, sadəcə, pul və hətta silahlar nəzərdə tutulmur. Söhbət döyüş ruhundan gedir. Cənubi Qafqaz qaz kəməri ilə günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizini təşkil edən TANAP və TAP, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri 3500 kilometr uzunluğunda birləşmiş boru xətti sistemindən ibarətdir. Layihənin bir hissəsi yüksək dağlıq ərazidən keçir, bir hissəsi isə dənizin dibi ilə gedir. Bu gün bu layihə sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir. Biz bu layihəyə başladıq və bizimlə birlikdə olan tərəfdaş ölkələrə və şirkətlərə minnətdarıq.Azərbaycan qazını alan 16 ölkədən 10-u Avropa İttifaqına üzv olan ölkələrdir.Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Qeyd etdiyim kimi, biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik.
Keçən il burada – “Bakı Enerji Həftəsi”ndə mən auditoriyaya məlumat verdim ki, Azərbaycan qazını 12 ölkə alır. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq. Yeri gəlmişkən, bu gün bizdə bir neçə sənədin imzalanma mərasimi olacaq. Mən xüsusilə “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsini vurğulamaq istəyirəm, biz bunu belə adlandırırıq. Bu layihə üzrə Abşeron yatağı və bir çox digər yataqlarla yanaşı, əlavə qaz hasil ediləcəkdir. Beləliklə, bizim qlobal enerji təhlükəsizliyinə töhfəmiz, əlbəttə ki, artacaqdır. Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəl biz investorları cəlb edirdik. İndi isə öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək. Biz Xəzər dənizinin şərq sahillərində yerləşən dost və tərəfdaşlarımız üçün mühüm tranzit imkanları təqdim edirik. Mərkəzi Asiyadan hasil olunan neft Azərbaycan ərazisindən keçərək beynəlxalq bazarlara çıxarılır. Ümid edirəm ki, yaxın gələcəkdə təbii qazla bağlı da eyni sözləri deyə biləcəyik. Biz emal sənayesində yüksək dərəcədə şaxələndirilmiş imkanlar yaratmışıq. Bu gün SOCAR-ın neft emalı gücü 30 milyon tondan artıqdır. Bu yaxınlarda “Italiana Petroli”nin satın alınması nəticəsində Aralıq dənizi hövzəsindəki emal gücümüz 13 milyon tondan 23 milyon tona yüksəlmişdir. Beləliklə, biz yalnız neft və qaz deyil, həm də neft məhsullarını təchiz edirik. Bununla yanaşı, elektrik enerjisi, neft-kimya məhsulları və bərpaolunan enerji sahəsində də ixrac imkanlarımız mövcuddur. Bu istiqamət fəaliyyətimizin əsas prioritetlərindən biridir. Artıq qeyd etdiyim kimi, ölkələr sahib olduqları neft ehtiyatlarına əsasən deyil, həmin resurslardan əldə olunan gəlirləri necə idarə etdiklərinə və bərpaolunan enerjiyə necə sərmayə yatırdıqlarına görə qiymətləndirilməlidirlər. Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir. Əslində, bu ehtiyatlar nəzərə alındıqda, elektrik enerjisinin istehsalı üçün əlavə mənbələrə ehtiyacımız olmazdı. Lakin məsuliyyətimiz bizdən bərpaolunan enerji mənbələrinə sərmayə yatırmağı tələb edir. Biz bunu edirik. Tərəfdaşlarımızla birlikdə investorlar üçün olduqca əlverişli şərait yaratmışıq. Bu şərait mahiyyət etibarilə ötən əsrin 90-cı illərinin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Bu gün eyni əməkdaşlıq ruhu və investisiyaya açıq yanaşma bərpaolunan enerji sektorunda fəaliyyət göstərən şirkətlərə də tətbiq olunur.Bu gün biz tərəfdaşlarımızla enerji kabeli layihələri üzrə sıx əməkdaşlıq edirik.Texniki-iqtisadi əsaslandırma mərhələsinin artıq yekunlaşmaq üzrə olduğu “Qara dəniz Enerji Kabeli” layihəsi Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək. Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi də hazırda icra mərhələsindədir. Cənub Qaz Dəhlizi və onun genişləndirilmiş marşrutları vasitəsilə Azərbaycanın qazı 16 ölkəyə çatdırılır. Bu ölkələrin hər biri ilə danışıqlar aparmışıq, sazişlər imzalamışıq, fikir ayrılıqlarını aradan qaldırmışıq və imzalanma mərasimləri təşkil etmişik. Nəticədə geniş mənada regional əməkdaşlığın çoxşaxəli və əhatəli formatı meydana gəlmişdir. Bu prosesdə aparıcı qüvvə yenə də Azərbaycan olmuşdur. Bu, bizim resurslarımız idi. Bu, bizim təşəbbüslərimiz idi. Əsas etibarilə, məhz bizim investisiyalarımız bu geniş əməkdaşlıq formatının yaranmasını təmin etmişdir.
Ənənəvi olaraq “Bakı Enerji Həftəsi” bu dəfə də uğurlu nəticələr verəcəkdir. Bir neçə dəqiqədən sonra bu nəticələrin bir qisminin şahidi olacağıq. Lakin əminəm ki, aparılan müzakirələr, təmaslar, yeni ideyalar və nəticəyönümlü planlar hamımız üçün faydalı olacaqdır.

