01/06/2026
🇦🇿 SAMUX GƏNCLƏRİ QARABAĞDA🇦🇿
🟢 Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Samux rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 30-31 may 2026-cı il tarixlərdə "Beynəlxalq Muzeylər Günü" münasibəti ilə "Keçmişdən gələcəyə səyahət" başlığı altında bir qrup Samux gəncinin Qarabağ bölgəsinə — Şuşa, Xankəndi şəhərləri, Xocalı rayonunun Əsgəran qəsəbəsinə ekskursiyası təşkil olunub.
Bu ekskursiyanın əsas məqsədi gənclərə vətənpərvərlik hisslərini daha dərindən aşılamaq, tariximizin şanlı səhifələrini yerində, canlı şəkildə təqdim etmək olub.
Ekskursiya zamanı gənclər azad edilmiş torpaqlarımızı yaxından görüb, Qarabağın zəngin tarixi, mədəni irsi və keçdiyi şərəfli yol haqqında ətraflı məlumat əldə ediblər.
Bu ekskursiya gənclərin yaddaşında qürur, məsuliyyət və vətən sevgisi ilə dolu unudulmaz xatirə kimi qalıb.