Cəlilabad Rayon İcra Hakimiyyəti

Cəlilabad Rayon İcra Hakimiyyəti Cəlilabad Rayon İcra Hakimiyyəti
Ünvanı : Cəlilabad şəhəri, H.Əliyev prospekti - 203
Tel: (+994 025-24) 5-33-61
E-mail: [email protected]

✅️ Cəlilabad rayonunda Kövüzbulaq kənd tam orta ümumtəhsil məktəbinin yeni binasının açılışı olubTədbirdə rayon icra hak...
15/09/2026

✅️ Cəlilabad rayonunda Kövüzbulaq kənd tam orta ümumtəhsil məktəbinin yeni binasının açılışı olub

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini İlham Cavadov, Lənkəran-Astara Regional Təhsil idarəsinin müdiri Bəhruz Mehdiyev, RİH-in məsul şəxsləri, məktəbin pedaqoji kollektivi, məktəblilər və valideynlər iştirak edib.
Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov yeni məktəbin istifadəyə verilməsi münasibətilə məktəb kollektivini təbrik edib, son illər təhsilin inkişafı üzrə əhəmiyyətli işlərin görüldüyünü vurğulayıb. Rayon rəhbəri qeyd edərək qarşıya qoyulan əsas vəzifə yüksək istedad və qabliyyətə, eləcə də milli mənəvi dəyərlərə sahib vətənpərvər gənclərin yetişdirilməsi olduğunu bildirib.
Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini İlham Cavadov və Lənkəran-Astara Regional Təhsil idarəsinin müdiri Bəhruz Mehdiyev çıxışlarında “Bilik Günü” və yeni tədris ilinin başlanması münasibətilə pedaqoji kollektivi, şagirdləri və valideynləri təbrik edib, yeni məktəbdə daha savadlı kadrlar hazırlanması yolunda kollektivə uğurlar arzulayıblar.
Qonaqlar daha sonra təhsil ocağında yaradılmış şəraitlə tanış olublar.
Bildirilib ki, Kövüzbulaq kənd tam orta ümumtəhsil məktəbi 180 şagird yerlik, iki mərtəbəli yeni binadan ibarətdir. Burada 15 sinif otağı ilə yanaşı, kimya, biologiya və fizika laboratoriyaları, kompüter və STEAM otaqları, ibtidai hərbi hazırlıq və əmək kabinetləri, kitabxana, yeməkxana, akt və idman zalları yaradılıb. Məktəbin 288 kvadratmetr sahəsi olan qapalı idman zalı ilə yanaşı, həyətyanı ərazidə müxtəlif yaş qrupları üçün oyun və idman meydançaları, açıq futbol sahəsi salınıb. İçməli su və yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq su anbarları da quraşdırılıb.

✅️ Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının XI hesabat konfransı keçirilib11 sentyabr 2026-cı il tarixində...
11/09/2026

✅️ Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının XI hesabat konfransı keçirilib

11 sentyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatının XI hesabat konfransı keçirilib.
Konfransda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Milli Məclisin deputatları Elman Nəsirov və Malik Həsənov, YAP Mərkəzi Aparatının nümayəndəsi Əli Axundov, YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, rayon təşkilatının əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları və qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra konfrans YAP Cəlilabad rayon təşkilatının binasında davam etdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı hesabat məruzəsi ilə çıxış edərək təşkilatın hesabat dövründə gördüyü işlər, qarşıya qoyulan vəzifələrin icrası və əldə olunan nəticələr barədə məlumat verib. Bildirilib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən ölkəmizin inkişafına və dövlətçilik maraqlarına xidmət edən siyasi xətt üzrə ardıcıl fəaliyyət göstərib.
Çıxışda müasir müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsindən bəhs olunub. Qeyd edilib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kursun Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz mühüm sosial-iqtisadi və siyasi nailiyyətlər əldə edib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası 30 ildən artıq dövr ərzində şərəfli inkişaf yolu keçərək xalqımıza və dövlətimizə sədaqətlə xidmət edib və ölkəmizin aparıcı siyasi qüvvəsinə çevrilib.
RİH başçısı YAP-ın Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafındakı xidmətlərinin danılmaz olduğunu vurğulayıb, partiyanın fəaliyyətinin cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Bildirilib ki, YAP Cəlilabad rayon təşkilatı rayonun ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı, gənclərin və qadınların ictimai fəallığının artırılması, şəhid ailələrinə və qazilərə diqqət və qayğının göstərilməsi, dövlət siyasətinin yerlərdə təbliği və həyata keçirilməsi istiqamətində də ardıcıl fəaliyyət göstərir.
Milli Məclisin deputatları Elman Nəsirov və Malik Həsənov çıxışlarında Yeni Azərbaycan Partiyasının yaradılmasının müasir Azərbaycanın siyasi tarixinin mühüm hadisələrindən biri olduğunu qeyd ediblər. Bildirilib ki, ümumxalq partiyası olan YAP bu gün nəinki ölkəmizin, bütövlükdə regionun nüfuzlu siyasi təşkilatlarından biridir. Çıxışlarda xalqın Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti və onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasını dəstəklədiyi, partiyanın ətrafında sıx birləşdiyi vurğulanıb.
Digər çıxış edənlər YAP-ın ölkənin ictimai-siyasi həyatında fəal rolundan, partiyanın qarşıya qoyduğu məqsəd və vəzifələrin həyata keçirilməsində ərazi partiya təşkilatlarının fəaliyyətinin əhəmiyyətindən danışıblar.
YAP Mərkəzi Aparatının nümayəndəsi Əli Axundov çıxışında Cəlilabad rayon təşkilatının fəaliyyəti, ərazi partiya təşkilatlarında işin səmərəli təşkili, partiya üzvlərinin ictimai fəallığının artırılması istiqamətində görülən işlər barədə məlumat verib. O, rayon təşkilatının qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində həyata keçirdiyi tədbirlərin və əldə olunan nəticələrin əhəmiyyətini qeyd edib.
Konfransda YAP Cəlilabad rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib, Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

