13/03/2026
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının Gigiyena və Epidemiologiya Mərkəzi ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib.
Görüşdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov çıxış edərək bildirmişdir ki, son illərdə ölkəmizdə tikinti və quruculuq işləri geniş vüsət almışdır. Cənab Prezidentin 2026 -cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsinin əsas səbəblərindən birisi də, bu fəaliyyətin daha da genişləndirilməsi, mərkəzləşdirilmiş formada və gələcək planlar nəzərə alınaraq icra edilməsidir. Xüsusilə suverenliyimizin tam təmin edilməsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Şəhərlərin, kənd və qəsəbələrin yenidən qurulması, müasir infrastrukturun yaradılması, hava limanlarının, tunellərin inşası Böyük qayıdışın nümunəsi kimi göz oxşayır.
İsmayıllı Rayon Gigiyena və Epidemiologiya Mərkəzi ərazi partiya təşkilatının sədri Xanlar Qəmbərov çıxış edərək qeyd etmişdir ki, təşkilat öz işini Yeni Azərbaycan Partiyasının yerli təşkilatları haqqında Əsasnamənin tələblərinə qurmuşdur. Fəaliyyətləri ərzində rayon təşkilatı tərəfindən keçirilən tədbirlərdə, ərazi partiya təşkilatının üzvlərinin iştirakı təmin olunmuşdur. Eyni zamanda, partiya üzvlərinin fəaliyyəti də diqqət mərkəzində saxlanılmışdır. Partiya üzvləri Yeni Azərbaycan Partiyasının ideya və prinsiplərini rəhbər tutaraq ictimai-siyasi proseslərdə fəal iştirak etmişdir. Dövlətimizin həyata keçirdiyi siyasətin, aparılan islahatların təbliği istiqamətində mütəmadi iş aparılmışdır.
Daha sonra çıxış edənlər qeyd etdilər ki,Ümummilli Lider Heydər Əliyevin ideyalarına söykənən və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası bu gün ölkənin ən güclü siyasi təşkilatıdır.Bu gün, xüsusilə gənclərin partiya sıralarında fəallığının artması və bu fəallığın 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Zəfərinin qazanılmasında mühüm rol oynadı.
Tədbirin sonunda Gigiyena və Epidemiologiya Mərkəzi ərazi partiya təşkilatının fəaliyyəti müsbət qiymətləndirildi.