Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti

İnşaatçılar Gününüz mübarək!
10/04/2026

İnşaatçılar Gününüz mübarək!

1992 - ci il aprelin 7 - dən 8 - nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndində baş verən faciə zamanı erməni silahlı...
07/04/2026

1992 - ci il aprelin 7 - dən 8 - nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndində baş verən faciə zamanı erməni silahlı birləşmələri tərəfindən 779 nəfər dinc azərbaycanlı sakin hücuma məruz qalıb, 130 - dan çox ev yandırılıb, 32 nəfər amansızlıqla qətlə yetirilib, həmçinin 5 nəfər girov götürülüb, 12 nəfər ağır yaralanıb, 2 nəfər isə itkin düşüb.

Həlak olan soydaşlarımızın əziz xatirəsini dərin ehtiramla anırıq.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü.Soyqırım qurbanlarını dərin hüzn və ehtiramla anırıq! Allah bütün şəhidlərimi...
31/03/2026

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü.
Soyqırım qurbanlarını dərin hüzn və ehtiramla anırıq! Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Hər birinizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, ailə səadəti və firavan günlər arzulayırıq. Bahar bayramı ...
20/03/2026

Hər birinizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, ailə səadəti və firavan günlər arzulayırıq. Bahar bayramı həyatınıza sevinc, yeni ümidlər və bol ruzi-bərəkət yetirsin.
Bayramınız mübarək!

20/03/2026

Müqəddəs Ramazan bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, ailə xoşbəxtliyi və bol ruzi-bərəkət arzulayırıq.
Allah tutduğunuz orucları, etdiyiniz duaları və bütün ibadətlərinizi qəbul etsin!

18/10/2025

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü!
Bu gün biz azadlığımızı, xalqımızın iradəsini və tariximizdəki şanlı zəfəri qeyd edirik.

Kəlbəcər şəhərində ümumşəhər iməcliyi keçirilib. "Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi ...
11/10/2025

Kəlbəcər şəhərində ümumşəhər iməcliyi keçirilib.

"Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinin təşəbbüsü ilə Kəlbəcər şəhərində genişmiqyaslı ümumşəhər iməcliyi keçirilib.

Məqsəd şəhər ərazisində təmizlik və abadlıq işlərinin aparılması, ekoloji mədəniyyətin təşviqi, eləcə də ictimai fəallığın artırılması olub. İməclikdə “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin əməkdaşları, şəhər sakinləri, məktəblilər, eləcə də dövlət müəssisələrinin nümayəndələri iştirak ediblər.

İştirakçılar birgə formada şəhərin müxtəlif ərazilərində məişət tullantılarının yığışdırılması, yaşıllıq zolaqlarının abadlaşdırılması və küçələrin təmizlənməsi işlərini həyata keçiriblər. Bu təşəbbüs Kəlbəcərin ekoloji baxımdan sağlam mühitə çevrilməsi və şəhər sakinlərində təbiətə qayğılı münasibətin formalaşdırılmasına xidmət edir.
Xidmət tərəfindən bu cür tədbirlər davamlı şəkildə həyata keçiriləcək və şəhərin abad, təmiz, yaşıl saxlanması üçün ictimai həmrəylik ön planda tutulacaq.

Birgə səylərimizlə Kəlbəcəri daha təmiz, daha abad edək!

Əziz müəllimlər, gününüz mübarək!
05/10/2025

Əziz müəllimlər, gününüz mübarək!

1 Oktyabr - Beynəlxalq Ahıllar Günüdür.Ən böyük sərvətimiz onların mübarək dualarıdır.
01/10/2025

1 Oktyabr - Beynəlxalq Ahıllar Günüdür.
Ən böyük sərvətimiz onların mübarək dualarıdır.

Kəlbəcərdə 27 sentyabr Anım Gününə həsr olunan - “Yaşıl irs – əbədi xatirə” ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiya...
27/09/2025

Kəlbəcərdə 27 sentyabr Anım Gününə həsr olunan - “Yaşıl irs – əbədi xatirə” ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyası Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Tədbir 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində həyatını itirən şəhidlərimizin xatirəsinin anılması məqsədilə, onların əziz xatirəsinə həsr edilib.

27 sentyabr 2020-ci il tarixindən etibarən ölkəmizdə Vətən müharibəsi başlamışdır. Həmin günün xatirəsi şəhidlərimizin əziz ruhuna ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 2 dekabr tarixində imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncamına əsasən qeyd edilir.

Aksiya çərçivəsində Kəlbəcərin iqliminə uyğun 100 ədəd ağac (qara şam, çinar, birgöz, arizona sərvi və s) əkilib.

Layihənin əsas məqsədi 27 sentyabr – Anım Gününün mahiyyətini gənc nəslə çatdırmaq, şəhidlərin xatirəsini əbədiləşdirmək, onların Vətən uğrunda göstərdiyi qəhrəmanlığı, şücaəti təbliğ etmək və gənclərdə vətənpərvərlik ruhunu gücləndirməkdir.


27/09/2025

27 sentyabr - Anım Günü

Vətən müharibəsində canından keçmiş qəhrəman şəhidlərimizi dərin ehtiramla yad edirik.


Kəlbəcərə böyük qayıdış davam edir“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dö...
20/09/2025

Kəlbəcərə böyük qayıdış davam edir

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Kəlbəcərə növbəti köç karvanı ilə 29 ailə (115 nəfər) qayıdıb.

İndiyədək ümumilikdə 81 ailənin (338 nəfərin) qayıdışı reallaşıb.

İşğaldan azad olunmuş ərazilərin bərpası və məcburi köçkünlərin könüllü, təhlükəsiz geri dönüşü uğurla davam edir.

Address

Kälbäjär
AZ3200

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share