M.Şabanov adına Katex 3 saylı tam orta məktəb

M.Şabanov adına Katex 3 saylı tam orta məktəb Balakən rayonu Katex kəndi M.Şabanov adına Katex 3 nömrəli tam orta ümumtəhsil məktəbi

16 may 2026-cı  il tarixində 5-6-cı sinif şagirdləri arasında keçirilmiş ALPLogo proqramlaşdırma olimpiadasının nəticələ...
23/05/2026

16 may 2026-cı il tarixində 5-6-cı sinif şagirdləri arasında keçirilmiş ALPLogo proqramlaşdırma olimpiadasının nəticələrinə əsasən şagirdimiz Piriyev Sübhan 2-ci yerə layiq görülüb. Bu münasibətlə onu təbrik edir və uğurlar arzulayırıq.

“Kitablara uzun ömür” devizi altında dərsliklərin cildlənlənməsi və səliqəsi yoxlanılıb.
22/05/2026

“Kitablara uzun ömür” devizi altında dərsliklərin cildlənlənməsi və səliqəsi yoxlanılıb.

Texnologiya fənnindən “Buterburodun hazırlanması” mövzusunda “Ustad dərs” keçirilib.Müəllim: Osmanova Nübar
22/05/2026

Texnologiya fənnindən “Buterburodun hazırlanması” mövzusunda “Ustad dərs” keçirilib.
Müəllim: Osmanova Nübar

Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və fədakarlığısayəsində Azərbaycan öz dövlətçiliyini qorumuşdurŞərqdə və müsəlm...
22/05/2026

Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və fədakarlığı
sayəsində Azərbaycan öz dövlətçiliyini qorumuşdur

Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikasını yaratmışdır. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir.
Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır.
Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, milli ordunun yaradılması kimi faktlar dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olunmuşdur. Milli ordu qurulmuş və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edilmişdir. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur.
Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını almışdır.
Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım idi.
XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.
Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Ulu Öndər Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.
2007-ci il 25 may tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Bu qərar Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə yeri və rolunun dərindən öyrənilməsinə xidmət etmişdir.
Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı” təsis olunmuşdur.
1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində qaldırılmış və 1920-ci il aprelin 27-də oradan götürülmüş Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 2018-ci il mayın 24-də yenidən öz Vətəninə qaytarılmışdır və hal-hazırda həmin bayraq Dövlət Bayrağı Muzeyinin əsas eksponatlarından biridir.
2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur. Sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı.

“Biz kompüterlə hansı işləri görə bilirik?” adlı sorğu təşkil olunub.
21/05/2026

“Biz kompüterlə hansı işləri görə bilirik?” adlı sorğu təşkil olunub.

📕Riyaziyyat fənn gecəsi keçirilib. 📕    Tədbirdə şagirdlər müxtəlif maraqlı çıxışlarla iştirak ediblər. Məntiq tapşırıql...
21/05/2026

📕Riyaziyyat fənn gecəsi keçirilib. 📕

Tədbirdə şagirdlər müxtəlif maraqlı çıxışlarla iştirak ediblər. Məntiq tapşırıqları, əyləncəli hesablamalar, səhnəciklər və təqdimatlar gecəyə xüsusi rəng qatıb. İştirakçılar həm biliklərini nümayiş etdirib, həm də tamaşaçılar üçün maraqlı və yadda qalan anlar yaradıblar. Tədbir şagirdlərin riyaziyyata marağının artırılmasına və yaradıcı bacarıqlarının inkişafına töhfə verib.