Lerik rayonu Elçin Mirişov adına Haftonu kənd ümumi orta ümumtəhsil məktəbin direktoru Lətif Bəbirov

Lerik rayonu Elçin Mirişov adına Haftonu kənd ümumi orta ümumtəhsil məktəbinin kollektivi olaraq gələcəyimiz olan bütün ...
01/06/2026

Lerik rayonu Elçin Mirişov adına Haftonu kənd ümumi orta ümumtəhsil məktəbinin kollektivi olaraq gələcəyimiz olan bütün uşaqları ürəkdən təbrik edirik! Hər bir uşaq sevilməyə, qorunmağa və savadlı gələcəyə layiqdir. Bayramınız mübarək, əziz uşaqlar!

Milli Müstəqilliyimizin Qüruru və Müqəddəs Bayramımızın Mənəvi Sevinci Bir Arada! Lerik rayonu Elçin Mirişov adına Hafto...
26/05/2026

Milli Müstəqilliyimizin Qüruru və Müqəddəs Bayramımızın Mənəvi Sevinci Bir Arada!

Lerik rayonu Elçin Mirişov adına Haftonu kənd ümumi orta ümumtəhsil məktəbində 28 May – Müstəqillik Günü və xalqımızın mənəvi birliyinin rəmzi olan Müqəddəs Qurban Bayramı münasibətilə 26 may 2026-ci il tarixində yüksək səviyyədə tədbir keçirilmişdir.Məktəb kollektivi bu qoşa bayramın gətirdiyi ikiqat sevinc hissi ilə bütün xalqımızı ürəkdən təbrik edir, millətimizə müstəqillik, əmin-amanlıq və ruzi-bərəkət arzulayır.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin əzəmətli sədaları ilə açıq elan olunmuşdur. Daha sonra müstəqilliyimiz, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş əbədiyaşar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla, dərin ehtiramla yad edilmişdir.Məktəbin direktoru Lətif Bəbirov çıxış edərək hər iki bayramın tarixi və mənəvi əhəmiyyətindən bəhs etmiş, müstəqilliyimizin qorunmasının və milli-mənəvi dəyərlərimizə sadiqliyin vacibliyini vurğulamışdır. Direktor öz çıxışında tədbir iştirakçılarını və xalqımızı hər iki müqəddəs bayram münasibətilə bir daha təbrik etmişdir.Daha sonra məktəbin tarix və coğrafiya müəllimi Vüsalə Baxışova 28 May – Müstəqillik Gününün tarixi kökləri, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının fədakarlığı barədə geniş və ətraflı məruzə etmişdir.Məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri (UBTR) Balaş Qubadov isə İslam aləminin ən müqəddəs bayramlarından olan Qurban bayramının humanizm, fədakarlıq, xeyirxahlıq və daxili saflıq rəmzi olmasından bəhs edərək, bu günün cəmiyyətimizdəki həmrəylik rolunu qeyd etmişdir.Tədbir şagirdlərin hazırladığı, vətənpərvərlik ruhunu və milli dəyərlərimizi tərənnüm edən bədii hissə ilə yekunlaşmışdır. Şagirdlərin çıxışları hər kəsə unudulmaz anlar və böyük qürur hissi yaşatmışdır.Müstəqilliyimiz əbədi, bayramlarımız mübarək olsun!

Şəffaf gələcək üçün dürüst təhsil!Cəmiyyətimizin hüquqi savadlılığının artırılması və gənc nəslin şəffaf, dürüst dəyərlə...
26/05/2026

Şəffaf gələcək üçün dürüst təhsil!

Cəmiyyətimizin hüquqi savadlılığının artırılması və gənc nəslin şəffaf, dürüst dəyərlərlə böyüdülməsi məktəbimizin prioritet hədəflərindəndir. Bu məqsədlə, 26 may 2026-cı il tarixində Lerik rayonu Elçin Mirişov adına Haftonu kənd ümumi orta ümumtəhsil məktəbində "Korrupsiyaya qarşı mübarizə" mövzusuna həsr olunmuş geniş maarifləndirmə tədbiri baş tutub.Tədbirdə məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Qədir Qubadov mövzu ətrafında geniş və ətraflı məruzə ilə çıxış edib. Məruzədə korrupsiyanın cəmiyyətin inkişafına vurduğu ziyanlar, dövlətimizin bu istiqamətdə apardığı uğurlu siyasət və hüquqi islahatlar barədə iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, şəffaflığın qorunması və korrupsiyaya qarşı mübarizə hər bir vətəndaşın, xüsusilə də gələcəyimiz olan gənclərin mənəvi borcudur.Məktəbin müəllim və şagird heyətinin rəğbətlə qarşıladığı tədbir, interaktiv müzakirələr və sual-cavab sessiyası ilə davam edib. Şagirdlərin mövzuya göstərdiyi yüksək maraq və fəallıq dürüstlük prinsiplərinin gənc nəsil tərəfindən dərindən mənimsənildiyini bir daha sübut edib.Gələcəyimizi birgə, şəffaf və dürüst addımlarla inşa edirik!

Address

Azərbaycan Respublikası Lerik Rayonu Haftonu Kəndi
Lerik

Website

Alerts

Be the first to know and let us send you an email when Lerik rayonu Elçin Mirişov adına Haftonu kənd ümumi orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category