Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi Lankaran-Astara Regional Department of Youth and Sports

Mayın 30-da Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və "Dosa Mall" MMC-nin birgə təşkilatçılığı ilə "Dosala...
31/05/2026

Mayın 30-da Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və "Dosa Mall" MMC-nin birgə təşkilatçılığı ilə "Dosaland" əyləncə mərkəzində "İnsan Hüquqları Aylığı" çərçivəsində "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş kütləvi idman tədbiri keçirilib.

​Tədbir zamanı Lənkəran Olimpiya İdman Kompleksinin (OİK) cüdo üzrə məşqçi-müəllimi Əkbər Gənciyev və idmançıları nümunəvi çıxışlar nümayiş etdiriblər. Eyni zamanda təşkil olunan qol güləşi, stolüstü tennis və güllə atıcılığı, rəqs nümunələri uşaqların böyük sevincinə səbəb olub.
​Tədbirin keçirilməsində əsas məqsəd: Uşaqlar arasında idmanın təbliği, onlarda idmana marağın artırılması və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.

Astaralı idmançı Atletika üzrə ölkə birinciliyində iki gümüş medal qazanıb. 29-30 may tarixlərində Bakı şəhərində keçiri...
31/05/2026

Astaralı idmançı Atletika üzrə ölkə birinciliyində iki gümüş medal qazanıb.

29-30 may tarixlərində Bakı şəhərində keçirilən Atletika üzrə 2011-2012-ci il təvəllüdlü idmançılar arasında ölkə birinciliyində astaralı idmançı Röyal Miraczadə 1500 metr və 800 metr məsafəyə kross qaçışlarında iki gümüş medal qazanmışdır.

İdmançının şəxsi məşqçisi Astara şəhəri Ceyhun Babayev adına liseyin Fiziki tərbiyə müəllimi, Atletika Federasiyasının Astara rayon nümayəndəsi, Atletika üzrə veteranlar arasında 5 qat Azərbaycan çempionu Rəşad Əliyevdir.
İdmançı Astara rayonu Kijəbə qəsəbəsi Nail Həsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin IX sinifində təhsil alır. Məktəbdə onun fiziki tərbiyə müəllimi Xaqani Hüseynovdur.
İdmançıımızı və onun məşqçilərini qazanılan nailiyyət münasibətilə təbrik edirik.

30/05/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Hər uşaq bir çiçəkdir, gülümsəyir günəşə” adlı əyləncəli – musiqili uşaq festivalı keçiriləcək ✅

Lənkəran – Astara Regional Gənclər və İdman İdarəsi, Lənkəran – Astara Regional Mədəniyyət İdarəsi, Lənkəran – Astara Regional Təhsil İdarəsi və Dosa Mall ticarət mərkəzinin birgə təşkilatçılığı ilə hazırlanmış əyləncəli proqramda uşaqlar şən anlar yaşayacaq, mahnılar ifa edəcək, rəqs nömrələri ilə çıxış edəcəklər.
Maraqlı anlarla dolu, əyləncəli, şən əhval ruhiyyəli bayram tədbirində hər birinizi gözləyirik.

3 gün davam edəcək festival 30 may – 1 iyun tarixlərində Dosa Mall ticarət mərkəzində saat 11:00 – dan etibarən başlayacaq.

🎉 “Kiçik Çempionlar Festivalı” 🎉1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş“Kiçik Çempionlar Festivalı” ...
29/05/2026

🎉 “Kiçik Çempionlar Festivalı” 🎉

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş
“Kiçik Çempionlar Festivalı” keçiriləcəkdir.

📍 Məkan: Lənkəran şəhəri Qala Xiyabanı
📅 Tarix: 1 iyun 2026-cı il
🕘 Saat: 10:00

Festival çərçivəsində uşaqlar üçün:
🏃‍♂️ Əyləncəli idman yarışları
🏅 Müsabiqələr və oyunlar
🎈 Maraqlı əyləncə proqramları
🎁 Hədiyyələr və sürprizlər təşkil olunacaq.
Qalib komandalar diplom medal və hədiyyələr ilə mükafatlandırılacaqlar.

Balaca çempionlarımızı bu möhtəşəm bayramda görməkdən məmnun olarıq!

Əlaqələndirici şəxs - Yusif Xamiyev
📞 050-748-68-78

Astaralı boksçu Beynəlxalq turnirin qalibi oldu.Mayın 23-27-də Gürcüstanın Batumi şəhərində keçirilən Boks üzrə Beynəlxa...
29/05/2026

Astaralı boksçu Beynəlxalq turnirin qalibi oldu.

Mayın 23-27-də Gürcüstanın Batumi şəhərində keçirilən Boks üzrə Beynəlxalq turnirdə Azərbaycan Milli komandasının tərkibində baş məşqçi Elbrus Rzayevin rəhbərliyi ilə astaralı boksçu Bilalhəbaşi Nəzərov (50 kq) qızıl medal qazanmışdır.
İdmançını və məşqçiləri təbrik edirik.

Lənkəranda 28 may Azərbaycanın Müstəqillik Günü münasibətilə “Üzməyi öyrənək” layihəsi çərçivəsində üzgüçülük turniri ke...
28/05/2026

Lənkəranda 28 may Azərbaycanın Müstəqillik Günü münasibətilə “Üzməyi öyrənək” layihəsi çərçivəsində üzgüçülük turniri keçirilib.

Mayın 28-də Lənkəran Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Üzməyi öyrənək” layihəsinin VII mərhələsinin yekununa üzgüçülük turniri keçirilib.
Layihə çərçivəsində 1–8-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş ödənişsiz üzgüçülük təlimləri 1 ay davam edib və ümumilikdə 12 dərsi əhatə edib.

Turnirdə iştirak edən şagirdlər Azərbaycan Üzgüçülük Federasiyasının sertifikatları ilə,
l, II və Ill yeri tutan şagirdlər isə Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplomlarla təltif edilmişdir.

28 May - Müstəqillik Gününüz Mübarək! 🇦🇿
28/05/2026

28 May - Müstəqillik Gününüz Mübarək! 🇦🇿

Masallı boksçularından möhtəşəm uğur: 1 qızıl, 2 gümüş medal 20–26 may tarixlərində Şamaxı Olimpiya İdman Kompleksində k...
27/05/2026

Masallı boksçularından möhtəşəm uğur: 1 qızıl, 2 gümüş medal

20–26 may tarixlərində Şamaxı Olimpiya İdman Kompleksində keçirilən boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsində Masallı rayonunun gənc boksçuları uğurlu nəticələrlə yadda qalıblar.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Masallı Rayon Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Yusif Nəsirov 38 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. O, həmçinin yarışın “Ən yaxşı idmançısı” adına layiq görülüb.

Digər təmsilçilərimizdən Hüseyn Rəhimli 40 kq çəki dərəcəsində gümüş medal əldə edib. Kənan Şükürov isə 70 kq çəki dərəcəsində uğurlu çıxışı ilə fəxri ikinci yerə sahib olub.

Bundan əlavə, idmançıların hazırlığında böyük əməyi olan Orxan Cəbiyev “İlin ən yaxşı məşqçi-müəllimi” adına layiq görülüb.
Bu nailiyyət münasibətilə idmançılarımızı və məşqçi heyətini ürəkdən təbrik edir, onlara gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq!

Qurban bayramınız mübarək!
26/05/2026

Qurban bayramınız mübarək!

Address

Lankaran
AZ4200

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994252540319

Alerts

Be the first to know and let us send you an email when Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi:

Share