GİKM-in Lənkəran-Astara regional nümayəndəliyi

GİKM-in Lənkəran-Astara regional nümayəndəliyi Cənub gənclərinin fəaliyyəti, maraqları, ideya və fikirlərini işıqlandırır.

🌿 Təbiəti öyrənmək heç vaxt bu qədər maraqlı olmamışdı!Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsində fəaliy...
31/05/2026

🌿 Təbiəti öyrənmək heç vaxt bu qədər maraqlı olmamışdı!

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsində fəaliyyət göstərən “Təbiət klubu”nun növbəti görüşü interaktiv və rəqabət dolu atmosferdə keçirilib.

Klub üzvləri bu dəfə təbiət, ekologiya və ətraf mühit mövzularında biliklərini “Kahoot” platforması üzərində təşkil olunan maraqlı yarış vasitəsilə sınaqdan keçiriblər. Yarış iştirakçılara həm əyləncəli vaxt keçirmək, həm də təbiət haqqında yeni məlumatlar öyrənmək imkanı yaradıb.

🌱 Bilik, maraq və komanda ruhunun bir araya gəldiyi görüş klubun sədri Aysu Zeynallının təşkilatçılığı ilə baş tutub.

Birlik, paylaşma və yardımsevərlik ruhunu yaşadan Qurban bayramınız mübarək!
27/05/2026

Birlik, paylaşma və yardımsevərlik ruhunu yaşadan Qurban bayramınız mübarək!

🇦🇿 28 May – Müstəqillik Günü münasibətilə Masallıda gənclərin iştirakı ilə “Son iclas” filminin nümayişi baş tutub.Həmçi...
26/05/2026

🇦🇿 28 May – Müstəqillik Günü münasibətilə Masallıda gənclərin iştirakı ilə “Son iclas” filminin nümayişi baş tutub.

Həmçinin mövzu ətrafında dəyirmi masa təşkil olunaraq Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, müstəqilliyimizin əhəmiyyəti və milli dəyərlərimiz barədə fikir mübadiləsi aparılıb.

Gənclər tarixi hadisələrə dair düşüncələrini bölüşərək müstəqil Azərbaycanın gələcəyi naminə vətənpərvərlik və birlik mesajları veriblər. 🇦🇿

HR olmaq istəyirsən?“Gənclər üçün HR Akademiyası” proqramına qoşularaq insan resursları sahəsində praktik və peşəkar bil...
24/05/2026

HR olmaq istəyirsən?

“Gənclər üçün HR Akademiyası” proqramına qoşularaq insan resursları sahəsində praktik və peşəkar biliklər əldə et!

🎓 12 dərslik və 3 praktiki modulluq proqramın sonunda beynəlxalq sertifikat təqdim olunacaq.

Proqram çərçivəsində:
🔹Əmək qanunvericiliyi və namizəd seçimi;
🔹Performans idarəetməsi və HR proqramları;
🔹Sənədləşmə və kadr kargüzarlığı kimi sahələri öyrənəcəksən.

🔗Qeydiyyat üçün rəyə yaz linki sənə
göndərək.

📅 Son qeydiyyat tarixi: 30 may

HR sahəsində karyerana güclü başlanğıc et və gələcəyin peşəkarı ol!

“Xaricə gedən yol beynəlxalq könüllülükdən başlayır” adlı təlim baş tutub.🌍 Gəncimiz Xumar Hüseynovanın təqdimatında keç...
23/05/2026

“Xaricə gedən yol beynəlxalq könüllülükdən başlayır” adlı təlim baş tutub.

🌍 Gəncimiz Xumar Hüseynovanın təqdimatında keçirilən təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Xumar Hüseynova ABŞ-da bir illik “Future Leaders Exchange” proqramını uğurla tamamlayıb.

Təlim zamanı beynəlxalq könüllülük fəaliyyəti, xaricdə təhsil və şəxsi inkişaf imkanları haqqında məlumatlar bölüşdürülüb.

