Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutu

Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutu Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinin Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu

Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunun “Yemləmə və yemlərin analizi" laboratoriyasının elmi işçisi Yusif ...
03/06/2026

Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunun “Yemləmə və yemlərin analizi" laboratoriyasının elmi işçisi Yusif Hilal oğlu Əbdüləzimov və laborant Şəbnəm İsa qızı Abdullayevanın müəllifi olduqları “Heyvanların düzgün yemlənməsi və saxlanmasına dair məlumat kitabı” adlı vəsaiti Londonda “Globe EDIT” beynəlxalq nəşriyyatında çap edilib.

01/06/2026

Əziz övladlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
01/06/2026

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

28/05/2026
26/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunun “Genetik tədqiqatlar və embrion transferi laboratoriyası” da aparı...
26/05/2026

Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunun “Genetik tədqiqatlar və embrion transferi laboratoriyası” da aparılan “Xəttarası hibridləşdirmədən istifadə edərək alınmış F2 nəsil hibrid dovşanların qan dərəcəsinin müəyyən edilməsi, əlamətlərin nəsilə keçmə əmsalının və məhsuldarlıq indeksinin hesablanması” adlı elmi tədqiqat işinin təqvim planına uyğun olaraq Holland dovşan cinsi ilə Dekorativ Karlik, Dekorativ Karlik dovşan cinsi ilə Xəttarası hibrid çarpazlaşdırılmasından F2 nəsil bala alınmışdır. Alınmış balaların 6 aylıq yaşda bədən ölçüləri götürülmüş və canlı kütlələri müəyyən edilmişdir.
“Elm şöbəsi” nin müdiri Yasin Gözəlov və böyük elmi işçi Mehri Xəlilova Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən Gəncə Dövlət Aqrar Kollecinin "Zootexnik" və “Aqrar fermer təsərrüfatı” ixtisasının tələbələrinə aparılan tədqiqat işinin məqsəd və vəzifələri izah edilmiş, dovşanların bədən ölçülərinin götürülməsində iştirak etmişlər.
Elmi tədqiqat işinin sonrakı mərhələsində alınan F2 nəsil dovşanların qan dərəcəsi müəyyən ediləcək, əlamətlərin nəsilə keçmə əmsalı və məhsuldarlıq indeksi hesablanacaqdır.

26/05/2026
Tut ipəkqurdunun seleksiyası laboratoriyası-da tut ipəkqurdlarının yetişdirilməsi prosesi mövcud aqrozootexniki tələblər...
22/05/2026

Tut ipəkqurdunun seleksiyası laboratoriyası-da tut ipəkqurdlarının yetişdirilməsi prosesi mövcud aqrozootexniki tələblərə uyğun şəkildə davam etdirilir. Hazırda ipəkqurdları inkişafın ən məsul mərhələlərindən hesab olunan 5-ci yaşın 4-cü günündədir. Bu dövrdə sürfələrin intensiv qidalanması və fizioloji inkişafı müşahidə olunur ki, bu da gələcəkdə yüksəkkeyfiyyətli barama məhsulunun formalaşmasında mühüm rol oynayır. Laboratoriyada ipəkqurdlarının yemlənməsi müəyyən edilmiş qrafik əsasında, vaxtında və keyfiyyətli tut yarpaqları ilə həyata keçirilir. Yemləmə zamanı yarpaqların təravəti, qidalılıq dəyəri və gigiyenik göstəriciləri xüsusi nəzarətdə saxlanılır. Eyni zamanda saxlanma şəraitində temperatur, rütubət və havalandırma göstəricilərinin optimal səviyyədə qorunmasına ciddi diqqət yetirilir. Müşahidələr göstərir ki, 5-ci yaşın 7-ci və 8-ci günlərində ipəkqurdları şaxaya çıxaraq barama sarıma mərhələsinə keçəcəklər. Bu mərhələ ipəkqurdlarının bioloji inkişaf tsiklinin son mərhələsi olmaqla yanaşı, məhsuldarlığın müəyyənləşməsində əsas göstəricilərdən biri hesab edilir. Hazırda laboratoriyada aparılan gündəlik monitorinqlər nəticəsində ipəkqurdlarının inkişafında hər hansı xəstəlik və ya fizioloji gerilik müşahidə olunmur. Bütün aqrozootexniki qaydalara tam riayət edilməsi sürfələrin sağlam inkişafını təmin edir və yüksək məhsuldarlıq göstəricilərinin əldə olunmasına əlverişli şərait yaradır.

Azərbaycan Dövlət Aqrar Universiteti-də keçirilən 18-ci Karyera Sərgisində tələbə və məzunların məşğulluq imkanlarının a...
22/05/2026

Azərbaycan Dövlət Aqrar Universiteti-də keçirilən 18-ci Karyera Sərgisində tələbə və məzunların məşğulluq imkanlarının artırılması məqsədilə dövlət qurumları, özəl sektor nümayəndələri və işəgötürən şirkətlər iştirak ediblər. Tədbirdə çıxış edənlər aqrar sahədə peşəkar kadr hazırlığının, universitet–işəgötürən əməkdaşlığının və gənclərin əmək bazarına inteqrasiyasının vacibliyini vurğulayıblar.Sərgi çərçivəsində tələbə və məzunlar 100-ə yaxın şirkət və müəssisənin stendləri ilə tanış olub, 900-dən çox vakansiya, təcrübə proqramı və karyera imkanları barədə məlumat əldə ediblər. Tədbirdə Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu da stendlə təmsil olunub.

Address

Firuzabad Qəsəbəsi
Kol-Yelendorf
AZ2500

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994222022330

Alerts

Be the first to know and let us send you an email when Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutu:

Share