Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi Regionda həyata keçirilən mədəniyyət siyasəti və müvafiq sahədəki yeniliklərin təbliği

İsveçrənin nüfuzlu mədəniyyət platformalarından biri – “Septembre Musical Montreux–Vevey” festivalı çərçivəsində 13–15 s...
14/09/2026

İsveçrənin nüfuzlu mədəniyyət platformalarından biri – “Septembre Musical Montreux–Vevey” festivalı çərçivəsində 13–15 sentyabr tarixlərində Azərbaycan mədəniyyəti geniş proqramla təqdim olunur.

“Azerbaijan: The Rhythms of Heritage – Azərbaycan: İrsin ritmləri” devizi altında keçirilən təqdimat Azərbaycanın çoxəsrlik mədəni irsi ilə müasir bədii ifadə formalarını bir araya gətirir.

Bu məqsədlə Azərbaycanın geniş tərkibli nümayəndə heyəti İsveçrənin Montrö şəhərinə səfər edib.

Sentyabrın 13-də festival çərçivəsində Azərbaycan Dövlət Rəqs Ansamblının maraqlı konsert proqramı təqdim olunub.

Montrönün məşhur “Auditorium Stravinski” səhnəsində keçirilən konsertdə ansamblın ifasında “Mənim Azərbaycanım” və “Vətən” süitaları, “Qavalla rəqs”, “Qazaxı”, “Toy”, “Sarı gəlin”, “Şalı”, “Nağaraçılar”, “Ağ çiçəyim”, “Yaylıqlarla rəqs”, “Qaytağı” və “Naz eləmə” rəqsləri nümayiş etdirilib.

Milli xoreoqrafiyamızın zənginliyini, temperamentini, musiqi və rəqs ənənələrimizin müxtəlifliyini əks etdirən proqram tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Azərbaycan rəqslərinin Avropanın tanınmış musiqi platformalarından birinin əsas səhnəsində təqdimatı xüsusi rəmzi məna daşıyır. 1946-cı ildə əsası qoyulan “Septembre Musical Montreux–Vevey” İsveçrənin ən qədim klassik musiqi festivallarından biridir və bu il 80 illik yubileyini qeyd edir. Müxtəlif dövrlərdə dünya musiqisinin görkəmli simalarını bir araya gətirən festival bu gün klassik ənənəni yeni bədii yanaşmalar və eksperimental formatlarla birləşdirən beynəlxalq mədəniyyət platforması kimi fəaliyyətini davam etdirir.

Festivalın əsas məkanlarından olan, 1800 tamaşaçı tutumuna malik “Auditorium Stravinski” də musiqi tarixinin maraqlı məkanlarındandır.Məşhur bəstəkar İqor Stravinski hələ 1956-cı ildə Montrö festivalı çərçivəsində burada öz əsərlərindən ibarət proqramı idarə edib. Bu gün həmin səhnədə Azərbaycan milli rəqsinin təqdim olunması mədəni irsin müxtəlif dövrlər və coğrafiyalar arasında yaratdığı dialoqun daha bir ifadəsidir.

Azərbaycanın festivaldakı iştirakı yalnız ayrı-ayrı konsertlərdən ibarət deyil. “Azerbaijan: The Rhythms of Heritage” konsepsiyası muğamdan simfonik musiqiyə, milli rəqsdən caza, ənənəvi musiqi alətlərindən müasir ifaçılıq məktəbinədək Azərbaycan mədəniyyətinin müxtəlif qatlarını vahid bədii məkan daxilində təqdim edir.

Festivalın Azərbaycan proqramının əsas hadisəsi sentyabrın 14-də “Auditorium Stravinski”də keçiriləcək “Azerbaijan Culture” qala konserti olacaq. Təxminən 200 Azərbaycan sənətçisinin iştirak edəcəyi proqram klassik və simfonik musiqini, muğamı, cazı, milli musiqi alətlərini və rəqs sənətini bir araya gətirəcək.

Montrödakı Azərbaycan proqramı xarici auditoriyaya yalnız ayrı-ayrı sənət nümunələrini deyil, ənənəsini qoruyan, eyni zamanda müasir mədəni məzmunla beynəlxalq auditoriya ilə dialoq quran Azərbaycanın bütöv mədəni portretini təqdim edir. “İrsin ritmləri” əsrlərdən gələn mədəni yaddaşın bu gün daha da gücləndiyini, inkişaf etdiyini və yeni bədii formalar yaratdığını nümayiş etdirir.

