İsmayıllı Rayon İcra Hakimiyyəti

İsmayıllı Rayon İcra Hakimiyyəti


Günün istənilən vaxtında bu əlaqə nömrəsindən istifadə edə bilərsiniz.

Permanently closed.

İsmayıllı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq üçün rayon daxili stasionar telefonlardan 164, mobil telefonlardan (020) 28-164 nömrəli "Qaynar xətt" xidmətinizdədir. Növbətçilər tərəfindən müraciətlərin qeydiyyatı aparılır. Qeydiyyata alınan müraciətlər RİH başçısına məruzə olunur. Müraciət edərkən özünüzü təqdim etməyiniz, fikrinizi qısa və aydın şəkildə çatdırmağınız xahiş olunur.

Azərbaycanın enerji siyasəti və qlobal enerji təhlükəsizliyində roluPrezident İlham Əliyev 2026-cı il iyunun 1-də Bakı E...
03/06/2026

Azərbaycanın enerji siyasəti və qlobal enerji təhlükəsizliyində rolu

Prezident İlham Əliyev 2026-cı il iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edərək Azərbaycanın enerji siyasətinin uğurlarından, ölkənin enerji təhlükəsizliyinə verdiyi töhfələrdən və gələcək perspektivlərdən danışmışdır.

Dövlət başçısı bildirib ki, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoymuş, zaman keçdikcə genişlənərək beynəlxalq əhəmiyyətli Bakı Enerji Həftəsinə çevrilmişdir. Prezident vurğulamışdır ki, dünyanın ən iri qaz yataqlarından biri olan Şahdəniz üzrə müqavilənin imzalanması Azərbaycanın qaz hasilatında yeni mərhələnin başlanğıcı olmuşdur. O, Bakı Enerji Həftəsinin qlobal enerji səhnəsində aparıcı tədbirlərdən biri olduğunu qeyd etmişdir.

Çıxışda enerji təhlükəsizliyinin əhəmiyyəti xüsusi vurğulanmış, neft və qaz istehsalçılarının əsassız tənqid edilməsinin düzgün olmadığı bildirilmişdir. Prezident qeyd etmişdir ki, dünya faydalı qazıntılar olmadan yaşaya bilməz və enerji siyasətində praqmatik yanaşma əsas götürülməlidir.

Prezident İlham Əliyev Azərbaycanın enerji inkişafının əsasının 1994-cü ildə qoyulduğunu xatırlatmış, həmin dövrdə ölkənin ağır iqtisadi və siyasi vəziyyətdə olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, təbii sərvətlərdən səmərəli istifadə nəticəsində ölkədə yoxsulluq və işsizlik səviyyəsi əhəmiyyətli dərəcədə azalmış, iqtisadi sabitlik təmin olunmuşdur. Bu gün Azərbaycanın xarici borcu ən aşağı səviyyələrdən biridir və ölkənin strateji valyuta ehtiyatları xarici borcu 18 dəfədən çox üstələyir.

Dövlət başçısı iqtisadi inkişafın güclü ordunun formalaşmasına imkan yaratdığını vurğulayaraq, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbənin ölkənin iqtisadi və hərbi potensialının nəticəsi olduğunu bildirmişdir.

Çıxışda Azərbaycanın həyata keçirdiyi beynəlxalq enerji layihələrinin əhəmiyyətindən də bəhs olunmuşdur. Qeyd edilmişdir ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP layihələri ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və onların 10-u Avropa İttifaqının üzvüdür.

Prezident Azərbaycanın Xəzər dənizinin şərq sahilində yerləşən tərəfdaş ölkələr üçün mühüm tranzit imkanları yaratdığını, həmçinin SOCAR-ın beynəlxalq fəaliyyətinin genişləndiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, ölkəmiz yalnız neft və qaz deyil, neft məhsulları, elektrik enerjisi, neft-kimya məhsulları və bərpaolunan enerji sahəsində də ixrac potensialını artırır.

Dövlət başçısı mövcud qaz ehtiyatlarının ən azı yüz il ərzində ölkənin və tərəfdaş dövlətlərin tələbatını ödəməyə kifayət edəcəyini bildirmişdir. Bununla yanaşı, Azərbaycanın bərpaolunan enerji sahəsinə böyük sərmayələr yatırdığı qeyd olunmuşdur. Gələn ilin sonuna qədər günəş və külək enerjisi üzrə gücün 2 giqavata, 2032-ci ilin sonuna qədər isə 8 giqavata çatdırılması planlaşdırılır.

Prezident İlham Əliyev Qara dəniz Enerji Kabeli layihəsinin, Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan enerji bağlantısının və Mərkəzi Asiya ilə yaşıl enerji əməkdaşlığının strateji əhəmiyyətini vurğulamışdır. O, həmçinin Şərq-Qərb nəqliyyat dəhlizinin uğurla fəaliyyət göstərdiyini, Zəngəzur dəhlizinin isə regionun nəqliyyat imkanlarını daha da genişləndirəcəyini bildirmişdir.

