18/06/2026
“Son zəng” tədbiri keçirilib
13.06.2026-cı il tarixində 2025/2026-cı tədris ilinin başa çatması münasibətilə “Son zəng” tədbiri keçirildi. Tədbir Dövlət Himninin ifası və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.
Tədbirin gedişində çıxış edən məktəb rəhbərliyi və müəllimlər və valideynlər məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb, təhsil yolunda qazandıqları bilik və bacarıqların daim onların yolunu işıqlandıracağını vurğulayıblar.