Kəlbəcər Xüsusi Nümayəndəliyi

Kəlbəcər Xüsusi Nümayəndəliyi Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi

01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Ulu Öndər Heydər Əliyevin “cəmiyyətimizin gülü-çiçəyi, bugünü və gələcəyi” adlandırdığı uşaqlarımız müstəqil Azərbaycanın sabahını formalaşdıran ən qiymətli sərvətimizdir.

Bu əlamətdar gün münasibətilə bütün uşaqları təbrik edir, onlara sağlam, xoşbəxt və firavan həyat, uğurlu gələcək arzulayırıq.

28 May - Müstəqillik Günü Azərbaycanın dövlətçilik tarixində mühüm və şərəfli bir səhifədir. Müstəqillik Günümüz Mübarək...
27/05/2026

28 May - Müstəqillik Günü Azərbaycanın dövlətçilik tarixində mühüm və şərəfli bir səhifədir.

Müstəqillik Günümüz Mübarək!

Xalqımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, kəsilən bütün qurbanların, edilən duaların və tutula...
26/05/2026

Xalqımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, kəsilən bütün qurbanların, edilən duaların və tutulan niyyətlərin qəbul olunmasını arzulayırıq.

Qurban bayramınız mübarək!

As part of WUF13, the Azerbaijan Pavilion hosted the event “The Road from Urbicide to Post-Conflict Reconstruction,” org...
22/05/2026

As part of WUF13, the Azerbaijan Pavilion hosted the event “The Road from Urbicide to Post-Conflict Reconstruction,” organized by the Special Representatives of the President of Azerbaijan in Lachin and Kalbajar.


WUF13 (Ümumdünya Şəhərsalma Forumu) çərçivəsində Azərbaycan Pavilyonunda Azərbaycan Respublikası Prezidentinin Laçın və Kəlbəcər rayonları üzrə xüsusi nümayəndəliklərinin təşkilatçılığı ilə "Urbisid (şəhərlərin məhvi) yolundan münaqişədən sonrakı yenidənqurmaya doğru" adlı tədbir keçirilmişdir.

Görüntülər fərqlidir, amma doğma torpaqlara olan sevgi isə heç zaman dəyişmədi!Kəlbəcər artıq doğma Azərbaycana keçmişin...
14/05/2026

Görüntülər fərqlidir, amma doğma torpaqlara olan sevgi isə heç zaman dəyişmədi!

Kəlbəcər artıq doğma Azərbaycana keçmişin hüzn dolu xatirələrini deyil, yenidən başlayan həyatı, qurulan gələcəyi və qayıdışın sevincini bəxş edir.

10 May - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 - cü ildönümü münasibətilə Kəlbəcər şəhərində “Yaşıl Miras...
10/05/2026

10 May - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 - cü ildönümü münasibətilə Kəlbəcər şəhərində “Yaşıl Mirasdan Güclü Gələcəyə” şüarı altında ağacəkmə aksiyası keçirilib.

Sosial təşəbbüs Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və ərazidə fəaliyyət göstərən digər qurumların iştirakı ilə həyata keçirilib.

Aksiya çərçivəsində müxtəlif növ ağac tingləri əkilərək regionun yaşıllıq örtüyünün genişləndirilməsi, ətraf mühitin qorunması, ekoloji balansın bərpası və gələcək nəsillər üçün daha sağlam mühitin formalaşdırılması məqsədi daşıyıb. Tədbir iştirakçıları təbiətin mühafizəsinin hər bir vətəndaşın ortaq məsuliyyəti olduğunu vurğulayaraq, yaşıllıqların artırılmasının ekoloji dayanıqlılığın təmin edilməsində mühüm rol oynadığını bildiriblər.

Keçirilən aksiya həm təbiətə qayğının təşviqi, həm də ekoloji dəyərlərin gələcək nəsillərə aşılanması baxımından mühüm əhəmiyyət daşıyır.

10 May - müstəqil Azərbaycan dövlətinin memarı, uzaqgörən siyasi xadim və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin an...
09/05/2026

10 May - müstəqil Azərbaycan dövlətinin memarı, uzaqgörən siyasi xadim və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 - cü ildönümüdür.

Ulu Öndərin müəyyən etdiyi inkişaf yolu, dövlətçilik prinsipləri və milli həmrəylik ideyaları bu gün də Azərbaycanın güclənməsinə, yeni uğurlara aparan əsas dayaqlardandır.

Əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq.

06/05/2026

təbiətinin möcüzəsi –

Kəlbəcərin Zülfüqarlı kəndi ərazisindəki məşhur İstisu termal mineral bulağı xalqımızın təbii sərvətlərindəndir. ⛰️

➡ Web: https://idp.gov.az/az/news/2843
➡ Telegram: http://t.me/idpgovaz

24/04/2026

Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı

Ölkəmizin ərazisindəki alban məbədlərinin mirvarisi adlandırılan Xudavəng monastrı VI-XIII-XVIII əsrlərdə inşa elmiş tarixi abidədir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu məbəd kompleksi haqqında videoçarx hazırlanıb.

Kəlbəcər rayonunda yerləşən monastrın tarixi və memarlıq xüsusiyyətləri, bölgənin mədəni irsindəki əhəmiyyəti videoçarxda ətraflı şəkildə işıqlandırılır. Layihənin məqsədi – bölgənin çoxəsrlik tarixi və maddi-mənəvi irsinin təbliğ etməkdir. 🕍

➡ idp.gov.az

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Başlıbel faciəsindən 33 il ötür...
18/04/2026

Başlıbel faciəsindən 33 il ötür...

Address

Kälbäjär
AZ3200

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Kəlbəcər Xüsusi Nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share