Sonda Prezident İlham Əliyev Azərbaycanın təşəbbüsləri və investisiyaları nəticəsində formalaşan geniş regional əməkdaşlıq mühitinin gələcəkdə də enerji təhlükəsizliyinə və iqtisadi inkişafa mühüm töhfələr verəcəyinə əminliyini ifadə etmişdir.

İsmayıllı rayon R.Qurbanov adına Uştalqışlaq kənd tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Pərvanə Mustafalı

İsmayıllıda Dövlət Proqramının icrası ilə bağlı Narkomanlığa və Narkotik  Vasitələrin  Qanunsuz dövriyyəsinə Qarşı Mübar...
02/06/2026

İsmayıllıda Dövlət Proqramının icrası ilə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və İsmayıllı Rayon İcra Hakimiyyətinin, Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin birgə təşkilatçılığı ilə 5 saylı şəhər tam orta məktəbdə “Gənclər zərərli vərdişlərə yox deyir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə RİH başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Rasim Rəhimov açaraq iştirakçıları salamlayıb və tədbirin mövzusu barədə məlumat verib.

Tədbirdə Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin layihə rəhbəri Büllür Məmmədova, İşçi Qrupunun məsul əməkdaşı hüquq üzrə fəlsəfə doktoru Vasif Quliyev, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşı Rəşad Əlizadə çıxış edərək təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlılığının təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi və qarşılıqlı birgə fəaliyyətin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi barədə tövsiyələr verib.

Tədbir iştirakçıları narkomaniyaya qarşı mübarizəyə dair öz fikir və təkliflərini bildirmiş, tədbir qarşılıqlı dialoqla yekunlaşıb.Tədbir iştirakçılarına mövzuya dair maarifləndirici bukletlər paylanılıb.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü✨Bu gün dünyanın ən saf təbəssümünə, ən ülvi sevgisinə və ən böyük ümidinə s...
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü✨

Bu gün dünyanın ən saf təbəssümünə, ən ülvi sevgisinə və ən böyük ümidinə sahib olan uşaqların günüdür.

Uşaqlar həyatımıza sevinc gətirən, gələcəyimizi formalaşdıran ən qiymətli sərvətimizdir. Onların xoşbəxt, sağlam, təhlükəsiz və qayğı ilə əhatə olunmuş mühitdə böyüməsi hər bir cəmiyyətin ən vacib vəzifəsidir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların sağlam və təhlükəsiz mühitdə böyüməsi, keyfiyyətli təhsil alması və hərtərəfli inkişafı daim diqqət mərkəzində saxlanılır. Gələcəyimizin etibarlı təminatı olan uşaqların xoşbəxt böyüməsi üçün dövlət tərəfindən mühüm layihələr və sosial proqramlar həyata keçirilir.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün balaca fidanları ürəkdən təbrik edir, onlara sevinc dolu uşaqlıq, uğurlu gələcək və arzularının gerçəkləşdiyi bir ömür arzulayırıq.

Qoy hər bir uşağın üzü gülsün, arzuları qanad açsın, gələcəyi isə işıqlı olsun!

İsmayıllıda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub.İyunun 1-də İsmayıllı şəhərində yerləşən Heydər Əli...
01/06/2026

İsmayıllıda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub.

İyunun 1-də İsmayıllı şəhərində yerləşən Heydər Əliyev adına Parkda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib.

Tədbirdə rayonun məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqlar və ibtidai sinif şagirdləri iştirak ediblər. Bayram proqramında İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, İsmayıllı Təhsil Sektorunun müdiri Rəşid Məmmədov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov eləcə də təhsil və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində rayonun uşaq bağçalarının fidanları və məktəbliləri bir-birindən maraqlı rəqs və musiqi nömrələri ilə çıxış edərək öz bacarıq və istedadlarını nümayiş etdiriblər. Balacaların rəngarəng çıxışları iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Çıxış edən qonaqlar uşaqları bayram münasibətilə təbrik edərək ölkəmizdə uşaqların hərtərəfli inkişafı, onların hüquqlarının qorunması və rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışıblar.

Sonda tədbirdə iştirak edən bütün uşaqlara müxtəlif hədiyyələr təqdim olunub və onlar bayram sevincini bölüşüblər.

27/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

İsmayıllıda qurban bayramı qeyd olunub.Dini ayinlərin icrası ilə başlanan bayram tədbirində dövlətimizin firavanlığı, tə...
27/05/2026

İsmayıllıda qurban bayramı qeyd olunub.

