22/05/2026
22 may 2026-cı il tarixində Masallı şəhəri Heydər Əliyev Mərkəzində YAP Masallı rayon təşkilatı, Masallı Dövlət Regional Kolleci, Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi və YAP Lənkəran rayon təşkilatının birgə təşkilatçılığı və Masallı rayon Heydər Əliyev Mərkəzinin tərəfdaşlığı ilə Müstəqillik gününə həsr olunmuş "Müstəqilliyimizin təntənəsi" adli tədbir keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Konfrans başlamazdan əvvəl Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilərək Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Masallı Dövlət Regional Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Rövşən Qurbanov, Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai birliyinin sədri Sudeif İmamverdiyev, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar birliyinin üzvü, beynəlxalq mükafatlar laureatı, teleradio jurnalisti, şair-publisist Mübariz Süleymanlı, və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əməkdar jurnalist, “Gurşad” jurnalının baş redaktoru Zakir Abbas çıxış edərək bildirmişdir ki, 28 may Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış ən möhtəşəm və unudulmaz günlərdən biridir. 1918-ci il mayın 28-də xalqımız əsrlər boyu arzuladığı azadlıq idealını gerçəkləşdirərək müstəqil dövlətini – Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. Bu, yalnız Azərbaycan üçün deyil, bütün Şərq aləmi üçün böyük bir tarixi hadisə idi. Çünki Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik, hüquqi və parlamentli respublika kimi tarixə düşmüşdür. Lakin tariximizin bəzi dönəmlərində müstəqilliyimiz əlimizdən alınsa da, xalqımız heç zaman azadlıq ruhunu itirməmişdir. Uzun illərdən sonra 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlər göstərdi. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan sabitliyə, inkişaf və tərəqqi yoluna qədəm qoydu. Bu gün isə ölkəmiz İlham Əliyev cənablarının rəhbərliyi ilə daha da güclənir, beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirir. Xalqımız öz müstəqilliyini yalnız qoruyub saxlamaqla kifayətlənmir, onu hər gün daha da gücləndirir. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, tarixi torpaqlarımızın azadlığı xalqımızın birliyinin, gücünün və vətən sevgisinin bariz nümunəsinə çevrilmişdir.
Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrin təqdimatında kompazisiya nümayiş olundu.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında, eləcə də konfransın işində fəal iştirak edən bir qrup şəxsə fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.
https://aia.az/125280-masallida-28-may-musteqillik-gununun-108-ci-ildonumu-munasibetile-tedbir-kecirilib.html
https://www.facebook.com/share/p/1EmSu45aqy/
https://ikisahil.az/post/644332-masallida-musteqilliyin-tentenesi-movzusunda-konfrans-kechirilib?fbclid=IwQ0xDSwR-YipjbGNrBH5iJmV4dG4DYWVtAjExAHNydGMGYXBwX2lkDDM1MDY4NTUzMTcyOAABHjtyTD5oY9qzPbZMx-0NMj9dRl7Q8Zso6z2IvsoyWyMlDqYBYhLKijxPPJ8n_aem_fJ69TXYOS9xzjEzUXryn-g
https://www.facebook.com/share/v/1FsYq8RAcJ/