Kürdəmir rayonu üzrə Gənclər və İdman sektoru

Kürdəmir rayonu üzrə Gənclər və İdman sektoru Kürdəmir rayonu üzrə Gənclər və İdman sektoru

26.02.2026-cı il tarixində Kürdəmir Peşə Liseyi PHŞ-də Küydəmir rayonu üzrə gənclər və idman sektorunun və Kürdəmir Peşə...
26/02/2026

26.02.2026-cı il tarixində Kürdəmir Peşə Liseyi PHŞ-də Küydəmir rayonu üzrə gənclər və idman sektorunun və Kürdəmir Peşə Liseyi PHŞ-in birgə təşkilatçılığı ilə “Xocalı qan yaddaşımızdır” mövzusunda toplantı keçirilmişdir.
Toplantının keçirilməsində əsas məqsəd Xocalı faciəsinin tarixi həqiqətlərini gənclərə çatdırmaq, şəhidlərin əziz xatirəsini yad etmək, vətənpərvərlik ruhunu gücləndirmək və milli yaddaşın qorunub saxlanılmasına töhfə vermək olmuşdur.

13/02/2026

12 fevral 2026-cı il tarixində Kürdəmir Olimpiya İdman Kompleksində məşqçi Sadiq Salahovun rəhbərliyi ilə kikboksinq idman növü üzrə nümunəvi çıxışlar keçirildi.
Tədbirin keçirilməsində əsas məqsəd kikboksinq idman növünə yeniyetmə və gənclər arasında marağın artırılması, rayon ərazisində idman kütləviliyinə nail olmaqdır.

23 yanvar 2026 - cı il tarixində Kürdəmir Gənckər evi SXM-də Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Kürdəmir ...
26/01/2026

23 yanvar 2026 - cı il tarixində Kürdəmir Gənckər evi SXM-də Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Kürdəmir rayonu üzrə gənclər və idman sektorunun, Kürdəmir rayonu üzrə təhsil sektorunun və Kürdəmir Gənclər Evi SXM-in birgə təşkilatçılığı ilə “2 Fevral - Gənclər Günü”nə həsr olunmuş stolüstü tennis idman növü üzrə rayon turniri keçirilib. Keçirilən turnirdə qaliblər aşağıdakı kimi müəyyənləşdirildi:

Oğlanlar arasında:
I yer-Əmirli Duraxan
II yer-Abdullayev Vaqif
III yer-Məmmədəliyev Rüfət

Qızlar arasında:
I yer-Qədirova Fidan
II yer-Heydərli Səma
III yer- Məmmədova Müjgan

Qaliblər Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırıldı.

Kürdəmir Rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti...
23/12/2025

Kürdəmir Rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, sağlam gələcək!” mövzusunda tədbir keçirilib. Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli, Mərkəzi Aran Regional Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aparatının idarə rəisi, polkovnik-leytenant Füzuli İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aparatının şöbə rəisi Pərviz Sədrəddinov, Xidmətin Kürdəmir şöbəsinin rəisi, polkovnik-leytenant Süliddin Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəblilər, hərbi hazırlıq fənninin müəllimləri, şəhid ailələri və qazilər iştirak ediblər.
Tədbir Azərbaycanın Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca iştirakçılara Prezident cənab İlham Əliyevin gənclər siyasətini, milli ruhun və sağlam həyat tərzinin təşviqinə yönəlmiş fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Giriş nitqi ilə çıxış edən icra başçısı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi gənclər siyasəti bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Qeyd edib ki, Azərbaycan gəncləri yüksək vətənpərvərlik ruhu, fiziki hazırlığı və intellektual potensialı ilə dövlətçiliyimizin əsas dayaqlarıdır və təhsildə, gündəlik davranışda nümunəvi vətəndaş olmalı, milli kimliyimizi yaşatmalı, dövlətimizin gələcəyinə töhfə verməlidirlər.
Tədbir çərçivəsində şagirdlərə hərbi xidmətin mahiyyəti, çağırış prosesinin mərhələləri, ilkin qeydiyyat üçün tələb olunan sənədlər, həmçinin gənclərin hüquq və vəzifələri barədə ətraflı məlumat verilib.