Dini ayinlərin icrası ilə başlanan bayram tədbirində dövlətimizin firavanlığı, tərəqqisi, xalqımızın rifahı naminə dualar edilib, bayram namazı qılınıb, qurbanlar kəsilib.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yaradılmış qruplar vasitəsilə bayram münasibətilə şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, əlillərə və bütün aztəminatlı ailələrə Qurban payları verilib.

Ümumilikdə 108 yaşayış məntəqəsini əhatə edən 37 inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə altı min nəfərədək rayon sakininə ümumi çəkisi 7 tona yaxın qurban payı verilib.

27/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

RİH başçısının Diyallı kəndində vətəndaşlarla keçirdiyi səyyar görüş-qəbul zamanı kənddaxili yolların təmiri ilə bağlı m...
26/05/2026

RİH başçısının Diyallı kəndində vətəndaşlarla keçirdiyi səyyar görüş-qəbul zamanı kənddaxili yolların təmiri ilə bağlı müraciətlər səsləndirilmişdir.

Qaldırılan məsələ ilə əlaqədar olaraq RİH başçısı tərəfindən aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş və operativ şəkildə işlərə başlanılmışdır.

Diyallı kəndində kənddaxili yolların təmiri başa çatdıqdan sonra isə növbəli şəkildə digər kəndlərdə də daxili yolların təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

25 may 2026-cı il tarixində İsmayıllı rayonu ərazisində müşahidə olunan intensiv yağışlar nəticəsində İsmayıllı Kommunal...
25/05/2026

25 may 2026-cı il tarixində İsmayıllı rayonu ərazisində müşahidə olunan intensiv yağışlar nəticəsində İsmayıllı Kommunal Müəssisələri Kombinatına məxsus məişət tullantılarının idarə olunması poliqonunda yağış sularının ötürülməsi məqsədilə qazılmış arxların həddindən artıq dolması səbəbindən bəzi hissələrdə su poliqona gedən avtomobil yoluna çıxmışdır.

Yaranmış vəziyyətlə əlaqədar gün ərzində operativ tədbirlər həyata keçirilmiş, xüsusi texnikalar əraziyə cəlb olunmuş, suötürücü arxlar təmizlənmiş və əlavə yeni arxlar qazılmışdır.

Hazırda ərazidə vəziyyət tam nəzarət altındadır və hər hansı problem mövcud deyil.

İsmayıllının gələcəyi üçün birgə müzakirə və ortaq baxış Ağsaqqalların, ictimaiyyət nümayəndələrinin, ziyalıların və müx...
25/05/2026

İsmayıllının gələcəyi üçün birgə müzakirə və ortaq baxış

Ağsaqqalların, ictimaiyyət nümayəndələrinin, ziyalıların və müxtəlif sahələri təmsil edən sakinlərin iştirakı ilə geniş və əhatəli görüş keçirilib. Görüş zamanı İsmayıllı şəhərində 2026-cı ildə həyata keçirilməsi nəzərdə tutulan abadlıq, infrastruktur, şəhərsalma və sosial inkişaf layihələri geniş şəkildə müzakirə olunub.

Çıxışlarda vurğulanıb ki, şəhərin inkişafı yalnız həyata keçirilən layihələrlə deyil, eyni zamanda vətəndaşların fəal iştirakı, fikir və təklifləri ilə daha səmərəli və dayanıqlı nəticələr verir. Bu baxımdan sakinləri narahat edən məsələlərin, mövcud problemlərin və gündəmdə olan aktual mövzuların açıq şəkildə səsləndirilməsinin vacibliyi qeyd olunub. Bildirilib ki, cəmiyyətin müxtəlif təbəqələrinin fikirlərinin dinlənilməsi gələcək planlamanın daha düzgün qurulmasına, insanların real ehtiyaclarının nəzərə alınmasına və qəbul edilən qərarların daha effektiv olmasına imkan yaradır.

Görüşdə həmçinin qeyd edilib ki, bu cür müzakirələr idarəetmə ilə vətəndaş arasında qarşılıqlı etimadın möhkəmlənməsində mühüm rol oynayır. Səsləndirilən təkliflər, aparılan fikir mübadiləsi və irəli sürülən təşəbbüslər şəhərin gələcək inkişaf istiqamətlərinin müəyyən olunmasına mühüm töhfə verib.

Səmimi və konstruktiv atmosferdə keçən görüş qarşılıqlı fikir mübadiləsi, faydalı təkliflər və qəbul olunan qərarlarla yadda qalıb. İsmayıllının daha müasir, abad və yaşanılabilir şəhərə çevrilməsi istiqamətində belə görüşlərin xüsusi əhəmiyyət daşıdığı bir daha vurğulanıb.

Address

İsmayıllı şəhəri, Heydər Əliyev Pr. 51
Ismayıllı
3100

Alerts

Be the first to know and let us send you an email when İsmayıllı Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to İsmayıllı Rayon İcra Hakimiyyəti:

Share