Azərbaycan şəhərsalma sahəsində regionun aparıcı dövlətidirDünyanın geosiyasi və iqtisadi nizamının yenidən formalaşdığı...
21/05/2026

Azərbaycan şəhərsalma sahəsində regionun aparıcı dövlətidir

Dünyanın geosiyasi və iqtisadi nizamının yenidən formalaşdığı müasir dövrdə Azərbaycan növbəti dəfə bəşəriyyətin gələcək inkişaf istiqamətlərini müəyyən edən strateji mərkəz qismində çıxış edir. COP29-un qlobal miqyaslı tarixi uğurundan sonra paytaxt Bakının daha bir böyük BMT platformasına - Ümumdünya Şəhərsalma Forumunun 13-cu Sessiyasına (WUF13) yüksəksəviyyədə evsahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun bariz göstəricisidir.
Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin proqram xarakterli nitqi tədbirin ideoloji strukturları idi. Dünyanın 182 ölkəsindən 45 mindən çox qeydiyyatdan keçmiş iştirakçının qatıldığı bu mötəbər forum ölkəmizin urbanistika sahəsində təklif etdiyi qlobal çağırışların hədəfinə çevrildi. Dövlətimizin başçısı çıxışında vurğuladı: "Bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk".
Mərasimdə Azərbaycan torpaqlarında qədim yaşayış məskənləri, memarlıq məktəbləri və urbanizasiya ənənələrindən geniş danışıldı, bunların təkcə region üçün deyil, bütövlükdə dünya sivilizasiyasının inkişafında mühüm əhəmiyyət kəsb edildiyi bildirildi. Naxçıvan, Şamaxı, Gəncə, Şəki, Qəbələ kimi şəhərlərin Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı şəhərsalma mədəniyyətinin canlı nümunələri olduğu qeyd edildi.
Azərbaycan Prezidenti İlham Əliyev də məhz bu tarixi irsə xüsusi diqqət çəkərək vurğuladı ki, yurdumuzun qədim şəhərləri memarlıq və şəhərsalma ənənələrinin bu günədək qorunub saxlanıldığı nadir məkanlardandır. Şamaxıda yerləşən VIII əsrə aid məscid, Naxçıvandakı Möminə xatun türbəsi, Gəncənin tarixi siması, Şəki və Qəbələnin qədim abidələri Azərbaycan xalqının yalnız mədəni deyil, həm də urbanistik baxımdan yüksək inkişaf etmiş sivilizasiya yaratdığını göstərir. Azərbaycanda şəhərsalma ənənəsi sadəcə tikinti və memarlıq baxımından təqdirəlayiq fəaliyyəti ilə göz oxşamır, eyni zamanda bu, milli yaddaşın, dövlətçilik tarixinin və mədəni kimliyin qorunmasıdır. Azərbaycanın şəhərləri coğrafi cəhətdən Şərqlə Qərbin və deməli, müxtəlif fərqli sivilizasiyaların və mədəniyyətlərin kəsişməsində yerləşdiyindən onların urbanistik sistemi də müxtəlif memarlıq üslublarının sintezindən formalaşıb. Dövlətimizin başçısı çıxışında dedi: "Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələr var. Şəki şəhərinin yaxınlığında yerləşən Kiş kəndindəki kilsə ola bilsin, dünyadakı ən qədim kilsələrdən biridir. Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir. On beş əsr bundan əvvəl kənd yaradılanda insanlar bu gün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər.”
Azərbaycan Prezidenti öz nitqində tarixi faktlara toxunaraq Bakının ekoloji transformasiyasını dünya birliyinə unikal təcrübə kimi təqdim etdi, paytaxtımızın 1846-cı ildə dünyada ilk sənaye üsulu ilə neft hasil edilən məkan olduğunu xatırlatdı, 180 il ərzində ətraf mühitin qorunmasına sıfır dərəcədə riayət edildiyini, torpaq və havanın ciddi çirklənməyə məruz qaldığını vurğuladı, Bakının keçmişindəki "Qara şəhər", Bibiheybət və Böyükşor ərazilərinin acınacaqlı vəziyyətini diqqətə çatdırdı. Onu da bildirək ki, son 20 ildə həyata keçirilən ekoloji reabilitasiya siyasəti möcüzəvi dəyişikliklərə yol açıb. "Qara şəhər" tamamilə tarixin arxivinə göndərilərək dünyanın ən müasir layihələrindən birinə - "Ağ şəhər"ə çevrilib. Bibiheybət və Böyükşor əraziləri neft gölməçələrindən təmizlənərək yerində böyük yaşıl parklar, idman və istirahət zonaları salınıb. Paytaxtda son illər 100-dən çox yeni park və xiyaban istifadəyə verilib.
