Hacıqabul rayonu üzrə təhsil sektoru

Hacıqabul rayonu üzrə təhsil sektoru Hacıqabul üzrə Təhsil Sektorunun tabeliyində 32 ümumi, 3 məktəbəqədər və 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət gostərir.
(1)

Hacıqabul rayon Təhsil Şöbəsinin facebook səhifəsindən istifadə qaydaları:

- Səhifədə Təhsil Şöbəsinin səlahiyyətlərinə aid olmayan suallar cavablandırılmır
- Səhifədə reklam yerləşdirmək qadağandır
- BÖYÜK HƏRFLƏRLƏ yazılan müraciət, şərh, sual və s. pozulacaq
- Təhqir, böhtan sözlərdən istifadə edən istifadəçi dərhal səhifədən kənarlaşdırılacaq.
- Səhifədə payaşılan məlumatların (foto, video, yazı və s.) digər səhifələrdə əsas mənbəyini işarə etməmiş paylaşılması qadağandır.

Yeni ən aktiv izləyicilərimə dərin minnətdarlığımı bildirirəm!💎 Gülnar Abdullayeva, Əliağa Məmmədov, Maryam Maryam, Gule...
07/04/2025

Yeni ən aktiv izləyicilərimə dərin minnətdarlığımı bildirirəm!💎 Gülnar Abdullayeva, Əliağa Məmmədov, Maryam Maryam, Guler Cva, Qumru Cəfərova, Nata Qarazade, Samir Həsənov, Muzeffer Seferov, Zərəngiz Abasova, Samir Muradov, Pərvanə Xəlilova, Salmanlı Günay, Sevinc Ağayeva, Arife Bunyatova, Amir Ceferov, Gülnar Memmedova, Hüseyn Memmedli, Leyla P-va, Mehemmed Aslanov, Aybeniz İbrahimova, Aynurə Heydarlı, Rafiq Iskenderov, Nuray Zakirqızı, Elşən İbrahimov, Sudabe Aliyeva, Gülşən Salmanova, Huseynova Abdullaev's, Adem Nebiyev, Resul Haqverdiyev, Konul Rahmanova, Xumara Hüseynova

Onu icmamızda salamlamaq üçün bir şərh paylaşın, aktiv fanatlar

Hacıqabul şəhəri Allahverdi Dadaşov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin 11-ci sinif şagirdi Ağamməd Ağamətli ...
27/02/2025

Hacıqabul şəhəri Allahverdi Dadaşov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin 11-ci sinif şagirdi Ağamməd Ağamətli kempo idman növü üzrə açıq respublika turnirində I yerə layiq görülüb .
Şagirdimizi təbrik edir, uğurlar arzulayırıq.

Elm və təhsil xəbərlərinin etibarlı ünvanı!

26 Fevral Xocalı soyqırımı ilə əlaqədar ümumi təhsil müəssisələrində müxtəlif tədbirlər təşkil edilib.Xocalı soyqırımını...
27/02/2025

26 Fevral Xocalı soyqırımı ilə əlaqədar ümumi təhsil müəssisələrində müxtəlif tədbirlər təşkil edilib.

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Şirvan-Salyan Regional Təhsil İdarəsinin Hacıqabul rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində Tədbirlər planına uyğun olaraq, Xocalı soyqırımına həsr olunmuş xüsusi dərslər, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri, sənədli və bədii filmlərin nümayişi həyata keçirilib.

Xocalı soyqırımından 33 il ötür.Bu faciəni unutmadıq, unutmayacağıq. 🥀
26/02/2025

Xocalı soyqırımından 33 il ötür.

Bu faciəni unutmadıq, unutmayacağıq. 🥀

📢2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinə start verildi✔️Şagirdlərin elek...
26/02/2025

📢2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinə start verildi
✔️Şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az saytında şəxsi kabinet yaratmaq və mövcud kabinetə daxil olmaq "Digital Login” vasitəsilə həyata keçirilir.
⤵️Aşağıdakı keçid vasitəsilə şagird yerdəyişməsi elektron xidməti üzrə təlimatla tanış ola bilərsiniz.
edu.gov.az/uploads/mudta/2025/www.sy.edu.az-telimat.pdf

Baharın gəlişini müjdələyən Su çərşənbəniz mübarək! 💧
26/02/2025

Baharın gəlişini müjdələyən Su çərşənbəniz mübarək! 💧

📣AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanı...
26/02/2025

📣AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə xüsusi layihə həyata keçirib.
▫️ “Örnək müəllimlər” bölməsində öz peşə fəaliyyəti zamanı tətbiq etdiyi modern tədris metodları, təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addımları ilə seçilən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər yer alıb.