Prezident İlham Əliyev 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərən...
22/12/2025

Prezident İlham Əliyev 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Ətraflı: https://president.az/az/articles/view/70862

22.12.2025-ci il tarixində Kürdəmir Peşə Liseyi PHŞ-də Kürdəmir rayonu üzrə gənclər və idman sektorunun, “Kürdəmir Gəncl...
22/12/2025

22.12.2025-ci il tarixində Kürdəmir Peşə Liseyi PHŞ-də Kürdəmir rayonu üzrə gənclər və idman sektorunun, “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin və Kürdəmir Peşə Liseyi PHŞ-in birgə təşkilatçılığı ilə "31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü"nə həsr olunmuş "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" mövzusunda görüş keçirilmişdir.
Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir zamanı gənclərə Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün tarixi haqqında məlumat verildi. Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsini, azərbaycançılıq ideyasını yaşadanlar bu birliyə, bu həmrəyliyə öz töhfələrini verirlər. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

9 dekabr 2025-ci il tarixində Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliy...
10/12/2025

9 dekabr 2025-ci il tarixində Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə I Fəxri Xiyabana ziyarət təşkil edilmişdir. Ziyarət çərçivəsində Ümummilli lider Heydər Əliyevin məzarı üzərinə gül dəstələri düzülmüş, xatirəsi dərin ehtiramla yad edilmişdir.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli rayonun fəal gəncləri ilə görüş keçirib.İcra başçısı gənclərlə ...
03/12/2025

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli rayonun fəal gəncləri ilə görüş keçirib.

İcra başçısı gənclərlə söhbətdə vurğulayıb ki, onlar vətənpərvər, savadlı, məsuliyyətli, vicdanlı, mübariz olmalı, ölkəmizin inkişafı naminə daima çalışmalıdırlar. Gənclər dövlətin gənclərə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib, rayonun ictimai-siyasi, sosial və mədəni həyatına dair təkliflərini səsləndiriblər. Daha sonra diskussiya şəraitində keçən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb, onların gələcəkdə rayonla bağlı ideya və layihələri müzakirə edilib.
Sonda gənclərə birlikdə xatirə şəkili çəkdirilib.

🗓️27 noyabr 2025-ci il tarixində Kürdəmir Olimpiya İdman Kompleksində Kürdəmir rayon üzrə gənclər və idman sektorunun tə...
28/11/2025

🗓️27 noyabr 2025-ci il tarixində Kürdəmir Olimpiya İdman Kompleksində Kürdəmir rayon üzrə gənclər və idman sektorunun təşkilatçılığı, baş-məşqçi Sadiq Salahovun rəhbərliyi ilə "İdman hamı üçün" layihəsi çərçivəsində kikboksinq idman növü üzrə nümunəvi çıxışlar təşkil olunmuşdur.
🥊Nümunəvi çıxışlarda, ümumilikdə, 35-dək idmançı iştirak etmişdir.

3-7 noyabr 2025-ci il tarixlərində Kürdəmir rayon Uşaq-Gənclər İdman -Şahmat məktəbində Mərkəzi Aran Regional Gənclər və...
07/11/2025

3-7 noyabr 2025-ci il tarixlərində Kürdəmir rayon Uşaq-Gənclər İdman -Şahmat məktəbində Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Kürdəmir rayonu üzrə gənclər və idman sektorunun və Kürdəmir rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş şahmat üzrə yeniyetmələr arasında rayon turniri keçirildi.
Keçirilən turnirdə qalib gələn idmançılar Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olundular.

“8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş gənclər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Zəfər Kuboku”  ...
04/11/2025

“8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş gənclər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Zəfər Kuboku” keçirilib.
Olduqca maraqlı keçən final mərhələsində düzgün cavab sayına görə ən çox xal toplamış V.Sarıyev adına Şüşün kənd tam orta ümumtəhsil məktəbinin “Xarıbülbül” komandası 1-ci yer🥇, V.Qurbanov adına Şıxımlı kənd tam orta ümumtəhsil məktəbinin “Qalib Vətən” komandası 2-ci yer🥈, S.Paşayev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin “8 Noyabr” komandası isə 3-cü yeri qazanıb.🥉

Qalib komandaları təbrik edirik!

Qeyd edək ki, yarış Kürdəmir rayonu üzrə gənclər və idman sektorunun , “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin, Kürdəmir rayonu üzrə təhsil sektorunun və DİİXİHİ-nin Kürdəmir rayon komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.🤝

Address

Азербайджан, Кюрдамирский район проспект Баку 20
Kjurdamir
AZ3300

Opening Hours

Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994202555218

Website

Alerts

Be the first to know and let us send you an email when Kürdəmir rayonu üzrə Gənclər və İdman sektoru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kürdəmir rayonu üzrə Gənclər və İdman sektoru:

Share