Dövlətimizin başçısının xarici qonaqlara bu ərazilərin keçmiş foto-video arxivləri ilə indiki mənzərəsini müqayisə etmək barədə tövsiyəsi Azərbaycanın güclü siyasi iradəsinin sübutu idi. Eyni zamanda "qara qızıl"ın insan kapitalına və yaşıl şəhərsalma modelinə transformasiyası" konsepsiyasının qlobal miqyasda nümayişi idi. Prezident İlham Əliyevin bu mötəbər beynəlxalq platformada həmin tarixi irsə əsaslanaraq verdiyi mesajlar təbii ki, mühüm əhəmiyyət kəsb edirdi. Qeyd edək ki, Bakı şəhərinin memarlıq simasının məhz XIX əsrin ortalarındakı o ilk quyudan sonra başlayan "neft bumu" sayəsində formalaşdığı bir həqiqətdır. Prezident forum iştirakçılarına Bakının təkcə müasir deyil, həm də köklü sənaye və memarlıq tarixinə malik spesifik bir şəhər olduğunu xatırlatdı. Bu, həm də tarixi identikliyin qorunmasının vacibliyini təsdiq edir.
Müasir dövrdə şəhərsalma siyasəti hər bir dövlətin sosial-iqtisadi inkişafını müəyyən edən əsas sahələrdən biri hesab olunur. Dünyada urbanizasiya prosesinin sürətlənməsi, əhalinin şəhərlərdə sıx məskunlaşması və ekoloji problemlərin artması şəhərlərin planlı şəkildə inkişaf etdirilməsini daha da vacib edir. Bu baxımdan, müasir şəhərsalma artıq insanların rahat yaşayışının təmin olunması, ekoloji təhlükəsizliyin qorunması, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tarixi-mədəni irsin yaşadılması kimi mühüm istiqamətləri əhatə edir.
Azərbaycan da son illər şəhərsalma sahəsində mühüm uğurlar əldə edən ölkələr sırasında yer alır. Yurdumuzun müxtəlif bölgələrində həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri müasir inkişaf modelinin formalaşdırılmasına xidmət edir. Yeni yolların salınması, körpülərin və tunellərin tikilməsi, park və bulvarların, xiyabanların yaradılması, yaşayış komplekslərinin və sosial obyektlərin inşası şəhərlərin simasını tamamilə dəyişib. Xüsusilə Bakıda həyata keçirilən yenidənqurma layihələri Azərbaycanın müasir şəhər modelinə keçidinin nümunəsi hesab olunur. Bununla yanaşı, regionlarda da aparılan abadlıq işləri ölkənin hərtərəfli inkişaf strategiyasının tərkib hissəsinə çevrilir.
Prezident İlham Əliyevin çıxışında urbanistlər, memarlar və dövlət idarəçiləri üçün ən mühüm tapşırıq inkişaf metodologiyasındakı həssas balansla bağlı oldu. Dövlətimizin başçısı şəhərlərin böyümə tempini tənzimləyərkən cəsarətli, həmçinin ehtiyatlı yanaşma prinsipini irəli sürdü: "Bu gün xüsusilə paytaxt şəhərlərində şəhər inkişafına olan bu zərurəti tam anlayışla qəbul edərək cəsarətli və ehtiyatlı olmalıyıq". Bu, müasir urbanizasiyanın gətirdiyi rəqəmsal innovasiyalar qəbul edərkən milli-mədəni kimliyin mühafizə dayağıdır.