✅️ Rafiq Cəlilov İnili kənd sakinləri ilə səyyar qəbul-görüş keçiribAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əl...
09/09/2026

✅️ Rafiq Cəlilov İnili kənd sakinləri ilə səyyar qəbul-görüş keçirib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması və onların problemlərinin yerində öyrənilərək həll edilməsi ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov İnili kənd sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib.
Görüşdə rayon icra hakimiyyəti aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə, müəssisə və təşkilatların nümayəndələri, həmçinin kənd sakinləri iştirak ediblər.
Qəbul başlamazdan əvvəl Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Səyyar qəbul zamanı Rafiq Cəlilov kənd sakinlərini ayrı-ayrılıqda dinləyərək onların müraciət, təklif və problemləri ilə maraqlanıb. Qaldırılan məsələlərin bir qismi yerindəcə araşdırılıb, rayon icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin həlli ilə bağlı aidiyyəti şəxslərə konkret tapşırıqlar verilib. Səlahiyyətlərdən kənar məsələlərin isə aidiyyəti dövlət qurumları qarşısında qaldırılması tapşırılıb.
Rayon rəhbəri vətəndaşların müraciətlərinin diqqətdə saxlanılacağını, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini və bu məsələlərin şəxsi nəzarətində olduğunu bildirib.
Sakinlər onların müraciət və problemlərinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edib, əhalinin sosial və məişət problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Cəlilabadda ali təhsil müəssisələrinə qəbul imtahanlarında rayon üzrə yüksək bal toplayan məzunlarla görüş keçirilib7 se...
07/09/2026

Cəlilabadda ali təhsil müəssisələrinə qəbul imtahanlarında rayon üzrə yüksək bal toplayan məzunlarla görüş keçirilib

7 sentyabr 2026-cı il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı 2025-2026-cı tədris ilində Respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında rayon üzrə yüksək bal toplayan məzunlarla görüşüb.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayon təhsil sektorunun müdiri İlkin Zeynalov, müəllimlər, valideynlər və məzunlar iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən RİH başçısı Rafiq Cəlilov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, həmçinin tələbə adını qazanan bütün məzunları, onların valideynlərini təbrik edib, müəllimlərə təşəkkürünü bildirib. Rafiq Cəlilov bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident cənab İlham Əliyev ilə Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilən təhsil strategiyası ölkəmizin dayanıqlı inkişafının təminatçısıdır. Bu gün qazanılan hər bir uğur, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması məhz güclü dövlətçilik, səmərəli gənclər və təhsil siyasətinin bəhrəsidir. RİH başçısı gənclərin ali məktəblərdə də yüksək intizam və bilik nümayiş etdirəcəklərinə, gələcəkdə peşəkar kadr kimi respublikamızın tərəqqisinə töhfə verəcəklərinə əminliyini ifadə edib.
Həmçinin çıxış edən rayon təhsil sektorunun müdiri İlkin Zeynalov, müəllimlər, valideynlər və məzunlar ölkəmizin təhsil sahəsinə göstərilən yüksək dövlət qayğısından geniş bəhs ediblər.
Sonda tələbə adını qazanan yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan məzunlara Fəxri Fərmanlar və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

✅️ Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tərəfindən növbəti vətəndaş qəbulu keçirilibCəlilabad Rayon...
04/09/2026

✅️ Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tərəfindən növbəti vətəndaş qəbulu keçirilib

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov hər həftə olduğu kimi vətəndaşların müraciətlərinin dinlənilməsi məqsədilə icra hakimiyyətinin inzibati binasında qəbul keçirib.
Qəbulda aparatın əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak etmişdir.
Qəbul zamanı rayon rəhbəri tərəfindən vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, icra hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər məsələlər ilə bağlı isə aidiyyəti qurumların yerli nüamyəndələrinə konkret tapşırıqlar verilmişdir.
Vətəndaşlar əhalinin problemlərinin həlli istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

M Ə L U M A T !04 sentyabr 2026-cı il tarixdə saat 10:00-dan 13:00-dək yararsız naqillərin yenilənməsi işləri ilə əlaqəd...
03/09/2026

M Ə L U M A T !

