Axtaçı-Qarabucaq kənd kitabxanası

Axtaçı-Qarabucaq kənd kitabxanası Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Axtaçı-Qarabucaq kənd kitabxanası, Library, Qarabucaq kəndi, Kjurdamir.

https://www.facebook.com/share/p/1Ccskh32sp/?mibextid=wwXIfr
10/10/2025

https://www.facebook.com/share/p/1Ccskh32sp/?mibextid=wwXIfr

Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək

Türk dünyası ailəsinin üzvü olan Azərbaycan Respublikası ilə Türkmənistan Respublikasını qədim tarix, ortaq köklər və birgə mədəni-mənəvi dəyərlər birləşdirir. Son illər iki ölkə arasında münasibətlər sürətlə inkişaf edir, mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq dərinləşir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 oktyabr tarixlərində ölkəmizdə Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək.

Bu münasibətlə qardaş ölkənin mədəniyyət xadimləri və incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Maraqlı proqramı olan mədəniyyət günləri çərçivəsində Türkmənistanın musiqisi, dekorativ-tətbiqi sənəti, muzey eksponatları və mətbəx nümunələrinin geniş təqdimatı olacaq.

Bundan əlavə, Azərbaycan Milli Kitabxanasında “Türkmənistan ədəbiyyatı guşəsi”nin də açılışı nəzərdə tutulur.

Mədəniyyət Günləri çərçivəsində 15 oktyabr tarixində Gəncə Dövlət Filarmoniyasında Türkmənistan Mədəniyyəti Günlərinin bağlanış mərasimində mədəniyyət-incəsənət ustalarının konserti baş tutacaq.

Türkmənistan Mədəniyyəti Günləri xalqlarımızın daha da yaxınlaşmasına və mədəni əlaqələrin inkişafına mühüm töhfə olacaq.

https://www.facebook.com/share/9CiuYv5N2nAbDGFP/?mibextid=xfxF2i
27/03/2024

https://www.facebook.com/share/9CiuYv5N2nAbDGFP/?mibextid=xfxF2i

Bu gün Xalq artisti Mstislav Rostropoviçin anadan olmasının 97 ili tamam olur.

Mstislav Rostropoviç 1927-ci il martın 27-də Bakıda anadan olub. O, Moskva Konservatoriyasında fortepiano, violonçel ifaçılığı ilə yanaşı, dirijorluq və bəstəkarlıq ixtisaslarına da yiyələnib. Böyük Teatrda P.Çaykovskinin “Yevgeni Onegin” operası ilə yüksək dirijorluq istedadını nümayiş etdirib. O, “Heydər Əliyev” ordeninə, Fransanın “Şərəf Legionu” ordeninə, müxtəlif universitetlərin fəxri doktoru adına və digər mükafatlara layiq görülüb. Dünya şöhrətli sənətkarın 2002-ci ildə Bakıda ev-muzeyi açılıb.

Mstislav Rostropoviç 2007-ci ildə vəfat edib.

Address

Qarabucaq Kəndi
Kjurdamir

Telephone

+994503665204

Website

Alerts

Be the first to know and let us send you an email when Axtaçı-Qarabucaq kənd kitabxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category