Cəsarət rəqəmsal idarəetmə, "ağıllı" texnologiyalar və mikromobilliyin infrastruktura sürətlə inteqrasiyasını tələb edir. Ehtiyat isə şəhərlərin tarixi nüvəsinin, memarlıq irsinin "tikinti bumu" qarşısında qorunmasıdır. Prezidentin bu xüsusda Bakı "Formula-1" yarışı ilə bağlı müqayisəsi, əslində, müasir urbanizasiya siyasətinin fəlsəfəsini ifadə edir. Yəni inkişaf sürətli olmalıdır, lakin bu proses tarixi irsin məhv edilməsi hesabına baş verməməlidir. Azərbaycan modeli də məhz bu prinsipə əsaslanır. Burada həm müasirlik, həm milli kimlik, həm texnoloji yenilik, həm də tarixi yaddaş birlikdə qorunur. Bakının Şərq və Qərb memarlığının nadir sintezini özündə birləşdirdiyini qeyd edən Prezident milli irsin gələcək nəsillərə qüsursuz ötürülməsinin vacibliyini önə çəkdi.
Çıxışın əsas xətlərindən biri də Azərbaycanın qarşısında duran böyük miqyaslı quruculuq və bərpa vəzifələri ilə bağlı idi. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma prosesi cəsarətli şəhərsalma siyasətinin bariz nümunəsi kimi təqdim olundu. Bildirildi ki, dağıdılmış infrastrukturun qısa müddətdə yenidən qurulması, yeni yaşayış məntəqələrinin salınması və müasir şəhər modelinin tətbiqi dövlətin riskləri qəbul edərək irəliyə doğru atdığı addımlardır.
Burada "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma təkcə fiziki bərpanı deyil, həm də tamamilə yeni idarəetmə və yaşayış modelinin qurulmasını nəzərdə tutur. Yollar, enerji sistemləri, rəqəmsal idarəetmə mexanizmləri və sosial infrastruktur bir-biri ilə inteqrasiya olunmuş şəkildə planlaşdırılır.
Azərbaycan Prezidenti çıxışında dedi: "Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub". Bir sözlə, Azərbaycanın azad edilmiş torpaqlarında, Qarabağ və Şərqi Zəngəzurda aparılan görünməmiş yenidənqurma işləri bu gün dünya tərəfindən heyranlıqla qarşılanır. 30 illik işğal dövründə tamamilə dağıdılmış, Ağdam və digər şəhərlərimiz sıfırdan, XXI əsrin ən müasir standartları ilə yenidən qurulur. Ölkəmiz dünyaya tamamilə fərqli bir bərpa modeli təqdim edir, yəni keçmiş məcburi köçkünlərin qayıtdığı şəhər və kəndlər ekoloji dayanıqlığın, alternativ enerjinin və smart texnologiyaların tətbiq edildiyi ideal yaşayış məskənlərinə çevrilir. WUF13 platforması Azərbaycanın bu unikal təcrübəsini - münaqişələrdən zərər çəkmiş regionların sürətli bərpa metodologiyasını dün-yaya yaymaq üçün mühüm imkandır.
2022-ci ildən etibarən BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda - uzun illər işğal altında olmuş şəhərlərdə - Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumu keçirilib. Bu forumlar sübut etdi ki, Azərbaycanın post- münaqişə bərpa təcrübəsi dünyada münaqişələrdən və təbii fəlakətlərdən əziyyət çəkən digər regionlar üçün universal nümunə rolu oynaya bilər.
Bu gün Azərbaycan şəhərsalma siyasəti ilə regionda yeni standartlar müəyyənləşdirir. Prezident İlham Əliyevin WUF13-də səsləndirdiyi fikirlər Azərbaycanın şəhərsalma siyasətinin əsas prioritetlərini və gələcək hədəflərini aydın şəkildə ortaya qoyur. Çıxışda dayanıqlı inkişaf, ekoloji təhlükəsizlik, müasir infrastrukturun qurulması və insanların rahat yaşayışının təmin olunması kimi məsələlər xüsusi vurğulanmış və Azərbaycanın gələcəyin şəhərlərini quran ölkə statusunu möhkəmləndirmişdir.
Heç şübhəsiz, Bakı forumu çərçivəsində aparılan müzakirələr bəşəriyyətin daha təhlükəsiz, inklüziv və dayanıqlı şəhərlərdə yaşaması üçün mühüm bir dönüş nöqtəsi olacaqdır.