04 sentyabr 2026-cı il tarixdə saat 10:00-dan 13:00-dək yararsız naqillərin yenilənməsi işləri ilə əlaqədar Cəlilabad rayonunun 44 yaşayış məntəqəsi üzrə 8033 abonentin (Kövüzbulaq, Zəhmətabad, Edişə Musalı, Ləkin, Əsədli, Şatırlı, Badamağac, Buravar, Qarakazımlı, Dələli, Moranlı, Sarxanlı, Zərbəli, Mikayıllı, Qarğılı, Təklə, Abazallı, Babalı, Boyxanlı, Məlikqasımlı, Məşədilər, Dostallı, Novruzallı, Şötüklü, Yusifli, Cəngan, Ağusəm, Çinar, Fərəcullalı, Ləzran, Soltankənd, Tahirli, Cəlayir, Lallar, Mirzəli, Xanəgah, Çəmənli, Pərdi, Türkelli, Şorbaçı, Mədətli, Məmmədrzalı və Şükürlü kəndləri) elektrik enerjisi ilə təchizatında fasilə yaranacaqdır.

✅️ Moranlı kənd sakinləri ilə səyyar qəbul-görüş keçirilib02 sentyabr 2026-cı il tarixində Cəlilabad Rayon İcra Hakimiyy...
02/09/2026

✅️ Moranlı kənd sakinləri ilə səyyar qəbul-görüş keçirilib

02 sentyabr 2026-cı il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü Moranlı kənd sakinləri ilə keçirib. Görüşdə rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.
Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rafiq Cəlilov bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasıdır. Rayon rəhbəri yerli sakinlərin bütün istək və qayğılarını dinləyib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına dair göstərişlərini verib, icra hakimiyyətinin səlahiyyətləri xaricində olan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlərin olunmasını tapşırıb. Rafiq Cəlilov heç bir müraciətin diqqətdən kənarda qalmayacağını və qaldırılan bütün məsələlərin şəxsi nəzarətində olduğunu qeyd edib.
Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun 2026-cı ilin sentyabr ayında keçirəcəyi səyyar qəbulların qr...
31/08/2026

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun 2026-cı ilin sentyabr ayında keçirəcəyi səyyar qəbulların qrafiki

✅️ Cəlilabad rayonunda təhsil işçilərinin konfransı keçirilib27 avqust 2026-cı il tarixində Lənkəran-Astara Regional Təh...
27/08/2026

✅️ Cəlilabad rayonunda təhsil işçilərinin konfransı keçirilib

27 avqust 2026-cı il tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun əməkdaşlarının və rayonun təhsil işçilərinin iştirakı ilə Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində konfrans keçirilib.
Konfransda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun müdiri İlkin Zeynalov və təhsil iççiləri iştirak etmişdir.
Tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb.
Daha sonra Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov təhsil sahəsində görülən işlərin əhəmiyyətini vurğulayıb, müəllim və təhsil işçilərinin fəaliyyətini yüksək qiymətləndirib. RİH başçısı rayonun təhsil sisteminin inkişafı, infrastrukturun yaxşılaşdırılması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun müdiri İlkin Zeynalov hesabat məruzəsi ilə çıxış edib. Məruzədə ötən dövr ərzində görülən işlər, təhsil göstəriciləri, müəllimlərin peşəkar inkişafı və şagird nailiyyətləri barədə ətraflı məlumat verilib.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev isə regional təhsil siyasəti, qarşıda duran vəzifələr və gələcək planlar haqqında danışıb. O, təhsil işçilərinin peşəkarlığını artırmaq, təhsilin keyfiyyətini yüksəltmək və müasir tələblərə uyğun şərait yaratmaq istiqamətində görüləcək işlərə toxunub.
Konfransda digər çıxışlar da dinlənilib. Tədbirdə iştirakçılar təhsil sahəsində mövcud vəziyyəti müzakirə edib, təklif və rəylərini bildiriblər.

Address

Cəlilabad şəhəri, Heydər Əliyev Prospekti/203
Jälilabad
AZ1500

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994252453361

Alerts

Be the first to know and let us send you an email when Cəlilabad Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Cəlilabad Rayon İcra Hakimiyyəti:

Shortcuts

Share