Montrö Klassik Musiqi Festivalı kimi beynəlxalq nüfuza malik sənət platformasında mədəniyyətimizin peşəkar və sistemli təqdimatı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının mədəni irsin və milli sənətin beynəlxalq miqyasda təşviqi istiqamətində müəyyən etdiyi prioritetlərin həyata keçirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, Azərbaycan mədəniyyətini festivalda Alim Qasımov, Murad Hüseynov, Yusif Eyvazov, Afaq Abbasova, Sevda Ələkbərzadə, Elvin Hoca Qəniyev, Elmina Həsən, Fuad İbrahimov, İsfar Sarabski, Ceyla Seyidova və digər tanınmış incəsənət nümayəndələri təmsil edirlər.

Milli rəqs sənətimizin Montrö festivalında təntənəsiİsveçrənin nüfuzlu mədəniyyət platformalarından biri – “Septembre Mu...
14/09/2026

Milli rəqs sənətimizin Montrö festivalında təntənəsi

İsveçrənin nüfuzlu mədəniyyət platformalarından biri – “Septembre Musical Montreux–Vevey” festivalı çərçivəsində 13–15 sentyabr tarixlərində Azərbaycan mədəniyyəti geniş proqramla təqdim olunur.

14/09/2026
13/09/2026

Azərbaycan “Septembre Musical Montreux–Vevey” festivalında geniş mədəni proqramla təmsil olunacaq.

İncəsənət məktəb və mərkəzlərinə işə qəbul üzrə müsahibə mərhələsinə qeydiyyat başlayıbAzərbaycan Respublikası Mədəniyyə...
11/09/2026

İncəsənət məktəb və mərkəzlərinə işə qəbul üzrə müsahibə mərhələsinə qeydiyyat başlayıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavini, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə isə müəllim vəzifələri üzrə işə qəbul müsabiqəsinin test mərhələsindən uğurla keçmiş namizədlər üçün müsahibə mərhələsinə qeydiyyat başlayıb.

Qeydiyyat 11 sentyabr 2026-cı il tarixindən 25 sentyabr 2026-cı il saat 23:59-dək Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacaq. Müsahibələrin 2026-cı ilin oktyabr ayından etibarən keçirilməsi nəzərdə tutulur.

Qeydiyyat qaydaları, müsahibə proqramları və müsahibə mərhələsi ilə bağlı digər ətraflı məlumatla Dövlət İmtahan Mərkəzinin elanından tanış olmaq mümkündür.

Müəllim vəzifələri üzrə iqtisadi rayonlar üzrə vakant olan ixtisasların siyahısı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.

Ətraflı: https://culture.gov.az/az/announcements/İnc%C9%99s%C9%99n%C9%99t%20m%C9%99kt%C9%99b%20v%C9%99%20m%C9%99rk%C9%99zl%C9%99rin%C9%99%20iş%C9%99%20q%C9%99bul%20üzr%C9%99%20müsahib%C9%99%20m%C9%99rh%C9%99l%C9%99sin%C9%99%20qeydiyyat%20başlayıb/96

10/09/2026

Qarabağ və Şərqi Zəngəzurda incəsənət təhsili almaq istəyənlər üçün yeni imkan

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə incəsənət təhsilinin təşkili və uşaqların incəsənət təhsilinə əlçatanlığının təmin edilməsi məqsədilə qəbul üçün elektron müraciət imkanı yaradılıb.

Xankəndi şəhərində, Şuşa, Laçın, Kəlbəcər, Cəbrayıl və Zəngilan rayonlarında incəsənət təhsili almaq istəyən şəxslər elektron müraciət edə bilərlər.

Müxtəlif incəsənət istiqamətləri üzrə təhsil almaq istəyən şəxslər MyCulture vahid şəxsi kabineti üzərindən müraciətlərini təqdim edə bilərlər.

Daxil olan müraciətlər ərazilər və ixtisaslar üzrə təhlil ediləcək. Formalaşan tələbat nəzərə alınmaqla tədrisin təşkili, müvafiq ixtisasların müəyyənləşdirilməsi və müəllim təminatı istiqamətində zəruri tədbirlər görüləcək.

Bu məqsədlə MyCulture platformasında işğaldan azad edilmiş ərazilər üzrə xüsusi müraciət bölməsi aktivləşdirilib.

Mədəniyyət naziri Adil Kərimli ICESCO Baş Konfransının növbədənkənar sessiyasında iştirak edib.Sentyabrın 10-da İslam Dü...
10/09/2026

Mədəniyyət naziri Adil Kərimli ICESCO Baş Konfransının növbədənkənar sessiyasında iştirak edib.

