Lənkəran şəhəri M.Bağırov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi

  • Home
  • Azerbaijan
  • Lankaran
  • Lənkəran şəhəri M.Bağırov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi

Lənkəran şəhəri M.Bağırov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi Lənkəran şəhəri Mehman Bağırov adına 1nömrəli tam orta ümumtəhsil məktəbinin rəsmi “Facebook”səhifəsi

İdeyalarımızla gələcəyə işıq salırıq! 💡Məktəbimizdə keçirilən TEDxSchoolN1 – "İdeya Çıraqları" konfransı baş tutdu! Şagi...
25/05/2026

İdeyalarımızla gələcəyə işıq salırıq! 💡

Məktəbimizdə keçirilən TEDxSchoolN1 – "İdeya Çıraqları" konfransı baş tutdu! Şagirdlərimiz qlobal mövzularda öz müstəqil fikirlərini və natiqlik bacarıqlarını böyük səhnədə nümayiş etdirdilər. 🎤✨
"İdeyalar paylaşılmağa layiqdir" deyərək gələcəyin özünəinamlı liderlərini yetişdirməkdən qürur duyuruq! 🚀🌟



2025-2026-cı tədris ilinin fəaliyyət planına uyğun olaraq, Lənkəran şəhər M. Bağırov adına 1 Nli  tam orta ümumtəhsil mə...
22/05/2026

2025-2026-cı tədris ilinin fəaliyyət planına uyğun olaraq, Lənkəran şəhər M. Bağırov adına 1 Nli tam orta ümumtəhsil məktəbində "Tədbirlər planı"çərçivəsində silsilə nümunəvi dərs dinləmələr davam edir.


Məktəbimiz respublika İKİNCİSİ oldu! 🥈🎉⚽MÜTDA , AFFA və UEFA-nın dəstəyi ilə keçirilən “Məktəbli Qızlar” turniri komanda...
20/05/2026

Məktəbimiz respublika İKİNCİSİ oldu! 🥈🎉⚽

MÜTDA , AFFA və UEFA-nın dəstəyi ilə keçirilən “Məktəbli Qızlar” turniri komandamızın növbəti parlaq qələbəsi ilə yekunlaşdı!
Rayon mərhələsində çempion olaraq final mərhələsinə yüksələn Lənkəran şəhər M.Bağırov adına 1 Nli tam orta ümumtəhsil məktəbin IV sinif qızlar komandası Bakıda keçirilən möhtəşəm final oyununda paytaxtın 220 saylı məktəbi ilə qarşılaşaraq Respublika 2-cisi adını qazandı! Məktəbli qızlarımıza uğurlar arzulayırıq.




17/05/2026

🇦🇿 DÜNYA AZƏRBAYCANDA, BİZ İSƏ WUF13-ÜN MƏRKƏZİNDƏYİK! 🏛️

Bu gün ölkəmizdə tarixi bir an yaşanır – 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) öz işinə başladı! Bakının ev sahibliyi etdiyi bu tədbir bütün dünyanın diqqətini Azərbaycanın memarlıq və şəhərsalma uğurlarına yönəldir.
Lənkəran şəhər Mehman Bağırov adına 1 Nli tam orta ümumtəhsil məktəbin 7C sinfi olaraq biz də bu qlobal hərəkatın bir parçasıyıq düşüncəsində riyaziyyatın dəqiqliyi ilə xəyallarımızdakı şəhəri qurmağa hazırıq!" 🚀



Lənkəran şəhər M.Bağırov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri növbəti uğurları ilə bizi sevindirdi....
15/05/2026

Lənkəran şəhər M.Bağırov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri növbəti uğurları ilə bizi sevindirdi.💫

✨VII c sinif şagirdi Ağazadə Mehdi Zaur oğlu biologiya fənni üzrə Respublika Fənn Müsabiqəsinin yarımfinal mərhələsində yüksək nəticə 83 bal toplayaraq finala vəsiqə qazandı.
✨V a sinif şagirdi Ağazadə Məryəm Elvin qızı Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasında 62 bal toplayaraq finala vəsiqə qazandı.

