Kürdəmir rayon Tahir İslamov adına Dəyirmanlı kənd tam orta məktəbi

Kürdəmir rayon Tahir İslamov adına Dəyirmanlı kənd tam orta məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kürdəmir rayon Tahir İslamov adına Dəyirmanlı kənd tam orta məktəbi, Public School, Kürdəmir royunu, Kjurdamir.

"İdman həftəsi" layihəsi həyata keçirilirAzərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi təhsilalanların sağlamlıqlar...
18/03/2026

"İdman həftəsi" layihəsi həyata keçirilir

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlər aparır.
Buna müvafiq, şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində 02-07 mart 2026-cı il tarixində ümumtəhsil müəssisələrində idman həftəsi keçirilir.
Layihə çərçivəsində məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, maarifləndirmə, müsabiqələr, yarışlar, görüşlər, mükafatlandırma və digər tədbirlərin təşkili nəzərdə tutulur.
"İdman həftəsi" layihəsinin proqramına uyğun olaraq martın 2-də səhər gimnastikası keçirildi və şagirdlərə idman növləri haqqında məlumat verildi.

Beynəlxalq Mülki müdafiə təşkilatı tərəfindən 1 Mart Ümumdünya Mülkü Müdafiə gününü innovativ texnologiyalar mövzusunda ...
18/03/2026

Beynəlxalq Mülki müdafiə təşkilatı tərəfindən 1 Mart Ümumdünya Mülkü Müdafiə gününü innovativ texnologiyalar mövzusunda kecirilməsi qərara alınmış alınmışdır. Bununla əlaqədar olaraq Tahir İslamov adına Dəyirmanlı kənd tam orta məktəbdə "1 Mart Ümumdünya Mülkü Müdafiə Günü" keçirildi. Məktəbin direktoru Mazakova Nəzakət və hərbi rəhbər Omarov Amil, təşkilatçı Veysəlov Daşqın şagirdlərə fövqəladə hallar zamanı mühafizə sahəsində şagirdlərin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, şagirdlərin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi ilə bağlı məlumatlar verildi.

26.02.2026-cı il tarixində məktəbimizdə  Nizam-intizam şurası çərçivəsində davranışı, məsuliyyəti və fəallığı ilə seçilə...
18/03/2026

26.02.2026-cı il tarixində məktəbimizdə Nizam-intizam şurası çərçivəsində davranışı, məsuliyyəti və fəallığı ilə seçilən, “Yaşıl kart”a layiq görülmüş şagirdlərlə dəyirmi masa ətrafında səmimi və maraqlı söhbət aparıldı.
Görüş zamanı şagirdlərin fikirləri dinlənildi, onların məktəb həyatına baxışı, qarşılaşdıqları çətinliklər və gələcək hədəfləri müzakirə olundu. Bu cür görüşlər şagirdlərin özlərini daha dəyərli hiss etməsinə, fikir və təkliflərini açıq şəkildə ifadə etməsinə şərait yaradır.
Sonda şagirdlər göstərdikləri nümunəvi davranışa görə təbrik olundu, onlara gələcək təhsil həyatlarında daha böyük uğurlar arzulandı. İnanırıq ki, bu təşəbbüs digər şagirdlər üçün də motivasiya mənbəyi olacaq.
Uğur yolunuz açıq olsun, əziz şagirdlər!

25. 02.2026-cı il tarixində Kürdəmir rayon Tahir İslamov adına Dəyirmanlı kənd tam orta məktəbində ümumi məktəb üzrə val...
18/03/2026

25. 02.2026-cı il tarixində Kürdəmir rayon Tahir İslamov adına Dəyirmanlı kənd tam orta məktəbində ümumi məktəb üzrə valideyn iclası keçirildi.
İclasda məktəb rəhbərliyi də çıxış edərək valideynlərin suallarını cavablandırdılar.
İclasın əsas məqsədi valideynlərlə sıx əməkdaşlığın qurulması, məktəbdaxili nizam intizam qaydaları ilə bağlı valideynlərin və şagirdlərin məlumatlandırılması,davranış qaydalarının izahı, təhsil prosesində onların fəal iştirakının təmin olunması və qarşıdakı tədris ili üçün görüləcək işlər barədə ətraflı məlumatın verilməsidir.