Şagirdlərlə bullinq və onun növləri haqqında maarifləndirici söhbət aparılıb. Tədbirdə fiziki, psixoloji və kibərbullinq...
21/05/2026

Şagirdlərlə bullinq və onun növləri haqqında maarifləndirici söhbət aparılıb. Tədbirdə fiziki, psixoloji və kibərbullinqin yaratdığı mənfi təsirlər barədə ətraflı məlumat verilib, qarşılıqlı hörmət və düzgün davranış qaydalarının vacibliyi vurğulanıb. Sonda şagirdlər anonim şəkildə hansı bullinq halları ilə qarşılaşdıqlarını qeyd edərək gizli qutuya atıblar.


“Qaraca qız”  filminin müzakirəsi keçirilib. Tədbirdə filmin mövzusu, qəhrəmanların davranışları və əsərdə əks olunan do...
21/05/2026

“Qaraca qız” filminin müzakirəsi keçirilib. Tədbirdə filmin mövzusu, qəhrəmanların davranışları və əsərdə əks olunan dostluq, mərhəmət və insanpərvərlik kimi dəyərlər haqqında şagirdlərlə fikir mübadiləsi aparılıb. Sonda fəal iştirak edən şagirdlər diplomla təltif olunublar.


🌿Milli-mənəvi dəyərlərin, azərbaycançılıq ideologiyasının və vətənpərvərlik hissinin şagirdlər arasında təbliği məqsədil...
21/05/2026

🌿Milli-mənəvi dəyərlərin, azərbaycançılıq ideologiyasının və vətənpərvərlik hissinin şagirdlər arasında təbliği məqsədilə Tarix-Diyarşünaslıq muzeyinə ekskursiya təşkil olunub.

📌Ekskursiya zamanı şagirdlər muzeydə nümayiş olunan tarixi eksponatlar, qədim məişət əşyaları və bölgənin mədəni irsi ilə yaxından tanış olublar. Onlara xalqımızın keçdiyi tarixi yol, milli adət-ənənələrimiz və qəhrəmanlıq nümunələri barədə geniş məlumat verilib. Şagirdlər muzeydə qorunan tarixi nümunələrin xalqımızın milli yaddaşının formalaşmasında mühüm rol oynadığını bildiriblər. Ekskursiya iştirakçılarda tariximizə və milli-mənəvi dəyərlərimizə marağın daha da artmasına səbəb olub. Tədbirin əsas məqsədinin gənc nəslin vətənə bağlı, milli ruhda yetişdirilməsi olduğu vurğulanıb. Sonda şagirdlər belə maarifləndirici ekskursiyaların davamlı keçirilməsinin vacibliyini qeyd ediblər.

📌📌Qarabağın tarixi şəxsiyyətləri mövzusunda maarifləndirici dərs keçirilib. 📌📌   Dərsdə Qarabağın zəngin tarixi, mədəniy...
21/05/2026

📌📌Qarabağın tarixi şəxsiyyətləri mövzusunda maarifləndirici dərs keçirilib. 📌📌

Dərsdə Qarabağın zəngin tarixi, mədəniyyəti və bu torpaqda yetişmiş görkəmli şəxsiyyətlər haqqında geniş məlumat verilib. Şagirdlərə Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli və Bülbül kimi tanınmış simaların həyat və yaradıcılığı barədə məlumat çatdırılıb. Bildirilib ki, bu şəxsiyyətlər Azərbaycan mədəniyyətinin və milli irsinin formalaşmasında mühüm rol oynayıblar. Tədbirdə Qarabağın tarixi abidələri və milli-mənəvi dəyərləri də xüsusi vurğulanıb. Şagirdlər mövzuya böyük maraq göstərərək müzakirələrdə fəal iştirak ediblər. Dərsin sonunda belə maarifləndirici tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıdığı qeyd olunub.

Address

Katex

Website

Alerts

Be the first to know and let us send you an email when M.Şabanov adına Katex 3 saylı tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to M.Şabanov adına Katex 3 saylı tam orta məktəb:

Share

Category