🇹🇷🇲🇩🇷🇴 Türkiyə, Moldova və Rumıniyada qazandığı təcrübələri gənclərlə paylaşaraq onları motivasiya edib

💡 Təlim iştirakçılara yeni fürsətlərə açılan yolları tanıdıb və beynəlxalq təcrübənin əhəmiyyətini vurğulayıb.

📚 “Araşdır, Öyrən, Öyrət” master proqramının növbəti görüşü keçirilib.Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-A...
21/05/2026

📚 “Araşdır, Öyrən, Öyrət” master proqramının növbəti görüşü keçirilib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyi tərəfindən əvvəlki illərdə məzun olmuş gənclər üçün təhkimləşdirmə proqramı çərçivəsində növbəti master proqram təşkil olunub.

💡 Bu həftənin mövzusu:

“Brend və brendinq”

Təlim zamanı iştirakçılar brend anlayışı, şəxsi və korporativ brendin formalaşdırılması, brendinqin kommunikasiya və karyera inkişafındakı rolu haqqında ətraflı məlumat əldə ediblər.

🗣 Mövzu üzrə təqdimat GİKM-in Lənkəran-Astara regional nümayəndəliyinin rəhbəri Famil Məmmədov tərəfindən həyata keçirilib.

Masallıda “CareerLAB” şəbəkəsi çərçivəsində panel müzakirəsi keçirilibMasallıda gənclərin karyera inkişafına və əmək baz...
20/05/2026

Masallıda “CareerLAB” şəbəkəsi çərçivəsində panel müzakirəsi keçirilib

Masallıda gənclərin karyera inkişafına və əmək bazarına hazırlığına dəstək məqsədilə “CareerLAB” şəbəkəsi çərçivəsində “Karyera və mədəni dəyərlər: Müasir gəncin inkişaf platforması” mövzusunda panel müzakirəsi təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açılış nitqi ilə Masallı Dövlət Regional Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Rövşən Qurbanov açaraq müasir dövrdə gənclərin peşəkar inkişafı, düzgün karyera planlaması və milli-mənəvi dəyərlərin qorunmasının vacibliyindən bəhs edib.
Daha sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsinin rəhbəri Orxan Əliyev çıxış edərək “CareerLAB” şəbəkəsinin fəaliyyəti, gənclərin şəxsi və peşəkar inkişafına yönəlmiş layihələr, eləcə də əmək bazarına inteqrasiyanın gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Panel müzakirəsi çərçivəsində spikerlər “Rodoos Group” MMC-nin direktoru Rafət Şirəliyev, Masallı Dövlət Regional Kollecinin direktor müavini Asim Yusifov, Lənkəran-Astara Regional Məşğulluq filialının Masallı rayon xidmət şöbəsinin əməkdaşı, karyera məsləhətçisi Fərid İskəndərzadə iştirakçıları müasir əmək bazarında tələb olunan bacarıqlar, şəxsi inkişaf və karyera planlaması, könüllülük fəaliyyətinin karyera inkişafına təsiri, həmçinin mədəni dəyərlərin gənclərin formalaşmasındakı rolu barədə məlumatlandırılıblar.

Tədbirdə MDRK-nın sonuncu kursunda təhsil alan və istehsalat təcrübəsində iştirak edən 120-dən çox tələbə iştirak edib. İştirakçılar panel zamanı spikerlərlə fikir mübadiləsi aparıb, onları maraqlandıran suallara cavab əldə ediblər.

Qeyd edək ki, tədbir GİKM-in Masallı bölməsi, Masallı Dövlət Regional Kolleci, Lənkəran-Astara Regional Məşğulluq filialının Masallı rayon xidmət şöbəsi və Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Gənclərin enerjisi, ideyaları və təşəbbüsləri bir arada!Gənclərin İnkişafı və Karyera Mərkəzinin Lənkəran-Astara Regiona...
19/05/2026

Gənclərin enerjisi, ideyaları və təşəbbüsləri bir arada!

