Sabunçu Gənclər evi

Sabunçu Gənclər evi Sabunçu Gənclər Evi

11 sentyabr 2026-cı il tarixində “Bakı 2026 – Dünyanın İdman Paytaxtı” seçilməsinə həsr olunmuş həvəskarlar arasında bas...
15/09/2026

11 sentyabr 2026-cı il tarixində “Bakı 2026 – Dünyanın İdman Paytaxtı” seçilməsinə həsr olunmuş həvəskarlar arasında basketbol 3×3 üzrə Sabunçu rayon turniri keçirilib.

6 komandanın iştirak etdiyi turnirdə:
🥇 “Xankəndi”
🥈 “Sabah”
🥉 “Sabunçu” komandaları qalib olublar.

Turnirin qalibləri və mükafatçıları Bakı Şəhəri Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

15/09/2026

15 Sentyabr – Bilik Günü 📚Yeni biliklərə, yeni hədəflərə və böyük uğurlara doğru!

Bütün şagird və tələbələrə yeni tədris ilində bol uğurlar, yüksək nəticələr arzulayırıq! 💚

Bilik gələcəyin ən güclü sərvətidir!

08 sentyabr 2026-cı il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti və YAP Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı, ...
14/09/2026

08 sentyabr 2026-cı il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti və YAP Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı, Sabunçu Gənclər Evinin iştirakı ilə rayonun fəal gəncləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsini ziyarət ediblər.

Səfər zamanı gənclər fakültənin fəaliyyəti, məzunların uğurlu layihələri və universitetin zəngin kitabxana fondu ilə tanış olublar. 📚🏛️

🕊️ Gələcək sülhlə başlayır! Sülh, birlik və həmrəylik naminə! 💚
14/09/2026

🕊️ Gələcək sülhlə başlayır! Sülh, birlik və həmrəylik naminə! 💚

9 sentyabr 2026-cı il tarixində Sabunçu Gənclər Evində Bakı Şəhəri Gənclər və İdman İdarəsinin Sabunçu rayon sektorunun ...
10/09/2026

9 sentyabr 2026-cı il tarixində Sabunçu Gənclər Evində Bakı Şəhəri Gənclər və İdman İdarəsinin Sabunçu rayon sektorunun təşkilatçılığı ilə “Sağlam qidalanma” mövzusunda təlim keçirilmişdir.

Gəlin, aydın sabahlar üçün bu gün sülhü seçək! 💚
10/09/2026

Gəlin, aydın sabahlar üçün bu gün sülhü seçək! 💚

Sabunçu Gənclər Evində psixoloq Sevilxanım Bunyatzadənin təqdimatında “Bullinqə yox!” adlı görüş keçirildi.Görüşdə bulli...
09/09/2026

Sabunçu Gənclər Evində psixoloq Sevilxanım Bunyatzadənin təqdimatında “Bullinqə yox!” adlı görüş keçirildi.

Görüşdə bullinqin növləri, psixoloji sərhədlərin qorunması və bullinqə qarşı düzgün addımlar barədə danışılıb.

Sentyabrın 3-dən 6-dək Qazax Olimpiya İdman Kompleksində Gənclər Evlərinin direktorları, əməkdaşları və könüllü gəncləri...
08/09/2026

Sentyabrın 3-dən 6-dək Qazax Olimpiya İdman Kompleksində Gənclər Evlərinin direktorları, əməkdaşları və könüllü gənclərin iştirakı ilə “Media Akademiyası” adlı təlim düşərgəsi keçirilib.

Təlim proqramı çərçivəsində iştirakçılara media və kommunikasiya sahəsinin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki biliklər təqdim olunub.

“Press-relizlərin hazırlanması və informasiya təhlükəsizliyi” mövzusunda “Yurd.media”nın baş redaktoru Murad Əliyev, “Sosial medianın effektiv idarə edilməsi” mövzusunda İTV-nin İctimai-siyasi proqramlar departamentinin direktor müavini Araz Balayev, “Televiziya kommunikasiyası və effektiv vizual informasiya idarəçiliyi” mövzusunda ARB24-ün icraçı direktoru Elnur Şibliyev, “Media kommunikasiyası və böhran kommunikasiyasının effektiv idarə edilməsi” mövzusunda isə jurnalist və layihə rəhbəri Xanlar Mehdiyev tərəfindən təlimlər keçirilib.

Layihə çərçivəsində Gənclər Evlərinin əməkdaş və könüllülərinin media savadlılığının artırılması, kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi, eləcə də gənclər siyasəti çərçivəsində həyata keçirilən fəaliyyətlərin ictimaiyyətə daha peşəkar və effektiv şəkildə çatdırılması üçün yeni imkanlar yaradılıb.

Sabunçu Gənclər evinin direktoru Kamil Yaqubov və Bakı Gənclər Mərkəzinin əməkdaşı Kənan Şərifov Antalyada “Gənclərin Də...
08/09/2026

Sabunçu Gənclər evinin direktoru Kamil Yaqubov və Bakı Gənclər Mərkəzinin əməkdaşı Kənan Şərifov Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda uğurla iştirak etmişdir.

29 avqust – 4 sentyabr 2026-cı il tarixlərində Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Türkiyə Respublikasının Antalya şəhərinə səfər həyata keçirilib. “Gənclərin Dəyişimi Proqramı” çərçivəsində baş tutan səfərdə Bakı şəhərindən olan gənclər, müxtəlif gənclər təşkilatlarının və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Sabunçu Gənclər evində Bakı Şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayonu üzrə gənclər və idman sektorunun təşkilatçı...
04/09/2026

Sabunçu Gənclər evində Bakı Şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “Bakı 2026 – Dünyanın İdman Paytaxtı” seçilməsi ilə əlaqədar həvəskar gənclər arasında stolüstü tennis üzrə Sabunçu rayon turniri keçirildi.

Yarışın sonunda qalib və fərqlənən iştirakçılar Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən mükadatlandırıldı.

Address

Bakı şəhəri, Bakıxanov Qəsəbəsi, Yavər Əliyev Küçəsi 91 A
Küçəsi

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00
Saturday 10:00 - 18:00
Sunday 10:00 - 18:00

Telephone

012-425-60-21

Website

Alerts

Be the first to know and let us send you an email when Sabunçu Gənclər evi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sabunçu Gənclər evi:

Shortcuts

Share