Şagirdlərimizin əldə etdiyi bu uğurlar onların dərsə məsuliyyətli yanaşmasının, zəhmətinin və müəllim dəstəyinin nəticəsidir.Məktəb kollektivi olaraq şagirdlərimizi ürəkdən təbrik edir, onlara gələcək təhsil həyatlarında daha böyük nailiyyətlər və uğurlar arzulayırıq.
🎓 Lənkəran şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbi şagirdlərinin uğurları ilə qürur duyur!



09/05/2026
Lənkəran şəhər M.Bağırov adına 1Nli tam orta məktəbin 8-ci sinif şagirdləri Ümummilli Lider Heydər Əliyevin 103-cü  ildö...
06/05/2026

Lənkəran şəhər M.Bağırov adına 1Nli tam orta məktəbin 8-ci sinif şagirdləri Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş siyasi dərs təşkil olundu.Şagirdlərimiz Ulu Öndərin həyat yolu, Azərbaycanın müstəqilliyi uğrunda atdığı tarixi addımlar və ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətindəki xidmətləri barədə geniş məlumat aldılar. Muzeydəki interaktiv eksponatlar ,arxiv sənədləri və fotolar şagirdlərimizdə böyük maraq oyatdı.

Lənkəran şəhər M.Bağırov adına 1Nli tam orta məktəbin 8 c şagirdləri Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolunu, onun...
06/05/2026

Lənkəran şəhər M.Bağırov adına 1Nli tam orta məktəbin 8 c şagirdləri Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolunu, onun hər anı mübarizələrlə dolu olan ömür səhifələrini sinif təşkilat saatında vərəqlədilər. “Vətənə xalqa bağışlanan ömür " başlığında Ümummilli liderin vətənə xidmətin ən ali məqsəd olduğunu bir daha nümayiş etdirdilər.Ümummilli liderin xatirə parkını ziyarət etdilər.



Lənkəran şəhər M.Bağırov adına 1Nli tam orta məktəbin 5a sinif şagirdləri İkinci Dünya müharibəsi dövründə misilsiz qəhr...
05/05/2026

Lənkəran şəhər M.Bağırov adına 1Nli tam orta məktəbin 5a sinif şagirdləri İkinci Dünya müharibəsi dövründə misilsiz qəhrəmanlığı ilə adını tarixə yazdırmış həmyerlimiz, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ev-muzeyinə ziyarət etdilər.Ziyarət zamanı şagirdlər qəhrəmanın həyat və döyüş yoluna nəzər salaraq onun Vətən uğrunda göstərdiyi şücaət və fədakarlıq haqqında geniş məlumat əldə etdilər. Muzeydə nümayiş olunan şəxsi əşyalar, orden və medallar, tarixi sənədlər və fotoşəkillər şagirdlərdə dərin təəssürat yaratdı.


2025-2026-cı tədris ilinin fəaliyyət planına uyğun olaraq, Lənkəran şəhər M. Bağırov adına 1 nömrəli tam orta ümumtəhsil...
01/05/2026

2025-2026-cı tədris ilinin fəaliyyət planına uyğun olaraq, Lənkəran şəhər M. Bağırov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində "Tədbirlər planı"çərçivəsində silsilə nümunəvi dərsdinləmələr davam edir.



Lənkəran şəhər M.Bağırov adına 1Nli tam orta ümumtəhsil məktəbində şagirdlərimizin intellektual potensialını üzə çıxarma...
30/04/2026

Lənkəran şəhər M.Bağırov adına 1Nli tam orta ümumtəhsil məktəbində şagirdlərimizin intellektual potensialını üzə çıxarmaq və onlarda elmə olan marağı daha da artırmaq məqsədilə məktəbimizdə “Elmin zirvəsi” adlı bilik yarışı keçirildi.Tədbir boyu şagirdlərimiz müxtəlif fənlər üzrə öz savadlarını nümayiş etdirdilər, məntiqi sualları cavablandırdılar və komanda ruhunda birləşərək qalibiyyət uğrunda mübarizə apardılar.




Address

Lankaran

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Lənkəran şəhəri M.Bağırov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category