Sentyabrın 10-da İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Baş Konfransının onlayn formatda 4-cü növbədənkənar sessiyası keçirilib. Azərbaycan Respublikasının mədəniyyət naziri, ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının sədri Adil Kərimli sessiyada iştirak edib.
Sessiyada ICESCO-nun mövcud maliyyə vəziyyəti, təşkilatın fəaliyyətinin davamlılığının təmin edilməsi, eləcə də təxirəsalınmaz maliyyə və inzibati tədbirlər müzakirə olunub.
Baş Direktorluğun hesabatında bir sıra üzv dövlətlərin 2025–2026-cı illər üzrə üzvlük haqlarını ödəməməsi və əvvəlki dövrlərdən yığılmış borcların təşkilatın maliyyə imkanlarına təsiri barədə məlumat verilib.
İclasda həmçinin üzvlük haqlarının ödənilməsi və borcların bağlanması yolu ilə ICESCO-nun fəaliyyətinin davamlılığının təmin edilməsinə dair fövqəladə plan nəzərdən keçirilib. Sənəddə 2026–2029-cu illər üzrə Strateji Planın icrası, gəlirlərin artırılması və maliyyə axınlarının sabitliyinin gücləndirilməsi, habelə monitorinq və qiymətləndirmə mexanizmlərinin yaradılması əsas istiqamətlər kimi müəyyən edilib.
Müzakirələr zamanı üzv dövlətlərin maliyyə öhdəliklərinin vaxtında yerinə yetirilməsinin, təşkilatın proqram və layihələrinin davamlı icrasının və ICESCO-nun institusional dayanıqlığının təmin olunmasının əhəmiyyəti vurğulanıb. Fövqəladə planda üzv dövlətlərin cari üzvlük haqlarını 31 oktyabr 2026-cı ilədək ödəməsi, əvvəlki borcların isə razılaşdırılmış qrafik əsasında 31 dekabr 2028-ci ilədək tənzimlənməsi nəzərdə tutulur.
Sessiyanın sonunda ICESCO-nun maliyyə sabitliyinin gücləndirilməsi və fəaliyyətinin davamlılığı ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb.
09/09/2026

Prezident İlham Əliyev Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb.

09/09/2026

Aleksandr Yakovleviç Şarovski. Məkanın cənnət olsun, böyük Ustad! 🤲

Alexander Yakovlevich Sharovsky. May God rest your soul, great Master!🤲

Александр Яковлевич Шаровский. Покойся с миром, большой Мастер! 🤲

Xalq artisti Aleksandr Şarovski vəfat edibAzərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli teatr xadimi, rejissor, ...
09/09/2026

Xalq artisti Aleksandr Şarovski vəfat edib

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli teatr xadimi, rejissor, Xalq artisti Aleksandr Şarovski 9 sentyabr 2026-cı il tarixində, 78 yaşında vəfat edib.
Aleksandr Yakovleviç Şarovski 10 fevral 1948-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu (indiki Azərbaycan Dillər Universiteti) bitirib.
Aleksandr Şarovski 1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1976-cı ildən taleyini 50 il ərzində çalışdığı S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına bağlayıb. Bu səhnədə aktyor kimi həyat verdiyi Rezo ("Premyera", L.Roseb), Eldar ("Qum üzərində ev", R.İbrahimbəyov), Şeyx Sənan ("Şeyx Sənan", H.Cavid), Fərhad ("Fərhad və Şirin", S.Vurğun), Henrix ("Kral Lir", V.Şekspir), Mehmandarov ("Neft bumu", M.İbrahimbəyov) – ümumilikdə 50-dən çox obraz tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Aleksandr Şarovski 1978–1990-cı illərdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında rejissor assistenti, 1991-ci ildən quruluşçu rejissor, 1993-cü ildən 2026-cı ilədək baş rejissor kimi fəaliyyət göstərib. Bu illər ərzində 50-dən artıq tamaşaya quruluş verib.
Sənətkar eyni zamanda "Yarımçıq qalmış mahnı" (1979), "Anın quruluşu” (1980) "Qorxma, mən səninləyəm" (1981) və "Lətifə" (1989) filmlərində çəkilib, televiziya tamaşalarında maraqlı rollar oynayıb.
Geniş ictimai fəaliyyəti ilə də tanınan Xalq artisti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasında təmsil olunurdu.
Aleksandr Şarovskinin Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, respublikanın “Əməkdar artist” (1987), “Xalq artisti” (1998) fəxri adlarına, “Şöhrət” (2008), “Şərəf” (2018), “Prezidentin fəxri diplomu” (2023) ilə təltif edilib. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi görkəmli teatr xadimi, Xalq artisti Aleksandr Şarovskinin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.

Address

Z. Əliyeva Küçəsi 99
Lankaran
AZ4200

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994252554801

Alerts

Be the first to know and let us send you an email when Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share