24.02.2026-cı il tarixində “Azərbaycan dili və ədəbiyyat aylığı” çərçivəsində Mirzəliyeva Leylanın Azərbaycan dili fənni...
24/02/2026

24.02.2026-cı il tarixində “Azərbaycan dili və ədəbiyyat aylığı” çərçivəsində Mirzəliyeva Leylanın Azərbaycan dili fənni üzrə “Azərbaycan teatrı” mövzusunda açıq dərsi keçirildi.
Dərs zamanı şagirdlər milli teatrımızın yaranma tarixi, inkişaf mərhələləri və görkəmli sənətkarları haqqında məlumat əldə etdilər. Mövzu müxtəlif təqdimatlar, qrup işləri və müzakirələr vasitəsilə daha interaktiv formada mənimsədildi.

Şagirdlərin fəallığı və marağı dərsin əsas uğur göstəricisi oldu. Teatrın yalnız səhnə sənəti deyil, həm də milli-mənəvi dəyərlərimizin daşıyıcısı olduğu bir daha vurğulandı.

Məktəb rəhbərliyi tərəfindən peşə təmayüllü 10 p sinfində dərslərin tədrisi vəziyyəti yoxlanıldı.Qrup rəhbəri - Sərfinaz...
24/02/2026

Məktəb rəhbərliyi tərəfindən peşə təmayüllü 10 p sinfində dərslərin tədrisi vəziyyəti yoxlanıldı.

Qrup rəhbəri - Sərfinaz Hüseynzadə
Aşpaz ixtisas müəllimi - Hacıyeva Şəlalə
İKT Komputer Operatoru - Qasımova Səbinə

📚 Dil-ədəbiyyat aylığı çərçivəsində bilik yarışı keçirildi 📚Məktəbimizdə Dil-ədəbiyyat aylığı çərçivəsində şagirdlər ara...
21/02/2026

📚 Dil-ədəbiyyat aylığı çərçivəsində bilik yarışı keçirildi 📚

Məktəbimizdə Dil-ədəbiyyat aylığı çərçivəsində şagirdlər arasında maraqlı və rəqabətli bilik yarışı təşkil olundu. Yarışın əsas məqsədi şagirdlərin Azərbaycan dili və ədəbiyyatı üzrə biliklərini yoxlamaq, onların mütaliə marağını artırmaq və sağlam rəqabət mühiti yaratmaq idi.
Şagirdlər qrammatika, ədəbiyyat tarixi, görkəmli söz ustadları və oxu bacarıqları üzrə sualları cavablandıraraq öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Komandalar arasında yüksək fəallıq və əməkdaşlıq müşahidə olundu.
Yarış iştirakçıların böyük marağı və həvəsi ilə keçdi. Sonda qaliblər müəyyən edilərək təltif olundular.
Dilimizə sevgi, ədəbiyyatımıza maraq hər zaman yüksəlsin! 🇦🇿

21/02/2026
📚 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirildi.Məktəbimizdə 21 Fevral – Beynəlxalq Ana Dili Günü m...
20/02/2026

📚 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirildi.

Məktəbimizdə 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə maarifləndirici və yaddaqalan tədbir təşkil olundu. Tədbirin əsas məqsədi şagirdlərdə ana dilimizə sevgi, hörmət və bağlılıq hissini daha da gücləndirmək idi.
Şagirdlər ana dilimizin zənginliyi, saflığı və qorunmasının vacibliyi haqqında çıxışlar etdilər, şeirlər söylədilər və maraqlı təqdimatlarla iştirak etdilər. Onlar vurğuladılar ki, ana dili xalqın milli kimliyi, tarixi və mənəvi dəyərlərinin əsas daşıyıcısıdır.
Tədbir şagirdlərin fəal iştirakı və yüksək əhval-ruhiyyəsi ilə yadda qaldı. Ana dilimizi qorumaq və düzgün istifadə etmək hər birimizin borcudur. 🇦🇿

📚 Dil - ədəbiyyat aylığı çərçivəsində 5-ci sinif şagirdlərinin Nizami Gəncəvi Muzeyinə ekskursiyası
20/02/2026

📚 Dil - ədəbiyyat aylığı çərçivəsində 5-ci sinif şagirdlərinin Nizami Gəncəvi Muzeyinə ekskursiyası

Address

Kürdəmir Royunu
Kjurdamir

Website

Alerts

Be the first to know and let us send you an email when Kürdəmir rayon Tahir İslamov adına Dəyirmanlı kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category