📢“Ən yaxşı təqdimat” müsabiqəsinə başlanılırℹ️Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təq...
24/02/2025

📢“Ən yaxşı təqdimat” müsabiqəsinə başlanılır

ℹ️Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinə start verilib.

📌Müsabiqə region və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil olunacaq.

💻Şagirdlər portal.edu.az platformasında bu məqsədlə yaradılmış “Müsabiqələr və olimpiadalar” bölməsindən müsabiqənin istiqamətini seçərək elektron formada müraciət edə bilərlər.

📩 Qeydiyyatdan keçmiş təhsilalanlar müsabiqənin region mərhələsində iştirak üçün yerli təhsili idarəetmə qurumları tərəfindən dəvət ediləcəklər.

🏆 Müsabiqənin final mərhələsinə vəsiqə qazanacaq təhsilalanlar nəticə ilə bağlı portal.edu.az platforması və mobil telefona SMS göndərilməsi vasitəsilə məlumatlandırılacaqlar.

Qeyd edək ki, müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum gününün 102-ci ildönümü ilə əlaqədar, ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir.

📞 Qeydiyyatla bağlı hər hansı çətinliklə üzləşən vətəndaşlar +994 51 206 78 48 nömrəsinə “Whatsapp” üzərindən yazaraq müraciət edə bilərlər.

❗Nəzərinizə çatdırırıq ki, müsabiqəyə qeydiyyat və qaynar xətt 4 mart saat 11:00-a kimi aktiv olacaq.

Respublika Fənn Olimpiadasının yarımfinal turu keçirilmişdir.Hacıqabul ratonu üzrə ümumtəhsil məktəblərindən 99 nəfər RF...
24/02/2025

Respublika Fənn Olimpiadasının yarımfinal turu keçirilmişdir.

Hacıqabul ratonu üzrə ümumtəhsil məktəblərindən 99 nəfər RFO-nun yarımfinal turunda iştirak hüququ qazanmışdır ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 34% irəliləmə dinamikasının əldə olunması deməkdir.
İştirakçılara uğurlar arzulayırıq.

24/02/2025

🗓️ 25 fevral saat 15:00-dan etibarən 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv olacaq.

🌐 Şagirdlərin elektron yerdəyişməsi prosesi zamanı sy.edu.az saytında şəxsi kabinet yaratmaq və mövcud kabinetə daxil olmaq "Digital Login” vasitəsilə həyata keçirilir.

⚠️ Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi sistemində 2024-2025-ci tədris ilində tətbiq edilən yeniliyə əsasən, istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikası vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşlarının şəxsi kabinetə "istifadəçi adı və şifrə" ilə daxil olması məhdudlaşdırılıb.

BilBacar müsabiqəsinin  Fevral ayı üzrə "Yarış" mərhələsinə  start verilib.Hacıqabul rayonu üzrə 18 ümumtəhsil məktəbind...
23/02/2025

BilBacar müsabiqəsinin Fevral ayı üzrə "Yarış" mərhələsinə start verilib.

Hacıqabul rayonu üzrə 18 ümumtəhsil məktəbindən 872 nəfər VIII, IX, X sinif şagirdi müsabiqənin yarış mərhələsində iştirak etmişlər. Yarışma məktəb üzrə BilBacar koordinatorunun, direktor və direktor müavinin müşayiəti ilə həyata keçirilmişdir.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərini inkişaf etdirmək, rəqəmsal platformada imtahan vermə bacarıqlarını formalaşdırmaq, xüsusi istedadlı şagirdləri və qabaqcıl məktəbləri müəyyən etməkdir.

Address

Hacıqabul şəhər İsmət Qayıbov Küçəsi 10
Kazi Mahomed
2400

Alerts

Be the first to know and let us send you an email when Hacıqabul rayonu üzrə təhsil sektoru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Hacıqabul rayonu üzrə təhsil sektoru:

Share