Gənclərin İnkişafı və Karyera Mərkəzinin Lənkəran-Astara Regional Nümayəndəliyinin üzvü olan bir qrup gənclərlə görüş keçirilib. Görüş zamanı 2026-cı ilin I rübündə həyata keçirilən fəaliyyətlərə nəzər salınıb, II rüb üçün planlaşdırılan layihə və tədbirlər ətrafında geniş müzakirələr aparılıb.

💬 Gənclərin fikir və təklifləri dinlənilib, yeni ideyalar üzərində müzakirələr həyata keçirilib. Regional nümayəndəliyin rəhbəri Famin Məmmədov hər bir gəncin təşəbbüsünü diqqətlə dinləyərək onların iştirakı ilə daha maraqlı və faydalı fəaliyyətlərin planlaşdırılacağını vurğulayıb.

🤝 Səmimi müzakirələr, yeni hədəflər, motivasiya dolu anlar və bol pozitiv enerji ilə yadda qalan görüş gənclərin inkişafına yönələn yeni addımlar üçün önəmli platforma olub.

Əziz gənclər, bu yay sizlər üçün çox maraqlı fəaliyyətlərimiz var.😊

📢 “CareerLAB” şəbəkəsi yenidən Masallıda!Gənclərin inkişafı və karyera planlamasına dəstək məqsədilə həyata keçirilən “C...
19/05/2026

📢 “CareerLAB” şəbəkəsi yenidən Masallıda!

Gənclərin inkişafı və karyera planlamasına dəstək məqsədilə həyata keçirilən “CareerLAB” şəbəkəsi çərçivəsində növbəti panel müzakirəsi Masallıda təşkil olunacaq.

🗣 Panel müzakirəsinin mövzusu:

“Karyera və mədəni dəyərlər: Müasir gəncin inkişaf platforması”

Tədbir çərçivəsində iştirakçılar:

▫️ müasir əmək bazarında tələb olunan bacarıqlar,
▫️ karyera planlaması və şəxsi inkişaf,
▫️ könüllülük fəaliyyətinin karyeraya təsiri,
▫️ mədəni dəyərlərin gənclərin inkişafındakı rolu barədə məlumat əldə edəcəklər.

🎙 Tədbirdə müxtəlif sahələri təmsil edən mütəxəssislər, karyera məsləhətçiləri və təhsil nümayəndələri spiker qismində iştirak edəcəklər.

👥 Tədbir Masallı Dövlət Regional Kollecinin tələbələri üçün təşkil olunacaq.

📅 Tarix: 20 may
🕚 Saat: 11:00
📍 Məkan: Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzi

Qeyd edək ki, “CareerLAB” şəbəkəsi GİKM-in Masallı bölməsi, Masallı Dövlət Regional Kolleci, Lənkəran-Astara Regional Məşğulluq filialının Masallı rayon xidmət şöbəsi, Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Gənclərin şəxsi inkişafına və düzgün informasiya idarəçiliyinə dəstək məqsədilə “Şəxsi inkişaf və informasiya axınına nə...
16/05/2026

Gənclərin şəxsi inkişafına və düzgün informasiya idarəçiliyinə dəstək məqsədilə “Şəxsi inkişaf və informasiya axınına nəzarət” mövzusunda təlim keçirilib.

Təlim “İpək yolu” un məmulatları şirkətinin direktoru, müəllim Ruslan Məmmədov tərəfindən aparılıb. Təlim zamanı iştirakçılar şəxsi inkişaf bacarıqları, informasiya bolluğu dövründə düzgün seçim etmə yolları, vaxtın effektiv idarə olunması və faydalı məlumatların süzgəcdən keçirilməsi mövzularında məlumatlandırılıblar.

İnteraktiv müzakirələr və praktiki nümunələrlə yadda qalan təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Address

Heydər Əliyev Xatirə Parkı
Lankaran
AZ4200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when GİKM-in Lənkəran-Astara regional nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to GİKM-in Lənkəran-Astara regional nümayəndəliyi:

Share